Dərc olunmamış yazıya giriş



Yüklə 310,67 Kb.
səhifə1/6
tarix21.04.2018
ölçüsü310,67 Kb.
#39750
növüYazı
  1   2   3   4   5   6

Lev Tolstoy.

Etiraf


(dərc olunmamış yazıya giriş)

Mən pravoslav xristian məzhəbində vəftiz olub tərbiyə almışdım. Bu məzhəbin əsaslarına məni uşaqlıqdan və bütövlüklə yeniyetmə və gənclik yaşlarımda öyrədirdilər. Lakin on səkkiz yaşımda universitetin ikinci kursundan çıxarkən mən artıq mənə öyrədilən heç nəyə inanmırdım. Bəzi xatirələrimə görə, mənim inamım heç vaxt ciddi olmayıb, mənim yalnız mənə öyrədilənə və ətrafımda yaşayan böyüklərin etiqad etdiklərinə etimadım olub, lakin bu etimad da çox zəif olub.

Yaxşı yadımdadır, təxminən on bir yaşım olanda gimnaziyada oxuyan, çoxdan vəfat etmiş, Volodenka M.,bazar günü bizə gələrək, axırıncı yenilik kimi gimnaziyada edilən bir kəşfi bizə elan etdi. Kəşf ondan ibarət idi ki, Allah yoxdur və bizə öyrədilən nə varsa hamısı yalandır (bu 1838 ildə olmuşdur). Böyük qardaşlarım bu yeniliklə maraqlanaraq, məni də məşvərətə çağırdılar. Yaxşı yadımdadır, hamımız çox canlandıq və bu xəbəri nə isə çox məzəli və olduqca mümkün bir şey kimi qəbul etdik.

Birdə, yadımdadır, böyuk qardaşım Dmitriy, universitetdə oxuyarkən, gözlənilmədən, onun təbiətinə xas olan çılğınlıqla dinə qapılıb, ibadət etməyə, oruc tutmağa, pak və əxlaqlı həyat sürməyə başlayanda, biz hamımız, hətta böyüklər, dayanmadan onu lağa qoyurduq və nəyəsə görə onu “Nux” adı ilə çağırırdıq. Yaxşı yadımdadır, bizi evlərinə rəqs etməyə dəvət edən, o zaman Kazan universitetinin popeçiteli olan, Musin-Puşkin, Davud peyğəmbərin gəmi qarşısında rəqs etməyini misal gətirərək, dəvətdən boyun qaçıran qardaşımı istehza ilə dilə tuturdu. O zaman böyüklərin bu zarafatlarına acıyaraq belə bir nəticə çıxartdım ki, katexizisi öyrənmək, kilsəyə getmək lazımdır, lakin bunların heç birini elədə ciddi qəbul etmək lazım deyil. Birdə, yadımdadır, mən çox gənc ikən Volteri oxuyurdum və onun masqaraları nəinki məni hiddətləndirmir, əksinə əyləndirirdilər.

Mənim dindən uzaqlaşmağım, bizim tərzdə təhsil almış insanlarla hər zaman baş verdiyi kimi baş verdi. Düşünürəm ki, bu əksər hallarda belə baş verir: insanlar hamı kimi yaşayırlar, hamı isə nəinki dini təlimə uyğun olmayan, əksinə əksər hallarda ona zidd olan əsaslar üzərində öz həyatlarını qururlar, dini təlim həyatda iştirak etmir və nə başqa insanlarla ünsiyyətdə ona təsadüf etmək nədə öz həyatında ona istinad etmək heç zaman gərək olmur: bu dini təlimə haradasa orada, həyatdan uzaqda və ondan asılı olmadan etiqad edilir. Ona yalnız zahiri, həyata aidiyyəti olmayan bir hadisə kimi təsadüf edirsən.

İnsanın həyatı ilə, onun əməlləri ilə onun mömin olub-olmamağını müəyyən etmək nə indi, nədə ki o vaxt heç cürə mümkün deyildir. Əgər pravoslavlığa açıq etiqad edənlər və onu inkar edənlər arasında fərq varsa belə,o heçdə birincilərin xeyrinə deyil. O zamanda, elə indi olduğu kimi, pravoslavlığın açıq qəbuluna və etiqad edilməsinə əksər hallarda küt, amansız, əxlaqsız və özlərini çox vacib hesab edən insanlar arasında rast gəlmək olardı. Ağıla, düzgünlüyə, səmimiliyə, saflığa, xoşqəlbliyə və əxlaqa isə əksər hallarda özlərini dinsiz hesab edən insanlar arasında rast gəlmək olardı.

Məktəblərdə katexizisi öyrədir və şagirdləri kilsəyə göndərirlər; məmurlardan priçastiyada olmaq haqda şəhadətnamə tələb edirlər. Lakin artıq təhsil almayan və hökümət işində çalışmayan bizim mühitdən olan insan, hər zaman, indi və daha çox əvvəllər, xristianlar arasında yaşadığını və özünü də xristian pravoslav məzhəbini etiqad edən sayıldığını bir dəfə də olsun yada salmadan illərlə yaşaya bilərdi.

Belə ki, indi də əvvəllər olduğu kimi, etibar yolu ilə qəbul edilən və xarici təzyiqlə himayə edilən dini təlim dinə zidd olan həyat təcrübələrinin və biliklərinin təsirinə məruz qalaraq tədricən yox olur və insan ona uşaq yaşlarından təlqin edilən və artıq heç izi də qalmayan dinin onda bütöv olduğunu zənn edərək, əksər hallarda uzun illər yaşayır.

S.adlı ağıllı və səmimi bir adam, dindən uzaqlaşdığını mənə belə söyləmişdir.İyirmi altı yaşında o ov zamanı gecələyərkən köhnə, uşaqlıqdan vərdiş etdiyi adət ilə axşam duasına başladı.Onunla ova çıxan böyük qardaşı samanlıqda uzanıb ona tamaşa edirdi. S. duasını bitirib yatağa girəndə, qardaşı ona dedi: “Sən hələ də bunu edirsən?” Bundan başqa onlar bir birinə heçnə demədilər. Lakin S.o gündən dua etməyi və kilsəyə getməyi tərgitdi. Artiq otuz ildir ki o nə dua etmir, nə priçestiya olunmur nədə kilsəyə getmir. Bu ona görə baş vermədi ki, o qardaşının əqidəsini bilirdi və onu qəbul etmişdir, nə də ona görə ki o öz qəlbində nəyi isə həll etmişdir, bu yalnız ona görə baş verdi ki, qardaşı tərəfindən deyilən bu söz öz ağırlığı altında aşmağa hazır olan divara barmaqla təkan edilməsinə bənzəyirdi; bu söz ona işarə edirdi ki, o yerdə ki onun düşündüyünə görə onun inamı var artıq çoxdandır ki, hecnə nə yoxdur, və buna görə dua zamanı dedıyı sözlər, xaç vurmalar və tənzimlər tamamilə mənasiz hərəkətlərdir. Bunların mənasizlığını anlayaraq, o bunları davam edə bilməzdi.

Düşünürəm ki, insanların böyük əksəriyyəti ilə bu hal baş verib və verir. Mən dinin özünü hər hansı müvəqqəti məqsədlərə çatmaq üçün vasitəyə çevirən insanlar haqda deyil (bu insanlar - ən qatı imansızdırlar, çünki əgər onlar üçün din, iman hər hansı bir dünyəvi məqsədlərə çatmaq üçün vasitədirsə şübhə yoxdur ki , bu iman deyil), özü özləri ilə düzgün, bizim mühitdə təlim tərbiyə almış insanlar haqda danışıram. Bizim mühitdə təhsil almış bu insanlar elə bir vəziyyətdədirlər ki , həyat və bilik işığı süni binanı əridib və onlar ya bunu görüb yeri azad ediblər yada hələ görməyiblər.

Uşaqlıqdan mənə verilən dini təlim başqalarında olduğu kimi məndə də yox oldu, fərq yalnız onda idi ki , kiçik yaşlarımdan çoxlu mütaliyəyə və düşünməyə başladığımdan mənim dindən uzaqlaşmağım lap əvvəldən düşünülmüş şəkildə baş verdi. On altı yaşım olanda mən artıq öz istəyimlə dua etməyi, kilsəyə getməyi və oruc tutmağı tərgitdim. Mən artıq uşaqlıqdan mənə öyrədilənə inanmırdım, lakin mən hələdə nəyə isə inanırdım. Nəyə inandığımı mən heç cür deyə bilməzdim. Mən Allaha da inanırdım, yaxud daha dəqiq desəm, Allahı inkar etmirdim, lakın hansı Allahı deyə bilməzdim; mən Məsihi də onun təliminidə inkar etmirdim, lakin onun təliminin nədən ibarət olduğunu da deyə bilməzdim.

İndi o dövrü yada salanda, mən açıq aydın görürəm ki, mənim inamım – o şeyki heyvani instiklərdən başqa mənim həyatımı hərəkətə gətirirdi – mənim o dövrki yeganə həqiqi inamım kəmilliyə olan inam idi. Lakin kamilliyin nədə olduğunu və onun məqsədinin nə olduğunu mən deyə bilməzdim. Mən özümü əqlən kamil etməyə çalışırdım – bacardığım və həyatda təmasda olduğum hər şeyi öyrənirdim; mən öz iradəmi kamil etməyə çalışırdım – özüm üçün qaydalar tərtib edib və onlara əməl etməyə çalışırdım; cürbəcür məşqlərlə gücümü və cəldliyimi artıraraq və müxtəlif çətinliklərlə özümü dözümə və səbirə öyrədərək fiziki cəhətdən özümü kamilləşdirirdim. Mən bunların hamısını kamillik hesab edirdim. Hər şeyin önündə, təbii ki, mənəvi kamillik dururdu, lakin bir müddət keçdikdə bu ümumiyyətlə kamilliklə əvəz olundu, yəni özüm yaxud Allah qarşısında yaxşı olmaq istəyi ilə deyil, başqa insanların gözündə yaxşı görünmək istəyi ilə əvəz olundu. Çox keçmədi ki, başqa insanların gözündə yaxşı görünmək istəyi başqa insanlardan güclü, yəni şöhrətli, vacib, dövlətli olmaq istəyi ilə əvəz olundu.


2
Vaxt gələcək gənclik həyatımın bu on illik təsirli və ibrətli tarixini danışacam. Düşünürəm ki, çoxları bunu yaşayıblar. Mən səmimi qəlbdən yaxşı olmaq istəyirdim; lakin mən gənc idim, ehtiraslı idim, ləyaqətli həyat axtaranda isə tək idim, təmamilə tək. Hər dəfə səmimi qəlbdən arzuladığım əxlaqlı, ləyaqətli olmaq istəyimi göstərməyə cəhd edəndə, həqarət və rişhəndlə qarşılaşırdım; əksinə, iyrənc ehtiraslara qapılan kimi, məni tərifləyir və həvəsləndirirdilər. Şöhrətpərəstlik, hakimiyyətpərəslik, hərislik, şəhvət, təkəbbür, qəzəb, intiqam – bunların hamısına hörmət olunurdu. Özümü bu ehtirasların ixtiyarına verəndə, böyüklərə bənzəyirdim, və hiss edirdim ki, məndən razıdırlar. O zaman mən əziz sevimli xalam ilə birgə yaşayırdıq. O, həmişə mənə deyərdi ki, ərli qadınla əlaqədə olmaq qədər heç nəyi mənə arzulamır: “__________________” – “gənc insanı alicənab qadınla əlaqədə olmaq qədər heç nə tərbiyələndirmir”; başqa bir səadəti də o mənə arzu edirdi – adyutant olum, özü də yaxşı olar ki, çarın adyutantı; və nahayət ən böyük xoşbəxtlik – çox zəngin bir qızla ailə qurum və bu nigah nəticəsində mənim mümkün qədər çoxlu qulum olsun.

Bu illəri dəhşət, ikrah və ürək ağrısız xatırlaya bilmirəm. Mən müharibədə insanları öldürürdüm, öldürmək üçün duelə çağırırdım, qumarda uduzurdum, kəndlilərin əməyini yeyib içib havaya sovururdum, onları cəzalandırırdım, əxlaqsızlıq, dələduzluq edirdim. Yalan, oğurluq, hər cür zinakarlıq, əyyaşlıq, zorakılıq, qətl... Elə bir cinayət yox idi ki, mən onu etməyin və bunların hamısına görə məni tərifləyirdilər və həmyaşıdlarım nisbətən əxlaqlı insan hesab edirdilər və edirlər.

Mən beləcə on il yaşadım.

Bu zaman mən şöhrətpərəstlik, hərislik və təkəbbür hisslərinin təsiri altında yazmağa başladım. Həyatda etdiklərimi elə yazılarımda da edirdim.Yazıçılıq fəaliyyətimin məqsədi olan şöhrət və pulu əldə etmək üçün, yaxşını gizlədib pisi göstərmək lazım idi. Mən belə də edirdim. Dəfələrlə öz yazılarımda laqeydlik və yüngül istehza pərdəsi altında, həyatımın mənasını təşkil edən yaxşılıq və heyrhaqlığa olan meyllərimi gizlədirdim. Nəticədə mən qoyduğum məqsədə müvəffəq olurdum: məni tərifləyirdilər. Gözümü açıb yumunca tanış olduğum insanların həyata silki yazıçı baxışları mənim tərəfimdən mənimsənildilər və daxilimdə yaşayan ləyaqətli olmaq cəhdlərimi artıq təmamilə silib yox etdilər. Bu baxışlar əxlaqsız həyatıma dayaq kimi ona haqq qazandıran bir fırziyyəni qoydular.

Mənim qələm yoldaşlarım olan bu insanların həyata baxışları ondan ibarət idi ki, həyat ümumiyyətlə irəliləyərək ingişaf edir və bu ingişafda əsas yer bizim, düşüncə sahiblərinin payına düşür, düşüncə sahiblərindən isə əsas nüfuza biz, yəni yazıçılar və şairlər malikik. Bizim vəzifəmiz – insanları öyrətməkdir. Lakin özümün özümə: mən nəyi bilirəm və nəyə öyrətməliyəm – sualı təbii olaraq yaranmaması üçün, bu nəzəriyyədə müəyyən edilmişdir ki, bunu bilmək heç lazımda deyil, çünki yazıçı və şair düşünmədən, bilmədən öyrədir. Mən ecazkar bir yazıçı və şair sayılırdım,ona görə mən bu nəzəriyyəni təbii olaraq mənimsədim. Mən – yazıçı və şair – yazırdım,öyrədirdim özümdə bilmədən nəyə. Buna görə mnənə pul verirdilər, mənim əla yeməklərim,evim qadınlarım, cəmiyyətdə müvqeyim və şöhrətim var idi. Deməli o şey ki mən öyrədirdim çox yaxşı idi.

Poeziyanın əhəmiyyətinə və həyatın inkişafına olan bu inam-bir inam idi, məndə onun kahinlərindən biri idim. Onun kahini olmaq çox sərfəli və xoş idi. Buna görə mən uzun müddət bu inamın həqiqiliyinə şübhə etmədən yaşadım. Lakin bu cür həyatın ikinci xüsusəndə üçünçü ilində, məndə bu inamın düzgün, qüsursuz olmağına dair şübhələr oyandı və mən onu tədqiq etməyə başladım. Şübhə doğuran birinci səbəb o idi ki, mən artıq gorürdüm ki, bu dinin kahinləri öz aralarında heç də yekdil deyillər. Bəziləri deyirdilər: biz - ən yaxşı və faydalı müəllimlərik, biz lazım olan şeyləri öyrədirik, başqaları isə səhv öyrədirlər. Digərləri isə - yox, biz – həqiqi müəllimlərik siz isə səhv öyrədirsiniz - deyirdilər. Onlar mübahisə edir, dalaşır, söyüşür, yalan danışırdılar, biri-birinə qarşı hiylə edirdilər. Bundan başqa, onların arasında kimin səhv, kimin düz olması ilə maraqlanmayan, sadəcə olaraq bizim bu fəaliyyətimizdən bir qazanc vasitəsi kimi istifadə edən insanlar da az deyildi. Bütün bunlar məni bizim inamın həqiqiliyinə şübhə etməyə məcbur etdilər.

Yazıçılığa olan inamın həqiqiliyinə şübhə edərək, mən onun kahinlərini diqqətlə müşahidə etməyə başladım və əmin oldum ki, demək olar ki bu inamın bütün kahinləri –yazıçılar-əxlaqsız və əksəriyyəti pis, yaramaz xasiyyətli insanlardırlar – mənim əvvəlki pozğun hərbi həyatımda rastlaşdığım insanlardan qat-qat alçaq insanlardırlar – lakin təmamilə müqəddəs yaxud müqəddəsliyin nə olduğunu bilməyən insanlar qədər, özlərinə arxayın və özlərindən razıdırlar. Insanlar məndə nifrət oyatdılar, mən özümə də nifrət etdim, və başa düşdüm ki bu inam həqiqət deyil.

Lakin qəribəsi o idi ki, baxmayaraq ki, mən bu inamın bütün yalanını qısa bir müddətdə anladım və ondan imtina etdim, bu insanların mənə verdiyi rütbədən – sənətkar, şair, müəllim rütbəsindən –mən imtina etmədim. Mən sadəlövhcəsinə zənn edirdim ki, mən – şairəm, sənətkaram və hamını öyrədə bilərəm, baxmayarag ki, nəyə öyrətdiyimi (öyrədəcəyimi) heç özüm də bilmirəm. Mən belədə edirdim. Bu insanlarla yaxınlıqdan mən yeni bir nöqsan əldə etdim – xəstəlik dərəcəsinə çatmış təkəbbür və ağlasığmaz bir əminlik ki,mən insanları, özümdə bilmədən nəyə,öyrətmək qabiliyyətindəyəm.

Indi o dövrü, o vaxtki əhval-ruhiyyəmi və o insanların (belələri, hətta, indi də az deyil) əhval-ruhiyyəsini xatırlayanda həm heyfslənirəm, həm dəhşətə gəlirəm, həm də gülməyim gəlir – məndə ruhi xəstələr evində yaşanan hisslərə bənzər hisslər oyanır.

O zaman biz hamımız əmin idik ki, biz danışmalıyıq, yazmalıylq, dərc etməliyik, özüdə mümkün qədər tez, mümkün qədər çox və bunlar hamısı bəşəriyyətin rifahı üçün lazımdır. Buna görə minlərlə biz, biri birimizi danaraq, söyərək, başqalarına nəsihət verərəkyazırdıq və dərc olunurduq. Lakin onu anlamayaraq ki, biz heçnə bilmirik, həyatın ən sadə sualına: nə yaxşı nə pisdir sualına – nəcavab verəcəyimizi bilmirik, biz hamımız biri birimizi dinləməyərək, bəzən biribirimizə göz yumaraq və tərifləyərək ki, mənə də göz yumsunlar və tərifləsinlər, bəzən isə acıqlanaraq və biri birimizin səsini batıraraq, hamımız birdən danışırdıq, lap elə dəlilər evində olduğu kimi.

Minlərlə işçi gecə qündüz var gücləri ilə işləyir, yığır, milyonlarla söz çap edirdilər və poçt onları bütün Rusiyaya paylayırdı, biz isə dayanmadan öyrədirdik, öyrədirdik yenə də öyrədirdik və hər şeyi öyrətməyə heç cür çattırmırdıq və daim qəzəblənirdik ki, bizə az qulaq asırlar.

Qəribədə olsa, yalnız indi mən anlayıram ki, bizim həqiqi səmimi fikrimiz o idi ki, biz mümkün qədər çoxlu pul və tərif əldə etmək istəyirik. Bu məqsədə çatmaq üçün biz kitab və qızet yazmaqdan başqa heç bir iş bacarmlrdıq. Biz elə bunu da edirdik. Lakin bu qədər faydasız iş görməklə yanaşı əmin olmaq ki, biz-çox vacib insanlariq, bizə, fəaliyyətimizə haqq qazandıran birdüşüncə, mühakimə lazım idi. Ona görə biz belə bir nəzəriyyə uydurmuşduq: mövcud olan hər şey – mənalı və səmərəlidir. Eyni zamanda mövcud olan hər şey ingişaf edir. Ingişaf isə maariflənmə yolu ilə həyata keçirilir. Maariflənmə isə kitab, qəzet yayımı ilə ölçülür. Bizə isə kitab və qəzet yazdığımıza görə pul verir və hörmət edirlər, deməli, biz - ən faydalı və yaxşı insanlarıq. Əgər biz hamımız yekdil olsa idik, bu bu çox yaxşı mühakimə olardı; lakin bir nəfər tərəfindən söylənilən hər fikirə, hər zaman başqası tərəfindən söyləniləndiametral əks fikir ortaya çıxdığına görə, bu bizi, fikrimizi dəyişməyə məcbur etməli idi. Lakin biz bunu anlamırdıq. Bizə pul verirdilər və bizim partiyadaşlarımız bizi tərifləyirdilər – ona görə biz, hər birimiz, özümüzü haqlı hesab edirdik.

Indi mənə aydındır ki, dəlilər evi ilə heç bir fərq yox idi; o zaman isə mən bunu yalnız dumanlı şəkildə zənn edirdim, oda ki, yalnız, hər bir dəli kimi – özümdən başqa hamını dəli adlandırırdım.

3

Bu cür ağılsızdıq şəraitində mən daha altı il, ailə qurana qədər yaşadım. Elə o zaman mən xaricə getdim. Avropa həyatı və avropalı öndə gedən və elm adamları ilə yaxınlığım, məni, yaşadığım ümumi kamilliyə olan inamda daha da möhkəmləndirdi, çünki orada da mən həmin bu inamı tapdım. Bu inam məndə də bizim dövrün oxumuş adamlarının əksəriyyətinə xas olan adi şəkli aldı. Bu inam “tərəqqi” sözü ilə ifadə edilirdi. O zaman mənə elə gəlirdi ki, bu sözlə nə isə ifadə edilir. Mən hələ onu başa düşmürdüm ki, hər bir canlı insan kimi yaxşı yaşamaq üçün nə etmək lazımdır sualına cavab axtararaq: tərəqqiyə uyğun olaraq yaşamaq cavabını verməyim, qayıqda dalğalar və külək ilə aparılan insanın, onun üçün ən vacib və yeganə: ”Hara üzmək ?” – sualına, onun, cavab vermək əvəzinə: “ Bizi hara sa aparır ”, – deməyinə bənzəyir.



O zaman mən bunu görmürdüm. Yalnız hərdən bir dərrakə deyil, duyğu bizim dövrün bu ümumi hurafatına qarşı qiyam edirdi, o hurafata qarşı ki, onunla insanlar özləri özlərindən həyatı başa düşmədiklərini gizlədirlər. Belə ki, Parisdə olarkən, ölüm cəzasının icra olunma mənzərəsi mənim tərəqqiyə olan mövhümatımın etibarsızlığını mənə göstərdi. Başın bədəndən necə ayrildığını və hər birinin ayrı-ayrılıqda qutuda taqqıldadığını görəndə mən ağılla deyil bütün varlığımla anladım ki, nə mövcud olan hər şeyin səmərəliyinə dair düşüncələr nə də heç bir tərəqqi nəzəriyyəsi bu əmələ haqq qazandıra bilməz, və əgər dünyanın bütün insanları, dünya yarandığı gündən, hər hansı bir nəzəriyyəyə əsaslanaraq hesab edirlər ki, bu lazımdır – mən bilirəm ki, bu lazım deyil, bu pisdir və buna görə nəyin yaxşı və lazım olduğunu müəyyən edən hakim nə insanlar dedikləri və etdikləridir, nə də tərəqqidir, bu hakim – yalnız mən və mənim qəlbimdir. Tərtəqqi mövhumatının həyat üçün kifayət etmədiyini mənə anladan daha bir hadisə qardaşımın ölümü idi.Bu ağıllı, xeyirxaq, ciddi bir insan cavan yaşında xəstələndi, bir ildən artıq əzab çəkdi və əzab-əziyyətlə öldü, təmamilə anlamayaraq nə üçün yaşadı, və daha az anlayaraq nə üçün ölür. Onun bu əzab-əziyyətli ölümü zamanı heç bir nəzəriyyə nə mənə, nə də ona bu suallara heçnə cavab verə bilmədilər.

Lakin bunlar yalnız tək-tük şübhə halları idi, əslində isə mən yalnız tərəqqiyə olan inama etiqad edərək yaşayırdım. “Hər şey inkişaf edir, elə mən də inkişaf edirəm; o ki qaldı bu ingişafın məqsədinə, onu gələcək göstərər”. O zaman mən öz inamımı bu cür qısa və dürüst ifadə etməli idim.

Xaricdən qayıdaraq, mən kəntdə məskunlaşdım və kənd məktəbləri ilə məşğul olmağa başladım. Bu məşğuliyyət mənim ürəyimə daha çox yatırdı, çünki burada mənim üçün yəqin olan və artıq ədəbi müəllimlik fəaliyyətimdə aydın görünən yalan yox idi. Burada da mən tərəqqi naminə fəaliyyət göstərirdim, lakin mən artıq tərəqqinin özünə tənqidi yanaşırdım. Mən özümə deyirdim ki, tərəqqi özünün bəzi təzahürlərində səhvlərə yol verib və buna görə ibtidai insanlara, kəndli uşaqlara, təmamilə azad yanaşaraq, onlara özləri istədikləri tərəqqi yolunu seçməyi təklif etmək lazımdır.

Əslində isə mən yeganə həllolunmaz bir məsələ ətrafında fırlanırdım – öyrətmək, özündə bilmədən nəyə öyrədirsən. Ədəbi fəaliyyətin ən yüksək dairəsində mənə aydın idi ki, öyrətmək özündə bilmədən nəyə öyrədirsən – olmaz, çünki görürdümki, hərə bir şeyə öyrədir, və aralarındakı mübahisə və deyişmələrlə yalnız özləri özlərindən öz bilməməzliklərini gizlədirlər; burada isə, kəndli uşaqlarla, mənə elə gəlirdi ki, uşaqlaraöz iştədikləri şeyi öyrənmək imkanı verməklə, bu çətinliyi həll etmək olar. O zaman qəlbimin dərinliyində çox yaxşı bilirdim ki, mən lazım olan heç nəyə öyrədə bilmərəm, çünki heç özüm də nəyin lazım olduğunu bilmirəm. Buna görə indi o zamanki öyrətmək istəyimi həyata keçirmək üçün gah nala, gah mıxa vurduğumu xatırlayanda gülməyim gəlir. Bir il məktəblərlə məşğul olduqdan sonra, mən yenə də xaricə getdim ki, orada öyrənim, nə edim ki, heç özümdə heçnə bilmədiyim halda, başqalarını öyrədə bilim.

Mənə elə gəlirdi ki, mən buna xaricdə öyrəndim, və bütün bu müdrikliklə silaxlanaraq, kəndlilər azad edilən ildə Rusiyaya qayıtdım və barışdırıcı münsif vəzifəsini tutaraq, savadsız xalqı məktəblərdə, savadlı adamları isə nəşrinə başladığım jurnalda öyrətməyə başladım. Iş, elə bil, yaxşı gedirdi, lakin mən hiss edirdim ki, əqli cəhətdən o qədər də sağlam deyiləm və bu uzun müddət davam edə bilməz. Əgər mənim həyatımın hələ dadını bilmədiyim və xilas ümidi verən daha bir tərəfi, ailə həyatı, olmasa idi, mən, ola bilsin, elə o zaman əlli yaşımda gəldiyim ümidsiz hala gələrdim.

Bir il ərzində mən münsiflik, məktəblər və jurnalla məşğul oldum. Lakin, ilk növbədə dolaşıb-çaşdığımdan, o dərəcə üzülüb əldən düşdüm ki, münsifliklə bağlı mübarizə mənim üçün o dərəcə ağırlaşdı ki, məktəblərdə ki fəaliyyətim o dərəcə dumanlı göründü ki, jurnaldakı yalnız bir şeydən ibarət olan təsirim – hamını öyrətmək və nəyə öyrətməyə bilmədiyimi gizlətmək istəyimdən ibarət olan təsirim - mənə o dərəcə ürək bulandırıcı göründü ki, mən daha çox ruhən nəinki cismən xəstələndim, hər şeyi atdım və çöl düzünə başqırların yanına gətdim – təmiz hava udmağa, qımız içməyəvə heyvan həyatı yaşamağa.

Oradan qayıtdıqda mən evləndim. Xoşbəxt ailə həyatı yaratdığı yeni şərait məni həyatın ümumi mənasının hər hansı bir axtarışından artıq təmamilə yayındırdı. O zaman mənim bütün həyatım ailədə, həyat yoldaşımda, uşaqlarda və buna görə guzaranımı yaxşılaşdırmaqla bağlı qayğılarda cəmləndi. Kamillik arzusu, artıq əvvəllər ümumi kamillik, tərəqqi arzusu ilə əvəz olunaraq, indi artıq bırbaşa mənə ailəmlə birlikdə mümkün qədər yaxşı olmaq arzusu ilə əvəz olundu.

Beləcə on beş il ütdü.

Baxmayaraq ki, mən yazıçılığı əhəmiyyətsiz, boş bir fəaliyyət hesab edirdim, bu on beş il ərzində mən hələ də yazırdım. Mən artıq yazıçılığın şirinliyini, cuzi, dəyərsiz işə görə iri pul mükafatları və alqış şirinliyini dadmışdım və onunla yalnız öz maddi durumumu yaxşılaşdırmaq və qəlbimdəki şəxsi və ümumi həyatın mənasına dair bütün sualları boğmaq üçün məşğul olurdum.

Mənim üçün yalnız bir hıqiqət var idi – elə yaşamaq lazımdlr ki, özünə və ailənə yaxşı olsun və mən yalnız buna öyrədərək yazırdım.

Mən beləcə yaşayırdım, lakin beş il bundan əvvəl mənimlə nə isə qəribə bir şey baş verməyə başladı: məni əvvəlcə caşqınlıq, həyat dayanmaları dəqiqələri bürüyürdü, mən elə bil bilmirdim necə yaşayım, nə edim və özümü itirir, ruhdan düşür və məyus olurdum. Lakin bu ötüb kecirdi və mən əvvəlki həyatıma davam edirdim. Sonra bu məyusluq dəqiqələri dahada tez-tez və elə əvvəlki şəkildə təkrar ulunmağa başladılar. Bu həyat dayanmaları daim eyni suallarla ifadə edilirdi: Nə üçün? Bəs sonra?

Əvvəlcə mənə elə gəlirdi ki, bu belə - mənasız, yersiz suallardı. Mənə elə gəlirdi ki, bunlar hamsı məlumdur, və əgər mən nə vaxtsa onların həlli ilə məşğul olmaq istəsəm, bu mənim üçün heç bir çətinlik törətməz – indi isə bununla məşğul olmağa mənim sadəcə olaraq vaxtım yoxdur və əgər nə vaxtsa bu fikirə düşsəm, elə o zaman cavabları taparam. Lakin bu suallar daha da tez-tez təkrarlanmağa başladılar, daha da inad və təqidlə cavablar tələb olunurdular və bir yerə düşən nöqtələr kimi bu cavabsız suallar qara bir ləkə şəklini aldılar.

Daxili ölümcül xəstəliyə tutulmuş insanla baş verən bir vəziyyət alındı. Əvvəlcə nasazlığın, xəstə əhəmiyyət vermədiyi, cuzi əlamətləri üzə çıxır, sonra bu əlamətlər tez-tez təklrar olunurlar və zaman baxımından ayrılmaz bir iztiraba birləşirlər. Iztirab artır və xəstə gözünü açıb-yumunca artıq dərk edir ki, nasazlıq kimi qəbul etdiyi hal, onun üçün həyatda ən mühüm, ən əhəmiyyətli olan bir şeydir, bu – ölümdür.

Eyni hal mənimlə də baş verdi. Mən anladım ki, bu təsadüfi nasazlıq, naxoşluq deyil, əksinə nə isə çox ciddi mühüm bir şeydir və əgər eyni suallar təkrar olunurlar sa, onda onlara cavab vermək lazımdır. Mən cavab verməyə cəhd etdim. Suallar olduqca mənasız, sadə görünür və uşaq suallarına bənzəyirdilər. Lakin onlara toxunduqda və həll etməyə cəxd etdikdə mən dərhal əmin oldum ki, birincisi, bunlar heç də mənasız və uşaq sualları deyillər, əksinə həyatda ən mühüm və dərin suallardı, və, ikincisi, mən nə qədər düşünürəm sə düşünüm onları heç cür həll edə bilmirəm. Samaradakı mülklə, uşağın tərbiyəsi, kitabın yazılması ilə məşğul olmaqdan əvvəl bütün bunları nə üçün etdiyimi bilməliyəm. Mən bunları nə üçün etdiyimi bilməyənə qədər , heçnə edə bilmərəm. O zaman məni çox düşündürən təsərufatla bağlı fikirlər arasında, ağlıma birdən belə bir sual gəlirdi: ” Yaxşı, tutaq ki sənin Samara quberniyasında 6000 desyatin torpağın, 300 baş atın olacaq, bəs sonra? “, və mən tamamilə çaşıb qalaraq, sonra nə düşünəcəyimi bilmirdim. Yaxud, uşaqları necə tərbiyyə edəcəyim haqda düşünməyə başlayanda, özümə deyirdim: “ Bundan mənə nə? “ Yaxud, xalq necə rifaha, xoş guzarana çata biləcəyi haqda düşünəndə, özümə deyirdim: “ Bundan mənə nə? “ Yaxud, mənim əsərlərimin, mənə gətirəcək şöhrət haqda düşünəndə, özümə deyirdim:” Yaxşı, tutaq ki, sən Qoqoldan, Puşkindən, Şekspirdən, Molyerdən, dünyada bütün yazıçılardan şöhrətli oldun – hə, nə olsun!..” - ...və mən heçnə, heçnə cavab verə bilmirdim.


Yüklə 310,67 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə