Depressiyanın diaqnostika və müalicəsi üzrə klinik protokol


Təkrarlanan epizodlu rekurrent depressiya



Yüklə 403,56 Kb.
Pdf görüntüsü
səhifə9/16
tarix17.09.2017
ölçüsü403,56 Kb.
#381
1   ...   5   6   7   8   9   10   11   12   ...   16

 

27

 



Təkrarlanan epizodlu rekurrent depressiya 

1.  Son 12 ay ərzində 2 və ya daha çox depressiv epizodların 

müşahidə edilməsi təkrarlanan epizodlu rekurrent depressiyanın 

mövcudluğunu təsdiq edir. 

2.   Dəstəkləyici antidepressant terapiya sonrakı depressiv 

epizodların tezliyinin qarşısını almağa imkan yaradır. 

Təkrarlanan epizodlu rekurrent depressiya zamanı antidepressant-

lar iki ildən az olmayan müddətə təyin olunmalıdır. [B]. 

3.   Təkrarlanan rekurrent depressiya zamanı icra olunan antidepressant-

lı profilaktik terapiya pasiyentin kəskin depressiv vəziyyətdən 

çıxması üçün istifadə edilən doza üzrə aparılmalıdır [C]. 

4.   Antidepressantlı  dəstəkliyici terapiya alan pasiyentlərdə 

təkrarlanan depressiv epizodların inkişafı zamanı müalicəyə 

əhval-ruhiyyə stabilizatorları  (Litium duzları, Valproat  və ya 



Lamotrigin)  əlavə etmək lazımdır  [B]. Preparat seçimi, onun 

profilaktik məqsədlər üçün uzunmüddətli istifadəsinə (6 aydan az 

olmayaraq) və pasiyent üçün olan təhlükəsizliyinə əsaslanmalıdır. 

5.   Təkrarlanan epizodlu rekurrent depressiya zamanı əhval-ruhiyyə 

stabilizatoru ilə monoterapiyadan istifadə etmək tövsiyə edilmir. 

Əgər sonradan təkrarlanan epizodlu rekurrent depressiya 

yaşayan, antidepressant və əhval-ruhiyyə stabilizatoru qəbul edən 

pasiyentə iki preparatdan yalnız birini təyin etmək, digərinin 

qəbulunu isə dayandırmaq lazım gələrsə, bu zaman əhval-ruhiyyə 

stabilizatorunun qəbulunu dayandırmaq lazımdır [C]. 

 

 Atipik 

depressiya 

1.

 



Atipik simptomlu depressiya qadınlarda kifayət qədər çox 

təsadüf olunur. Onun əsas əlaməti – emosional reaktivlikdir. 



Aktual və ya potensial müsbət hadisələrə cavab olaraq 

əhvalın yaxşılaşmasıdır.  Atipik depressiya diaqnozunun 

qoyulması üçün aşağıdakı  əlamətlərdən iki və ya daha çoxu 

tələb olunur:  

Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 

İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır. 



 

28

 



Hiss olunacaq çəki artımı və ya iştahanın artması 

 

Gün ərzində yüksək yuxuculluq və ya hipersomniya 



 

Əzginlik hissi (yorğunluq, zəiflik, ətraflarda ağırlıq hissi) 

 

Şəxsiyyətlərarası münasibətlərdə müşahidə edilən və sosial 



və ya professional disfunksiyaya səbəb olan qəbul etməmə 

hissinə qarşı davamlı yüksək həssaslıq 

2.   Atipik  depressiyalı  xəstələrin terapiyasını  SİUSİ ilə aparmaq 

lazımdır. Atipik depressiya zamanı TSA istifadəsinin qeyri-

effektivliyinə dair sübutlar mövcuddur [C]. 

3.  Atipik depressiya yaşayan pasiyentlərin  SİUSİ  qəbulunu ağır 

keçirdikləri və ya müsbət dəyişikliklərin olmadığı  təqdirdə 

MAOİ terapiyasına keçmək lazımdır  [C]. MAOİ-ni digər 

preparatlarla eyni vaxtda təyin etmək olmaz. Buna görə də MAOI 

terapiyasına keçid zamanı  xəstənin digər preparatlar qəbul 

etmədiyini yoxlamaq və orqanizmin təmizlənməsi üçün iki həftə 

gözləmək lazımdır 

4.   MAOİ  təyin edilən pasiyentlərin vəziyyətinə dair dəqiq 

monitorinqlər (arterial təzyiqin ölçülməsi daxil olmaqla) 

keçirilməli və süd məhsullarını istisna edən qida rasionuna riayət 

edilməsinə dair tövsiyələr verilməlidir [A]. 

5.   MAOİ-ya alternativ (əvəz) hesab edilə bilən Buprapionun atipik 

depressiya zamanı effektiv təsir  göstərdiyinə dair məlumatlar 

mövcuddur  [D].  Buprapionun  həyəcan yaratma və ya onu 

gücləndirmə xüsusiyyətlərinə malik olduğunu nəzərə alsaq, onu 

həyəcan təzahürləri olan atipik depressiya yaşayan pasiyentlərə 

təyin etmək lazım deyil. 

 

 Xroniki 

depressiya 

1.   Xroniki depressiya diaqnozu iki ildən az olmayaraq davam edən 

depressiv  əlamətləri olan pasiyentlərə qoyulur. Xroniki 

depressiya bir qayda olaraq müxtəlif xoşagəlməz psixososial 

faktorlarla müşayiət edilir və sosial uyğunlaşmanın zəifləməsinə 

gətirib çıxara bilər 



[A].

Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 

İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır. 



 

29

2.   Xroniki  depressiyadan  əziyyət çəkən pasiyentlər özündə 



antidepressantları və psixoterapiyanı cəmləyən kompleks terapiya 

qəbul etməlidirlər [B]. 

3.   Xroniki depressiyanın medikamentoz müalicəsi kəskin depressiv 

epizodların müalicəsində istifadə edilən prinsiplər  əsasında 

aparılır [C]. 

4.   Əmək qabiliyyətini itirmiş xroniki depressiyalı pasiyentlər üçün 

bərpa (reabilitasiya) tədbirlərinin keçirilməsi və sosial yardımın 

alınması imkanını nəzərdən keçirmək lazımdır [C]. 

 

 Rezistent 

depressiya

 

1.   Rezistent depressiya diaqnozu, adekvat zaman ərzində adekvat 



dozada təyin edilən iki və ya daha çox antidepressantın 

qəbulundan sonra durumu yaxşılaşmayan pasiyentlərə qoyulur. 

2.  Xroniki depressiya zamanı  SİUSİ  və noradrenergik və ya 

dofaminergik (Buprapion) təsirə malik olan iki antidepressantın 

təyin olunması perspektivini nəzərdən keçirmək lazımdır  [A]

Belə hallarda terapevtik təsirin,  əlavə  təsirlərin və xüsusilə  də 

serotonin sindromunun dəqiq monitorinqini keçirmək lazımdır.  

3.   Tədqiqatlar 

əsasında antidepressant terapiyaya atipik 

neyroleptikın – Respiridonun əlavə edilməsinin, müalicəyə olan 

həssaslığın yüksəlməsinə  gətirib çıxarması  aşkar edilmişdir  [C]

Həmçinin digər  neyrolertiklər – Sulpirid  və Flüonksol da 

istifadə edilə bilər. 

4.   Digər alternativ, SİUSİ-yə  və ya TSA-ya standart terapevtik 

dozalarda  əhval stabilizatorlarının (Litium duzları,  Valproat, 

Lomatrigin)  əlavə edilməsidir  [B]. Onu da nəzərə almaq 

lazımdır ki, Valproat  qanda TSA-nın konsentrasiyasını azalda 

bilər. 

5.   Bəzi hallarda TSA-nın təsirini gücləndirən, gün ərzində 50 mkq 



dozada istifadə olunan Triyodtironin ilə kombinəolunmuş  

terapiyadan da istifadə edilə bilər [D]

6.   Bəzi tədqiqatlarda TSA-nın psixostimulyatorlarla (Metilfendat

kombinasiyasının mümkünlüyü də göstərilmişdir. Bu preparatı 

ürək patologiyası olan pasiyentlərə təyin etmək olmaz. 

Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 

İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır. 



Yüklə 403,56 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə