Dərs kitabları №: 1 Ünvan: az6200, Zaqatala Şəhəri, Heydər Əliyev prospekti №: 88



Yüklə 1,15 Mb.
Pdf görüntüsü
səhifə5/60
tarix30.10.2018
ölçüsü1,15 Mb.
#76451
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   60

 TƏFSİR ÜSULU HAQQINDA ÜMUMİ MƏLUMAT 
19
bu ifadənin daha yaxşı anlaşılması üçün onu meydana gətirən yu-
xa rıdakı iki məfhumu qısa olaraq ələ almaq lazımdır:
A. Təfsir
1. Leksik mənası
Mənbələrə  nəzər  saldıqda  təfsir  kəlməsinin  iki  fərqli  kökdən 
meydana gəldiyini görürük:
a.Təfsir kəlməsi, lüğətdə “bəyan etmək, kəşf etmək, üstü örtülü 
bir şeyi açmaq” kimi mənalara gələn “fəsr” kökündən törəmişdir. 
b.Təfsir kəlməsi, təqlib vəzni ilə “səfr” kökündən əmələ gələn 
təfil  babında
 
bir  məsdərdir.  “Səfr”  kəlməsi  müxtəlif  mənalara 
gəlməklə bərabər “örtülü bir şeyi açmaq, aydınlatmaq və açmaq” 
anlamlarını da daşıyır. 
Hər nə qədər bu iki kəlmə mənaca bir-birinə yaxın olsalar da, 
yenə də bunlar arasında fərq
 
vardır. Belə ki, Əmin əl-Xuliyə görə 
fəsr” və “səfr” kəlmələrinin ikisində də kəşf etmək, ortaya çıxar-
maq  mənaları  vardır. Amma  “səfr”  kəlməsində  maddi,  zahiri  bir 
kəşf, “fəsr“ sözündə isə mənəvi bir kəşf vardır. Məna ilə əlaqədar 
olduğu  üçün  Xuli  “təfsir  “kəlməsinin  “fəsr  “  sözündən  törədiyini 
iddia edir.
2. Terminoloji mənası
Ümumi olaraq təfsir, “müşkil olan ləfızlərdən murad edilən mənanın 
kəşf edilməsi”,
 
xüsusi olaraq isə,“insan gücü və ərəb dilinin verdiyi im-
kan nisbətində Allah-təalanın Quranda qəsd etdiyi mənaları ortaya qoy-
maqdır”.  Daha  açıq  ifadə  etsək  “Qurani-  kərimdəki  ayələrdən  murad 
edilən mənanın (Allahın məqsədinin) nə olduğunu təfsir üsulu metodla-
rından hər hansı biri ilə təsbit edib ortaya qoyulmasına” təfsir deyilir.


TƏFSİR ÜSULU VƏ TARİXİ
20
B. Üsul
Üsul “əsl” kəlməsinin cəmidir. Lüğətdə “təməl, əsas, kök” məna-
larına gəlir. Bundan başqa “dəlil” və ”qayda” mənalarını da daşıyır. 
Termin kim üsulu belə tərif edə bilərik: “Hər hansı bir elmlə bağlı olan 
məlumatların sistemli şəkildə yerləşdirilməsində istifadə olunan müəyyən 
qayda və metodlardır”. 
C. Təfsir üsulu
Təfsir üsulu da, Quranın anlaşılması və şərh olunmasında bəzi 
prinsiplər və metodlar ortaya qoyur və bunlardan istifadə etmə yol-
larını göstərir. 
1. Təfsir üsulunun qayəsi
Təfsir üsulunun əsas qayəsi Quranın anlaşılmasına kömək et mək-
dir. Buna görə də bu elm Quran təfsirində ehtiyac duyulan qay da və 
qanunlar üzərində durur. Bu qayda və qanunlar Quranı an lamaqda 
plan vəzifəsini görürlər. Hər hansı bir işi plansız gör mək mümkün 
olmadığı kimi, müəyyən qayda və qanunlar təsbit et mədən bir elmi 
tətbiq etmək də mümkün deyildir. Məsələn fiqh el minin əhatəsinə 
girən məsələlərin təsbitində fiqh üsulu elminə eh tiyac vardır. Çünki 
bu elmin qaydalarını bilməyən insanlar hökm çı xararkən doğru nə-
ti cələri əldə edə bilməzlər. Qurani-kərimin də doğru şəkildə təfsir 
edil məsi üçün məhz təfsir üsuluna ehtiyac vardır.
2. Təfsir üsulunun meydana çıxması
Təfsir üsulu elminin tam olaraq nə vaxt ortaya çıxdığını təsbit 
etmək  çox  çətindir.  Hicri  II  əsrdən  etibarən  yazılmağa  başlanan 
Quran elmləri ilk dövrlərdə əsbab-ı nüzul, nasix-mənsux, qəribul-
Quran və s. kimi başlıqlar altında qələmə alınırdı. Beləliklə erkən 
dövrlərdən etibaren təfsir üsulu sahəsində əsərlər ortaya çıxdı. Za-


 TƏFSİR ÜSULU HAQQINDA ÜMUMİ MƏLUMAT 
21
man keçdikcə təkamül edən bu elm, daha sonra müstəqil bir elm 
kimi formalaşdı. 
3. Təfsir üslünün mənbələri
İslam elmlərinin dili ərəbcə olduğu üçün təfsir sahəsində ya-
zılan əsərlərin bir çoxu da məhz bu dildə yazılmışdır. Ancaq türk, 
fars və müxtəlif Avropa dillərində də bu sahə ilə əlaqədar əsərlər 
qələmə alınmışdır. Aşağıda bunlardan bəzilərinə yer verilmişdir:
a. Müstəqil əsərlər
1. Haris əl-Mühasibi (vəfatı-243/857), əl-Əql və fəhmul-Quran.
Bu  əsər  Quran  elmləri  sahəsində  yazılan  ilk  əsərdir.  Əsərdə 
Quranın  fəzilətləri,  üslubu,  möhkəm-mütəşabeh,  nəsx  və  xəlqul-
Quran kimi bəhs mövzulardan olunur.
2. əl-Hufi (vəfatı 430/1038), əl-Burhan fi ulumil-Quran
Ulumul-Quran” ifadəsinin işləndiyi ilk əsər hesab olunur. Otuz 
cilddən  ibarət  olsa  da  günümüzə  bunlardan  sadəcə  on  beş  cildi 
gəlib çatmışdır.
3. İbnul-Cəvzi (vəfatı-597/1200), Fünunul-əfnan.
4. ət-Tufi (vəfatı-716/1316), əl-İksir fi ilmit-təfsir.
5. İbn Teymiyyə (vəfatı-728/1327), Müqəddimə fi üsulit-təfsir.
6. əz-Zərkəşi (vəfatı-794/1392), əl-Burhan fi ulumit-Quran. 
7. əs-Süyuti (vəfatı-911/1505), əl-İtqan fi ulumil-Quran.
8. əd-Dihləvi (vəfatı-1176/1764), əl-Fövzül-kəbir fi üsulit-təfsir.
9. əz-Zərqani (vəfatı-1367/1948), Mənəhilul-irfan fi ulumil-Quran.
10. əz-Zəhəbi (vəfatı-1399/1978), ət-Təfsir vəl-müfəssirun.
11. Sübhi Salih (vəfatı-1399/1978), Məbahis fi ulumil-Quran.
12. Mənnaul-Qəttan, Məbahis fi ulumil-Quran.


TƏFSİR ÜSULU VƏ TARİXİ
22
b. Müqəddimələrində təfsir üsuluna yer verən müəlliflər
Bəzi müfəssirlər qələmə aldıqları təfsirlərin müqəddimələrin-
də təfsir üsulu ilə əlaqəli mövzulardan bəhs etmişlər. Onların ver-
dikləri məlumatlar təfsir sahəsi ilə məşğul olan tədqiqatçılar üçün 
çox qiy mətli hesab olunur. Bu müfəssirlər və onların təfsirləri bun-
lardır:
1.  ət-Təbəri  (vəfatı-310/922),  Camiul-bəyan  an  təvilil-Quran.  Bu 
təfsirin müqəddiməsində Qurandakı qərib kəlmələrə, yeddi hərf və 
surə adları kimi mövzulara yer verilmişdir. 
2. Rağib əl-İsfəhani (vəfatı-502/1108), Müqəddimətüt-təfsir. Əsər-
də Bəqərə surəsinin 220-ci ayəsi şərh edilmişdir. Ancaq əsərin əv-
vəlində təfsir üsulu ilə bağlı mühüm məsələlərə toxunulmuşdur.
3. İbn Atiyyə əl-Əndəlusi (vəfatı-543/1148), Müqəddimə. Bu mü-
qəddimə müfəssirin “əl-Muharrarül-vəciz fi təfsiril-Quranil-əziz” adlı 
təfsirinin əvvəlində yerləşir.
  4.  əl-Qurtubi  (vəfatı-671/1272),  əl-Cami  li  əhkamil-Quran.  Mü-
fəssir bu əsərində bir çox təfsir üsulu mövzularıdan bəhs etmişdir. 
5. İbn Kəsir (vəfatı-774/1372), Təfsiru-Quranil-əzim. Müfəssir təf-
sirinin sonuna əlavə etdiyi zeyldə
17
 bir çox təfsir üsulu mövzularına 
yer vermişdir.
6. əl-Qasimi (vəfatı-1332/1914), Məhasinut-təvil. Bu əsərin birinci 
cildində təfsir üsulu mövzuları geniş bir şəkildə işlənmişdir.
17   Əlavə


Yüklə 1,15 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə