Depressiyanın diaqnostika və müalicəsi üzrə klinik protokol



Yüklə 403,56 Kb.
Pdf görüntüsü
səhifə8/16
tarix17.09.2017
ölçüsü403,56 Kb.
#381
1   ...   4   5   6   7   8   9   10   11   ...   16

 

24

 



İntihar təhlükəsi və ya xəstənin öz tələbatlarına etinasız 

yanaşması 

 

Ağır və ya psixotik depressiya 



 

12 həftə ərzində müalicənin rezistentliyi 

 

Pasiyentin alkohol və narkotik maddələrdən istifadəsi 



 

Maniakal epizodun mövcudluğuna dair məlumatların  əldə 

olunması ilə əlaqədar ilkin diaqnozun dəyişdirilməsi 

 

Şəxsiyyət pozuntusu daxil olmaqla komorbid psixi 



pozuntunun mövcudluğu zamanı  

 

İlkin tibbi yardım  şəraitində arzu olunan nəticənin  əldə 



edilməsinin mümkünsüzlüyü zamanı  

2.  İlkin səhiyyə sisteminin həkimi mütəxəssis yanına göndəriş 

verərkən depressiv pozuntunun davamlılığı, ağırlıq dərəcəsi və 

dinamikası, intihar tendensiyaları və ətrafdakılara təhlükə, davam 

edən və öncədən aparılan müalicə haqqında məlumat təqdim 

etməlidir. Bundan əlavə mütəxəssisdən tələb olunan yardımı da 

qeyd etmək lazımdır (konsultasiya, ilkin səhiyyə sistemində və ya 

hospitalizasiya daxil olmaqla psixiatrik müəssisədə ümumi 

müalicə).  

 

İXTİSASLAŞDIRILMIŞ YARDIM SİSTEMİNDƏ 



DEPRESSİYASI OLAN PASİYENTLƏRİN 

MÜŞAHİDƏSİ VƏ MÜALİCƏSİ 

 Pasiyentlərin müayinəsi 

1.  İxtisaslaşdırılmış tibbi yardım sistemində  işləyən həkim-psixiatr 

əvvəlcədən diaqnozu qoyulmuş depressiyanı  təsdiq və ya  inkar  

etmək üçün dəqiq, hərtərəfli müayinə aparmalıdır. 

2. Həkim-psixiatr ilkin olaraq  depressiya diaqnozu qoyulmuş  

xəstələri çoxprofilli xəstəxananın ixtisaslaşdırılmış  şöbəsində, 

ixtisaslaşdırılmış psixiatrik müəssisədə  və ya digər tibbi 

müəssisələrdə konsultativ yardım qaydası üzrə müayinədən 

keçirə bilər.  

3.  İlkin depressiya diaqnozu qoyulmuş xəstələrin müayinəsi özündə 

Hamilton Reytinq Cədvəlinin (Əlavə 2) istifadəsi ilə 

depressiyanın simptomlarının qiymətləndirilməsini, intihar 

Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 

İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır. 




 

25

təhlükəsini, həmçinin depressiya ilə yanaşı gedən psixososial 



faktor yükünü və pasiyentin şəxsi xüsusiyyətlərini birləşdirir. 

4. Həkim-psixiatr depressiv pozuntunun depressiya ilə müşayiət 

olunan digər psixi pozuntulardan differensial diaqnostikasını 

həyata keçirməlidir.  Həkim ehtiyac duyulduqda pasiyenti EEQ, 

KT, NMR daxil olmaqla laborator və ya instrumental müayinəyə 

göndərməlidir. 

5. Həkim-psixiatr öncəki müayinənin bütün aspektlərini, o 

cümlədən dozaların adekvatlığını (eyniliyini), dərman 

preparatlarının qəbul qaydasını  və  həmçinin də  təyin olunmuş 

müalicə qaydasına pasiyentin nə  dərəcədə riayət etməsini 

dərindən araşdırmalıdır.  

6.  İxtisaslaşdırılmış qeyri-psixiatrik müəssisələrdə depressiyası olan 

xəstələrin müayinəsi və müalicəsinin təşkili həkim-psixiatrın 

nəzarəti altında həyata keçirilməlidir. 

7.  Depressiv pozuntusu olan xəstələrin xəstəxanada yerləşdirilməsi

müalicənin  ən son tədbiri kimi ən minimal müddətə  və  ən 

məhdud şərtlərlə həyata keçirilməlidir. 

 Yalnız psixotik depressiyadan əziyyət çəkən, özünə  və ya 

ətrafdakılara zərər törətmək təhlükəsi olan, həmçinin tələbatlarına 

özlərinə ziyan verəcək dərəcədə etinasız yanaşan xəstələr 

hospitalizə edilə bilərlər. 

 

 Psixotik 



depressiya 

1.   Psixotik  simptomları olan depressiya  yüksək intihar   təhlükəsi 

ilə əlaqədardır olduğundan,   müalicənin  stasionarda  keçirilməsi 

labüdlüyünü nəzərdə tutur [C]. Psixotik depressiyalı  xəstələrin 

stasionardan kənar müşahidə  və müalicəsi zamanı bütün 

təhlükəsizlik tədbirlərini təmin etmək (özünə  və  ətrafdakılara 

zərər yetirə biləcək vasitələrə nəzarət daxil olmaqla) və xəstənin 

gündəlik vəziyyətinin monitorinqini həyata keçirmək lazımdır. 

 2.  Psixotik  simptomlar  əhval-ruhiyyənin enməsinə (özünü 

təqsirləndirmə sayıqlamaları, ipoxondrik, nihilistik məzmunlu 

münasibət, xəstənin davranışını  qınayan hallüsinasiyalar) uyğun 

ola və ya depressiv affektlə  əlaqədar olmaya da bilərlər [A]

Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 

İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır. 




 

26

3.   Psixotik  depressiyası olan xəstələr bir preparatdan ibarət olan 



monoterapiyadan çox, antipsixotik preparatın antidepressantlarla 

kombinasiyasına daha müsbət reaksiya verirlər.  İlkin seçimin 

antipsixotik preparatlarına,  ənənəvi neyroleptiklərdən fərqli 

olaraq daha yüksək təhlükəsizlik profilinə malik olan atipik 



neyroleptiklər aiddir [C]. Psixotik depressiyalar zamanı standart 

terapevtik dozalarda antidepressantla Risperidonun 

kombinasiyasının effektivliyinə dair sübutlar mövcuddur [C]

Risperidonun  ən çox təsadüf edilən  əlavə  təsiri iştahanın və 

bədən çəkisinin artmasıdır. Bu əlamətlərin monitorinqini 

keçirmək və ehtiyac duyulduqda pəhriz və fiziki məşqlər tövsiyə 

edilməlidir.  

4.  Çox vaxt psixotik depressiyanı müşayiət edən psixomotor 

həyəcan zamanı əsas terapiyaya məhdud müddətə benzodiazepen 



trankvilizatorlarını (Diazepam, Klonozepam, Alprozolam və ya 

Lorazepam)  əlavə etmək lazımdır  [C].  İstisna hallarda sedativ 

təsirli neyroleptik preparatlardan (Sulpirid, Levomepromazin, 



Haloperidol) da istifadə etmək olar. 

5.   Dərmanların inyeksion yolla daxil edilməsi üstünlüklərinə dair 

sübutlar yoxdur. Ona görə  də inyeksiya üsulundan yalnız o 

hallarda istifadə etmək lazımdır ki, psixotik depressiyası olan 

pasiyentin təyin olunmuş terapiyanı  qəbul etmək üçün digər 

üsulu olmasın (TSA-nın inyeksion formaları da mövcuddur).  

6.   Müalicənin birinci həftəsi  ərzində psixotik simptomların 

reduksiya  əlamətləri müşahidə edilmədikdə, neyroleptikin 

dozasının effekt əldə edənə  və ya əlavə  təsirlərin meydana 

gəlməsinə  qədər tədricən (üç günərzində) artırılması  gərəkdir 



[D]. Antidepressant və neyroleptiklərlə birgə terapiyaya rezistent 

olan xəstələrin müalicəsinə  Litium duzlarının  əlavə edilməsi 

daha məqsədəuyğundur [B]. 

7.   Psixotik  depressiyada  neyroleptiklərin  qəbulunun optimal 

müddəti təyin olunmamışdır. Psixotik və depressiv simptomların 

tam reduksiyasından sonra bir ay ərzində dozanı  tədricən 

azaltmaqla neyroleptikın qəbulunu dayandırmaq lazımdır [D]

 

 

Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 

İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır. 




Yüklə 403,56 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə