Dərs kitabları №: 1 Ünvan: az6200, Zaqatala Şəhəri, Heydər Əliyev prospekti №: 88



Yüklə 1,15 Mb.
Pdf görüntüsü
səhifə9/60
tarix30.10.2018
ölçüsü1,15 Mb.
#76451
növüDərs
1   ...   5   6   7   8   9   10   11   12   ...   60

QURANİ-KƏRİM (QURAN VƏHYİ)
37
B. Quranın digər adları
Zərkəşi  Quranda  Quranın  55  fərqli  adının  keçdiyini  söyləyir. 
Bu rəqəmi 90-a qədər çıxaranlar da vardır. İndi isə Quranın adları-
nın bir hissəsini tək-tək ələ alaq.
1. Kitab
Quranda əl-Kitab kəlməsi ümumi mənada bütün peyğəmbərlərə 
gələn vəhy və ya vəhylər mənasında işlənir. Quran özündən əvvəlki 
vəhylərə  kitab  dediyi  kimi,  özünü  də  kitab  adlandırır.  O,  açıq  və 
hikmətli kitabdır.
Quran  nazil  olmağa  davam  etdiyi  zamanda  da  özünü  kitab 
olaraq tanıtmışdır. Bu da vəhyin hələ davam edəcəyinə və ayələrin 
axırda kitab halında toplanacağına işarə edirdi. Bildiyimiz kimi na-
zil olub qurtardıqdan qısa müddət sonra Quran kitab şəklinə salın-
mışdır.
2. Furqan
Furqan kəlməsi arami dilində olub “ayırmaq” mənasına gəlir. 
Furqan surəsinin 1-ci ayəsində belə buyururlur:
Aləmləri (insanları və cinləri Allahın əzabı ilə) qorxutmaq üçün (haqqı 
batildən ayıran) Quranı Öz bəndəsinə (Muhəmmədə) nazil edən Allah nə 
qədər (uca, nə qədər) uludur! (Ucalardan ucadır; əzəli və əbədidir, xeyir-
bərəkəti bol və daimidir!) 
Qurana Furqan deyildikdə onun yaxşını pisdən, gözəli çir kin-
dən,  saleh  olanı  saleh  olmayandan,  haqqı  batildən,  nizamı  xaos-
dan, halalı haramdan, günahı səvabdan, doğrunu yanlışdan, saxta 
tanrıları Allahdan, qaranlığı aydınlıqdan, baqini fanidən və başqa 
şeyləri bir-birlərindən ayırması nəzərdə tutulur.


TƏFSİR ÜSULU VƏ TARİXİ
38
3. Zikr
Zikr lüğətdə “xatırlamaq, anmaq, bir şeyi daim zehində tutmaq, 
bildirmək, xəbər vermək, tələffüz etmək” kimi mənalara gəlir. Qu-
ranın digər bir adı olan Təzkir də eyni kökdən gəlir və xatırlama, 
birinin diqqətini çəkmə, işarə etmə deməkdir.
Quran  özünü  Zikr  adlandırır.  Bəzi  ayələrdə  isə  Qurana  əz-
Zikrul-Həkim deyilir. Yəni o hikmətli ifadələrlə dolu zikrdir.
4. Nur
Quran,  Tövrat  və  İncilə  Nur  dediyi  kimi,  özünə  də  Nur  de-
yir. Rağib əl-İsfəhani nuru “görməyə yardım edən işıq” kimi tərif 
etdikdən sonra dünyadakı nuru iki yerə ayırır. Biri gözlə görünən 
və gözün görməsini təmin edən nur, digəri isə bəsirət gözü ilə fərq 
edilən nurdur. Bu da ağlın və Quranın nurudur. Yəni Quranın nuru 
mənəvi, tövhidi və əxlaqi mənada insanları aydınladan nurdur. 
5. Hüda
Quran  həm  doğru  yolu  göstərir,  həm  də  doğru  olana  aparır. 
Bu mənada o, “hüdən lin-nəs” vəsfi ilə bütün insanlara haqqı və 
həqiqəti göstərir. “Hüdən lil-müttəqin” sifəti ilə isə onun göstərdiyi 
yolda gedə bilən insanları həqiqətə və səadətə çatdırır.
6. Bəyan
Nəhl surəsinin 89-cu ayəsində Quranın hər şeyi açıqladığı, hər 
şeyi izah etdiyi bildirilir. Burada qəsd olunan məna Quranın, in-
sanın dini və əxlaqi məsələlərdəki əsas ehtiyaclarına cavab verən 
izahlardır. Quran insanların bu dünya və axirətdə xoşbəxt olmaları 
üçün lazım olan əsas məsələləri ələ almışdır. Quranın hər şeyi izah 
etdiyi deyildikdə isə, onun bütün məsələləri təfərrüatları ilə izah 
etməsi başa düşülməməlidir. Bəyan adı, Quranın, insan üçün çox 
əhəmiyyətli olan məsələləri açıqladığını bildirir.


QURANİ-KƏRİM (QURAN VƏHYİ)
39
7. Şəfa
Quranın  digər  bir  xüsusiyyəti  onun  qəlblərdə  olana
42
  və 
möminlərə  şəfa  olmasıdır
43
.  Allah  təala  Quranda  qəlblərin  İsla-
ma  açılmasından,  qəlblərin  qatılaşmasından,  qəlblərdəki  əxlaqi 
və  mənəvi  xəstəliklərdən  bəhs  edir.  Şəfa  adını  daşıyan  Quran 
gözəllikləri, haqqı və həqiqəti görə bilmə qabiliyyətini itirən qəlbləri 
bu mənfi xislətlərdən xilas olmağa və onları göylərin və yerin Nuru 
olan Allaha yönəlməyə çağırır.
Quranın  möminlərə  Şəfa  olması  dedikdə  isə,  onun,  müxtəlif 
çətinliklərlə qarşılaşan, bəzən ümidsizliyə düşən, bəzən də bədbin 
olan möminlərə dərman ola biləcək ifadələrə yer verməsi nəzərdə 
tutulur.
C. Quranın nüzulü 
Quranın nüzulundan bəhs edərkən hər nə qədər ilk olaraq Al-
lah və Hz. Peyğəmbər yada düşsə də, əslində burada dörd tərəfin 
var olduğunu söyləsək yanılmarıq. Bu dörd tərəf də vəhyin qaynağı 
(Allah), vəhy mələyi (Cəbrayıl), vəhyi təbliğ etmə ilə vəzifələndirilən 
Hz. Peyğəmbər və bütün insanlardır. 
1. Quranın vəhy məlyinə nəqli
İslam alimlərinin Quran vəhyinin Cəbrayıla nəqli mövzusunda 
üç fərqli görüşü vardır:
1. Cəbrayıl Quranı Lövhi-Məhfuzdan almışdır.
2. Bəzi mələklər Quran vəhyini iyirmi gecədə Cəbrayıla gətir-
mişlər.
42   Yunus, 10/57
43   İsra, 17/82, Fussilət, 41/44


TƏFSİR ÜSULU VƏ TARİXİ
40
3.  Quranı  Cəbrayıl  şəxsən Allahdan  dinləyərək  əxz  etmişdir. 
Ən çox qəbul edilən görüş də bu görüş olmuşdur.
2. Quranın Hz. Peyğəmbərə endirilməsi
Qurani-kərimin vəhy edilmiş kitab olduğu Şura surəsinin 7-ci 
ayəsində belə bildirilir:
(Ya  Peyğəmbər!)  Şəhərlərin  anası  (olan  Məkkə)  əhlini  və  onun 
ətrafındakıları  (bütün  başqa  insanları)  haqqında  heç  bir  şübhə  olmayan 
(bütün  məxluqatın  bir  yerə  cəm  olacağı)  toplanış  (qiyamət)  günü  ilə 
qorxutmağın üçün beləcə sənə ərəbcə Quran vəhy etdik. (Axirətdə insan-
ların) bir qismi (möminlər) Cənnətdə, bir qismi (kafirlər) isə Cəhənnəmdə 
olacaqdır! 
Mənbələrin bildirdiyinə görə ilk vəhy miladi 610-cu ildə, Hz. 
Peyğəmbər  Hira  mağarasında  ikən  gəlmişdir.  Hz.  Peyğəmbər 
risalətin  ağırlığını  daşımaq  üçün  sanki  əvvəlcədən  hazırlanırdı. 
O  Hira  mağarasında  ruhi  və  mənəvi  cəhətdən  kamilləşirdi.  Yenə 
bir gün Hira mağarasında olarkən o zamana qədər qarşılaşmadı-
ğı bir şeylə qarşılaşır. Cəbrayıl gəlir və ona “oxu” deyir. O oxuya 
bilmədiyini  söyləyir.  Mələk  onu  üç  dəfə  sıxaraq  “oxu”  deyir  və 
Ələq surəsinin ilk beş ayəsini oxuyur.
44
 Beləliklə Quran vəhy olun-
mağa başlayır.
Hz. Peyğəmbərin Cəbrayıldan vəhyi necə aldığı mövzusunda 
da fərqli görüşlər ortaya atılmışdır:
1. Quran vəhyi Lövhi-Məhfuzdan “Betyul-izzətə”, yəni dünya 
səmasına, oradan da fasilələrlə iyirmi üç il ərzində Hz. Peyğəmbərə 
nazil olmuşdur. 
44   Əhməd ibn HənbəlMüsnəd, VI, 232, 233, Buxari, Səhih, I, 3


Yüklə 1,15 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə