Dərs kitabları №: 1 Ünvan: az6200, Zaqatala Şəhəri, Heydər Əliyev prospekti №: 88



Yüklə 1,15 Mb.
Pdf görüntüsü
səhifə8/60
tarix30.10.2018
ölçüsü1,15 Mb.
#76451
növüDərs
1   ...   4   5   6   7   8   9   10   11   ...   60

ÜMUMİ OLARAQ VƏHY
33
C. Vəhyin gəliş şəkilləri
Qurani-kərim Allahın  insanlarla
 
üç  şəkildə  əlaqə  qurduğunu 
bildirir:
  ًالو ُسَر َل ِسْرُي  ْوأَ�  ٍباَجِح ءا َرَو نِم  ْوأَ� اًايْحَو  َّالإِا َُّاللا ُهَمَِّكُي نأَ� ٍ َشَبِل َنَك اَمَو 
 
 ٌيمِكَح ٌّ ِلَع ُهَّانإِا ءاَشَي اَم ِهِنْذإِِب َ ِحوُيَف
“Allah insanla yalnız vəhy ilə və ya pərdə arxasından danışar, yaxud 
da Öz izni ilə istədiyini vəhy etmək üçün bir elçi göndərər. Axı O, uca-
dır, hökm və hikmət sahibidir.”
36
 Ümumiyyətlə İslam alimləri vəhyi iki 
yerə ayırırlar: vasitəli vəhy və vasitəsiz vəhy.
1. Vasitəli vəhy
Vasitəli  vəhy  Allahın  istədiyi  şeyi  vasitəçi  mələk  vasitəsi  ilə 
peyğəmbərlərinə bildirməsidir. Bu da üç şəkildə olur:
a.  Cəbrayılın  Hz.  Peyğəmbərin  qəlbinə  vəhy  etməsi:  Quran 
vəhy mələyinin Hz. Peyğəmbərə bu şəkildə iki dəfə vəhy gətirdiyini 
xəbər  verir.  Birincisi  Hira  mağarasında  enən  vəhydir  ki,  Allahın 
Rəsulu (s.ə.s.) gördüyü bu mənzərə qarşısında özündən keçmişdir. 
  ِينِبُمْلا  ِقُفأُ ْل ِب ُهآ�َر  ْدَقَلَو 
  “And  olsun  ki,  o  (peyğəmbər),  onu  (Cəbrayılı)  aydın  üfüqdə  gör-
müşdür
37
 ayəsi vəhyin bu növünə işarə edir.
b.  Mələyin  insan  cildinə  girərək  vəhy  gətirməsi:  Rəsulullah 
(s.ə.s.) belə buyurur: “ ...Bəzən də mələk mənə insan şəklinə girərək 
gəlir, mənimlə danışır. Mən də onun söylədiyini ağlımda tuturam”
38

Cəbrayılın bəzən “Dihyə əl-Kəlbi”, bəzən də başqa bir insan şəklinə 
girərək gəldiyi rəvayət olunmuşdur.
36   Şura 42/51
37   Təkvir 81/23
38   Buxari, Bədiul Vəhy, 2.


TƏFSİR ÜSULU VƏ TARİXİ
34
c.  Səs  vasitəsi  ilə  gələn  vəhy:  Hz. Aişə  Rəsulullahdan  (s.ə.s) 
belə rəvayət edir: “Bəzən vəhy mənə zəng səsinə bənzəyən bir səslə 
gəlir. Vəhyin bu gəliş şəkli mənim üçün ən ağır olanıdır...”
39

2. Vasitəsiz vəhy
Vəhy  sahibi  olan  Allah  ilə  vəhyi  qəbul  edən  şəxs  arasında 
mələk və ya hər hansı bir başqa vasitə olmadan ortaya çıxan vəhyə 
vasitəsiz vəhy deyilir. Vasitəsiz vəhyə gəldikdə vəhyin bu növü də 
üç yerə ayrılır:
a. Sadiq röyalar: Hz. Aişədən belə rəvayət olunur: “Rəsulullahın 
(s.ə.s.) ilk vəhy alması yuxuda gördüyü sadiq röyalarla başlamışdır. 
Onun gördüyü hər yuxu səhərin aydınlığı kimi doğru çıxırdı”
40
. Bu 
rəvayətdən  belə  anlaşıla  bilər  ki,  Hz.  Peyğəmbər  ilk  vəhyi  sadiq 
röyalar vasitəsi ilə almışdır. Ancaq bu Quranın ilk vəhyinin Ələq 
surəsinin  ilk  beş  ayəsi  olması  xəbəri  ilə  ziddiyət  təşkil  edir.  Bu 
ziddiyəti İslam alimləri həll etməyə çalışmışlar. Belə ki, onlara görə 
Hz. Aişədən gələn rəvayətdə zikr edilən vəhy şəkli Hz. Peyğəmbərə 
peyğəmbərliyə  hazırlıq  dövründə  gəlmişdir.  Ələq  surəsinin  ilk 
beş ayəsi isə Hira mağarasında nazil oldu və beləliklə Rəsulullaha 
(s.ə.s.) nübüvvət verildi.
b. İlham yolu ilə gələn vəhy: Bu hər hansı bir vasitə olmadan 
vəhyin  Hz.  Peyğəmbərin  (s.ə.s.)  qəlbinə  endirilməsidir.  Alimlərə 
görə 
 ... َ ْينَب َ ُكْحَتِل  ِّقَحْل ِب  َباَتِكْلا  َكْيَلإِا اَنْلَزنأَ� َّانإِا ُّللا َكاَرأَ� اَمِب  ِساَّانلا 
İnsanlar arasında Allahın sənə göstərdiyi ilə hökm edəsən deyə Kitabı 
sənə haqq olaraq endirdik...”
41
 ayəsi vəhyin bu növünə dəlalət edir.
39   Buxari, Bədiul Vəhy, 2
40   Buxari, Bədiul Vəhy, 1
41   Nisə 4/105


QURANİ-KƏRİM (QURAN VƏHYİ)
35
c. Pərdə arxasından danışmaq: Bu sadəcə Hz. Mühəmməd və 
Hz. Musaya məxsus vəhy alma şəklidir. Buradakı danışma bizim 
bildiyimiz danışıq tərzi olmayıb insanların düşüncə və duyğuları-
nın xaricində olan bir danışıq tərzidir. 
II. QURANİ-KƏRİM (QURAN VƏHYİ)
Qurani-kərim,  Hz.  Adəmdən  Hz.  Mühəmmədə  (s.ə.s.)  qədər 
insanlığa  göndərilən  səmavi  mesajların  sonuncusudur.  Bir  çox 
yönü ilə fərqlənən Quranın son ilahi mesaj olması, onun önəm və 
qiymətini daha da artırmaqdadır. Quran elmləri ilə məşğul olan-
ların onu hər yönü ilə tanımaları vacibdir. Çünki onu tanımadan 
təfsir və təfsir üsulu kimi elmlərdən bəhs etmək qeyri-mümkündür.
A. Quranın tərifi
1. Quran kəlməsinin leksik mənası
Quran kəlməsinin heç bir kökdən törəmədiyini iddia edənlər 
kimi,  onun  həmzəsiz  və  ya  həmzəli  bir  kökdən  törədiyini  iddia 
edənlər də olmuşdur. Bunları aşağıdakı kimi qruplaşdırmaq olar:
1. İmam Şafii (vəfatı-204/819) Quran sözünün heç bir kökdən 
əmələ gəlmədiyini, onun da Tövrat və İncil kimi Allahın kəlamına 
verilən xüsusi bir ad olduğunu söyləmişdir.
2. Əbu Zəkəriyyə əl-Fərra (vəfatı-207/822) isə Quran kəliməsi-
nin “qərinə” sözünün cəmi olan və “dəlil” mənasına gələn “qərəin” 
sözündən törədiyini iddia etmişdir. Çünki Quran ayələri nəzm, vəzn 
və ahəng baxımından bir-birinə bənzəyir və bir-birinə dəlildirlər. 
3. Əbu Həsən əl-Əşəri (vəfatı-324/936) isə Quran kəlməsinin “bir 
şeyi başqa bir şeyə yaxınlaşdırmaq” mənasına gələn “qarənə” felindən 
əmələ gəldiyini demişdir. Bunu da Qurandakı surə və ayələrin bir-
biri ilə yaxın olmasıyla izah edir. 


TƏFSİR ÜSULU VƏ TARİXİ
36
Quran kəlməsinin həmzəli bir kökdən törədiyini iddia edənlər 
iki fərqli görüş mənimsəmişlər:
1.  Əbu  İshaq  əz-Zəccaca  (311/923)  görə  Quran  kəlməsi  “top-
lamaq”  mənasına  gələn  “əl-qarü”  məsdərindən  törəmişdir.  Bu  gö-
rüş sahiblərinə görə Quran qissə, əmr, qadağa, vəd, vəid, surə və 
ayələri bir yerə topladığı üçün bu adı almışdır.
2.  Əbu  Həsən  Lihyani  (vəfatı-215/830)  isə  bu  kəlmənin  “oxu-
du” mənasına gələn “qaraə” felindən törədiyini söyləmişdir. İslam 
alimlərinin bir çoxu da məhz Lihyanin bu fikri ilə razılaşmışlar.
2. Terminoloji mənası
Bir-birindən fərqli təriflər verilən Quranı belə tərif etmək olar: 
Hz.  Peyğəmbərə  (s.ə.s.)  vəhy  vasitəsi  ilə  endirilib  səhifələrə  yazılan, 
təvatürlə nəql edilən və oxunuşu ilə ibadət olunan möcüzəvi bir kəlamdır”.
-“Hz.  Peyğəmbərə  endirildi”  ifadəsi  digər  ilahi  kitabları  və  Hz. 
Peyğəmbər tərəfindən söylənən sözləri öz əhatəsi xaricində saxlayır.
-“Vəhy vasitəsi ilə endirildi” ifadəsi, onun ilahi mənşəli oldu-
ğunu göstərir.
-“Səhifələrə yazılan” sözü, Qurandan sayılmayan heç bir kəlam 
və kəlmənin Müshəfə daxil olmadığını göstərir.
-“Təvatürlə nəql edilən” ifadəsi, həm söz, həm də məna etibari-
lə mütavatir olmayan qiraətlərin Qurandan sayılmayacağını ifadə 
edir.
-“ Oxunuşu ilə ibadət edilən” ifadəsi isə, Quranın özü xaric, nə 
onun məal və təfsiri, nə də qüdsi hədisləri oxuyaraq ibadət etməyin 
mümkün olmadığını göstərir.


Yüklə 1,15 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə