DəRƏLƏYƏz mahalinin kameral təSVİRİ (1831-ci və 1842-ci illər) «Elm və təhsil» Bakı – 2017



Yüklə 2,75 Kb.
Pdf görüntüsü
səhifə3/73
tarix01.02.2018
ölçüsü2,75 Kb.
#23024
1   2   3   4   5   6   7   8   9   ...   73

9
(1831-ci və 1842-ci illər)
Naxçıvan  əyalətlərini  osman lılardan  geri  aldıqdan  sonra  
(1735) bu ərazilər uzun müddət boş qalmışdır.
Dərələyəz Şərqi və Qərbi Dərələyəz olmaqla iki his-
sədən ibarət idi, Qərbi Dərələyəzə Şərqi Arpaçayın aşağı 
axarı ətrafında yerləşən və hazırda Naxçıvan Muxtar Res-
publikasının Şərur rayonuna daxil olan Yaycı, Axura, Yuxa-
rı  və Aşağı  Danzik,  Havuş,  Həmzə  Əli  Dizə,  Dostəlibəy 
Dizə, Cağazur və başqa kəndlər, eləcə də hazırda Ermənis-
tan Respublikasında qalan Xaçik, Aynazur və bəzi kəndlər 
da xil idi və buranın əhalisi Xaçik və Aynazur kəndləri is-
tisna  olmaqla  müsəl manların  şiə  məzhəbinə  mənsub  olan 
türklər idi.(Qərbi Dərə ləyəz Dərələyəz dağ silsiləsinin cə-
nub ətəklərində yerləşir). Şərqi Dərələyəzin sakinləri isə 
əsasən Qaraçor türkmənləri idi.
Milli  mənsubiyyəti  bəzən  mübahisə  obyekti  olan  qa-
raçorlular haqqında elmi fikirlərə müraciət etmək məcbu-
riyyətindəyik.  Bu  səbəbdən  də  “qaraçorlu”  sözünün 
mənşə yini, qaraçorluların yaşayış arealını və etnik mənşə-
yini  də  araş dırmağa  ehtiyac  yaranır.
Araşdırılan   mənbələrə görə (Vikipediya):
1.“Çorlu”, “qaraçorlu” türk sözü olmaqla, onlar türk-
monqol mənşəli Kerait tayfalarının törəmələridir.
2. “Çor” sözü yer adı kimi, habelə türk hökmdarların-
da titul kimi işlənirmiş (Заур  Гасанов. Чарские скифи. 
Нью-Йорк. 2002 г. Стр. 199,220,225,250).
3.”Çor” Dərbənd şəhərinin Alban tarixindəki keçmiş 
adı dır (Lev Qumilyov. “Qədim türklər”. Bakı. 1993. S.230).
4. “Çor”, “çur” qədim türk sözüdür, mənası “igid”, 
“qəh rəman” deməkdir. “Çor” kəngər-peçeneqlərin bir 
tay fasının adıdır, Ağstafa çay vadisinin yuxarı hissəsində 
(indiki  Ermənistan  ərazisi)  yaşamışlar  (Q.Qeybullayev. 


10
Dərələyəz mahalının kameral təsviri 
“Qədim türklər və Ermənistan”. Bakı, 1982, səh.105).
5.XVI  əsrdə  qızılbaşların  zülqədər  tay fasının  Şəmsəd-
dinli  tirəsi  Çor  mahalında  məskunlaşmışdı (Yenə  orada, 
səh.114).
6.”Çor” müəyyən bir elin adıdır və Çorlu toponim-
lərində indiyədək qalmışdır. Altayda yaşayan tayfa lardan 
biri  indi  də  Çor  adlanır. Azərbaycanda  Çoryurd (Yardımlı 
rayonu) və Qəbələ rayonunda Çorlu yer adları vardır. (B.Ə.
Budaqov,  Q.Ə.Qeybullayev.  “Gürcüstanda  türkmənşəli 
toponimlərin  izahlı  lüğəti”.  Bakı.  2002.  S.29,  106,  108, 
290).
7.Türkiyədə  Çorum  sancağı  nahiyəsi...Köçəri  həyat 
tərzi keçirən türklərə yörüklər deyilirdi. Çorlu yörükləri... 
(Faruk Sümər. Oğuzlar. Bakı. 1992. Səh.20, 308-364).
Bütün bunları yekunlaşdıraraq belə nəticəyə gələ bilə-
rik ki, Qaraqoyunlu, Qarapapaq, Qaraçöplü, Qaraçanlı, Qa-
ramanlı, Qarabayramlı, Qaracallı və s. kmi, Qaraçorlular_da_türk_tayfasıdır._Türkiyədə_yaşamış_Azərbaycan_mənşəli_məşhur_profes_sor_Əhməd_Cəfəroğlu_da_qaraçorluları_İran_türk'>Qaraçorlular 
da türk tayfasıdır. 
Türkiyədə  yaşamış  Azərbaycan  mənşəli  məşhur 
profes sor Əhməd Cəfəroğlu da qaraçorluları İran türk-
lərindən olan bir el hesab edib. Türkiyənin başqa bir məş-
hur tarix professoru Yusif Halacoğlu da qaraçorluları XVI 
əsrdə Ərzurumda məskunlaşan türkmən ellərindən biri  
kimi təqdim edir (Ankara Universiteti ədəbiyat fakültə-
sinin araşdırma dərgisi. Özəl sayı, 1979, səh.207).
Qədim yazılı qaynaqlara görə, Göytürk dövlətini ya-
radan iki tayfa xüsusi qılınc hazırlayırdı. Hər tayfa da isteh-
sal etdiyi qılınca öz adını vermişdi. Tayfalardan birinin adı 
“Bilgətəkin”, digəri isə “Qaraçori” idi. Hər iki tayfa tərə-
findən düzəltdikləri qılıncın üstündə onların öz nişanı xüsu-
si şəkildə həkk olunurdu. O zaman Göytürk imperiyasının 


11
(1831-ci və 1842-ci illər)
sərhədləri Azərbay canı da əhatə edirdi. 1926-cı ildə Mara-
ğa şəhərində doğulan Qaraçorlu Bulud Səhəndin nəsli də 
Göytürkləri yaradan həmin Qaraçori  tayfasına gedib çıxır.
Türkiyə ərazisində, Şərqi Anadoluda olduğu kimi, qara-
çorlular  İranda  da  geniş  yayılmışlar.  Onlar  Şərqi Azərbay-
can, Ərdəbil və Qərbi Azərbaycan vilayətlərində  yaşayırlar. 
Qaraçorlular hazırda Xorasan əyalətinin Bojnurd, Şir van və 
Quçau ilçələrində də kompakt şəkildə yaşayırlar. Tarixi mən-
bələrə görə, onları buraya I Şah Abbas köçürmüşdür.
Müəmmər Aksoy adlı bir türk alimi “Diyari-Karaçor 
(Çaybağı)”  adlı  məqaləsində  yazır: “Qaraçor.  Keçmiş 
zaman lardan Elazığın Palu ilçəsinə tabe olan təxminən 16 
kənddən birinin adıdır. İndi isə Elazığın Kovancılar ilçəsinə 
tabe  olan  kəndlərdən  birinin  adıdır.  Qaraçor  kəlməsinin 
çox mənası vardır. Ancaq mən “dik halay”, ya da “dərin 
yara” məna larından başqa bir şey bilmirəm”.
Başqa bir yerdə (sozlukbu.com saytı) “qaraçor” kəl-
məsini “daha çox türkmən oymaqları arasında rast gə-
linən bir kukla oyunu növü” adlandırmışlar.
Tunceli (Dərsim) vilayətinin Pərtək ilçəsində 51 kənd 
var. Onun Pınarlar nahiyəsində Paşavənk/Qaraçor kəndi 
vardır. Əhalisi türk və zaza göstərilib. Zazaların türk olma-
dıqlarını nəzərə alsaq, kənddəki qaraçorluları türk saymaq 
olar.
Bəkir Əli Dəmirəl və Süleyman Yapıcının təqdim et-
dikləri “1841-yılında yapılan ilk Osmanlı nüfus sayımı. 
Palu nüfus dəftəri” adlı sənəddə başqa bir adı da Çakçur 
olan Qa raçor nahiyəsində 79 kəndin olduğu bildirilir.
  Bir  qədər  əvvəl  qeyd  etdiyimiz  kimi,  qaraçorlula-
rın ən çox yaşadıqları ərazi İrandır. İranın şimal-şərqində, 
Xorasan  əyaləti,  eləcə  də  Nişapur  bölgəsi  qaraçorluların 


Yüklə 2,75 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə