Dərs kitabları №: 1 Ünvan: az6200, Zaqatala Şəhəri, Heydər Əliyev prospekti №: 88


TƏFSİR ÜSULU HAQQINDA ÜMUMİ MƏLUMAT



Yüklə 1,15 Mb.
Pdf görüntüsü
səhifə6/60
tarix30.10.2018
ölçüsü1,15 Mb.
#76451
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   60

 TƏFSİR ÜSULU HAQQINDA ÜMUMİ MƏLUMAT 
23
c. Avropa dillərində yazılan mənbələr
1. İqnaz Qoldziher, De Richuntgen der İslamichen Koranauslegung 
(İslam təfsir məktəbləri).
Əbdülhəlim  ən-Nəccar  bu  əsəri  “Təfsirul-məzəhibil-islami”  adı 
ilə ərəb dilinə tərcümə etmişdir. Bundan başqa bu əsər Mustafa İs-
lamoğlu tərəfindən “İslam tefsir ekolleri” adı altında türk dilnə çevi-
rilmişdir.
2. Rudi Paret, Kuran Üzerine Makaleler. Ömər Özsoy tərəfindən 
türk dilinə tərcümə edilən bu əsər Paretin müxtəlif vaxtlarda qələmə 
aldığı on doquz məqaləsini əhatə edir.
3. T. Nöldeke - F. Şivli, Kuran Tarihi. Bu əsər Muammer Sencer 
tərəfindən  türk  dilinə  tərcümə  edilmiş  və  1970-ci  ildə  İstanbulda 
nəşr  olunmuşdur.  Nöldeke  eyni  zamanda  “Gecschichte  de  Qorans 
(Quran tarixi)” adlı üç cildlik bir əsər də yazmışdır ki, bu əsər 1919-
cu ildə Almaniyanın Leypsiq şəhərndə nəşr olunmuşdur.
4. H. Hörşfeld, New Researches into the Composition and Exegesis of 
the Qoran (Quranın tərtib və təfsirində yeni araştırmalar), 1902.
5. Artur Cefri, The Foreign Vokabulary of the Quran (Quranda qərib 
kəlmələr), Baroda, 1938.
D. Məna baxımından təfsir məfhumu ilə yaxın olan kəlmələr
1. Təvil
Lüğəvi yöndən “təvil” kəlməsi; “əslə qayıtmaq” mənasına gələn 
əvl“ sözündən götürülüb “əslinə qaytarmaq” və “hər hansı bir şeyi ça-
tacağı yerə çatdırmaq” deməkdir. Bundan başqa bu kəlmənin “təqdir 
və  təfsir  etmək”  anlamları  da  vardır.  “Təvil“  sözü  Quranda  fərqli 
mənalarda işlədilmişdir. Bunların bir qismini aşağıdakı kimi sada-
lamaq olar:


TƏFSİR ÜSULU VƏ TARİXİ
24
a. Təfsir: “Onun təvilini / təfsirini sadəcə Allah bilir...”
18
b. Səbəb: “Səbr etməyə gücünün çatmadığı şeylərin təvilini / səbəbini 
sənə bildirəcəyəm.
19
c. Nəticə: “Bu , xeyrlidir və nəticə etibarı ilə daha yaxşıdır.
20
d. Yuxuyozma: “Və Yusif dedi:“Ata! Bu mənim əvvəlki yuxumun 
təvilidir /yozumudur.”
21
Termin  olaraq  da  təvil,  “məşru  bir  səbəb  və  ya  dəlili  əsas  alaraq 
ayəni zahiri mənada deyil, özündən əvvəl və sonra gələn ayələrə, kitaba və 
sünnəyə uyğun olan mənalardan birinə qaytarmaq “ deməkdir.
a. Təvilin şərtləri
İslam alimlərinin əksəriyyətinə görə ayənin zahiri mənası başa 
düşülürsə təvilə heç bir ehtiyac yoxdur. Ancaq müşkil və mütaşa-
beh ayələrin izahında təvildən qaçmaq mümkün deyildir. Bir ayəni 
təvil edərkən aşağıda verilən xüsusiyyətlərə diqqət etmək lazımdır:
1.  Təvil  edilən  kəlmənin  mənası,  məcaz  yolu  ilə  də  olsa  o 
kəlmənin özünə dəlalət edən mənalardan biri olmalıdır.
2. Təvil olunan kəlmə və ya ifadə təvil edilərkən şəri bir dəlilə 
əsaslanmalıdır.
3. Təvilin şətlərindən biri də təvil edilən kəlmənin mənasının 
açıq bir nəssə zidd olmamasıdır.
Bu şərtləri diqqətə almadan edilən təvillər doğru deyildir. 
b. Təvil ilə təfsir arasındakı fərqlər
Bunlar arasındakı fərqləri aşağıdakı kimi sadalaya bilərik:
18   Ali-İmran 3/7.
19   Kəhf 18/78.
20   Nisə 4/59.
21   Yusuf 12/100.


 TƏFSİR ÜSULU HAQQINDA ÜMUMİ MƏLUMAT 
25
1. Təvil mütləq deyildir. Təfsir isə mütləqdir. Çünki təfsir Hz. 
Peyğəmbərdən və vəhyə şahid olan səhabələrdən gələn rəvayətləri 
əsas alır. Halbuki təvil ictihadı əsas alır.
2.  Təfsir  təvildən  daha  ümimidir.  Təfsir  ləfzlərdə  (sözlərdə), 
təvil  isə  mənalarda  olur.  Təvil  ilahiyyat  mövzularında  yazılmış 
əsərlərdə,  təfsir  isə  həm  ilahiyyat  mövzularında,  həm  də  digər 
mövzularda yazılmış əsərlərdə olur. 
3. Təvil batini mənanı, təfsir isə zahiri mənanı açıqlayır. 
4. Təvil dirayətə, təfsir isə rəvayətə söykənir.
5.  Təfsirdə  doğruluq  olduğu  üçün  təfsir  daima  etibarlı  qəbul 
olunur. Təvilin isə etibarlısı olduğu kimi, qəbul olunmayanı da var-
dır. Başqa cür ifadə etsək, təfsirdə qətilik, təvildə isə ehtimal vardır.
2. Tərcümə
  “Tərcəmə”  və  ya  “rəcəmə”  köklərindən  əmələ  gəldiyi  iddia 
edilən “tərcümə” sözü lüğətdə “bir kəlamı başqa bir dildə ifadə etmək”, 
bir sözü başqa bir dildə təfsir və bəyan etmək”, “bir kəlməni başqa bir 
dildə mənalandırmaq” və s. kimi anlamlara gəlir.
Tərcümə kəlməsnin yuxarıdakı mənalardan başqa mənaları da 
vardır ki, onlar aşağıdakılardır:
a. Tərcümə “bab “ başlığı , yəni bir kitabdakı fəsil adı mənasına 
gəlir. 
b. Bu kəlmənin digər mənası da “ tərcümeyi-hal” deməkdir.
c.  Bir  sözü  bu  sözdən  xəbəri  olmayan  bir  kəsə  çatdırmaq  da 
tərcümə mənasına gəlir.
d.  Bir  sözü  işlədildiyi  dildə  təfsir  etməyə  də  tərcümə  deyilir. 
Buna görə İbn Abbasa “tərcümanul-Quran” adı verilmişdir.


TƏFSİR ÜSULU VƏ TARİXİ
26
e.  Bir  sözü  bir  dildən  başqa  bir  dilə  çevirib  təfsir  etməyə  də 
tərcümə deyilir.
Termin kimi isə tərcümə, “hər hansı bir dildəki söz və ya kəlamın, 
eynilə başqa bir dildəki bənzəri ilə ifadə edilməsidir”.
Tərcümə  məfhumu,  hərfi  və  ya  ləfzi,  mənəvi  və  ya  təfsiri 
tərcümə deyə iki qismə ayrılır: 
a. Hərfi (ləfzi) tərcümə: Nəzmində və tərtibində əslinə bənzəmə-
sinə diqqət olunan tərcüməyə “hərfi (ləfzitərcümə” deyilir. Bu tər-
cü mə növündə tərcümə olunacaq kəlmələr bir-bir ələ alınır, onların 
ye rinə qoyulacaq sözlər hər bir yönü ilə diqqətlə incələnir. Fərqli 
dil lər arasında bu tərcümə metodundan istifadə etmək çox çə tindir. 
Buna görə də Quranı hərfi tərümə etmək mümkün deyildir.
b.  Təfsiri  (mənəvi)  tərcümə:  Nəzmə  və  tərtibə  bağlı  qalma-
dan  hər  hansı  bir  sözün  bəzi  şərh  və  izahlarla  başqa  bir  dilə 
nəql  edilməsinə  “təfsiri  tərcümə“  deyilir.
 
Günümüzdə  daha  çox 
tərcümənin bu növündən istifadə olunur. 
3. Məal
Bu kəlmə də təvil sözü kimi “əvl” kökündən törəmişdir. Lüğətdə 
bir şeyin özü, xülasəsi və nəticəsi” mənasına gəldiyi kimi “naqis ol-
maq” mənasına da gəlir. 
Termin olaraq məal, “bir sözün mənasını hər cəhəti ilə deyil, bir az 
naqis olaraq ifadə etmək” deməkdir. 
Bildiyimiz kimi Quran həm ləfz (söz), həm də məna etibarilə 
Allah kəlamıdır. Onu mükəmməl olaraq tərcümə etmək mümkün 
deyildir. Hər nə qədər onun təfsiri tərcüməsi
 
mümkün olsa da, in-
san Quranın bütün məna və məqsədlərini kamil bir şəkildə ortaya 
qoya bilməz. Buna görə də alimlər Quran tərcümələrinə “tərcümə” 
deməkdən çəkinmiş və onun yerinə “məal” kəlməsini işlətmişlər. 


Yüklə 1,15 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə