DəRƏLƏYƏz mahalinin kameral təSVİRİ (1831-ci və 1842-ci illər) «Elm və təhsil» Bakı – 2017


Dərələyəz mahalının kameral təsviri



Yüklə 2,75 Kb.
Pdf görüntüsü
səhifə6/73
tarix01.02.2018
ölçüsü2,75 Kb.
#23024
1   2   3   4   5   6   7   8   9   ...   73

18
Dərələyəz mahalının kameral təsviri 
da mahalın əhalisinin 66 %-ini müsəlmanlar, 34 %-ni er-
mənilər təşkil edirdi, indi isə orada bir nəfər də müsəlman, 
azərbaycanlı  yoxdur.
Bu faciələrin yalnız və yalnız bir səbəbi var: 1747-ci 
ildə  Nadir  şahın  öldürülməsindən  sonra  meydana  çıxan 
cırtdan “dövlətlər”-Azərbaycan  xanlıqları  mərkəzi  İran 
dövlətinə tabe olmaqdan boyun qaçırdıqları halda, Rusiya 
imperiyasına satıl maq üçün sanki növbəyə durmuşdular, bu 
qüsurlu praktika isə Qarabağ  xanı, sonradan rus mayoru 
Lisaneviç tərəfindən 17 nəfər ailə üzvləri ilə öz çadırında 
gülləbaran  edilən  İbrahim  xandan  başlamışdı.  Naxçıvan 
xanları da, Quba, Şəki xanları da, başqa xanlar da satqın-
lıqda ondan geri qalma dılar və nəticədə indiki durum ya-
randı-çar Rusiyası İrandan və Türkiyədən köçürüb gətirdiyi 
erməniləri bu yerlərin sahibinə çevirib azərbaycanlıları ta-
mamilə sıxışdırıb çıxartdı. Qeyd etmək lazımdır ki, işğalı 
asanlaşdırmaq üçün Rusiya dövləti bu xanlara yağlı vədlər 
verir, onların mərkəzi İran Qacarlar dövlətinə qarşı separat-
çılıq  meyllərini  şirnikləndirirdi.
Naxçıvan xanı Kəlbəli xan və onun oğlu Ehsan xan bu 
hadisələrdə rusların xeyrinə xüsusi canfəşanlıq göstərmiş-
lər. Halbuki, nə qədər böyük tarixi səhv etdiklərini kaş görə 
bilsələrdi...
Hələ XVI əsrdə zəngin Naxçıvan diyarı qızılbaş tayfa-
larından  ustaclıların  bir  qolu  olan  kəngərlilərə  irsi  olaraq 
ülka kimi verilmişdi. Yəni ərazinin bütün hərbi və mülkü 
haki miyyəti  onlarda  idi,  buradan  əldə  olunan  bütün  gəlir 
onlara çatır və bunun əvəzində müharibə vaxtı 799 döyüş-
çü  çıxarmalı  idilər (Təzkirət-ül  mulük,  London,  1943, 
səh.103).  Dərələyəz  mahalının  da  daxil  olduğu  Naxçıvan 
tüməni XVII əsrə qədər Təbriz bəylərbəyliyinə, XVII əsrin 


19
(1831-ci və 1842-ci illər)
əvvəllərindən isə Çuxur Səd bəylərbəyliyinə daxil idi(Səfə-
vi  dövləti  13  vilayətdən  ibarət  idi).  “Naxçıvan  tüməni” 
ifadəsi  çox  gümün  ki,  Hülakülərin  zamanından  qalmışdı 
və Səfəvilər dövründə də davam edirdi. Monqol-tatarlarda 
“tümən” 10 min əsgərə deyilirdi, tümən statusu verilən vi-
layət orduya 10 min döyüşçü çıxarmalı idi, görünür, Hüla-
külərin zamanında Naxçıvanın fiziki imkanları güçlü olub. 
“Təzkirətül müluk”a görə, Naxçıvan tüməninin illik gəliri  
3.461 tümən 4.346 dinar idi və müharibəyə 799 döyüşçü 
çıxartmalı idi(1 tümən 10.000 dinara bərabər idi). (Tadhi-
rat al-Mulük. A manuel at Safarid administration by V.
Minorsky, London 1943, p.161).
I  Şah Abbasın  zamanında  kəngərli  tayfasının  başçısı 
və Naxçıvanın hakimi Maqsud bəy Kəngərli-ustaclı idi. 
İsgəndər  bəy  Münşinin  1628-ci  ildə  verdiyi  Səfəvi  əmir-
lərinin siyahısına görə Maqsud bəy kəngərli təkcə Naxçı-
van  kəngərlilərinin  deyil,  bütün  kəngərlilərin  başçısı  idi. 
Məsələ  burasındadır  ki,  türkmənlərdən  gələn  təhlükənin 
qarşısını almaq üçün I Şah İsmayıl xeyli sayda kəngərlini 
köçürüb Xorasanda yerləş dirmişdi ki, Maqsud Sultan Kən-
gərli onların da başçısı sayılırdı (yeri gəlmişkən, I Şah Ab-
basın zamanında həmin əraziyə xeyli sayda qaraçorlular da 
köçürül müş dür). 
XVIII əsrin II yarısından başlayaraq, Naxçıvan kəngər-
lilərinin başçıları xan titulu daşımağa başladılar, onlar Azər-
baycanın  ən  güclü  xanlarından  sayılırdılar  (И.П.Петру-
шевский.  Очерки  по  истории  фаодальных  от-
ношений в Азербайджане и Армении в XVI-в начале 
XIХ вв. Л., 1949,стр.69).
Məlum  olduğu  kimi,  Rusiya  imperiyası  XVIII  əsrin 
sonlarında çoxdan göz dikdiyi Qafqazı burada yaşayan er-


20
Dərələyəz mahalının kameral təsviri 
mənilərin təhriki və dəstəyi ilə işğal etmək üçün ciddi ad-
dımlar atmağa başladı. Qarabağ xanı İbrahim xan da, Nax-
çıvan xanı Kəlbəli xan da rusların təbliğatına uyub onlara 
meyl  edənlərin  ilk  sıralarında  idilər.  Ona  görə  də  ruslar 
çəkilib gedəndən sonra Ağa Məhəmməd şah Qacar Kəlbə-
li xanın gözlərinə mil çəkdirmişdi. Bir müddət Tehranda, 
sonra İrəvanda nəzarət altında saxlanan Kəlbəli xanı Fətəli 
şah Qacar yenidən Naxçıvana qaytarıb idarəetməni ona ver-
di, o isə Naxçıvanı ruslara təslim etmək üçün əvvəlki fəa-
liyyətini davam etdirməyə başladı. Çar hökuməti Gülüstan 
müqavilə sindən(1813) sonra yaranmış gərginliyi azaltmaq, 
həm də gələcək işğalçı müharibələrində casusluq və ərazi-
nin  topoqrafiq  coğrafiyasını  öyrənmək  məqsədilə  general 
Yermolovun başçılığı ilə 1816-ci ildə İrana böyük bir dip-
lomatik missiya göndərmişdi.  Kəlbəli xan onun pişvazına 
çıxmış(12 may 1816-cı il), onu sarayına dəvət edərək qəbul 
düzəltmiş və kon fidensial söhbətdə rusların bu əraziləri iş-
ğal etmək fikri olarsa, onların tərəfində olacağı haqqında 
vəd vermiş di (F.Əli yev,M.Əliyev. Naxçıvan xanlığı. Bakı, 
2007, səh.98-100). Amma 1823-cü ildə öldüyündən, çirkin 
niyyətinin həyata keçdiyini görmək ona müyəssər olmadı. 
Əvəzində oğlu Ehsan xan onun bu satqınlığını gerçəkləşdir-
mək üçün ciddi fəaliy yətlər, “xidmətlər” göstərdi.
Gəncliyində  Şah  ordusunda  xidmət  edən  Ehsan  bəy 
1821-1823-cü illər İran-Türkiyə müharibəsində fərqləndi-
yinə görə ona xan titulu verilmişdi. 
1826-1828-ci  illər  ikinci  Rusiya-İran  müharibəsində 
rus komandanlığı ilə gizli əlaqəyə girərək onlara casusluq 
etmiş, möhkəm Abbasabad qalasını (fransız mühəndislərin 
layihəsi ilə tikilən və İran şahzadəsi, Rusiyaya qarşı vuru-
şan İran döyüş çülərinin komandanı Abbas Mirzənin şərə-


Yüklə 2,75 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə