Ders İnformasiya anlayışı, onun formaları və xassələri İnformasiya termini mənşəcə latın sözü olub, izahetmə, şərhetmə, məlumatvermə mənalarını daşıyan «informatio»



Yüklə 367,5 Kb.
səhifə8/20
tarix31.12.2021
ölçüsü367,5 Kb.
#81776
1   ...   4   5   6   7   8   9   10   11   ...   20
Informatika-Abdullayeva Rena-

Hakerlər. Kompüterlər yenicə meydana çıxanda “haker” sözü hörmətlə çəkilirdi. Əməliyyat sisteminin daha yaxşı işləməsi üçün onun nüvə sinin bir hissəsini yenidən yazan, yaxud hamının unutduğu administrator paro lunu “ləğv edən” kompüter dahilərini belə adlandırırdılar. Qeyri-standart düşünmə qabiliyyətlərinə və ən mürəkkəb problemlərin ağıllı həllini tapdıqlarına görə bu, onlara hörmət əlaməti idi.

Lakin zaman ötdükcə bu söz əsl mənasını itirdi, çünki “hakerlərin” heç də hamısı öz ənənəvi işləriylə ki fa yət lən mədilər. Onların bəziləri pis mü hafizə olunmuş kompüter sistemlərinə girməyə və bununla da “bunun mümkünlüyünü sübut etməyə” başladılar. Başqaları isə hər hansı mühüm informasiyanı oğurlamaq məqsədilə sistemləri “sındırmaqla” məşğul oldular. “Haker” termininin öz mənasını itir di yini görən kompüter ictimaiyyəti əlavə terminlər (məsələn, “script kiddie” və “cracker”) daxil etdilər. “Script kiddie” (ssenari uşağı) termini ilə hakerlik sahəsində o qədər də biliyi olmayan və “sındırmaq” üçün digər hakerlərin uti li t lərindən istifadə edən adamları adlandırırlar. “Cracker” (kreker) isə bilik səviyyəsinə görə “script kiddie” ilə haker arasında olan şəxsə deyilir. O, proqramların üzünün çıxarılmaması üçün qoyulmuş müdafiəni “sındıra” bilir, ancaq proqramda yeni zəif yerlər tapmaq, yaxud haker utilitləri yazmaq üçün onun biliyi kifayət etmir.

23 noyabr 2001-ci il tarixində Budapeşt şəhərində Avropa Şurasının “Kibercinayət haqqında” Konvensiyası qəbul olunmuşdur. Bu sənəddə kibercinayətlər bir neçə hissəyə bölünür:

• Kompüter verilənlərinin və sistemlərinin məxfiliyinin, tamlığının və

təhlü kə siz li yinin əley hinə olan cinayətlər ;

• Kompüterlərlə bağlı cinayətlər;

• Məzmunla bağlı hüquq pozuntuları;

• Müəllif hüququ və əlaqəli hüquqların pozulması ilə bağlı cinayətlər.

Qeyd olunduğu kimi, haker hücumlarının əsas məqsədi təkcə kom püter də olan informasiyanın məhv edil məsi deyil,həm də onların ica zəsiz “ələ keçi rilməsi dir”. Əgər bu nun qarşı sını texniki vasitə lərin kö mə yilə almaq müm kün olmursa, onda şifrləmə sistemindən istifadə olunur. Şifrləmə üsulları ilə kriptoqrafiya məşğul olur.

Azərbaycanda müəlliflik hüququ Azərbaycan Respublikasının “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” 8 oktyabr 1996-cı il tarixli qanunu ilə tənzimlənir. Kompüter texnikasının inkişafı ilə əlaqədar olaraq “əski” kriptoqrafiya yenidən gündəmə gəldi. Mövcud şifrləmə üsulları iki qrupa ayrılır: gizli (qapalı) açarla şifrləmə və açıq açarla şifrləmə. Şifrin açılması (deşifrləmə) alqoritmini açar müəyyənləşdirir. Gizli açar elə açara deyilir ki, gizli olaraq yazışan iki abonent əvvəlcədən onu bir-birlərinə verirlər (bildirirlər). Həm şifrləmə, həm də deşifrləmə bu vahid açar vasitəsilə aparılır. Gizli yazışmada əsas məsələ bu açarı üçüncü şəxslərdən gizli saxlamaqdır.İndi gizli açar vasitəsilə şifrləməyə aid bir misala baxaq. 1 və 32 ədədləri arasında hər hansı bir k ədədi götürülür. Əlifbanın hərfləri çevrə boyunca saat əqrəbi istiqamətində yazılır (belə ki, “a” hərfi “b” və “z” ilə qonşu olur). Sonra şifrlənəcək mətndə hər bir hərf “hərflər çevrəsində” ondan saat əqrəbi istiqamətində k sayda hərfdən sonra yerləşən hərflə əvəz olunur. Boşluq və durğu işarələri dəyişdirilmir.

Belə şifrləməyə sürüşmə üsulu ilə şifrləmə, yaxud Sezar şifri de-yilir.

Məsələn, k = 3 olduqda Azərbaycan əlifbasında “a” hərfi “ç” ilə, “b” hərfi “d” ilə və s. əvəz olunar. Bu cür şifrləmədən istifadə etsək, “KRİPTOQRAFİYA” sözü “MTQŞVRNTÇHQBÇ” şəklinə düşəcək. “Kriptoqrafiya” iki yunan sözündən(κρυπτός – gizli və γράφω – yazı ram)ibarət olub, “gizli yazı” mənasını verir. Kriptoqrafiyadan istifadə haq qında ilknməlumatlar Qədim Misir (e.ə. 1900-cü il), Qədim Meso po ta miya (e.ə. 1500-cü il) döv rü nə aiddir. Sezar şifri adlanan şifrləmə üsulunu Qədim

Roma imperatoru Yuli Se zar düşünüb tapmışdı. İkinci dünya müha ri bə si zamanı Polşa və Britaniya mü təxəs sis ləri alman şifrləmə maşını olan “Eniq ma”nın sirrini açmışdılar. Nəticə də almanların çoxlu sualtı qa yığı məhv edildi, “Bismark” linkoru batı rıldı və Al maniyanın silahlı qüv vələri bir sıra əmə liy yatlarda ağır itkilərə məruz qal dı.

Aydındır ki, belə şifri açmaq o qədər də çətin deyil. Müasir kriptoqrafiyada qat-qat mürəkkəb açarlardan istifadə olunur. XX əsrdə kriptoqrafiyaya yeni anlayış – asimmetrik şifrləmə alqoritmləri daxil oldu. Asimmetrik alqoritmlər, yaxud açıq açarlı alqoritmlər iki ayrı-ayrı açardan – şifrləmə (açıq) və deşifrləmə (gizli) açarından istifadəyə əsaslanır. Açıq açarlı alqoritmlərdə əsas tələb odur ki, açıq açara görə gizli açarı hesablayıb tapmaq mümkün olmasın. Belə olduqda şifrləmə açarı hər kəsə bildirilə bilər, onsuzda şifri açmaq üçün başqa açar gərəkdir.



DERS-14.

Yüklə 367,5 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə