Dərs vəsaiti Azərbaycan Respublikası Təhsil Nazi­ rinin 06 dekabr 2010-cu il tarixli 1574



Yüklə 5,29 Mb.
Pdf görüntüsü
səhifə1/49
tarix08.09.2018
ölçüsü5,29 Mb.
#67282
növüDərs
  1   2   3   4   5   6   7   8   9   ...   49


AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ 
BAKI DÖVLƏT UNİVERSİTETİ
R.M.HƏSƏNOV
SIYASI SOSİOLOGİYA
(Ali məktəblər üçün dərs vəsaiti)
Azərbaycan Respublikası Təhsil Nazi­
rinin 06 dekabr 2010-cu il tarixli  1574 
saylı  əmri ilə  ali məktəblər üçün  dərs 
vəsaiti kimi təsdiq edilmişdir
B akı-2 0 1 0


Elmi redaktorlar:
fəlsəfə elmləri doktoru, professor 
İ.Ə.Rüstəmov
fəlsəfə elmləri namizədi, dosent 
F.Q.Vahidov
Rəyçilər:
fəlsəfə elmləri doktoru, professor 
H.İmanov
fəlsəfə elmləri doktoru, professor 
M. Əliyev
fəlsəfə elmləri doktoru, professor 
E.Nəcəfov
fəlsəfə elmləri namizədi, dosent 
Ü.Şəfiyev
Həsənov  R.M.  Siyasi  sosiologiya.  Ali  məktəblər  üçün 
dərs vəsaiti. Bakı, 2010, 208 s.
Dərs vəsaiti  bütünlükdə  sosiologiya və  siyasətlə maraqla­
nan geniş oxucu kütləsi  üçün nəzərdə tutulmuşdur.  Burada əsas 
diqqət  müasir  siyasi  sosiologiya  elminin  aktual  problemlərinə 
verilir.
ÖN SÖZ
Oxuculara təqdim olunan bu dərs  vəsaiti  siyasi  sosio­
logiyanın bütün problemlərini əhatə  etməyi qarşısına məqsəd 
qoymasa da müəyyən mövzu və  məsələlərə  diqqəti  yönəldir. 
Bu  məqsədlə  bu  gün  siyasi  sosiologiyada  xüsusi  maraq 
doğuran bir sıra nəzəriyyələr və mövzular işıqlandırılır.
Dərs  vəsaiti  iki  bölmədən  ibarətdir.  Birinci  bölmədə 
siyasi  sosiologiyanın  bir  sıra  nəzəri  əsasları  işıqlandırlır  ki, 
bura  da  hakimiyyət,  elitalar,  liderlik,  nüfuz,  sinif,  status,  le­
gitimlik,  bürokratiya  və  s.  haqqındakı  nəzəriyyələri  aid  et­
mək olar.  Burada diqqəti  çəkən daha bir məqam da  siyasi və 
qeyri-siyasi  sistemlərin təhlili,  seçkilərin sosiologiyası  və  so­
sial dəyişikliyə dair mövzuların oxucuların diqqətinə çatdırıl­
masıdır.  Dərs  vəsaitinin  ikinci  bölməsində  isə  müasir  siyasi 
sosiologiyanın  nəhəngləri  sayılan  K.Marksın,  M.Veberin  və 
T.Parsonsun sosial-siyasi baxışlarının hərtərəfli  təhlili verilir.
3


BÖLMƏ  I. SIYASI SOSİOLOGİYANIN ƏSASLARI
FƏSİL I. SIYASI SOSİOLOGİYANIN TƏBİƏTİ VƏ 
ƏHATƏ DAİRƏSİ
1.  Siyasi sosiologiya nədir və nəyi öyrənir?
Siyasi  sosiologiya  siyasətin  sosial  konteksti  haqqında 
elmdir.  Siyasi  sosiologiya  sosiologiyanın  bir  sahəsi  olaraq 
cəmiyyət daxilində və ya  cəmiyyətlər  arasında hakimiyyətin 
paylanmasının  sosial  səbəb  və  nəticələrini,  hakimiyyətin 
paylanılmasmda  dəyişikliklərə  gətirən  sosial  və  siyasi  kon­
fliktləri  öyrənir.  Seymur Martin Lipset tamamilə haqlı olaraq 
qeyd  edir:  “Əgər  sosiologiya  üçün  əsas  məsələ  cəmiyyətin 
sabitliyidirsə,  siyasi  sosiologiya  üçün  bu  -  siyasi  rejimin  ... 
sabitliyidir”1.  Buradan  da  siyasi  sosiologiya  siyasi  və  sosial 
fenomenlər  (yaxud  dövlətlə  vətəndaş  cəmiyyəti)  arasındakı 
qarşılıqlı  əlaqəni  tədqiq  edən  elm  kimi  xarakterizə  oluna 
bilər.
Bu  elm  sahəsinin  kökləri  qədimlərə  gedib  çıxsa  da 
(məs.,  Platon,  Aristotel  antik  dövrdə,  Makiavelli,  Hobbs 
Yeni  dövrdə  və  s.)  o  əsas  nəzəri  problematikasmı  XIX  əsrin 
nəhəngləri  sayılan  Hegel,  Marks  və  Tokvilin,  XX  əsrin 
əvvəllərində  yaşamış  Veber,  Mixels  və  Dürkheymin  əsərlə­
rindən götürmüşdür.  Bu  əsasda  siyasi  sosiologiyanın bir elm 
kimi  birinci  Dünya  müharibəsi  ərəfəsində  yaranmasını  gös­
tərmək olar.
1  Politics:  Who  gets  What,  When,  How.  New  York:  Meridian  Books, 
1958, pp.91-92.
4
Siyasi  sosiologiya  bu  elmin  formalaşmasında  böyük 
rol  oynamış  Reynard  Bendiks  və  Martin  Lipsetlə  yanaşı 
Barrinqton  Mur,  Vilyam Komhauzer,  Robert Leyn və  müəy­
yən  dərəcədə  bu  sahəyə  aidiyyatı  olan  Karl  Doyç,  Qabriel 
Almond,  Sidney  Verba,  Harri  Ekştayn  və  Devid  Apterin 
əhəmiyyətli  elmi  işləri  nətəcəsində qəti olaraq xüsusi bir elm 
sahəsinə çevrilə bilmişdir. “Siyasi  sosiologiya” termini  1930- 
cu illərin  əvvəllərində bir sıra tədqiqatları  ifadə  etmək,  eləcə 
də  kommunist  inqilabları,  faşizmin  yayılması  və  ikinci 
Dünya  müharibəsi  ilə  əlaqədar  baş  verən  sosial  və  siyasi 
dəyişiklikləri əks etdirmək üçün qəbul edildi.
2.  Siyasi sosiologiya, yoxsa siyasətin sosiologiyası?
Siyasi sosiologiya, yoxsa siyasətin sosiologiyası?
“Siyasətin  sosiologiyası”  və  “siyasi  sosiologiya” 
anlayışları  ilə  bağlı  bir  sıra  suallar  meydana  çıxır.  Bunlar 
eyni,  yoxsa  fərqli  terminlərdir?  Əgər  bu  terminlər  arasında 
fərq yoxdursa, onda niyə onların hər ikisi də işlədilir?
Siyasətin  sosiologiyası  siyasi  sfera  və  onun  institut­
larının  digər  ictimai  institutlarla  əlaqəsini  öyrənən  bir  elm 
sahəsidir.  Siyasətin  sosiologiyası  siyasi  sistemin, qeyri-siyasi 
sistemlərin,  siyasi  aktorların,  siyasi  davranışın,  siyasi  təsisat­
ların,  siyasi  proseslərin,  siyasi  kommunikasiya  və  siyasi 
nəticələrin  sosioloji  fonunun  sistematik  tədqiqini  nəzərdə 
tutur.  Bütün  bunlar  siyasi  sosiologiyada  da  geniş  öyrənilir. 
Lakin  siyasətin  sosiologiyası  o  qədər  də  uğurlu  anlayış 
olmayaraq hakimiyyət münasibətləri də daxil olmaqla ictimai 
həyatın  bütün  sahələrində  məqsədyönlü  fəaliyyətə  dair  çox 
geniş  problemləri  əhatə  edir  və  burada  siyasət  tədqiqatçı 
üçün  kənardan  müşahidə  edilən,  onun  daxil  olmadığı,  zahi­
5


rən ondan uzaq bir fenomen kimi çıxış edir.
Siyasi  sosiologiya  anlayışına  gəldikdə  isə  burada 
insanın  hər hansı  bir  sosial  qrup  və  ya  sosial  təşkilatın  üzvi 
kimi  bütün  problemlərə  deyil,  yalnız hakimiyyətlə  qarşılıqlı 
münasibətlərinin,  bu  və  ya  digər  siyasi  aksiyalara  münasi­
bətdə  mövqeyinin  qiymətləndirilməsi  mühüm  əhəmiyyət 
kəsb  edir.  Siyasi  sosiologiya  diqqəti  sözün  dar  mənasında 
yalnız  siyasət  problemlərində  (insanların  siyasi  vəziyyəti, 
siyasi  meylləri  və  siyasi  inkişaf  problemlərini  qavraması, 
siyasi  həyatda  iştirakı  və  s.)  cəmləşdirir.  Nəhayət,  müasir 
elmi  ədəbiyyatda  demək  olar  ki,  “siyasi  sosiologiya”ya 
“siyasətin sosiologiyası” anlayışından daha çox rast gəlinir.
3.  Siyasi sosiologiyanın obyekti və predm eti
Siyasi  sosiologiyanın  obyekti  sosiologiyanın  obyek­
tindən  heç  nə  ilə  fərqlənmir.  Sosiologiyanın  obyekti  isə 
bildiyimizə görə, vətəndaş cəmiyyətidir.
Vətəndaş  cəmiyyətinin  partiyalar,  ictimai  təşkilatlar, 
könülli  birliklər,  vətəndaş  təşəbbüsləri  və  s.  kimi  qurumları 
dövlətə  bir  müxalif olaraq  yaranmışlar.  Onlar  dövlət  prob­
lemlərinin alternativ həlli yollarını  irəli  sürür, lazım gəldikdə 
onları  şübhə altına da alırlar.
Beləliklə,  Siyasi  sosiologiyanın  obyekti  vətəndaş 
cəmiyyətinin siyasi həyatıdır.
Siyasi  sosiologiyanın  predmetini  siyasi  həyatm  sub­
yekti  olan  şəxsiyyətin  siyasi  şüuru  və  davranışı  təşkil  edir. 
Müasir  cəmiyyətdə  hər  bir  insan  siyasi  münasibətlərin  sub­
yektidir.  İnsanların siyasi  həyatda iştirakdan istənilən şəkildə 
uzaqlaşdırılması ciddi nəticələrə gətirib çıxara bilər.  İstənilən 
səviyyəli  rəhbərin  və  ya  siyasi  təşkilat  strukturunun  rolu  nə
6
qədər  əhəmiyyətli  olsa  da  insanların  siyasət  sahəsində  şüur 
və davranışları son nəticədə həmişə həlledici olaraq qalır.
4.  Siyasi sosiologiyada elmi yanaşmalar
Burada  üç  elmi  yanaşma  nəzərdən  keçiriləcək:  bi- 
heviorist,  sistem  təhlil  və  input-autput  (bu  termin  Azər­
baycan dilinə  “giriş-çıxış”,  “töhfə-məhsul”;  “goyuluş-nəticə” 
və s. kimi tərcümə edilə bilər) təhlilləri.
4.1.  Biheviorist yanaşm a
Bu  metod  mənşə  etibarilə  psixologiyaya məxsus  olsa 
da  digər  elmlər,  məsələn,  tarix,  iqtisadiyyat,  antropologiya, 
siaysi  elm,  sosiologiya,  siyasi  sosiologiya və s.  tərəfindən  də 
istifadə  olunur.  Biheviorizm  şüuru  elmi  tədqiqatın  predmeti 
kimi  inkar  edir.  Bu  nəzəriyyəyə  görə,  insan  psixikası 
müxtəlif davranış  formalarının  təzahürüdür.  İnsan  davranışı 
isə  orqanizmin  xarici  mühitin  stimullarına  (S)  göstərdiyi 
reaksiyaların  (R)  cəmidir  (S—*R).  Metodoloji  cəhətdən 
biheviorizmin  ilkin  şərtini  pozitivist  fəlsəfəsinin  prinsipləri 
təşkil edir ki, buna da əsasən,  elm yalnız bilavasitə müşahidə 
edilə biləni tədqiq etməlidir.
Biheviorizm  XX  əsrin  əvvəllərində  ABŞ-da  yaran­
mışdır.  Onun  banisi  Con Votson  öz  baxışlarını  “Psixologiya 
biheviorist mövqeyindən” və “Biheviorizm” kimi əsərlərində 
ifadə  etmişdir.  Bu  nəzəriyyənin  digər  nümayəndələrindən 
Eduard  Tomdaykın,  Berres  Skinnerin  (“Elm  və  insan 
davranışı”),  Talkott  Parsonsun,  Eduard  Şilzin,  eləcə  də  İvan 
Pavlovun,  Vladimir  Bexterevin,  İvan  Seçenevin  və  b. 
adlarını çəkmək olar.
Biheviorizmə  görə,  insanın  davranışını  öyrənmək
7


Yüklə 5,29 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə