Dərs kitabları №: 1 Ünvan: az6200, Zaqatala Şəhəri, Heydər Əliyev prospekti №: 88



Yüklə 1,15 Mb.
Pdf görüntüsü
səhifə3/60
tarix30.10.2018
ölçüsü1,15 Mb.
#76451
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   60

QURANIN TARİX SƏHNƏSİNƏ ÇIXIŞI
13
öz  əllərində  saxlayırdılar.  Məkkənin  sosial  quruluşu
 
da  ticarətin 
əhəmiyyəti və Qüreyşin üstünlüyü çərçivəsində formalaşmışdı.
Haşim,  Peyğəmbərimizin  babası  olan  Abdulmüttəlibin  atası 
idi.  Hz.  Mühəmmədin  atası Abdullah  isə Abdulmüttəlibin  onun-
cu  oğludur. Abdullah  Bəni  Zührə  hakimi  Vəhbin  qızı  Əminə  ilə 
evlənmişdi. Əminə hamilə ikən ticarət məqsədilə Şama gedən Ab-
dullah, yolda Yəsribə baş çəkir. Burada xəstələnrək vəfat edir və Hz. 
Mühəmməd daha dünyaya göz açmadan yetim qalır. Rəsulullah, 
Əbrəhənin  ordusu  Məkkəyə  hücum  etdiyi  ildə,  yəni  571-ci  ildə 
anadan  olmuşdur. Altı  yaşında  Hz.  Peyğəmbər  anası  ilə  birlikdə 
atasının  məzarını  və  qohumlarını  ziyarət  etmək  üçün  Mədinəyə 
gedir.  Lakin  ordan  dönərkən  anası  vəfat  edir. Anasını  itirən  Hz. 
Mühəmməd bundan sonra səkkiz yaşına qədər babasının yanında 
qalır. Babası vəfat etdikdə isə əmisi Əbu Talib onu öz himayəsinə 
alır. Mənbələr on yaşında ikən Hz. Mühəmmədin əmisi ilə birlikdə 
Şam yolu üzərində olan Busraya səyahət etdiyini xəbər verir. Hz. 
Mühəmməd burada Bahirə adlı xristian rahiblə qarşılaşır və onların 
arasında qısa dialoq olur.
Hz. Mühəmməd iyirmi yaşına çatdıqda ticarət məsələlərindəki 
rəqabət nəticəsində baş verən və haram aylarda olduğu üçün “Fi-
car  müharibələri”  adlandırılan  müharibələrdə  iştirak  edir.  Bu 
müharibələr Qüreyş və onun müttəfiqlərinin qalibiyyəti ilə başa ça-
tır. O il, Hz. Mühəmməd, haqsızlığa uğrayanların haqqını qorumaq 
üçün təşkil olunan “Hilful-füzul” məclisinə seçilir. İyirmi beş yaşın-
da Hz. Xədicə ilə evlənir. Ondan dördü qız, altı uşağı dünyaya gəlir. 
Bunlardan Fatimə xaric digərləri ondan tez dünyadan köçmüşlər. 
Otuz beş yaşında o, sel nəticəsində dağılan Kəbənin yenidən inşa-
sı zamanı Həcərül-əsvədin yerinə qoyulması məsələsində qəbilələr 
arasında ortaya çıxan problemi həll edir. Bu ona Məkkədə olan ehti-
ramı daha da artırır. Hz. Mühəmməd vəhy aldığı qırx yaşına qədər 


TƏFSİR ÜSULU VƏ TARİXİ
14
hər Ramazan ayını Hira mağarasında keçirmişdir. Məhz ilk vəhyi 
də bu mağarada almışdır.
2. Ərəblərin dini etiqadı
Hz. İbrahimin soyundan gələn ərəblər, Hz. İbrahimdən sonra 
onun  gətirdiyi  tövhid  dinindən  uzaqlaşmışdılar.  Ancaq  müxtəlif 
ərəb  cəmiyyətlərinə  bütpərəstlikdən  və  batil  etiqadlardan  qur-
tulmaq  üçün  Allah  tərəfindən  elçilərin  göndərildiyini  Qurandan 
öyrənirik.  Hz.  Hud  Quranda  bəhs  olunan  beş  ərəb  peyğəmbərin 
ilkidir.  Hz.  Hud,  Hz.  Nuhdan  sonra  yaşayan Ad  qövmünə
2
,  Hz. 
Saleh isə bugün Mədayini-Saleh adlanan, Şam və Hicaz arasında 
yaşamış olan Səmud qövmünə
3
 göndərilmişdir. E. ə. səkkizinci əsrə 
aid  Assuriya  kitabələrində  bu  qövmün  adı  keçir.  Bundan  başqa 
Təbüklə  Qırmızı  dəniz  arasında,  Əqabə  körfəzinə  qədər  uzanan 
Mədyən  adlanan  bölgədə  yaşayan  Eykə  xalqına  da  Hz.  Şüeyib 
göndərilmişdir.  Hz.  Musa  da  Mədyəndə  bir  müddət  qalmışdır
4

Bu bölgə, Yəməndən Fələstinə, Misirə və Aralıq dənizi sahillərinə 
gedən ticarət yolunun üstündə idi. Ayələrdə Hz. Şüeybin xüsusilə 
ölçü və çəki məsələsində cəmiyyəti çəkindirdiyi bildirilir.
5
Rəsulullahın gəlişi ərəfəsində ərəblər arasında bütpərəstlik çox 
geniş  yayılmışdı.  Hər  qəbilənin  öz  bütü  vardı.  İslamdan  əvvəlki 
Hicaz  bölgəsi  ərəbləri  Lat,  Mənat  və  Uzza  adlı  bütlərə  sitayiş 
edirdilər.
6
  Bu  bütlərin  olduğu  məkanlar  Övs  və  Xəzrəc  qəbilələri 
tərəfindən ziyarət olunurdu. Səqifoğulları da Lat adlı bütə qulluq 
edir və onun yerləşdiyi məbədin işlərini görürdülər. Bu büt Şima-
li Ərəbistanda da savaş tanrısı kimi tanınırdı. Lat kəlməsinin sami 
2  bax: Əraf, 7/72, Hud, 11/53, Şüəra, 26/124
3  bax. Əraf, 7/73, Şüəra, 26/141, Fəcr, 89/9
4  Taha, 20/40
5  Əraf, 7/75, Hud, 11/84, Hicr, 15/78
6  bax. Nəcm, 53/19-22


QURANIN TARİX SƏHNƏSİNƏ ÇIXIŞI
15
xalqlarının Tanrı üçün işlətdiyi “İl” və “Əl” kəlmələrindən törədiyi 
ehtimal olunur. Lat məbədi eyni zamanda Məkkə ilə Taif arasında-
kı siyasi rəqabətin bir hissəsi idi. Məkkənin qoruyucu ilahəsi olan 
Uzza isə bu üç bütün ən əhəmiyyətlisi hesab olunurdu. Qüreyşin 
hörmət göstərdiyi Hübəl Suriyada idi və Qüreyş onu daha sonra 
Kəbəyə  gətirmişdi.  Hübəl  insan  şəklində  daşdan  hazırlanmış  və 
sağ əli qırılan bir heykəl idi. Qüreyşlilər onu savaş və yağmur ilahı 
qəbul edirdilər. Əbu Süfyanın Uhud döyüşündə bu bütə dua etdiyi 
mənbələrdə qeyd olunur. Hübəlin yanında fala baxılır, oğlan uşaq-
ları sünnət edilir və nikah qıyılırdı. 
Bu bütlərin xaricində Qüreyşin İsaf və Nailə adlı iki bütü daha 
var idi. Bunlardan birisi Səfa, digəri isə mərvə təpəsində yerləşirdi 
və  bu  bütlər  bolluğu  təmsil  edirdilər.  İsaf  kişi,  Nailə  isə  qadın 
şəklində idi.
Quranda  Vəd,  Suva,  Yağus,  Yəuq  və  Nəsr  adlı  bütlərdən  də 
bəhs olunur.
7
 İbn Kəlbi Yağus, Yəuq və Nəsrin Yəməndə ibadət olu-
nan bütlər olduğunu bildirir. O, eyni zamanda əsasən çobanlıqla 
məşğul olan Hüzeyl qəbiləsinin də, sürüləri qoruduğuna inandıq-
ları Suvaya ibadət etdiyini qeyd etmişdir.
8
 
3. Ərəbistan yarımadasındakı digər etiqadlar
Yəhudilik Mərkəzi Ərəbistana kənardan daxil olmuş bir dindir. 
Yəhudilərin bura ilk dəfə Qüdsdəki məbədin romalılar tərəfindən 
dağıdıldığı e.ə. 70-ci ildə gəldikləri ehtimal olunur. Buradan qaçan 
yəhudilər öz bilgi və bacarıqları ilə Hicazdakı ərəblərə təsir etmişlər. 
Yəhudilik ərəblər arasında yayılmasa da, Yəsribdəki Övs və Xəzrəc 
qəbilələri  arasında  bu  dinə  sitayiş  edənlər  vardı.
9
  Məkkədə  də 
7   Nuh, 71/23-24
8   İbn Kəlbi, Bütlər kitabı, s. 50, 51.
9   İbn Hişam, əs-Siratun-Nəbəviyyə, I/82


Yüklə 1,15 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə