DəRBƏndnaməLƏr azərbayjan miLLİ elmlər akademiyasi məHƏMMƏd füzuli adına Əlyazmalar institutu



Yüklə 0,98 Mb.
səhifə1/10
tarix15.03.2018
ölçüsü0,98 Mb.
#32238
  1   2   3   4   5   6   7   8   9   10



DƏRBƏNDNAMƏLƏR

AZƏRBAYJAN MİLLİ ELMLƏR AKADEMİYASI

MƏHƏMMƏD FÜZULİ adına ƏLYAZMALAR İNSTİTUTU



DƏRBƏNDNAMƏLƏR

BAKI – NURLAN – 2010

Azərbayjan Milli Elmlər Akademiyası Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu elmi şurasının 18 yanvar 2010-ju il tarixli 1 №-li ijlasının qərarı ilə nəşr edilir.

Nəşrə hazırlayanlar: Arif Ramazanov,

Aynur Hajıqədirli

Redaktoru: Tahirə Həsənzadə,

tarix elmləri namizədi

Dərbəndnamələr. Bakı: Nurlan, 2010, 92 s.


Ön söz
Azərbayjan MEA Məhəmməd Füzuli adına Əlyazmalar İns­ti­tutunun xəzinələrində bir çox orta əsr elmləri ilə yanaşı, tarixə aid əlyaz­ma­lar da qorunmaqdadır. Bunlardan qədim Azərbayjan şəhəri Dərbəndin tarixinə aid bir neçə əlyazma qiymətli mənbə kimi nəzər-diqqəti jəlb edir.

«Dərbəndnamə» adı ilə məşhur olan həmin əlyazmaların ha­mısı eyni məzmunlu əsərlər olub, naməlum müəllif tərəfindən yazılmış, əsasən ərəb və fars dillərində olan mən­bələrdən Azər­bay­jan dilinə tərjümə edilmişdir.

Əlyazmaların içərisində B-333 şifrəsi altında mühafizə edi­lən nüsxə daha mükəmməl və daha əhatəli olduğundan onu əsas mətn kimi qəbul etmək olar. Bu əlyazma hijri-qəməri tarixi ilə 1309 (miladi 1891)-ji ildə Mirzə Jəbrayıl ibn İsrafil Dərbəndi tərəfindən nəs­təliq xətti ilə köçürülmüşdür. Qalan variantlar ka­tiblər tərəfindən ixtisar edilmiş şəkildə fraqmentar parçalar kimi tərtib olunmuşdur.

Əsərdə ərəb xilafəti dövründə Dər­bənd şəhərində baş verən ha­disələrdən bəhs olunur. Əsərin ori­cinalının kim tərəfindən qə­ləmə alındığı hələlik məlum deyildir. Həmin ki­tab­da beş min il­dən artıq tarixi olan Dərbənd şəhərinin min illik tarixi əhatə edilmişdir.

A-613 və M-37 şifrəli dərbəndnamələr B-333 şifrəli əlyaz­ma­­dan iqtibas təsiri bağışlayır. Eləjə də I-363 şifrəli daşbasma kitabında «Dərbəndnamə»dən bir epizodla rastlaşırıq. Bu variant Azərbayjanın məşhur şair və müdərrisi Mirzə Şəfi Vazeh və Qri­qoryev tərəfindən tərtib edilib, Mirzə Şəfinin xətti əsasında 1855-ji ildə İranda nəşr olunmuş müntəxabata şikəstə-nəstəliq xətt nümunəsi kimi daxil edilmişdir. Həmin müntəxəbatdan XIX əsr Azərbayjan məktəblərində dərs və­saiti kimi istifadə olun­duğu məlumdur.

Qeyd edək ki, «Dərbəndnamə» vaxtilə ayrı-ayrı tarixçilər tə­rəfindən la­tın, fransız və rus dillərinə tərjümə edilərək nəşr edil­miş­dir. Əsə­ri ilk dəfə məşhur şərqşünas Mirzə Kazım bəy 1851-ji ildə ingi­lis dilinə tərjüməsi ilə Peterburqda nəşr etdirmişdir.

Oxujulara təqdim olunan bu topluda «Dərbəndnamə» əsəri­nin sadalanan variantları verilir.
Arif Ramazanov

DƏRBƏNDNAMƏ

B-333


Rəhmli, mərhəmətli Allahın adı ilə!
...Amma bə’d, raviyani-əxbar və naqilani-asar kütübi-sələf­dən belə nəql edirlər ki, İran tərəfində bir padşahi-əzimjah var idi ki, adı­na Qubad şah deyilirdi. Tamam məmaliki-Türküstan və Əjəmistan onun təhti-ixtiyarında olurdu. Ənuşirəvani-adil Qu­bad şahın oğludur. Şimal tərəfdə ki, ibarətdir tayifeyi-Xəzərdən, bir padşahi-valadəstgah var idi, adına Xaqan şah deyilirdi ki, ta­mam məmaliki-Rusiya və Kazan və Krım onun əmrinə müti və münqad idi və jümlə dəşti-Qıpçaqda olan xalq onun itaətində olurdu. Onun padşahlıq taxtı dərya kənarında Ədil çayının kəna­rında olub, ənvai və əqsami-jəvahirat ilə arastə və pirastə idi. Dörd yüz min pəhləvani-jərrar və bahaduri-namdar daim Qubad şahın pasibanında olurdu. Mütəvaliyül-əyyam və təvatürüş-şühur vəs-sənəvat ol iki padşahın arasında büğz və ədavət vaqe olub, biri-birilə jəng və jidal, qətl və qital edirdilər. Nəhayət, Qubad şahı müsalihəyə razı olub və Xaqan şahın qızın əqdi-nikah eylə­məyə rağib olub, elçilər təyin edib və namələr yazıb, elçilərlə Xa­qan şah hüzuruna irsal və rəvanə qıldı.

Elçilər Xaqanın xidmətinə yetişdikdə namələri kamali-izzət və ehtiram ilə Xaqan şaha verdilər. Xaqan şah da namənin məz­munundan və elçilərin əqvalından müttəle olduqdan sonra öz ra­zılığı ilə qızını övrətlik üçün Qubad şaha əqd edib, qədimi olan ədavətləri dostluğa mübəddil oldu. Elçilər də eyşü işrət ilə mü­rajiət edib, Xaqan şahın hüzuruna varid olub, naməni yetirib, Qubad şahı xoşhal qıldılar.

Bir neçə vaxtdan sonra Qubad şah tədarüki-jəşni-ərusi ama­də edib, yüz dəvə yükü ağ ağça və əlli dəvə yükü qızıl ağja və üç yüz yük qumaşi-hərir və dibaj və qeyri-nəfayislərdən üç min nə­fər süvarə ilə Xaqan şahın hüzuruna rəvanə qıldı. Çün bu xəbər Xaqan şaha yetişdi, beş min nəfər atlı öz əyan və əşraf­larından bunların istiqbalına göndərdi ki, izzət və hörmət ilən Xaqanın hü­zuruna yetirsinlər.

Bir neçə gündən sonra qızın tədarükün görüb beş yüz dəvə yükü javahirati-pürqiymət və müxtəlif ipək parçalar ilən və əlli nə­­­fər qulamipəripeykər və yüz jariyə hurimənzər ilə öz qızını hu­­dəji-mürəssəyə mindirib rəvanə eylədi. Çün mənzil­bə­mənzil qəti-mərahil edib Qubad şahın mülkünə yetişdilər, Qubad şah də­xi iki min atlı özünə xas olan əyan və müqərrəblərindən istiqbala göndərdi. Eyşü işrət və hörmət ilən Xaqan şahın qızını Mədain şəhərinə Qubad şahın bargahına daxil qılıb, hərəmsərada sakin elədilər. İki tərəf bu əmrə razı və xoşhal oldular.

Bir neçə müddətdən sonra Qubad şah elçilər təyin edib Xa­qan şaha bir namə yazıb göndərdi kim, şükür olsun pərvərdigari-aləmə kim, qərabət və dostluq bizim aramızda vaqe olub, bir-birimizə ata və oğul olduq. Ümidvaram ki, bundan sonra bizim aramızda küdurət və ədavət vaqe olmaz. Amma təvəqqem jəna­bı­mızdan oldur ki, izn və ijazət verib razı olasınız ki, dərya kə­na­rından İsgəndər Zülqərneynin ehdas edən səddə müttəsil bir qala təmir və tərtib edək ki, bizim ilə sizin aranızda sədd və sınır olsun ki, bizim adamımız sizə gəlsə, siz mane olmayasınız və si­zin adamınız bizə gəlsə, biz mane olmayaq. Namənin məzmu­nundan müttəle olduqda çox razı və xoşhal olub, javab yazdı ki, ey mənim oğlum Qubad şah, rza verdim sizə kim, Səddi-İs­gən­dərə müttəsil bir qala təmir edib, öz əhlindən adamlar gətirib, qalanı doldurub öz ixtiyarınızda himayət edəsiz ta kim, bundan sonra bizim ilə İran padşahlarının arasında sədd və sınır olsun. Kağız tamam olandan sonra elçilərə verib, rəvanə elədi. Elçilər Qubad şahın hüzuruna varid olandan sonra namənin məz­mununu bilib, əmr eylədi vəzirlərə ki, nə qədər memarlar və mühəndislər vardır, hamısın jəm edib hesaba gətirdilər. Üç yüz nəfər memar­başı və mühəndisbaşı oldu. Altı min nəfər sahibi-vüquf olan fəh­lələrdən, ətraf və jəvanibdə olan rəiyyətlərdən jəm edib, on min nəfər qoşun ilə Səddi-İsgəndər tərəfinə rəvanə edib buyurdu kim, İsgəndərin səddinə müttəsil bir böyük şəhər təmir edib, mənə məlum edəsiz, deyib buyurdu. Çünki Qubad şah tarixdə eşitmişdi ki, İsgəndərə neçə kərrə Jəbrayıl nazil olub, onun vəhy və işarəsi ilə bir sədd çəkmişdi. Pəs əyan və ərkani-dövlət tədarüki-firavan ilə ol yerə yetişib, şüru eylədilər bina qazmağa. Nagah gördülər ki, bir köhnə baru zahir oldu. O baru­nun bir başı bəhri-Xəzər içində bir mənzil daş ilə çəkilib və o biri başı Qara dənizdə Os­manlı vilayətinə yetmişdi və o səddi qum basıb itirmişdi.

Pəs Qubad şah buyurdu, xeyli müddət o səddin xarab olan yer­­lərin təmir elədilər. Tabasarandan keçinjə hər lazım olan yer­lərdə dəmir qapılar tərtib verdirdi və möhkəm etdirəndən sonra buyurdu ki, qiblə janibindən dəxi yenidən bir möhkəm baru yap­dılar.

Əlqissə, yeddi ay tamam olanadək şəhəri təmir edib, dəmir­dən qapılar tərtib edib, «Babül-əbvab Dərbənd» adı ilə mövsüm qıldılar.

Pəs sərəsgər memarbaşı ilə Qubad şaha ərizə yazıb, məlum elə­dilər ki, Allah-taalanın köməyi və inayəti birlə və padşahın nəzəri-mərhəmətilə İsgəndərin səddinə müttəsil bir böyük şəhər tə­mir edib, «Babül-əbvab Dərbənd» adlı ilə mövsum qılmışıq.

Belə nəql edirlər ki, Qubad şah fərmanı ilə üç min ev İran əhlindən öz qəbiləsindən köçürüb Dərbənddə sakin eylədi və üç min atlı daim Dərbənd şəhərinin ətrafında qaravul edib şəhəri mühafizət etmək üçün.

Qubad şah Dərbənd şəhərini təmir edib, şəhəri adamlarla doldurub sakin etdikdən sonra üç min atlı təyin edib hər tərəfdən xatirjəm olandan sonra Xaqan şahın qızın bəkarətin zayil etmə­miş öz atası yanına rəvanə eylədi. Bu mənayə kim, hərgah ol qı­zın bəkarətin alıb, təsərrüf etsə, bəlkə, ol qızdan övlad mütə­vəllid olub, vüjuda gəlsə, Xəzər padşahları İran padşahlarından vərasət iddia edib, iki dövlət arasında niza və müxasimə düşüb, tayifeyi-Xəzər İran sərhədlərinə mütəsərrif və malik olmasınlar.

Pəs bu səbəbdən Xaqanın qızını atasının yanına göndərdi. Amma bir rəvayətdə qızın bəkarətin zayil qıldı ki, Xaqan şaha təəssüf və nidamət ziyadə ola. Amma saxlamadı. Özünə mayil və müşfiq olub, xalularına mehriban olur və İran padşahlarının səl­tənətinə rəxnə və xələl verir.

Bir vaxtda qız Xaqan şahın paytaxtına yetişdi kim, atası Xa­qan şah məjlisi-jəşni-zövq və sürur ilə mürəttəb və arastə edib, eyş və işrətə məşğul və badəyi-nabdan sərməst və mədhuş olduq­da qızın əhvalından müttəle və xəbərdar oldu. Sonra nida­mət bar­mağın təfəkkür dişinə tutub, çox təəssüf çəkdi. Bu iş ye­nidən iki padşahın ədavət və xüsumətinə bais və bir-birinə düş­mən və yağı olmağa səbəb oldu.

Ravilər belə rəvayət ediblər ki, İsgəndər Zülqərneyn səddi bir fərsəx bəhri-Xəzər içindən daş ilə çəkilib, məğrib tərəfində Os­manlı vilayətində Qara dənizə varınja vardır.

Bəzilər demişlər ki, İsgəndərin səddinin bir para yerləri xarab olmuşdu. Şah Həmzə Bəhrami-Gurun oğlu xarab olan yerlərin təmir edib, qalaçalar tikdirdi.

Bir rəvayətdə Qubad şahdan irəli Səddi-İsgəndəri Yəzdigird şah ibn İsfəndiyar şah təmir etmişdi. Ondan sonra Qubad şah tə­mir elədi. Amma müvərrixlərin düzgün dedikləri budur ki, bu Dər­bənd şəhərini Qubad şah təmir elədi. Pəs Xaqan şah qızının ədavətinə görə yüz min qoşun götürüb Dərbənd şəhərinin üstünə gəldi və şəhəri mühasirə edib, durdu.

Bu tərəfdən Qubad şaha xəbər yetişdi dərhal Qubad şah dəxi yüz min qoşun süvari ləşkər götürüb Mədain şəhərindən çıxıb, qəti-mənazil edib, Dərbənd şəhərinə gəldi. O günün sabahı jəmi ləş­kərdən on min süvarə intixab və yaxşı, şüja və dilavər pəh­ləvanlardan zübdələyib, səflər mürəttəb qılıb, on dəstə eylədi. Hər dəstənin üstünə bir şuja, dilavər ki, yüz adama bərabər idi sərəsgər təyin edib və sərəsgərlərə qadağani-bəliğ eylədi ki, nə vaxtda ki, jəng və müqatilə başlandı, hər kəs öz yerindən fövj-fövj tərpənib, düşmənin qəlbinə tiği-bürran və neyzeyi-jansitan ilə hüjum edəsiniz. Pəs o tərəfdən də Xaqan şah dəxi Dərvaq ça­yının kənarında rəhli-iqamət edib, düşmüşdü. Öz səflərinə tərtib və nizam verib. Hər iki ləşkər bir-birinə müqabil durub, araya mü­barizlər və çarxçılar düşüb, fərdən-fərdən qılınj və sinan ilə müqatilə edirdilər. Hər iki tərəfdən kamandarlar sineyi-düşməni nişana alıb, tiri-dilduz ilə bir-birinə tikirdilər. Hansı pəhləvan meydanda məqtul olsaydı, dərhal hər iki tərəfdən pəhləvanlar meydana gəlib karzar edirdilər. Ol gün sübhdən axşamadək jəng və dava qılıb qürub zamanıda hər iki tərəf öz ordularına qayıt­dı­lar. Ol gün iki min adam Xaqan şah ləşkərindən, min yüz adam Qubad şah ləşkərindən meydani-karzarda həlak olmuşdular…

Sabahı Qubad şah on iki min atlı intixab edib, adət üzrə səflər tərtib və nizam verib, əzmi-meydan eylədi. Ol tərəfdən Xa­qan şah meydana gəlib, mübariz və çarxçılar meydana girib, biri-birini zərbi-şəmşir və tənü-sinan ilə məjruh və məqtul edir­di­lər.

Nəhayət, Qubad şah hüjum nağarasın və yürüş təbilin döy­dürüb, on iki fövj atlı əl qəbzeyi-qılınja vurub, nəreyi-«Allahu ək­bər» deyib, yürüdülər. Düşmənin qəlbinə girib, bəzilərin məj­ruh və əksərin məqtul edib, qalanı münhəzim olub qaçdılar. İyir­mi min atlı sərəsgərə tapşırıb buyurdu kim, Xaqanın ardınja va­rıb ta Xaqanı Qoysu çayından keçirməyib qayıtmasınlar.

Pəs iyirmi min atlı Xaqan şahın ardına düşüb Qaya kəndinin qarşısında onlara yetişib, müharibə və müqatilə qıldılar. Əksərin məq­tul və mə`sur edib, onlar qaçmaqda, bunlar qovmaqda Tatar­xu qabağında, dərya kənarında yenə onlara yetişib, müharibə et­di­lər. Ondan dəxi onları sındırıb, aparıb Qoysu çayından keçirib, mürajiət edib, Dərbənd şəhərinə çox mal-qənimət ilə daxil oldu­lar.

Ondan sonra Qubad şah beş min atlı, bir sərdari-züliqtidar ilə Dərbəndin mühafizəsi üçün şəhərdə qoyub, özü paytaxta rəvanə oldu. Bir neçə zamandan sonra Nuşirəvan həddi-buluğ və ləyaqə­ti-xilafət və riyasətə yetişib Qubad şah ilə Dərbənd şəhərinə gəl­di­lər. Şahzadə Nuşirəvan atasından ijazət alıb on min atlı ilən şə­hə­rin Kafiri tərəfinə çıxıb, o tərəfin dəşt və dağlarına tamaşa edib, Qaraqaytaq və Tabasaran dağlarından mürajiət edib atası­nın hüzuruna gəldi. O zamanda Qızlar qalasından və Ədil çayın­dan bu tərəfə Kür kənarınadək nə dağlarda və nə dəştlərdə qala­ça­lar və qəryə yox idi. Pəs Nuşirəvan atasına ərz eylədi ki, əgər istəyirsinizsə Xəzər tayfası Dərbənd şəhərinə qələbə və təsəllüt etməsinlər xayib və xasir geri qayıtsınlar, mənə izn verəsiniz Al­lah-taalanın inayəti birlə və Sizin nəzəri-mərhəmətinizlə bir neçə qalaçalar və sərhədlər Dərbənd həvalisində təmir və tərtib verib, İran sərhədlərindən evlər gətirib ta Səddülbeyni-Əhran və Gülba­xədək doldurum. ta kim bundan sonra Xəzər padşahları Dərbənd şəhərinə qələbə etməsinlər.

Hərgah Xəzər tayfası Dərbəndi alıb təsərrüf etsələr, bütün İran, fars və Azərbayjan sərhədlərinə mütəsərrif olub, qətl və qa­rət edərlər.

Qubad şah şahzadənin fikrin bəyənib, bütün təxti-ixtiyarında olan sərdarların və xəzinələrin ixtiyarını öz oğluna tapşırıb, izn verdi.

Nuşirəvan bütün memarları və mühəndisləri jəm edib, birinji Şirvan qalasını təmir eylədi. İçində lazım olan qədəri evlər sakin eylədi. Ondan sonra Kövkəbi, Şahabadı, Şabranı təmir eylədi. Bu şəhərlər meşələrdə və Müskür və Şabran mahalında yerləşir. Dər­bəndin üç ağajlığında Sol adlı bir qalaça təmir eylədi və şə­hərin üç ağajlığında bir sədd ehdas eylədi ki, doxsan iki fərsəx mə­safəti var idi. Ondan sonra Dərbənd şəhərinin yuxarı hissə­sində neçə qalaçalar və bürjlər təmir edib, çoxlu tayfalar fars və İraq sərhədlərindən köçürüb, bu məzkur olan qalaçalarda sakin eylədi. Ondan sonra Qaraqaytaqda neçə yerlərdə qəryələr tərtib verib, evlər ilə doldurdu. Ondan sonra Səmənd, İnji şəhərlərini, Bəlx qalasını, Keyvan şəhərini, Əhranı, Gülbaxı, Sürxab, Kiçi Ma­jar və Ulu Majar qalaları və başqa qalaçaları Dağıstanda tə­mir eylədi. Lakin adları indi təbdil olubdur. Nejəki şəhri-Sə­məndə indi «Tərxu» deyirlər. İnji qalası indi xarab olub, dəniz kənarında Tərxunun üç ağajlığındadır. Əhrana Avaristan paytax­tı deyirlər. Gülbaxa indi Endəri deyirlər. Sürxab qalasına indi Qızlar deyirlər. Qızlarda mis mədəni və Terek başında gümüş mə­dəni var idi. Hər iki mədən də Əhran hakiminin ixtiyarında olurdu. Ulu Majar və Kiçi Majara indi Jövlat və Tatar deyirlər. Zira kim, şəhər xarab olandan sonra xalqının çoxu Krım vilayə­tin­dən gəlib, sakin olmuşdular. Krım tatarlardır. Onların sərdarı Əhran hakimi idi.

Bu məzkur şəhərlərdə ta hüdudi-Səddul-beyn hakimlər təyin edib, fərman eylədi nə vaxt Xəzər tayfası qoşunu bu tərəflərə əzi­mət eyləsələr, mane olub, qoymasınlar. Rəvayətdir ki, Baruçay bir böyük şəhərdir və onun həvalisindən Dərbənd həvalisinədək üç yüz altmış şəhər və qalalar təmir edib, çoxlu tayfalar onlarda sakin eylədi. Bu qalaçaları təmir etməkdən qərəz bu idi kim, Xəzər tayfası Dərbəndə qələbə və təsəllüt edə bilməsinlər.

Rəvayətdir kim, Nuşirəvani-adil bir para tayfalar Xorasandan köçürüb, Dağıstan sərhədlərində sakin eylədi. Əhran qalasının çayı bir əzim çaydır, Gülbaxdan axar. İndi ona Qoysu deyirlər. Əhranın hakimi dəşti-Qıpçaq tərəfində olurdu. Həmra qalasına indi Qaya kəndi deyilir. Əhrana Xunzaq deyilir. Həvalisində olan qəryələrə Avaristan deyilir. Bəzilər Əhrana Qumuq şəhəri deyi­lir. Əhran şəhərindən Həmrayədək Tuman adlı bir tayfadır. İndi onlara Tav ləzgisi deyilir. Paytaxtına Aquşa deyilir. Onları Xora­sandan gətirib, sakin eylədi.

Ondan bu tərəfə Qaytağın mülküdür. Qaytağın yuxarı hissə­sində Zirehgəran tayfası vardır. İndi onlara Kübçü deyirlər. On­dan yuxarı Qumuq mülüküdür. Ondan aşağa Tabasaran mülkü­dür. Bu məzkur olan qalçalar və sərhədlər ta həddi-Səddülbeyn hamısı Dərbənd şəhərinin qoşunudur.

Bir rəvayətdə Dərbənd şəhəri tamam olandan sonra Nuşirə­van Alqun adlı bir şəhər bina eylədi. Alqun şəhərindən ta Dər­bənd şəhərinədək üç yüz altmış şəhər bina eylədi. Amma Alqun şəhərini Nuşirəvandan əqdəm İsfəndiyar şah ibn Gəştasb ibn Söh­rab bina eyləmişdir. Dəmir qapılar tərtib edib, qapının adın Dərvazeyi-Alan qoymuşdur. Nuşirəvan bir müddət orada təvəq­qüf edib, ondan sonra atası Qubad şahdan izn hasil edib Şabran, Bağdad və Kərkər şəhərlərini bina eylədi. Kərkər şəhərinin bir fərsəxində Qalabad adlı bir qala abad eylədi. Alqun şəhərindən Əhranadək yeddi iqlim bina eylədi.

Bir rəvayətdə Nuşirəvandan irəli bu məzkur olan şəhərləri İsfəndiyar şah bina qılmışdır. Nuşirəvan xarab olan yerləri təmir eylədi və ol yerdə Duman adlı hakim nəsb eylədi. Tabasaranda Ta­basaran adlı hakim təyin etdi.

Bir rəvayətdə Alqun şəhərini Qübbənin Əlixanlı kəndinə təvil edirlər. Kəsrəti-istemalından indi Əlixanlı adlanır. Allahu ələm.

Bir iqlim dəxi ləzgilər idi. Onları İsfahandan gətirmişdi. Hakiminə Əhran şah deyilirdi. Bir iqlim dəxi Qumuq idi. Ha­kiminə Filanşah deyilirdi. Onları Gilandan gətirmişdir. Bir iqlim dəxi Məsğət idi. Əhlini Alandan gətirmişdir. Hakiminə Tütunşah deyirdilər.

Bir rəvayətdə Tabasaran və Qumuq və Kürə əhlini Kaşandan və Gilandan gətirmişdir. Müskür və Qaytaq əhlini Şirazdan gə­tirmişdir. Amma Dağıstanın qalan sərhədlərində Nuşirəvan öz qəbi­ləsindən gətirib sakin eylədi və öz övladından onlara hakim­lər təyin eylədi. Madamki Nuşirəvan məsnədi-səltənətdə qaim idi Dərbənd şəhərini Xəzər tayfasından mühafizət edərdi. Dəxi Xə­zər tayfası Dərbənd şəhərinə qələb edə bilməzdilər.

Kafiri tərəfdə olan qala və sərhədlərdə jəng və müqatilə olur­du. Taki Nuşirəvan dünyadan getdi. Yenə Xəzər tayfası qala­lara və sərhədlərə, Dərbənd şəhərinə qalib olub, İraq və Azərbayjan vilayətlərini qətl və qarət edib, mürajiət edirdilər.

Pəs Nuşirəvani-adilin padşahlığından otuz üç il keçdikdə xa­tə­mül-ənbiya Məhəmmədi-Mustafa anadan oldu. Bir rəvayətdə qırx il keçdikdə vüjuda gəldi.

Qırx səkkiz sənə səltənətdən sonra Nuşirəvan dünyadan rəh­lət etdi. Yenə də Xəzər tayfası Dərbənd şəhərinə qalib olub İraq, Fars və Azərbayjan vilayətlərində qətl və qarətə başladılar.

Ondan sonra Dərbənd şəhəri Ömər ibn Xəttabın xilafətinədək gah Xəzər padşahlarının təsərrüfündə, gah İran padşahlarının yədi-təsəllütündə olurdu. O zamanədək ki, Ömər ibn Xəttat xəli­fə oldu.


Ömər ibn Xəttabın göstərişilə

Səmmak idn Hirsəni Azərbayjana

və Bakiri Babül-əbvaba göndərməsi
Hijri tarixi ilə iyirmi ikinji ildə Ömər ibn Xəttab Nəim ibn Məğərni Həmədan, Qürğan, Rey və Təbəristan fəthinə rəvanə qıl­mışdı. Ol vaxtda Ömər ibn Xəttaba xəbər yetişdi ki, Xəzər tay­fası gəlib Dərbəndi zəbt edib, keçib Fars və Azərbayjan vi­layətlərinə qətl və qarət edirlər. Pəs Ömər namə Nəimə yazıb fər­man eylədi ki, Azərbayjan sərhədlərinə və həm Babül-əbvab Dər­bənd janiblərinə qoşun göndərib ol vilayətləri Xəzər tay­fa­sından pak və xali etsin.

Namə Nəim ibn Məğərnə vüsul olduqda dərhal Səmmak Hir­sə oğlunu Azərbayjan fəthinə və İsmə adlı şəxsi Azərbayjan tə­rə­findən və Bəkir adlı şəxsi dəxi bir tərəfdən Dərbəndə rəvanə ey­lədi.

Bəkir Dərbəndə tərəf yola düşdü. İlk Bəkirin qarşısına çıxan İsfəndiyar adlı bir məlik oldu. Bəkir birinji hərbdə onun ləş­kə­rini həzimət və özün əsir eylədi.

İsfəndyar dedi:

- Əgər istərsən Azərbayjan vilayətlərini asanlıqla fəth edə­sən, gərək məni qətl etməyib, yanınja aparasan ki, hər yerdə mə­ni görsələr bihərb və qital itaətə gəlirlər.

Pəs Bəkir İsfəndiyarı özü ilə götürüb apardı. Hər yerə çat­dıq­da müqəddəm ləşkəri-Bəkirdə İsfəndiyarı gördükdə, jümləsi itaə­tə gəlirdi. Bu vəjh ilə Azərbayjan vilayətlərini asanlıqla fəth və zəbt eylədi. Xəzər tayfası ol nahiyələrdən həzimət və rəmidə qılıb, fəthnamə Ömər ibn Xəttabə yazıb, Dərbəndə tərəf getməyə izn istədi.

Ömər ona dəstur verdikdə Bəkir öz qardaşını Azərbayjanda xəlifə nəsb edib Dərbəndə tərəf yola düşdü.

Ömər Bəkirə ijazə verdi ki, Dərbənd tərəfinə getsin. Eyni zamanda bilirdi ki, ona kömək lazımdır. Pəs dərhal Sirağə Ömər oğluna ki, Bəsrədə hakim idi – namə yazıb, əmr eylədi ki, Bəkir Dərbənddə Xəzər tayfası ilə jəngə gedir, gərəkdir məğdur olan kimi ləşkər götürüb Bəkirin köməyinə gedəsən. Pəs Sirağə ibn Ömər Əbdürrəhman ibn Rəbiə, Xəzifə ibn Əsədi Əhvaz yolu ilə özü ilə götürüb Dərbəndə tərəfə yola düşdü. Həbib adlı bir şəxsi də Ömər ibn Xəttabın əmri ilə Jəzirə yolu ilə Dərbənd tərəfinə Bəkirin köməyinə göndərdi.

Pəs bir tərəfdən Sirağə Ömər oğlu, digər tərəfdən Həbib Dər­bənd səmtinə əzm qıldıqda, bunlar daxil olduqları şəhərləri öz itaətinə tabe edirdilər. Xəzər tayfasına isə geri çəkilməyə və qaç­mağa məjbur etdilər.

Sirağə ibn Ömər və Əbdürrəhman müqəddəmeyi-ləşkər qılıb rəvanə eylədi. Şəhrəbraz adlı bir məlik qabağa gəlib sülh eylədi. Belə ki, jəziyyət versin.

Sirağə dedi:

- Mən iki düşmən üzərinə iqdam edirəm. Biri Xəzər, o biri rus ola. Mənə jəziyyət lazımdır ki, onların jənginə varam.

Pəs bu jəziyyət onlara sünnət olub qaldı. Ona görə ki, müsəl­manları Xəzər tayfasının qələbəsindən mühafizət edirdilər.

Bu rəsm indi də Mavəraənnəhrdə qalıbdır.

Pəs Xəzər tayfası ol nahiyələrdən çıxartılıb və Babül-əbvab Dərbəndə aid olan şəhərlər və qalalar ki, Xəzər tayfasının əlinə keçmişdi, tamamən sülh eylədilər.

Sirağə Ömər ibn Xəttabə fəthnamə yazdı. Ömər çox şad oldu. sirağə ol əsnada vəfat edib, yerində Əbdürrəhman Rəbiə oğlunu xəlifə nəsb edib, ləşkərin ixtiyarın ona tapşırdı.

Əbdürrəhman dedi:

- Ey Şəhrəbraz, mən iradə eyləmişəm gedib qalan şəhərlər­dən də Xəzərləri çıxarıb əhalisini müsəlman edəm. Ol tərəfdə şəhri-Alan və rus və Xəzər dedikləri tayfalar vardır, varıb onlar ilə jəng edəm.

Pəs oradan qoşunların götürüb livayi-əzimətin Dərbənd tərə­finə. Əsnayi-rahda olan qalalar və şəhərlərdə jəng edərək Xəzər­ləri hər yerdə həzimət edərək ol qala və şəhərlərin əhlini müsəl­man edərək, gəlib Babül-əbvab Dərbəndə varid və içində olan Xəzər tayfası qaçmağa üz qoyub, pərakəndə oldular. Əbdürrəh­man Ömər ibn Xəttabın xilafəti günlərində Dərbənddə hakim idi. Osmanın xilafəti zamanında orada vəfat etdi.

Əbdürrəhmanın yanında olan adamlardan biri fəthnamə ilə Ömər ibn Xəttabın hüzuruna vardıqda, Ömər xəbər aldı ki, siz Ba­bül-əbvab Dərbəndə nə növ ilə getdiniz? Deyirlər ol sərzəmin­də uja dağlar var, dərin dərələr vardır, əzim meşələr vardır. Ol kişi javab verdi ki, ol şəhərlərdə bir tayfa var idi ki, adına Xəzər­lər deyirdilər. Bizi gördükdə dedilər ki, bu sərzəminə heç vaxt ləş­kər gəlməyib, adəmlərdən başqa. Məgər siz asimanın firiştə­lərisiz? Biz dedik ki, biz insanlarız. Lakin aramızda göylərin firiştələri də vardır ki, bizə kömək edirlər. Buna görə düşmən­lərimizə qalib gəlirik. Onlar qorxudan dəvaya iqdam etmədilər. Birisi imtahan üçün bir ağajın dalında durub, bir ox atıb, bizdən bir adamı öldürdükdə gördülər ki, biz də qətl oluruz, səma mə­ləkləri deyiliz. Sonra bizimlə müqatilə eylədilər. Onları həzimət qıldıq və ol sərzəmindən qovub, pərakəndə qıldıq.




Yüklə 0,98 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə