Dərman acıqovuğu kökündə hansı qrup acı maddələr var ? A seskviterpen



Yüklə 291,6 Kb.

səhifə1/11
tarix18.05.2018
ölçüsü291,6 Kb.
  1   2   3   4   5   6   7   8   9   10   11


1

2

3

4

5

6

Dərman acıqovuğu kökündə hansı qrup acı maddələr var ? 

A) seskviterpen 

B) monoterpen 

C) diterpen 

D) triterpen 

E) triterpen və monoterpen 

Farmakoqnostik analizin məqsədi nədir? 

A) Bitki xammalının kimyəvi tərkibini müəyyənləşdirmək 

B) Dərman bitki xammalının əczaçılıqda istifadəsini müəyyənləşdirmək 

C) Dərman bitki xammalının müvafiq bitki növünə uyğunluğunu təyin etmək 

D) Bitki xammalının keyfiyyətini müəyyən etmək 

E) Dərman bitki xammalının eyniliyini və keyfiyyətini təyin etmək 

Nəyə görə mərcangilə bitkisinin yarpaqlarının yayda toplanmasına 

yol verilmir? 

A) xammalın məhsuldarlığı az olur 

B) çünki qurudulduqda yarpaqlar qonurlaşır və keyfiyyəti azalır 

C) bitkini digər bitkilərdən fərqləndirmək mümkün olmur 

D) çünki yarpaqların tam formalaşması başa çatmır 

E) iqtisadi baxımdan səmərəsizdir 

Dərman bitki xammalının keyfiyyəti hansı analiz üsulları ilə təyin edilir? 

A) Botaniki, farmakoloji və fiziki 

B) Mikroskopik, kimyəvi və histokimyəvi 

C) Əmtəəçilik, fitokimyəvi və bioloji 

D) Bioloji və toksikoloji 

E) Makroskopik və kimyəvi 

İridoidlər nəyin törəməsidir? 

A) Tsiklopentanperhidrofenantrenin 

B) Oksidarçın turşularının 

C) Antrasenlərin 

D) Monoterpenlərin 

E) Seskviterpenlərin 

Bitki xammalının eynilik analizi nəyi təyin edir? 

A) Yalnız qarışıqların olmasını təyin edir 

B) Yol verilən qarışıqların olmasını təyin edir 

C) Dərman bitki xammalının təmizliyini və keyfiyyətini təyin edir 

D) Bioloji standartlaşdırmanı təyin edir 

E) Bitki xammalının ziyanvericilərlə yoluxma dərəcəsini təyin edir 




7

8

9

10

11

12

Hansı bitkilər dərman bitkisi hesab edilir? 

A) Tərkibində birincili və ikincili biokimyəvi sintez məhsullarına aid bioloji fəal 

maddələr saxlayan bitkidir 

B) Xalq təbabətində istifadə edilən və tərkibində alkaloidlər, flavonoidlər və 

digər birləşmələr saxlayan bitkidir 

C) İxtisasçılar tərəfindən öyrənilmiş, lakin xammalına aid standart 

hazırlanmamış bitkidir 

D) Tərkibində farmakoloji fəal maddələr olan, xammalına və tibbi praktikada 

istifadəsinə aid müvafiq təşkilatların təsdiqlənmiş sənədləri olan bitkidir 

E) Sənayenin müxtəlif sahələrində istifadə olunan, xammalına aid standartı 

olan bitkidir 

Qirmizi üskükotunun xammal qismində istifadə edilir: 

A) Kökləri 

B) Otu 

C) Çiçəkləri 



D) Yarpaqları 

E) Toxumları 

Bitkilərdə olan hansı maddələr birincili sintez məhsullarına aiddir? 

A) Zülallar, karbohidratlar, lipidlər 

B) Ürək qlikozidləri, karbohidratlar, lipidlər 

C) Zülallar, alkaloidlər, karbohidratlar 

D) Lipidlər, zülallar, alkaloidlər 

E) Karbohidratlar, lipidlər, aşı maddələri 

Bitkilərdə olan hansı maddələr ikincili sintez məhsullarına aiddir? 

A) Fenol birləşmələri, karbohidratlar, lipidlər 

B) Lipidlər, alkaloidlər, qlikozidlər 

C) Alkaloidlər, karbohidratlar, zülallar, qlikozidlər 

D) Karbohidratlar, zülallar, alkaloidlər 

E) Alkaloidlər, saponinlər, fenol birləşmələri 

Nəyə görə adi cirə meyvələri digər bitki xammallarıdan ayrı saxlanılır? 

A) tərkibində efir yağı olduğuna görə 

B) "A" qrupu bitkilərinə aid olduğuna görə 

C) tərkibində alkaloidlər olduğuna görə 

D) tərkibində ürək qlikozidləri olduğuna görə 

E) "B" qrupu bitkilərinə aid olduğuna görə 

Cirənin xammalı, bitkisi və fəsiləsinin düzgün adlarını göstərin. 

A) Fructus Anisi, Anisum graveolens, Apiaceae 

B) Flores Anisi, Anisum vulgare, Apiaceae 

C) Fructus Anisi, Anisum carvum, Apiaceae 

D) Fructus Anisi, Anisum vulgare, Apiaceae 

E) Flores Anisi, Anisum sativum, Apiaceae 




13

14

15

16

17

Dərman bitki xammal siyahısını tamamlayın: ot, çiçək, qönçə, qoza, 

meyvə, toxum, yarpaq, kök, kökümsov, kökümsov ilə köklər, kökümsov və 

köklər...... 

A) tumurcuq, kökyumrusu 

B) çiçək səbəti, meyvəyanlığı 

C) hamaşmeyvə, sadə çiçək 

D) çalov meyvə, meyvəyanlığı 

E) asimmetrik çiçək, buynuzmeyvə 

Bitkilərin tərkibində olan ilk metabolitlərə aiddir: 

A) polisaxaridlər, efir yağları, alkaloidlər, flavonoidlər, antrasen törəmələri 

B) polisaxaridlər, zülallar, lipidlər, fermentlər və vitaminlər 

C) antrasen törəmələri, zülallar, lipidlər, saponinlər, iridoidlər 

D) aşı maddələri, polisaxaridlər, flavonoidlər, efir yağları 

E) alkaloidlər, saponinlər, flavonoidlər, kumarinlər 

Uyğunluğu tapın: 

I. Canina seksiyası 

II. Cinnamomea seksiyası 

1) Daur itburnusu 

2) Tüklü itburnu 

3) Darçın itburnusu 

4) İt itburnusu 

A) I-2,3; II-1,4                                                                                                                            

B) I-1,3; II-2,4 

C) I-1,4 II-2,3 

D) I-2,4; II-1,3 

E) I-1,4; II-2,3 

Hansı bitkilərin bütün hissələri xammal kimi istifadə edilir? 

A) adi boymadərənin, adi qaraqınığın 

B) dərman gülümbaharının, dərman gülxətmisinin 

C) adi mayasarmaşığının, adi xanımotunun 

D) aptek çobanyastığının, adi razyananın 

E) adi quşəppəyinin, dərman acıqovuğunun 

Centaurium umbellatum hansı fəsiləyə daxildir? 

A) Rosaceae 

B) Brassicaceae 

C) Gentianaceae 

D) Moraceae

E) Asteraceae 





Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   10   11


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə