DəRƏLƏYƏz mahalinin kameral təSVİRİ (1831-ci və 1842-ci illər) «Elm və təhsil» Bakı – 2017


Dərələyəz mahalının kameral təsviri



Yüklə 2,75 Kb.
Pdf görüntüsü
səhifə8/73
tarix01.02.2018
ölçüsü2,75 Kb.
#23024
1   ...   4   5   6   7   8   9   10   11   ...   73

24
Dərələyəz mahalının kameral təsviri 
görə, İran şahzadəsi Abbas Mirzə Nəbi bəyin və Qaraçorlu-
ların uzun müddət boş olan Dərələyəzdə yerləşdirilməsini 
münasib görmüş, buradakı 6 kəndin-Keşişkənd, Ortakənd, 
Başkənd,  Qurdqulaq,  Qoytul  və  Hors  kəndlərinin  gəlirini 
icma başçısı Nəbi bəyə  təxsis etmişdir (səh. 80).
Qeyd  etmək  lazımdır  ki,  Dərələyəzdə  yerləşdirilən 
qara çorlulara  İran  dövləti  böyük  güzəştlər  vermiş,  onla-
rı  başpulu,  evpulu,  ev  heyvanlarına  görə  alınan  və  digər 
vergilərdən  azad  etmişdi.  Qaraçorluların  yerləşdiyi  Şərqi 
Dərələyəzin  əhalisi  hər  il  Dərələyəz  xanına  bəxşiş  kimi 
müəyyən miqdar qoyun və yağ verirdi. Keçmiş Gürcüstan 
şahzadəsi Aleksandra 100 qoyun və 50 batman yağ, Kərim 
xana 300 qoyun və 100 batman yağ, Dərələyəzin iltizamçısı 
İrəvan Sərdarına 500 qoyun və 100 batman yağ ödəyirdilər.
Qərbi Dərələyəz əhalisi isə İran hakimiyyətinin vaxtın-
da olduğu kimi ildə 2.000 tümən (8.000 rubl) pul və 42,5 
Naxçıvan  xalvarı  taxıl  ödəyirdilər.  Məlumat  üçün  deyək 
ki, İrəvan xanlığında işlədilən xalvar 30 puda (1 pud 16.38 
kq-a bərabərdir), Naxçıvan xanlığında isə 25 puda bərabər 
idi  (F.A.Brokhauzen  və  İ.A.Yefron.  “Ensiklopedik  Lü-
ğət”). 
Göründüyü  kimi,  Abbas  Mirzənin  Dərələyəzə  köçən 
qaraçorlulara verdiyi imtiyazı Rusiya dövləti də saxlamışdı.
Dərələyəzlilərdən  başqa,  Erməni  vilayətinin (keçmiş 
İrəvan və Naxçıvan xanlıqları) qalan əhalisi vergiləri belə 
ödəyirdi:
Baş pulu. 15 yaşına çatmış bütün kişi cinsindən olan-
lardan ildə 1 rubl 20 qəpik (gümüş pulla) “başpulu” deyilən 
vergi alı nırdı. Qadınlardan və 15 yaşdan aşağı uşaqlara görə 
alınmırdı.
Ev pulu. Hər ailədən 2 rubl.


25
(1831-ci və 1842-ci illər)
Mal pulu:
-camış 1 rubl
-madyan at 1 rubl
-ulaq -1 rubl 20 qəpik
-yük atı – 2 rubl. Minik atı vergidən azad idi.
Qoyun pulu.
-hər qoyundan və keçidən 20 qəpik və s.
Taxıl vergisi. Dövlət kəndliləri biçdikləri taxılın 35 fa-
izini xəzinəyə ödəməli idi, 65 faizi özlərinə qalırdı. Mülkə-
dar torpaqlarında da taxılın 65 faizi onu əkib-biçənə çatırdı, 
15 faizi mülkədara, 20 faizi xəzinəyə ödənməli  idi. Natu-
ral şəkildə ödənilən taxılın üçdə ikisi buğda, üçdə biri arpa 
ilə ödənməli idi. Pul şəklində alınan vergilər il ərzində 3 
dəfəyə, taxıl isə biçindən sonra bütöv şəkildə ödənirdi. Ver-
gi topla yanlar əldə edilən taxılı ölçməyincə, kəndlinin on-
dan istifa də etmək hüququ yox idi.
1 işlək dəyirmana görə 8 rubl vergi alınırdı(Naxçıvan 
əyalətinin statistik təsviri.S.Pb, 1833, səh.109 ).
O vaxt bir qoyunun 2-3 rubla satıldığını nəzərə alsaq, 
Şərqi Dərələyəz əhalisinin-qaraçorluların nə qədər imtiyaza 
sahib olduğunu təsəvvür etmək çətin deyil.
Əhalidən  alınan  vergilərin  dəyəri  haqqında  oxucuda 
təsəvvür yaratmaq üçün həmin dövrdə mövcud olmuş qiy-
mətlərin bəzilərini yazmaq maraqlı ola bilər:
Keyfiyyətindən asılı olaraq 1 xalvar (təxminən 0,5 ton) 
buğda 6-12 rubla, arpa 3,5-7 rubla, darı 3-6 rubla satılırdı. 
Kəlin qiyməti  20-40 rubl, sağmal camışınkı 15-25 rubl, 
cins öküz 10-20 rubl, sağmal inək 6-12 rubl, at 15-40 rubl, 
ulaq 4-6 rubl idi.
Qoyunun qiyməti 2-3 rubl, keçininki onun yarısı qədər, 
quzunun qiyməti 75 qəpikdən 1 rubl 50 qəpiyə qədər idi.


26
Dərələyəz mahalının kameral təsviri 
1 batman yunun qiyməti 0,6-1,2 rubl, 1 batman pendi-
rin qiyməti isə 30-40 qəpik idi.
Mənbənin  660  qaraçorlu  ailəsinin  başçısı  olduğu  bil-
dirilən  Nəbi bəy Fətəli xan oğlu 1831-ci ilin kameral siya-
hısında Dərələyəz mahalının Ərgəz kəndində syahıya alınıb:
“№62.ƏRGƏZ KƏNDİ
Qaraçorluların təhməzli tayfası
1.Nəbi  bəy  Fətəli  xan  oğlu  60  yaşında  (qaraçorlu 
tayfa sının başçısı); arvadı Nənəxanım 50 y; iki oğlu var: 
Həsənqulu 20 y; (onun arvadı Xırda 15 y); Heydərqulu 15 y 
(Dərələyəzin Terp kəndinə köçüb); (onun arvadı Gülnisə 
15 y; oğlu Usub 1 y); iki qızı var: Ummunisə 10 y; Ayna 5 
y;
(Dərələyəzin Arınc kəndinə köçüblər).
2. Abbasqulu bəy Nəbi bəy oğlu 25 y; arvadı Mələk 18 
y; 2 oğlu var: Şirxan 3 y; Bəşir 1 y; 2 qızı var: Xeyrənisə 5 
y; Tuti 2 y.
(4 il əvvəl İrana qaşıblar). Qeydin tarixi yoxdur.
Həmin  vaxt  Nəbi  bəyin  başqa  bir  oğlu  Dərələyəzin 
Arınc  kəndində  yaşayırdı:
“№66.ARINC KƏNDİ
Qaraçorluların təhməzli tayfası
1.Nəcəfqulu Sultan Nəbi bəy oğlu (poruçik, 3-cü dərə-
cəli Müqəddəs Anna ordeni kavaleri) 30 y; arvadı Pərixa-
nım 25 y; iki oğlu var: Fətəli 6 y; Qiyas 5 y; qızı Balaxanım 
3 y; qardaşı Məmmədhənifə 17 y; 
(İrana  qaçıblar)”.  (Dərələyəz  mahalının  Kameral 
təsviri.  1831-ci  il).
İran  şahzadəsi  tərəfindən  Dərələyəzə  yerləşdirilən, 
1826-1828-ci  illər  ikinci  rus-İran  müharibəsində  çox  gü-
man ki, rusların tərəfində İrana qarşı vuruşaraq Müqəddəs 


27
(1831-ci və 1842-ci illər)
Anna ordeni kavaleri, poruçik hərbi rütbəsi alan Nəcəfqulu 
Sultan Nəbi bəy oğlu da, onun qardaşı Abbasqulu bəy də 
başları daşdan daşa dəyəndən sonra  yenidən  İrana pənah 
aparmalı  olublar.
Nəbi bəyin mənsub olduğu təhməzli tayfası Dərələyəz-
dəki qaraçorluların ən böyük və çoxsaylı tayfası idi. Ərgəz, 
Aşağı  Canı, Arınc,  Martiros  və  Sallı  kəndlərində  79  təh-
məzli ailəsi yaşayırdı(yenə orada). 
Kulakanlılar (Qabaqlı,  Haxılı,  Cağatay,  Tezxarab, 
Söylan, Terp, Gabud, Gomur və Cul kəndlərində) 70 ailə, 
həsənanlılar (Qozluca, Axta, Göyərçin, Mərədüz qışlağı, 
Herher, Köçbək və Çaykənd kəndlərində) 62 ailə, əliyanlı-
lar (Ağkənd, Ağdərə, Şahgəldi Qışlağı, Qaravənk və Her-
her  kəndlərində)  62  ailə,  bozlu  tayfası (Por, Terp,  Qara-
lar, Gümüşxana və Tarp kənd lərində) 48 ailə, hacısamlılar 
(Obana, Xorvadıx, Ələyəz, Qovuşuq, Güneyvənk və Her-
her kəndlərində) 46 ailə  idi(yenə orada).
Qaraçorluların Dərələyəzə köçməsinin səbəbkarı oldu-
ğuna görə, Mehdiqulu xan haqqında qısa da olsa məlumat 
vermək yerinə düşərdi.
1806-cı  il  iyunun  14-də  rus  mayoru  Lisaneviç  300 
nəfərlik əsgərlə İbrahimxəlil xanı ailəliklə, böyük oğlanla-
rı və nökər-naibi ilə gülləbaran etdikdən sonra onun oğlu 
Mehdiqulu xanı Qarabağın xanı etdilər. “Qarabağnamə” 
müəllifi Mirzə Adı gö zəl bəyin yazdığına görə, Mehdiqulu 
xan atasının qatili Lisaneviçlə çiyin-çiyinə İrana qarşı dö-
yüşürdü... Yazırlar ki, İbrahim xanın qisasının alınmama-
sından incik düşən adlı-sanlı Qarabağ bəyləri İrana getdilər. 
Cavanşir elinin Sarıcalı oyma ğının Behbudalılar tayfası iki 
tirəyə bölündü, bir tirə İrana mühacirət etdi.
Mehdiqulu  xanın  qardaşı  oğlu  Cəfərqulu  ağa  da  hər 


Yüklə 2,75 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə