DəRƏLƏYƏz mahalinin kameral təSVİRİ (1831-ci və 1842-ci illər) «Elm və təhsil» Bakı – 2017


Dərələyəz mahalının kameral təsviri



Yüklə 2,75 Kb.
Pdf görüntüsü
səhifə9/73
tarix01.02.2018
ölçüsü2,75 Kb.
#23024
1   ...   5   6   7   8   9   10   11   12   ...   73

28
Dərələyəz mahalının kameral təsviri 
yerdə  əmisinin  şərəfsizliyini  tənqid  edirdi. 
İran  hökmdarı  Fətəli  şah  da  Qarabağın  rusların  əlinə 
keçməsi ilə barışmayıb oğlu Abbas Mirzənin başçılığı ilə 
hərbi əməliyyatları 1806-cı ildə yenidən bərpa etdi. Meh-
diqulu  xan  rus  generalı  P.F.Nebolsinlə  birlikdə  iranlılara 
qarşı müharibəyə girdi. Və üzərindəki töhməti yumşaltmaq 
üçün generaldan xahiş etdi ki, atasının qatili Lisaneviçi Qa-
rabağdan başqa yerə göndərsin, general onun xahişini ye-
rinə yetirdi.
1811-ci ildə Abbas Mirzə yenidən hərbi əməliyyatları 
bərpa edib müəyyən uğurlar qazandı və fürsətdən istifadə 
edib Qarabağ ellərinin bir çoxunu İrana, Qaradağ vilayə-
tinə köçürdü (Ə.Çingizoğlu, F.Baxşəliyev. Qarabağın el 
və obaları. Bakı, “Şuşa”, 2007, səh. 55).
Hesab edə bilərik ki, Nəbi bəy Fətəli xan oğlu da qara-
çorluları məhz bu tarixdə Abbas Mirzənin razılığı ilə Qara-
bağdan Dərələyəzə gətirmişdir.
Satqın Mehdiqulu xanın sonrakı aqibəti də ibrətamiz-
dir.
“1813-cü ildə ruslarla iranlılar arasında barış imzalandı. 
Mehdiqulu xan asudə nəfəs alıb arxayınlıqla idarə işlərinə 
başlamaq  istədikdə  ruslar  yenidən  ona  imkan  vermədilər. 
Hər cür siyasətlə onun idarəsini məhdudlaşdırmağa çalış-
dılar. Mehdiqulu xan dözdü, dözdü, sonda bu işi qaçmaqla 
çözdü.
Mehdiqulu  xan  1822-ci  il  noyabrın  21-də  İrana  qaç-
dı. Qa ra bağda xanlıq ləğv edildi. Yerinə rus hərbi-inzibati 
komen dantlıq  idarəsi  yaradıldı”  (yenə  orada). 
Mehdiqulu xan bu dəfə Abbas Mirzəni Qarabağı alma-
ğa təhrik edib 1826-cı ildə yenidən müharibəni başlatsa da, 
heç bir nəticə alınmadıqdan sonra növbəti dəfə mövqeyi-


29
(1831-ci və 1842-ci illər)
ni dəyişib 1827-ci ildə yenidən Qarabağa qayıdır, bu dəfə 
miskin bir şəkildə ruslara yalvarıb, bir neçə il əlləşib-vu-
ruşduqdan sonra bir para kəndlərini, obalarını, torpaqlarını 
geri qaytara bilir və ömrünü qalan hissəsini sakit yaşamaq 
istəyir.
Satqınlığına  görə  general-mayor  rütbəsi  ilə  mükafat-
landırılan Qarabağın sonuncu xanı Mehdiqulu xan Sarıca-
lı-Cavanşir 1845-ci ildə Ağcabədidə ov edərkən atdan yıxı-
lıb öldü.
Məlumat üçün deyim ki, Xurşid banu Natəvan onun qı-
zıdır...
Onu da qeyd etmək lazımdır ki, qaraçorluların 1811-ci 
ildə Dərələyəz mahalına  gəlməsindən xeyli qabaq da  bura-
da türklər yaşayırdılar. Həmin əhali 1727-ci ilə aid “Naxçı-
van sancağının müfəssəl dəftəri”ndə təsvir edilmişdir.
Bu  kitaba  daxil  edilən  ikinci  sənəd  Azərbaycanın 
Mərkəzi Tarix Arxivində saxlanılır və 1842-ci ilə aiddir. O, 
«Каме ральное  описание  Даралагезского  участка» 
- “Dərələyəz nahiyəsinin kameral təsviri” (F.25, siyahı 
2,  saxlama  vahidi  6)  adlanır.  Burada  Dərələyəzin  bütün 
kəndlərində yaşayan azərbaycanlılar da, ermənilər də adba-
ad göstərilmiş, kimin hə min kəndə neçə il qabaq və haradan 
gəldiyi də qeyd edilmişdir. Bu tip sənədlər rus məmurları 
tərəfindən  vaxtaşırı  olaraq  tərtib  olunur,  dəqiqləşdirmələr 
aparılırdı. Məlumat üçün deyim ki, sonrakı kameral siya-
hılar  1852-ci,  1859-cu,  1873-cü  və  1886-cı  illərdə  tərtib 
edilmişdir. Həmin tarixlərdə Dərələyəzə aid olan sənədlərin 
hamısı  Ermənistsn  Milli Arxivində  saxlanılır.
“Naxçıvan  əyalətinin  ststistik  təsviri”(S.Pb.,1833) 
kitabının müəllifi V.Qriqoryevə görə, Abbas Mirzə də hər 6 
ildən bir numeys adlandırılan məmurunu göndərərək bu tip 


30
Dərələyəz mahalının kameral təsviri 
sənədlər tərtib etdirir, onun əsasında vergi toplayıb mərkəzi 
hökumətə göndərmək üçün bir surətini də Naxçıvan xanına 
göndərirdi(adı çəkilən əsəri, səh.61).
İ.Şopen qeyd edir ki İran Türkmənçay müqaviləsi ilə 
Naxçıvan və İrəvan xanlıqlarını Rusiyaya güzəştə getmək-
lə, təzminat olaraq 20 milyon gümüş rubl ödəməyi və həmin 
ərazilərə aid olan bütün vergi və maliyyə sənədlərini də 6 
ay müddətində rus idarəçilərinə verməyi öhdəsinə götürdü.
1842-ci ilə aid olan sənədi Dərələyəz 10-cu dərəcəli 
nahiyyə iclasçısı Zaporojski rusca tərtib etmişdir.
1842-ci  ildə  keçmiş  Dərələyəz  mahalı  Naxçıvan  qə-
zasının  tərkibində  nahiyə  idi.  Keşişkənd  kəndi  nahiyə 
mərkəzi  idi,  keçmiş  mahalların,  1842-ci  ildəki  nahiyələ-
rin ali vəzifəli şəxsi mirbölük idi. Qəza mərkəzi isə xanlıq 
dövründə olduğu kimi Naxçıvan şəhəri idi. Maraqlıdır ki, 
bu kameral siyahıda bir çox məlumatlarla yanaşı, haqqın-
da  söhbət  gedən  yaşayış  məntəqəsindən  qəza  mərkəzinə 
və nahiyə mərkəzinə qədər olan məsafə, yoların vəziyyə-
ti,  əhalinin  məşğuluyyəti,  əkin  sahələri nin  miqdarı,  hansı 
bitkilərin əkildiyi, kənddə olan sənətkarlar, mal-qara və s. 
haqqında  da  lazımi  məlumatlar  vardır.
1849-cu  ildə  mərkəzi  Şərurda  yerləşən  Baş  Nora-
şen kəndi olmaqla Şərur-Dərələyəz qəzası yaradılmış və 
Dərələyəz  nahiyəsi  Naxçıvan  qəzasından  çıxarılmışdır. 
1920-ci ildə emənilərin azərbaycanlılara qarşı törətdikləri 
qırğınlar  nəticəsində  qəzanın  bir  hissəsi  Baş  Noraşen  də 
daxil olmaqla Naxçıvan MSSR-in tərkibində qalmış, qalan 
hissənin adı dəyişdirilərək Dərələyəz nahiyəsi edilmiş və 
Ermənistanın tərkibinə qatılmış, Keşişkənd kəndi qəzanın 
mərkəzi olmuşdur. 1930-cu ildə qəza ləğv edilmiş və onun 
ərazisi  Keşişkənd  rayonunun  tərkibinə  daxil  edilmişdir. 


Yüklə 2,75 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə