Dərman vasitəsinin
istifadəsi üzrə təlimat
(xəstələr üçün)
RİNZASİP
daxilə qəbul etmək üçün həll olunan (portağal, limon, qara qarağat) toz.
RINZASIP
Tərkibi
Hər 5q tozun tərkibində:
Təsiredici maddələr:
Parasetamol
750
mq
Kofein (susuz)
30 mq
Feniramin maleat
20 mq
Fenilefrin hidroxlorid
10 mq
Köməkçi maddələr: susuz limon turşusu, natrium saxarin, natrium-sitrat, saxaroza;
Rəngləyici: Sarı sanset FCF, portağallı toz üçün - portağal dadvericisi;
Rəngləyici: Sarı xinolin, limonlu toz üçün - limon dadvericisi;
Rəngləyici: karmazin, qara qarağatlı toz üçün - qara qarağat dadvericisi.
Farmakoterapevtik qrupu
KRVİ simptomlarını aradan qaldırmaq üçün dərman vasitəsi.
ATC kodu: N02BE71
Farmakoloji xüsusiyyətləri
Kombinə olunmuş preparatdır.
Parasetamol - qızdırmasalıcı, analgetik təsirə malik olub, soyuqdəymə xəstəliklərində müşayiət olunan ağrı
sindromu: boğaz ağrısı, başağrısı, əzələ və oynaq ağrılarını azaldır, yüksək hərarəti endirir.
Fenilefrin - damardaraldıcı təsir göstərməklə yuxarı tənəffüs yollarında ödemi və hiperemiyanı azaldır.
Feniramin - allergiya əleyhinə təsir etməklə gözdə, burunda, boğazda qıcıqlanmanı, burun-boğaz və burun
ciblərinin selikli qişalarının ödem və hiperemiyasını azaldır.
Kofein - MSS-nə stimullaşdırıcı təsir göstərməklə yorğunluğu və yuxululuğu aradan qaldırır, əqli və fiziki iş
qabiliyyətini artırır.
İstifadəsinə göstərişlər
Soyuqdəymə xəstəliklərinin, qripin, KRVİ-nin simptomatik müalicəsi.
Əks göstərişlər
Preparatın komponentlərinə qarşı yüksək həssaslıq;
15 yaşa qədər uşaqlar.
Digər dərman vasitələri ilə qarşılıqlı təsiri
MAO-nun inhibitorları və
β-blokatorları ilə birlikdə ehtiyatla təyin olunur. Tərkibində parasetamol olan digər
preparatlarla istifadəsi məsləhət deyil. Rinzasip qəbul edən zaman spirtli içkilər qəbul etmək, trankvilizatorlar
və digər psixotrop maddələrin qəbulu əks göstərişdir. Uşaqlara, hamilə qadınlara və süd verən analara
qəbulu məsləhət deyil.
İstifadə qaydası və dozası
1 paketin tərkibindəki toz stəkanda qaynar suda həll edilir və içilir. Preparat qida qəbulundan 1-2 saat sonra
qəbul edilir.
Böyüklər və 15 yaşdan yuxarı uşaqlar 1 paketdən gündə 3-4 dəfə 4-6 saat intervalla qəbul edirlər. Maksimal
gündəlik doza 4 paketdir. Müalicə kursu 5 gündür.
Doza həddinin aşılması
Ən çox parasetamolla əlaqəli olub, sonuncunun 10-15 q-dan artıq dozada qəbulu nəticəsində baş verir.
Dəridə solğunluq, anoreksiya, ürəkbulanma, qusma, hepatonekroz, qaraciyər transaminazalarının aktivliyinin
artması, protrombin müddətinin uzanması ola bilər. Bu zaman həkimə müraciət etmək lazımdır.
Mualicəsi: mədə yuyulduqdan və aktiv kömür qəbul edildikdən sonra simptomatik müalicə aparılır.
Əlavə təsirləri
Allergik reaksiyalar (dəri səpgiləri, qaşınma, məxmərək, angionevrotik ödem), başgicəllənmə, yuxunun
pozulması, oyanıqlığın artması, midriaz, arterial təzyiqin artması, taxikardiya, ürəkbulanma, qusma,
epiqastral nahiyədə ağrı, ağızda quruluq, gözdaxili təzyiqin artması, anemiya, bronxoobstruksiya və s.
Buraxılış forması
Bir paketdə 5q toz olmaqla 5 paket içlik vərəqə ilə birgə karton qutuya yerləşdirilir.
Yararlılıq müddəti
3 ildir.
Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.
Saxlanma şəraiti
25ºC-dək temperaturda qaranlıq və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.
Aptekdən buraxılma şərti
Reseptsiz buraxılır.
Qeydiyyat şəhadətnaməsinin sahibi
«Conson & Conson» MMC
Rusiya 121614, Moskva ş., Krılatskaya küç, 17, tikinti 2.
İddiaları qəbul edən təşkilat
«Conson & Conson» MMC
Rusiya 121614, Moskva ş., Krılatskaya küç, 17, tikinti 2; tel: (495) 726-55-55
İstehsalçı
«Yunik Farmasyutikal Laboratoriz»
(«C.B.Kemikals & Farmasyutikals MMC» - nin bölməsi)
Vorli, Mumbay - 400 030, Hindistan.
® - ticarət nişanı
Azərbaycanda rəsmi distribyutor
«TETRADA» MMC - dir.
AZ1102, 20Yanvar küçəsi,14; Bakı, Azərbaycan
Теl.: (+994 12) 431-59-24, 431-05-41
Faks: (+994 12) 430-80-51
Е-mail: info@tetrada-az.com
www.tetrada-az.com