Dərman vasitəsinin istifadəsi üzrə təlimat



Yüklə 14,45 Kb.
Pdf görüntüsü
tarix10.11.2017
ölçüsü14,45 Kb.
#9561


Dərman vasitəsinin istifadəsi üzrə təlimat 

(xəstələr üçün) 

 

 

FİLTRUM 



®

     tabletlər 

FILTRUM 


®

 

 



Tərkibi 

Təsiredici maddə: 0,4 q hidroliz liqnin (polifan) (100%-li quru maddəyə nəzərən); 

Köməkçi maddələr: kiçikmolekullu tibbi polivinilpirrolidon (povidon), kalsium-stearat, natrium kroskarmelloza. 

 

Təsviri 

Tünd-qəhvəyi rəngli boz çalarlı qəhvəyi çiləməli yastı-silindrik formalı faskalı və xətli tabletlər. 

 

Farmakoterapevtik qrupu 

Enterosorbent 

 

ATC kodu: A07BC 

 

Farmakoloji xüsusiyyətləri 

Filtrum 


®

 struktur elementləri fenilpropan və hidrosellülozanın törəmələri olan ağac komponentlərinin hidroliz 

məhsulu liqnin polimerindən olan təbii enterosorbentdir. 

Yüksək sorbsiya aktivliyinə və qeyri-spesifik dezintoksikasiya təsirinə malikdir. 

Patogen bakteriyaları  və bakterial toksinləri, dərman preparatlarını, zəhərli maddələri, ağır metal duzlarını, 

alkoqolu, allergenləri, həmçinin maddələr mübadiləsinin bəzi məhsullarının artığını, o cümlədən bilirubini

xolesterini, sidik cövhərini, endogen toksikozun inkişafına məsul metabolitləri absorbsiya edir və 

orqanizmdən çıxarır. 

Toksik deyil, sorulmur, 24 saat ərzində bağırsaqdan tamamilə xaric olur. 

 

İstifadəsinə göstərişlər 

Böyüklərdə  və  uşaqlarda müxtəlif mənşəli ekzogen və endogen intoksikasiyalar zamanı dezintoksikasiya 

vasitəsi kimi: 

-  dərman preparatları, alkaloidlər, ağır metal duzları, alkoqol və digər zəhərli maddələrlə  kəskin 

zəhərlənmələr; 

- qida toksikoinfeksiyaları, salmonellyoz, dizenteriya, dispepsiyanın kompleks müalicəsi; 

- aydın ifadə olunmuş intoksikasiya ilə müşahidə olunan irinli-iltihablı xəstəliklər; 

- hiperbilirubinemiya və hiperazotemiya (qaraciyər və böyrək çatışmazlığı); 

- qida və dərman allergiyası; 

-  zərərli istehsalat işçilərində xroniki intoksikasiyaların profilaktikası. 

 

Əks göstərişlər 

Preparata qarşı  fərdi dözümsüzlük. Mədənin və 12-barmaq bağırsağın xora xəstəliyinin kəskinləşməsi və 

bağırsaq atoniyası zamanı preparatdan istifadə etmək tövsiyə edilmir. 

 

Digər dərman vasitələri ilə qarşılıqlı təsiri 

Birlikdə istifadə edildikdə daxilə qəbul olunan bəzi preparatların müalicə effekti azala bilər. 

 

Xüsusi göstərişlər 

Preparat digər dərman vasitələri ilə ayrı-ayrı qəbul edilmə şərti ilə kompleks müalicə zamanı istifadə oluna 

bilər. 

 

İstifadə qaydası və dozası 



Qabaqcadan  əzilmiş halda yeməkdən və digər dərmanların qəbulundan 1 saat əvvəl üstündən su içməklə 

daxilə qəbul olunur. 

Preparatın dozası yaşdan, bədən kütləsindən və  xəstəliyin ağırlığından asılıdır. Preparat gündə 3-4 dəfə 

qəbul olunur, uşaqlar üçün orta birdəfəlik doza: 1 yaşa qədər – tabletin ½ hissəsi, 1-3 yaşa qədər – ½-1 

tablet, 4-7 yaşa qədər – 1 tablet, 7-12 yaşa qədər – 1-2 tablet; böyüklər üçün – 2-3 tablet təşkil edir. 

Ehtiyac olduqda həkimin məsləhəti ilə gündəlik doza 3-4 dəfəlik qəbul üçün 20-30 q-a qədər artırıla bilər. 

Kəskin hallarda müalicə müddəti 3-5 gün, allergik xəstəliklər və xroniki intoksikasiyalar zamanı 14-21 günə 

qədər ola bilər. 

Təkrar müalicə kursları həkimin məsləhəti ilə 2 həftədən sonra keçirilə bilər. 

 



Əlavə təsirləri 

Nadir hallarda – allergik reaksiyalar, qəbizlik. 

Uzunmüddətli istifadəsi vitaminlərin, kalsiumun sorulmasının pozğunluğuna səbəb ola bilər, buna görə 

polivitaminlərin və kalsium preparatlarının profilaktik qəbulu tövsiyə edilir. 

 

Buraxılış forması 

Polivinilxlorid örtüklü və alüminium basma laklı folqa konturlu yuvalı qablaşdırmada 10 tablet. 

1 və ya 5 yuvalı kontur qablaşdırma içlik vərəqə ilə birlikdə karton qutuya yerləşdirilir. 

 

Yararlılıq müddəti 

2 il. 

Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz. 



 

Saxlanma şəraiti 

30ºC-dən yüksək olmayan temperaturda, quru, qaranlıq və uşaqların əli çatmayan yerdə saxlanmalıdır. 

 

Aptekdən buraxılma şərti 

Reseptsiz buraxılır. 



 

 

İstehsalçı 



«AVVA RUS» ASC, Rusiya Federasiyası 

 

Yüklə 14,45 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə