Dərc olunmamış yazıya giriş



Yüklə 310,67 Kb.
səhifə2/6
tarix21.04.2018
ölçüsü310,67 Kb.
#39750
növüYazı
1   2   3   4   5   6

4
Mənim həyatım dayandı. Mən yeməyi, içməyi, yatmağı, nəfəs almağı bacarır yeməməyi, içməməyi, yatmamağı, nəfəs almamağı bacarmırdım; lakin mən yaşamırdım, çünki elə bir istək yox idi ki, onun razı salınmasını mənasız hesab etməyim. Nəyi isə arzuladıqda, mən artıq əvvəlcədən bilirdim ki, bu arzuma çatıb çatmayacağımın heç bir əhəmiyyəti yoxdur.

Əgər sehrbaz gəlib istəklərimi həyata keçirəcəyini təklif etsə idi, ondan nə istəyəcəyimi bilməzdim. Əgər sərxoş dəqiqələrimdə arzu deyil, keçmiş arzularımın adətləri varsa belə, artıq ayıq dəqiqələrimdə mən bilirəm ki, bu yalandır və arzu olunmalı heçnə yoxdur. Mən hətta həqiqətin nə olduğunu bilmək istəmirdim, çünki başa düşürdüm, həqiqət odur ki – həyat boş mənasız şeydir.

Mən elə bil uzun müddət yaşadım, gəzib dolandım və bir uçuruma gəlib çıxdım və açıq aydın gördüm ki, irəlidə ölümdən, məhvdən başqa heçnə yoxdur. Dayanmaqda olmaz, geriyə dönməkdə olmaz, gözlərini yumaraq irəlidə həyat və xoşbəxtlik yalanı və həqiqi iztirab və həqiqi ölüm, tam məhvdən, yoxluqdan başqa heçnəyin olmadığını görməməkdə olmaz.

Mən həyatdan bezdim – hansı sa qarşısı alınmaz bir qüvvə məni ondan bir təhər yaxa qurtarmağa sövq edırdı. Demək olmaz ki, mən özümü öldürmək istəyirdim. Məni həyatdan uzaqlaşdıran qüvvə istəkdən daha güclü, daha dolğun, daha ümumi idi. Bu əvvəlki yaşamaq istəyinə bənzər, lakin əks nisbətdə olan bir qüvvə idi. Mən var gücümlə həyatdan uzaqlaşmağa çaışırdım. İntihar fikri ağlıma, əvvəllər həyatı yaxşılaşdırmaq fikri qədər, təbii olaraq gəldı. Bu fikir o qədər cazibəli, o qədər aldadıcı idi ki, mən onu tez-tələsik həyata keçirməmək üçün özümə qarşı bicliklər işlətmək məcburiyyətində idim. Mən yalnız ona ğörə tələsmirdim ki, bütün gücümü bu məsələnin həllinə yönəltmək istəyirdim. Mən özumə, əgər həll edə bilməsəm istənilən zaman vaxt taparam, deyirdim. Elə ondaca mən, xoşbəxt bir insan, hər axşam paltarımı soyunaraq tək qaldığım otaqdan bağı çıxartdım ki, şkaplar arasındakı tirdən özümü asmayım və ova silahlı getməyi tərgitdim ki, aldanaraq çox asan yolla həyatıma son qoymayım. Mən özümdə bilmirdim nə istəyirəm: mən həyatdan qorxurdum, ondan uzaqlaşmağa çalışırdım və bununla belə ondan hələ də nə isə gözləyirdim.

Bunlar hamsı mənimlə xoşbəxtliyin zirvəsi hesab edilən – hər tərəfdən hər şeyə malık olduğum zaman baş verdi: bu baş verən zaman, mənim əlli yaşım yox idi. Mənim xeyrhaq, sevən və sevilən həyat yoldaşım, gözəl evladlarım, mənim tərəfimdən əziyyət çəkmədən böyüyən və genişlənən malikanəm var idi. Mənim yaxınlar və tanişlar arasında hörmətim var idi, əvvəllər heç zaman olmadığı qədər yadlar tərəfidən təriflənirdim və öz-özümü aldatmadan özümü tanınmış bir insan hesab edə bilərdim. Bununla bərabər mən nəinki cismən və ruhən xəstə deyildim, əksinə öz həmyaşıdlarımda nadir halda rast gəldiyim cismi və ruhi gücə malik idim: cismən, kəndlilərdən qeri qalmadan, biçində işləməyə qadir idim; əqlən, səkkiz-on saat dalbadal, belə gərginlikdən heç bir fəsad hiss etməyərək işləməyə qadir idim. Bütün bunlara baxmayaraq belə bir neticəyə gəldim ki, yaşaya bilmirəm və, ölümdən qorxaraq, özümə qəsd etməmək üçün, özümə qarşı bicliklər işlətmək məcburiyətində idim.

Daxili durumun mənim ücün belə görünürdü: mənim həyatım kiminsə təfərindən mənə qarşı edilmiş mənasız və qəddar bir zarafatdır. Ona baxmayaraq ki, mən məni yaradan heç bir “kimi isə”qəbul etmirdim, bu təsəvvür forması, yəni kimsə məni dünyaya gətirərək mənasız və qəddarcasına ələ salıb, mənim üçün ən təbii təsəvvür forması idi.

Qeyri-ixtiyari olaraq təsəvvürümə gəlirdiki ki, hardasa orada kimsə var,və mənim 30-40 il oxuyaraq, cismən və ruhən inkişaf edərək yaşamağıma və indi, əqlən təmamilə bərkiyərək, həyatın, bütövlüklə açıldıgı bir zirvəyə çatmağıma və bu zirvədə axmaqların axmağı kimi, həyatda heç bir şeyin olmadığını, olmayib və olmayacağını aydin şəkildə anlayaraq durmağıma tamaşa edir və gülür. Lakin mənə gülən bu kiminsə olub yaxud olmamağından mənə asan deyil. Mən nə hər hansı bir əməlimə nədə ki bütövlüklə həyatıma heç bir məna verə bilmirdim. Məni təəcübləndirən yalnız o idi ki, nece olub ki, bunu lap əvvəldən başa düşə bilməmişəm. Bunlar hamsı ta qədimdən hamıya məlumdur. Bu gün-sabah sevdiyim insanları, məni xəstəliklər, ölüm aparacaq (və artıq aparıbda) və üfunət və qurdlardan başqa heçnə qalmayacaq. Mənim əməllərim, hər necə olurlarsa olsunlar, gec-tez hamsı unudulacaqlar, heç mən özümdə olmayacağam. Onda çalışıb əlləşməyin nə faydası var ? Təəcüb doğuran yalnız bir şey var – necə olur ki, insan bunu görmədən yaşaylr. Yalnız həyat səni sərxoş edənəcən yaşamaq olar, ayıldıqda isə, bunların hamsını – yalan, özüdə ki mənasız bir yalan olduğunu görməmək mümkün deyil. Hətta gülməli və maraqlı heçnə yoxdur, sadəcə - amansız və mənasız bir yalan.

Artıq çoxdandır ki, çöllükdə azğın heyvan tərəfindən yaxalanmış yolçu haqda şərq nağılı söylənilib. Heyvandan canını qurtararaq yolçu özünü susuz quyuya atır, lakin quyunun dibində onu udmaq üçün cəhəngini açmış əjdahanı görür. Zavallı, azğın heyvana yem olmamaq üçün, çıxmağa cürət etməyərək və əjdahaya yem olmamaq üçün quyunun dibinə tullanmağa ürək etməyərək quyunun divarlarındakı çatlarda bitən cır kolun budaqlarından bərk-bərk tutub sallanır. Onun əlləri gücdən düşür və o hiss edir ki, tezliklə hər iki tərəfdən onu gözləyən ölümə təslim olmaq məcburiyyətində olacaq; lakin o özünü hələdə saxlayır və özünü saxlayərkən ətrafına baxır və görür ki, iki siçan, biri qara, o biri ağ o sallanan kolun budağına bir bərabərdə dövrə vuraraq, onu gəmirirlər. Indicə kol özü-özünə qırılıb-qopacaq və o əjdahanın cəhənginə düşəcək. Yolçu bunu görür və başa düşür ki, mütləq öləcək; lakin sallanarkən o öz ətrafını axtarır və kolun yarpaqları üstündə bal damcıları tapır, onlara dili ilə çatır və yalayır. Mən də beləcə həyatın budaqlarından yapışmışam və bilirəm ki, mütləq məni parçalamağa hazır olan ölüm əjdahasının cəhənginə düşəcəm və heç cür başa düşə bilmirəm nə üçün mən bu əzab-əziyyətə düçar olmuşam. Mən, əvvəllər mənə sakitlik gətirən balı yalamağa cəhd edirəm, lakin bu bal məni artıq sevindirmir, ağ və qara siçanlar isə - gündüz və geçə - mən sallandığım budağı gəmirirlər. Mən acıq-aydın əjdahanı görürəm və bal artıq mənə həzz vermir. Mən yalnız bir şeyi – qarşısı alınmaz əjdahanı və siçanları görürəm – və onlardan gözümü çəkə bilmirəm. Bu nağıl deyil, bu – həqiqətdir, danılmaz və hər kəsə aydın bir həqiqət.

Əjdaha doğuran vahiməni gözdən gizlədən əvvəlki aldadıcı həyat nəşəsi məni artıq aldatmır. Nə gədər desəmdə: sən həyatın mənasını başa düşə bilmərsən, düşünmə, yaşa – mən bunu edə bilmərəm, çünki əvvəllər bunu olduqca uzun müddət etmişəm. Indi mən gəlib keçən və məni ölümə aparan gecə və gündüzü görməyə bilmərəm. Mən yalnız bunu görürəm, çünki yalnız bu – həqiqətdir. Qalan nə varsa – yalandır.

Digərlərindən daha uzun müddət, mənim fikrimi amansız həqiqətdən yayındıran o iki damcı balın şirinliyini – ailəyə və incəsənət adlandırdığım yazıçılığa olan məhəbbət şirinliyini – mən artıq hiss etmirdim.

“ Ailə...” – özüm-özümə deyərək düşünürdüm; lakin ailə - arvad, uşaqlardır; onlarda insandırlar. Onlarda elə mənim vəziyyətimdədirlər: onlar ya yalan içində yaşamalı, ya da amansız həqiqəti görməlidirlər. Bəs onlar nə üçün yaşamalıdırlar? Nə üçün mən onları sevməliyəm, qorumalıyam, böyütməliyəm və nəzarət etməliyəm? Mənim kimi ümidsizlik içində yaşamaq yahud kütlük üçün mü! Onları sevdiyim üçün, həqiqəti onlardan gizlədə bilmərəm – biliyə doğru atdıqları hər addım onları bu həqiqətə aparır. Həqiqət isə - ölümdür.

“ İncəsənət, poeziya?..” Uzun müddət insanlar tərəfindən təriflənərək və bu tərifin müvəffəqiyyətinin tərisinə düşərək mən özümü inandırırdım ki, bu – elə bir fəaliyyətdir ki, onunla məşğul olmağa dəyər, ona baxmayaraq ki, ölüm gələcək və hər şeyi – məni də, mənim işlərimi də, onlar haqda yaddaşı da – hər şeyi yox edəcək; lakin çox keçməmiş gördüm ki – bu da yalandır. Mənə aydın idi ki, incəsənət həyatın bəzəyidir, həyata cəlb edən bir tələdir ( həyatın cazibəsi, şirinliyidir ). Lakin mənim üçün həyat öz şirinliyini, cazibəsini itirib, belə olan halda, mən başqalarını necə şirnikdirə, tovlaya bilərəm? Nə qədər ki, başqalarının həyatı məni öz dalğalarında aparırdı və mən öz həyatımla yaşamırdım, nə qədər ki mən inanırdım ki, həyatın mənası var, hərçənd ki mən onu ifadə bilmirəm – poeziya və incəsənətdə hər növ həyatın əks etdirilməsi məni sevindirirdi və mən həyata bu incəsənət güzgüsündən ( aynasından ) baxmaqdan zövq alırdım; lakin mən həyatın mənasını axtarmağa başladıqda, öz həyatımı yaşamaq vacibliyini hiss etdikdə - bu güzgü mənə bir tərəfdən gərəksiz, artıq və gülünc görünürdü, digər tərəfdən isə əzab verirdi. Mən artıq vəziyyətimin mənasız və ümidsiz olduğunu güzgüdə görməklə təsəlli tapa bilməzdim. Qəlbimin dərinliyində inananda ki, mənim həyatımın mənası var, buna sevinir və arxayın olurdum. O zaman həyatda olan məzəli, faciə, həyacan, gözəllik və dəhşətin işıq və kölgələrinin bu oyunu məni əyləndirirdi. Lakin həyatın mənasız və dəhşətli olduğunu biləndə - güzgüdəki oyun artıq məni əyləndirə bilməzdi. Dayağımı gəmirən siçanlar və əjdahanı gördükdə, balın heç bir şirinliyi mənə ləzzət verə bilməzdi.

Lakin buda azmış. Əgər mən sadəcə olaraq başa düşsəydim ki, həyatın mənası yoxdur, arxayın olardım, bilərdim ki, bu mənim qismətimdir. Lakin mən bununla kifayətlənə bilmirdim. Əgər mən meşədə yaşayan və oradan çıxış yolunun olmadığını bilən insan kimi olsaydım, yaşaya bilərdim; lakin mən meşədə azmış və bunu bildiyindən dəhşətə gəlmiş insana bənzəyirdim: o yola çıxmaq arzusunda vurnuxur və bilir ki, atdığı hər addım onu daha da azdırır, lakin vurnuxmaya da bilmir.

Bax bu dəhşət idi. bu dəhşətdən canımı qurtarmaq üçün, mən özümü öldürmək istəyirdim. Mən məni gözləyən faciyə qarşısında dəhşətə gəlirdim – bilirdim ki, bu dəhşət düşdüyüm vəziyyətdən də dəhşətlidir, lakin nə onu unuda bilmirdim, nədə ki səbirlə sonu gözləyə bilmirdim. Ürəkdə damarın partlayacağı yaxud nə isə başqa bir şeyin baş verəcəyi və hər şeyin bitəcəyi haqda düşüncələr nə qədər inandırıcı olsalarda, mən səbirlə sonu gözləyə bilmirdi. Qaranlığın dəhşəti sonsuz idi və mən tez bir zamanda canımı ondan kəndir yahud güllə ilə qurtarmaq istəyirdim. Elə həmin bu hiss məni hər şeydən çox ölümə sövq edirdi.


5

Bir neçə dəfə özümə - “ola bilsin nəyi isə nəzərdən qaçırtmışam, nəyi isə başa düşməmişəm?” – deyirdim.- “Axı ola bilməz ki, bu ümidsizlik vəziyyəti insanlara xass olsun.” Mən öz suallarımın izahını insanlar əldə etdikləri bütün biliklərdə axtarmağa başladım. Mən əziyyətə qatılaraq, durmadan axtarırdım, özüdə adi, boş maraqdan, ləng deyil, əksinə əziyyətlə, inadla, gecə-gündüz axtarırdım – ölümlə üz-bə-üz duran insan xilas yolu axtardığı kimi axtarırdım – lakin heçnə tapmadım.



Mən bütün bilik və elmlərdə axtarırdım və nəinki tapmadım, əksinə əmin oldum ki, mənim kimi, bilik və elmlərdə axtaranların hamısı, elə mənim kimi heçnə tapmayıblar. Özüdə nəinki tapmayıblar, hətta aydın şəkildə etiraf ediblər ki, məni ümidsizlik vəziyyətinə gətirən bu bilik – həyatın mənasız və fani olması haqda bilik – insan son nəticədə əldə edə biləcəyi yeganə şübhə doğurmayan bilikdir.

Mən hər yanda axtarırdım və, bir tərəfdən, həyatımı təlimdə keçirtdiyimdən, digər tərəfdən isə, elm aləmi ilə sıx əlaqələrim olduğundan və buna görə bütün biliklərini nəinki kitablarda hətta söhbətlərdə mənə açmaqdan imtina etməyən müxtəlif bilik sahələrində çalışan alimlərin özləri ilə əlaqə yaratmaq imkanında olduğumdan – mən elm və biliyin həyat sualına cavab verdiyi hər şeyi öyrəndim.

Uzun müddət mən heç cür inana bilmirdim ki, elm və bilik həyat sualına verdiyi cavabdan başga heç bir cavab vermir. Elmin, insan həyatı doğurduğu suallarla ümumi heçnəyi olmayan, özünün müddəalarını isbat edən lovğa və ciddi tonunu diqqətlə müşahidə edərək uzun müddət mənə elə gəlirdi ki, mən nəyi isə başa düşmürəm. Uzun müddət mən bilik qarşısında özümü cəsarətsiz hiss edirdim və mənə elə gəlirdi ki, cavabların mənim suallarıma uyğun gəlməməsi elm və biliyin günaxından deyil mənim cahilliyim üzündən baş verir; lakin bu mənim üçün zarafat yaxud əyləncə deyildir, bu mənim bütün həyatımın işi idi və mən istər-istəməz belə bir qənaətə gəldim ki, mənim suallarım – yeganə ganuni, təmamiylə haqlı, hər bir biliyin əsasını təşkil edən suallardır və əgər elm, bu suallara cavab vermək iddiasında olduğuna baxmayaraq, onları cavablandıra bilmirsə - deməli mən öz suallarımla deyil, elm gunahkardır.

Mənim sualım – məni əlli yaşımda özümə qəst etmək dərəcəsinə gətirən, körpə uşaqdan tutmuş müdrik qocaya dək hər bir insan qəlbində yaşayan sual - ən sadə bir sual idi, lakin bu sualsız həyat mümkün deyil və mən də öz həyat təcrübəmdə bunun şahidi oldum. Sual bundan ibarətdir: “Mənim bu gün etdiyimin, sabax edəcəyimin nəticəsi nə olacaq, - mənim bütün həyatımın nəticəsi nə olacaq?”

Başqa cür ifadə edilsə, sual belə olacaq: ” Mən nə üçün yaşamalıyam, nə üçün nəyi isə arzulamalıyam, nə üçün nəyi isə etməliyəm? “ Sualı belə də ifadə etmək olar: “ Mənim həyatımın elə bir mənası var ki, məni mütləq gözləyən ölüm ona son qoymasın?”

Mən bu müxtəlif cür ifadə edilmiş eyni suala bəşər biliyində cavab axtarırdım və müəyyən etdim ki, bu sualla bağlı bütün bəşər bilikləri elə bil iki əks, qarşı-qarşıya duran yarımsferaya bölünür və onların iki əks son nöqtələrində iki qütb yerləşir: biri – mənfi, o biri – müsbət; lakin heç bir qütbdə həyat suallarına cavab yoxdur.

Biliklərin bir qismi sanki heç sualı tanımır, lakin əvəzində özünün müstəqil, sərbəst şəkildə qoyulmuş suallarına aydın və dəqiq cavablar verir: bu – təcrübi biliklər sırasıdır və onun son axır nöqtəsində riyaziyyat durur; biliklərin digər qismi sualı tanıyır, lakin ona cavab vermir: bu – mücərrəd biliklər sırasıdır və onların son axır nöqtəsində – metafizikadır.

Hələ gəncliyimin çağdaş dövründə məni mücərrəd biliklər maraqlandırırdılar, lakin sonralar riyazi və təbiyyat elmləri də məni cəlb etdilər və nə qədər ki, mən öz sualımı özümə aydın şəkildə qoymamışdım, nə qədərki, bu sual öz həllini təqidlə tələb edərək məndə yetişməmişdir, o vaxta qədər mən biliklərin suala verdiyi saxta cavablarla məmnun olurdum.

Təcrübi bilikləri əsas tutaraq, belə düşünürdüm: “ Hər şey inkişaf edir, təbəqələşir, mürəkkəbliyə və mükəmməlliyə doğru gedir və bu inkişafı idarə edən qanunlar var. Sən – tamın bir hissəsisən. Tamı və inkişaf qanununu mümkün qədər dərk edərək, sən bu tamda öz yerini də, özünü də dərk edəcəksən”. Nə qədər acı olsa da etiraf edirəm ki,vaxt var idi mən elə bil bununla məmnun olurdum. Bu o zamanlar idi ki, mən özüm mürəkkəbləşir və inkişaf edirdim. Mənim əzələlərim böyüyür və möhkəmlənirdi, hafizəm zənginləşirdi, düşünmək və anlamaq qabiliyyətim artırdı, mən böyüyür və inkişaf edirdim və özüm də bu inkişafı hiss edərək, təbii olaraq düşünürdüm ki, bu elə bütün dünyanın qanunudur və bu qanunda mən öz həyat suallarımında həllini tapacam. Lakin elə bir zaman gəldi ki, mənim inkişafım dayandı - mən hiss etdim ki, inkişaf deyil, əksinə quruyuram, əzələlərim zəifləyir, dişlərim tökülür – və mən gördüm ki, bu qanun mənə heç nəyi başa salmır, hətta belə bir qanun heç zaman mövcud olmayıb və heç olada bilməzdi, mən isə həyatımın müəyyən dövründə özümdə müşahidə etdiklərimi qanun kimi qəbul etmişəm. Mən bu qanunun tərifinə daha ciddi yanaşdım; və mənə aydın oldu ki, sonsuz inkişaf qanunları mövcud ola bilməzlər; aydın oldu ki: sonsuz zaman və məkanda hər şey inkişaf edir, mükəmməlləşir, təbəqələşir – demək, heçnə deməyə bərabərdir. Bunlar hamısı - mənası olmayan sözlərdir, çünki sonsuzluqda nə mürəkkəb var, nə də sadə, nə qabaq var, nə də arxa, nə daha yaxşı var, nə də daha pis.

Başlıcası isə o idi ki, mənim şəxsi sualım: mən öz istək və arzularımla birlikdə nəyəm? - artıq təmamilə cavabsız qalırdı. Mən anladım ki, bu biliklər çox maraqlı, çox cəlbedicidirlər, lakin onların dəqiqliyi və aydınlığı onları həyat suallarına tətbiq etdikdə əks mütənasiblik təşkil edir:nə qədər ki onlar həyat suallarına tətbiq edilmirlər – dəqiq və aydındırlar,həyat məsələlərinin həllinə yönəldikdə isə təmamilə cazibəsiz və anlaşılmaz olurlar.

Həyat məsələlərinin həllini verməyə cəhd edən elmlər sahəsinə - yəni fiziologiya, biologiyaya, psixologiya, sosiologiyaya müraciət etdikdə, burada son dərəcə fikir kasıblığına, saysız-hesabsız anlaşılmazlıqlara, aidityyatı olmayan sualların həllinə yönəlmiş haqsız iddiaya və baş alıb gedən bir alimin başqaları və hətta özü-özüylə aramsız ziddiyyətdə olmasının şahidi olursan.

Həyata dair sualların həlliylə məşğul olmayan, yalnız öz elmi, hüsusi suallarına cavbab verən biliklər sahəsinə müraciət etdikdə, insan zəkasının qüdrətinə heyran olursan, lakin əvvəlcədən bilirsən k, burada həyat suallarına cavab yoxdur. Bu biliklər həyata dair sualları tanımaqdan açıq-açığına imtina edirlər. Onlar deyirlər:” Sənin nə olduğunu və nə üçün yaşadığını biz bilmirik və bununla məşğul olmuruq; lakin, əgər sənə işıq, kimyəvi birləşmələr qanunlarını, orqanizmlərin inkişaf qanunlarını bilmək lazımdırsa; əqər sənə cisimlərin, onların formalarının qanunlarını və miqdar və kəmiyyət nisbətini bilmək lazımdırsa, əgər sənə öz ağlının qanunlarını bilmək lazımdırsa, onda bunlarən hamısına bizim aydın, dəqiq və yəqin cavablarımız var.”

Ümumiyyətlə təcrübi elmlərin həyat suallarına münasibəti belə ifadə edilə bilər: sual: Mən nə üçün yaşayıram? – cavab: Sonsuz böyük məkanda, sonsuz böyük zaman kəsiyində, son dərəcə kiçik zərrəciklər öz formalarını sonsuz mürəkkəblikdə dəyişirlər və sən bu forma dəyişmələrinin qanununu anlayanda, nə üçün yaşadığını da başa düşəcəksən.

Mücərrəd biliklərə əsaslanaraq belə düşünürdüm: “ Bütün bəşəriyyət onu idarə edən mənəvi dəyərlərə, ideallara əsaslanaraq yaşayır və inkişaf edir. Bu ideallar müxtəlif dinlərdə, elmlərdə, incəsənət növlərində, dövlətçilik formalarında təzahür edilir. Bu ideallar tədricən yüksəlir və bəşəriyyət ali səadətə, rifaha doğru gedir. Mən – bəşəriyyətin bir hissəsiyəm, buna görə mənim vəzifəm bəşər ideallarının dərkinə və həyata keçirilməsinə yardım etməkdən ibarətdir. Ağlımın körpə vaxtında mən bu cür düşüncəylə məmnun olurdum, lakin həyat sualı məndə bütün aydınlığıyla baş qaldıranda, bütün bu nəzəriyyə alt-üst oldu. Bu növ biliklərin bəşəriyyətin kiçicik bir hissəsini öyrənib, əldə edilən nəticələri ümumi nəticə kimi qələmə vermələrinin səhlənkar səhvini nəzərə almasaq, bu baxışın müxtəlif tərəftarlarının bəşər ideallarının nədə olduğuna dair məsələdə biri birinə zidd olmalarını nəzərə almasaq – bu baxışın qəribəliyimi deyim, ağılsızlığımı deyim ondadır ki, hər bir insan onu gözləyən: “ mən nəyəm “, yaxud: “ mən nə üçün yaşayıram “, yaxud: ” mən nə etməliyəm “, - sualına cavab verməkdən əvvəl: “ ona yalnız kiçicik bir zaman kəsiyində, kiçicik bir hissəsi məlum olan, bütün bu ona məlum olmayan bəşəriyyətin həyatı nədir “- sualını həll etməlidir. Özünün nə olduğunu başa düşmək üçün, insan əvvəlcə onun kimi özlərini anlmayan insanlardan ibarət olan bu əsrarəngiz bəşəriyyətin nə olduğunu başa düşməlidir.

Etiraf edirəm ki, vaxt var idi mən buna inanırdım. Bu o dövr idi ki, mənim, şıltaqlıq və istəklərimə haqq qazandıran, özümün sevimli ideallarım var idi və mən elə bir nəzəriyyə yaratmağa çalısırdım ki, ona əsaslanaraq öz şıltaqlıq və istəklərimə bəşəriyyət qanunu kimi baxım. Lakin həyat sualı bütün aydınlığıyla mənim qəlbimdə baş qaldıranda, bu cavab dərhal alt-üst oldu. Mən anladım ki, təcrübi elmlər sahəsində həqiqi elmlər və yarımelmlər, yəni onlara aid olmayan suallara cavab verməyə çalışan elmlər olduğu kimi, bu sahədə də aid olmayan suallara cavab verməyə çalışan, bir sıra çox yayılmış elmlər mövcuddur. Bu sahənin yarımelmləri – hüquq, ictimai, tarix elmləri – hər biri özü bildiyi kimi, xəyalən, bütün bəşəriyyətin həyat sualını həll etməklə, insanın suallarını həll etməyə çalışır.

Lakin təcrübi elmlər sahəsində olduğu kimi, özünə, səmimi şəkildə, mən necə yaşayım sualını verən insan: sonsuz hissəciklərin sonsuz məkanda zaman baxımından sonsuz mürəkkəb dəyişikliklərini öyrən və sən öz həyatını başa düşəcəksən – cavabıyla məmnun ola bilmədiyi kimi, burada da səmimi insan: nə əvvəlini, nə axırını bilməyə qadir olmadığımız və hətta kiçicik hissəciyini bilmədiyimiz bütün bəşəriyyətin həyatını öyrən və sən öz həyatını başa düşəcəksən – cavabıyla məmnun ola bilməz. Təcrübi yarımelmlər kimi, bu yarımelmlərdə öz vəzifələrindən yayındıqca anlaşılmazlıqlar, səhvlər, cəfəngiyyətlər və ziddiyyətlər toplusuna çevrilirlər. Təcrübi elmin vəzifəsi – maddi təzahürlərin səbəbiyyat ardıcıllığının öyrənilməsidir. Təcrübi elm əsas səbəb haqda sualı daxil edən kimi, cəfəngiyyat alınır. Mücərrəd elmin vəzifəsi – həyatın səbəbsiz mahiyyətini dərk etməkdir. Səbəbiyyat təzahürlərin tədqiqini, yəni ictimai, tarixi hadisələrin tədqiqini daxil edən kimi, cəfəngiyyat alınır.

Təcrübi elm yalnız öz tədqiqatlarına əsas səbəbi daxil etmədiyi halda müsbət bilik verir və insan təfəkkürünün qüdrətini nümayiş edir. Əksinə, mücərrəd elm – yalnız səbəbiyyat təzahürlərinin ardıcıllığına aid suallardan təmamiylə imtina etdikdə və insanı yalniz əsas səbəbə münasibətdə göstərdikdə - elm sayılır və insan təfəkkürünün qüdrətini nümayiş edir. Bu sahədə olan və bu yarımsferanin qütbünü təşkil edən belə bir elm – metafizikadır,yaxud mücərrəd fəlsəfə. Bu elm aydın şəkildə: mən və bütün dünya nədir? və mən və bütün dünya nəüçündür? – sualını qoyur və yarandığı bir gündən o daim eyni cavabı verir. Mənim və mövcud olan hər şeyin daxilində olan həyat mahiyyətini ideyalar, substansiya, ruh yaxud iradə adlandırdığından asılı olmayaraq, filosof yalnız bir şeyi – bu mahiyyət mövcuddur və MƏN həmin o mahiyyətəm – deyir, lakin o nə üçündür o bilmir və əgər o dəqiq müdrükdürsə cavab vermir.

Mən soruşuram: Bu mahiyyət nə üçün mövcuddur? Onun mövcudluğunun və mövcud olacağının nəticəsi nə olacaq?.. Fəlsəfə nəinki cavab vermir, əksinə özüdə yalnız bunu soruşur. Əgər o – həqiqi fəlsəfədirsə, onda onun bütün fəaliyyəti yalnız bu sualı aydın şəkildə ifadə etməkdən ibarətdir. Əgər o öz məqsədinə sadiqdirsə, onda o: “ Mən və bütün dünya nədir ? “ sualına, - yalnız: “ hər şey və heçnə “ cavabı, “ nə üçün dünya və nə üçün mən mövcudam? “ – sualına isə, - yalnız: “ bilmirəm “ – cavabı verir.

Beləki,fəlsəfənin mücərrəd cavabları cavaba oxşar heçnə vermir, - ona görə yox ki, aydın , təcrübi sahədə olduğu kimi, burada da cavab mənim sualıma aid deyil, bu ona görə baş verir ki, burada ağılın bütün fəaliyyəti məhz mənim sualıma yönəlməsinə baxmayaraq cavab yoxdur və cavab əvəzinə bir qədər mürəkkəbləşmiş formada həmin sual alınır.



Həyat sualına cavab axtararkən, mən, meşədə yolunu azmış insanın keçirtdiyi hisslərə bənzər hisslər keçirtdim.

O talaya çıxıb, ağaca qalxıb və buradan onun nəzərinə açıq-aydın şəkildə ucsuz bucaqsız sahələr açılıb, lakin o orada evinin olmadığının şahidi olub; meşənin cəngəlliyinə, zülmət içinə girib və tükürpədici zülmət görüb, lakin burada da evdən heç bir əsər əlamətin olmadığının şahidi olub.

Beləcə, mən insan bilikləri cəngəlliyində, bir tərəfdən, mənə aydın, lakin bu istiqamətdə evin ola bilmədiyi üfüqləri açan riyazi və təcrübi biliklər işığı, digər tərəfdən isə, irəlilədikcə daha böyük qaranlığa qərq olduğum mücərrəd biliklər zülməti arasında gəzib dolaşırdım və nəticədə əmin oldum ki, burada çıxış yolu yoxdur və heç ola da bilməz.

Aydın biliklərə müraciət etdikdə mən başa düşürdüm ki, bununla yalnız nəzərimi sualdan çəkirəm. Mənə açılan üfüqlər nə qədər aydın, cəzbedici olsalarda, bu biliklərin sonsuzluğuna dalmaq nə qədər maraqlı olsa da, mən artıq anlayırdım ki, onlar nə qədər mənə gərək deyillərsə, nə qədər mənim sualıma cavab vermirlərsə,o qədər aydın və faydalıdırlar. Mücərrəd sahədə isə mən yaxşı anlayırdım ki, ona baxmayaraq ki, yaxud məhz ona görə ki, biliyin məqsədi birbaşa mənim sualıma cavab verməyə yönəlmişdir, mən özümə verdiyim cavabdan başqa cavab yoxdur: Mənim həyatımın mənası nədir? – Heçnə. – Yaxud: Mənim həyatımın nəticəsi nə olacaq? – Heçnə. – Yaxud: Mövcud olan hər şey nə üçün mövcuddur və mən nə üçün mövcudam? – onun üçün ki, mövcuddur.

Bəşəri biliklərin bir qisminə sualla müraciət etdikdə, mən soruşmadığım şeylər haqda: ulduzların kimyəvi tərkibi, günəşin Herkules bürcü istiqamətində hərəkəti, növlərin və insanın yaranması, hədsiz kiçik atomların forması, efirin hədsiz kiçik, çəkisi olmayan hissəciklərinin titrəyişi haqda saysız-hesabsız dəqiq cavablar alırdım; lakin biliklərin bu qismi mənim: həyatımın mənası nədir? – sualıma, bir cavab verirdilər: sən – o şey ki, sən həyat adlandırırsan – hissəciklərin müvəqqəti, təsadüfi bəndləməsidir (birləşməsidir). Bu hissəciklərin qarşılıqlı təsiri, dəyişikliyi səndə həyat adlandırdığın şeyi törədir. Bu bəndləmə (birləşmə) bir müddət qalacaq (davam edəcək); sonra bu hissəciklərin qarşılıqlı əlaqəsi sona catacaq – və sən həyat adlandırdığın şeydə sona yetəcək, sənin bütün suallarında bitəcək. Sən - nəyinsə təsadüf nəticəsində yapılmış yumağısan. Yumaq çürüyür. Bu çürüməni yumaq öz həyatı adlandırır. Yumaq dağılacaq – və çürümə və bütün suallar qurtaracaq. Biliklərin aydın tərəfi belə cavab verir və əgər o yalnız öz əsaslarına ciddi, qəti surətdə riayyət edirsə, başqa heçnə deyə bilmir.


Yüklə 310,67 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə