Dərs kitabları №: 1 Ünvan: az6200, Zaqatala Şəhəri, Heydər Əliyev prospekti №: 88



Yüklə 1,15 Mb.
Pdf görüntüsü
səhifə4/60
tarix30.10.2018
ölçüsü1,15 Mb.
#76451
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   60

TƏFSİR ÜSULU VƏ TARİXİ
16
qəbilə münasibətlərini möhkəmləndirmək məqsədilə qüreyşlilərin 
yəhudi qızları ilə evləndikləri tarixə məlumdur.
Xristianlıq  isə,  məzəhəb  çəkişmələri  nəticəsində  Ərəbistana 
gəlib  çıxmışdır.  431-ci  ildəki  Efes  qurultayında  aforoz  olunanlar 
İraqa qaçmış, bunların bir hissəsi Suriya ilə Hicaz arasındakı çöllərə 
yerləşmidi.  Ancaq  Yəsribdə  yəhudilər  də  yaşadığı  üçün  buraya 
gəlib çatmamışdılar.
Romanın  Şimali  Ərəbistandakı  müttəfiqləri  Salehilər  və  Qəs-
sanilər  xristianlığı  qəbul  etmişdilər.  Məsələn,  Salehi  məliki  Da-
vud  bir  monastr  tikdirmişdi.  Xristianlıq  eyni  zamanda  İranın 
ərəb müttəfiqlərindən olan Lahmilər arasında da yayılmışdı. İkin-
ci  Lahmi  kralı  İmrul-Qeys  xristianlığı  qəbul  etmişdi.  Son  Lahmi 
kralı  Numanın  da  xristian  olduğu  söylənilir.  Lahmilərin  paytaxtı 
Hirədə kilsə və monastrlar var idi. Bu şəhər həm də Bizans xristi-
anlığının təqibindən qaçanlar üçün sığınacaq yeri olmuşdu. Xris-
tianlıq Yəmənə isə IV əsrdə gəlmişdi və burada xristianlar əsasən 
Nəcranda yaşayırdılar.
Sabiilikdə İslamdan əvvəl bu ərazidə mövcud olan dinlərdən 
idi. Quranda da bu din mənsublarından bəhs olunmuşdur.
10
 An-
caq Quranda onların etiqadlarından və ibadıət şəkillərindən bəhs 
olumur. Sabiilər haqqındakı araşdırmalar, onların həm müqəddəs 
kitaba, həm də fərqli etiqada sahib olduqlarını göstərir. Onlar İslam 
gəldiyi  zaman  Bəsrə  körfəzinin  şimalında  yaşayırdılar.  Sabiiliyə 
əsasən  Yəhudiliyin  təsirləri  olmuşdur.  Bu  dində  vaftizə  bənzər 
ayinlərin olduğu da bildirilir.
11
10  bax: Bəqərə, 2/62; Maidə, 5/69; Həcc, 22/17
11   Geniş məlumat üçün bax. Şinasi GündüzSon Gnostikler, Ankara, 
1995.


QURANIN TARİX SƏHNƏSİNƏ ÇIXIŞI
17
4. Quran və əvvəlki ilahi kitablar
Qurani-kərim Tövrat, Zəbur və İncildən sonra gəlmişdir. Buna 
görə də Quran bu kiatbları da əhatə edir. Belə ki, Quran, keçmişdə Al-
lah tərəfindən bir çox peyğəmbər göndərildiyini, onlara kitab və ya 
səhifələr verildiyini bildirir. Quranda Hz. İbrahimin səhifələrindən, 
Hz. Musaya verilən Tövratdan, Hz. Davudun Zəburundan və Hz. 
İsanın  İncilindən  bəhs  olunur.
12
  Quran,  xüsusilə  Tövrat  və  İn-
cil haqqında geniş məlumat verir, bu kitablarda keçən mövzu və 
qissələrə yer ayırır. Kainatın və insanın yaradılışı; Cənnətdən çıxa-
rılış;  Nuh  Tufanı;  Hz.  İbrahim,  İshaq  və  Yaqub;  İsrailoğullarının 
tarixi; Hz. Yusif; Hz. Musa və Fironla mübarizəsi, Misirdən çıxış, 
İsrailoğullarının çöldəki həyatı; Talut (Saul), Davud və Süleyman; 
Zəkəriyyə  və  oğlu  Yəhya;  Məryəm,  oğlu  İsa  ilə  həvariləri  və  s. 
mövzular  Kitabi-Müqəddəslə  Quranın  ortaq  mövzularıdır.  Bun-
dan başqa Quran bu ilahi kitablarda keçən beynəlmiləl prinsipləri 
təkrarlamış, bu kitabların nə qədər mühafizə olunub-olunmadığını 
ortaya qoymuşdur.
13
Quranla  əvvəlki  müqəddəs  kitablar  arasında  bəzi  fərqliliklər 
də vardır. Məsələn, Quranla bu ilahi kitabların kitab şəklinə salın-
ması bir-birindən fərqlidir. Yəhudi etiqadına görə Hz. Musa özünə 
gələn vəhyləri yazaraq kitab halına gətirmiş
14
 və özündən sonrakı-
lara təslim etmişdir. Ancaq bugün bir çox elm adamı qəbul edir ki, 
Tövrat zaman keçdikcə kitab formasına düşmüşdür. Tövratın orta-
ya çıxışı, Hz. Musadan sonrakı vəziyyəti, günümüzə qədər gəlişi, 
mövcut  Tövratın  nə  zaman  və  kimlər  tərəfindən  yazıldığı  kimi 
mövzular mübahisəlidir. Hz. Musanın yaşadığı e.ə. XIII əsrdən Ba-
bil əsarətinin başladığı e.ə. VI əsrə qədər Tövratın bir neçə dəfə yox 
12  bax. Nisa, 4/136
13  bax. Bəqərə. 2/89, 136; Ali-İmran, 3/3, 84; Maidə, 5/48; Ənam, 6/92; 
Hədid, 57/26-27
14   Çıxış, 17/14; 24/3; 34/27; Saylar, 33/2; Təsniyə, 31/9, 24-26.


TƏFSİR ÜSULU VƏ TARİXİ
18
ol duğu, düşmənlərin əlinə keçdiyi, müxtəlif dəyişikliklərə uğradı-
ğı
15
 bildirilir. Tövrat Hz. Musadan on üç əsr sonra, yəni I əsrdə bu-
günkü  şəklinə  salınmışdır.  Günümüzdə  mövcud  olan  ən  qədim 
və tam ibranicə əlyazma nüsxələr IX əsrə, Tövratın yunanca tər cü-
mələri isə IV əsrə aiddir.
Eyni şey bugünkü İncillər üçün də keçərlidir. Xristianlığa görə 
Hz. İsa ilahi kəlamdır. Yəni o özü vəhyi təmsil edir. İncil kitabları 
isə Allahın kəlamı deyil, Hz. İsadan sonra qələmə alınan mətnlərdir. 
Bugünkü  İncillərin  Hz.  İsa  tərəfindən  yazılmadığını  xristianlar 
özləri də qəbul edirlər. İncillər Hz. İsadan ən az otuz il sonra yazıl-
mağa başlanmış və I əsrin sonunda yazılıb tamamlanmışdır.
16
 Qurani-Kərimlə Kitabi-Müqəddəs arasında möhtəva və üslub 
baxımından da fərqlər vardır. Kitabi-Müqəddəs müxtəlif müəlliflər 
tərəfindən və fərqli dövrlərdə yazılmışdır. Onda tarixi hadisələrlə 
yanaşı, dini hökmlərə, fəlsəfi dialoqlara, hikmətli sözlərə və dualara 
da yer verilmişdir. Kitabi-Müqəddəsdə hadisələr, zaman və məkan 
yönü ilə də ələ alınmışdır. Əski-Əhid İsrailoğullarının tarixindən 
çox geniş şəkildə bəhs etmişdir. Yeni Əhiddə isə əsasən Hz. İsanın 
həyatı ələ alınmışdır. 
Quranda isə həm Əski Əhiddən, həm də Yeni Əhiddən fərqli 
olaraq,  daim  Allah  danışır,  xitab  olunanlar  isə  Hz.  Peyğəmbər, 
müxtəlif etiqad mənsubları və ümumilikdə insandır.
II.  TƏFSİR ÜSULU HAQQINDA ÜMUMİ MƏLUMAT 
Təfsir üsulu “təfsir” və “üsul” kəlmələrindən meydana gələn 
bir termindir. Buna görə də təfsir üsulunun tərifini vermədən əvvəl 
15   Yeremeya, 8/8.
16   Bu mövzu barədə bax. Ömər Faruk Harman, “Kuran”, DİA
XXVI/412.


Yüklə 1,15 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə