Dərs vəsaiti Azərbaycan Respublikası Təhsil Nazi­ rinin 06 dekabr 2010-cu il tarixli 1574



Yüklə 5,29 Mb.
Pdf görüntüsü
səhifə15/49
tarix08.09.2018
ölçüsü5,29 Mb.
#67282
növüDərs
1   ...   11   12   13   14   15   16   17   18   ...   49

və  ya  onun  fikrinin,  yaxud  onun  özünün  saya  alınmaması. 
Buradan da adam yoldaşlarından hansınınsa onu təkcə tənqid 
və ya təhqir  etdiyinə görə yox,  onların  onu tək qoymasından 
və ya tamamilə tammamasmdan əziyyət çəkə bilər.
Status  hər  bir  kəs  üçün  olduqca  vacibdir.  Status 
insanın  həyatınm  mənasım,  istiqamətini  və  ya  məqsədini 
müəyyənləşdirir.
Hər  bir  insanın  sosial  statusa  malik  olmağa  ehtiyacı 
vardır və o, bunu əldə edə bilər.
1.  Status rəmzləri
Statusun  özünümaliyyələşdirmə  və  ya  şöhrət vasitəsi 
olması  təbiidir.  Statusun nümayiş  etdirilməsi  müxtəlif rə m z ­
lər  və  vasitələrlə  həyata  keçirilə  bilər.  Ümumiyyətlə,  status 
insanın  etdiyi,  göstərdiyi  və  ya  malik  olduğu  şeylərlə 
qiymətləndirilir.
Gündəlik həyatda biz status nümayişinə və ya rəm zlə­
rinə  dair  çoxlu  misallarla rastlaşırıq.  Statusu nümayiş  vasitə­
lərindən  biri  do  dil  və  ya nitqdir.  Tarixin müxtəlif dövrlərin­
də müxtəlif dillər yüksək və ya aşağı  statusun rəmzi kimi  ç ı­
xış  etmişdir.  Belə  ki,  Avropada  yunan  və  latın  dilləri  uzun 
müddət  nüfuzlu  dillər  olmuşlar.  Roman  dillərisə  Avropanın 
müxtəlif yerlərində  sadə  xalqın  danışıq  dili  olmuşdur.  Şeks- 
pir  sadə  xalq  dilini  ədəbiyyata gətirmiş  ilk Avropa şairlərin- 
dəndir.  Bu  gün  isə  keçmiş  müstəmləkə  dövlətlərində  ingilis, 
fransız,  alman,  portuqal  və  s.  dillər  daha  yüksək  statuslu 
dillər sayılırlar.
Təkcə  dil  yox,  eyni  zamanda  tələffüz  də  üstünlüyə 
malik ola bilər.  Belə ki,  ingilisdilli  ölkələrdə  Oksford ləhcəsi 
daha  çox  üstünlüyə  malikdir.  Amerika tələffüzü də sonradan
60
bu  üstünlüyü  qazanmışdır.  İngiltərədə  kokni  adlanan  ləhcə 
aşağı sinfin dili kimi qəbul olunmuşdur.
Status rəmzlərinə həmçinin  evlər, torpaq, bank balan­
sı,  digər mülkiyyət növləri,  nəqliyyat və kommunikasiya  va­
sitələri və s.  aiddir.
Status rəmzlərinə çox az liderlərin qazandığı ad da aid 
edilə  bilər:  məsələn,  M.K.Qandiyə  verilən  Mahatma  ləqəbi, 
Mustafa Kamala verilən Atatürk ləqəbi və s.
Lakin  statusa  malik  olmaq  istəyi  təkcə  bu  dünya  ilə 
bağlı  deyil.  Belə  ki,  bəziləri  şəhid,  qəhrəman  və  s.  kimi  öl­
məyi üstün tuturlar və beləliklə də tarixə düşməyə çalışırlar.
2.  Sosail məsafə
Bu  məsələ  bütün  cəmiyyətlərdə  mövcuddur.  Əgər 
hamı  bir-birinə  mehriban  olsaydı  və  ya  ünsiyyət  saxlasaydı, 
bu  çox  qəribə  görünərdi.  Hər  bir  insanın  başqalarına  qarış­
masım  müşkül  edən  bir  sıra  məhdudiyyətlər  mövcuddur  ki, 
bunlara  da  aşağıdakıları  aid  etmək  olar:  coğrafi,  psixoloji, 
sosial,  peşə və  s.  Bu və  digər səbəblər üzündən biz özümüzə 
məhdud  dairədə  dost  və  ya  yoldaş  seçməli  oluruq.  Eyni 
zamanda tanış  olmadığımız və  ya  əlaqə yarada bilmədiyimiz 
adamlarla yad, soyuqqanlı,  təcridedici və ya qeyri-asılı  rəftar 
yaratmalı oluruq.
Sosial  məsafə  (distansiya)  bir  nəfərlə  digəri  arasında 
mövcud və ya yaranacaq məsafəyə deyilir. Məsafənin mənası 
çoxdur.  Elementar  mənada  bu  fiziki  məsafəni  bildirə  bilər. 
Müxtəlif insanlar arasında müxtəlif fiziki məsafə mövcud ola 
bilər:  iki  qardaş  birgə  bazarlıq edə  bilər.  Lakin  zavod  direk­
torunun adi  bir fəhlə  ilə bir yerdə nahar etməsinə çox az rast 
gəlmək olar.
61


Məsafə  tanışlıq  və  ya  başa  düşməni  bildirə  bilər.  B u  
mənada  adamların  bir-birini  tanıması  və  başa  düşməsindən 
asılı olaraq məsafə böyük və ya kiçik ola bilər.
Məsafə  razılığı,  nəyisə  qəbul  etməni  və  nəyəsə 
tərəfdar  çıxmağı  bilidirə  bilər.  Məs.,  bir  deputat  başqasına 
nisbətən  ictimaiyyət  tərəfindən  daha  çox  qəbul  edilə  b ilə r 
(məs.,  sevilə,  istənilə  bilər).  Bu  halda  belə  demək  düzgün 
olardı  ki,  seçicilər  ikinci  deputatdan  birinciyə  nisbətən  daha 
geniş məsafə  saxlayırlar.  Tərəfini  tutmağa qaldıqda isə  seçi­
cilərin  birinci  deputatı  ikinciyə  nisbətən  daha  çox  dəstəklə­
diyini göstərə bilərik.
Sosial  məsafə  ictimai  həyatın  müxtəlif  sfera  v ə  
səviyyələrində mövcuddur.  Sosial  məsafə üfüqi və şaquli  o la 
bilər.  Belə  ki,  hərbçilərlə  polis  nəfərləri  arasında  məsafədə 
mövuddur.  Polis  işçiləri  kömrük  işçilərindən  müəyyən  m ə­
safədə  dayanır.  Bu  müxtəlif sahə  adamları  həyatın  m üxtəlif 
sahələrinə  üfüqi  şəkildə  mənsubdurlar.  Bundan  fərqli  olaraq 
şaquli  məsafə  istənilən  şöbə  və  ya  iyerarxiyada  m üxtəlif 
səviyyələr arasındakı məsafəyə deyilir.  Məs.,  orduda, polisdə 
generalla  polkovnik,  polkovniklə  mayor  və  d.  arasındakı 
şaquli məsafə mövcuddur.
Belə bir sual ortalığa çıxa bilər:  sosial  məsafə nə üçün 
mövcuddur və bu nəyə lazımdır? Bunun əsas səbəbi m üxtəlif 
fərdlərin  m üxtəlif  rolları  fərqli  saxlamaq  istəməsindədir. 
İstənilən  qrup,  icma  və  ya  cəmiyyət  üçün  müxtəlif  işlərlə 
məşğul  olan  fərdlərin  olması  vacibdir.  Cəmiyyətdə  m üxtəlif 
iş  və  ya  xidmətlərin  həyata  keçirilməsi  tələb  olunur  (məs., 
ordunun,  polisin  və  s.  olması).  Hamı  bir  işi  görsəydi, 
cəmiyyət inkişaf etməzdi.
İstənilən  cəmiyyətdə  müxtəlif adamlar  tərəfindən  ifa
62
olunan m üxtəlif rollar  mövcud olduğundan məlumdur ki,  bu 
rollar bir-birindən  müəyyən  məsafədə  durur  və  bu  da  sosial 
məsafə  ilə  həyata  keçirilir.  Üfüqi  və  şaquli  şəkildə  işlədilən 
sosial  məsafə  bizə  imkan verir ki,  öz  rollarımızı  qarışdırma­
yaq  və  eyni  zamanda  onlardan  necə  gəldi  istifadə  etməyək. 
Sosial məsafə bizə m üxtəlif rolları düzgün, mənalı və effektli 
ifa etməyə imkan  verir.  Hər bir rolun  öz daxili  təlabatları  və 
nizam-intizamı vardır ki, bunu da ifaçı yerinə yetirməlidir.
Sosial  məsafə  həm   də  funksional  zərurət  kimi  möv­
cuddur.  Məsələn,  alimlə  sürücü,  idmançı  ilə  dayə  arasında 
məsafə mövcuddur.  Əgər belə bir məsafə mövcud olmasaydı, 
onda  sosial  struktur  və  rolların  ifası  üçün  olduqca  böyük 
təhlükə  yaranardı.  Belə  ki,  sosial  rolların  qarışdığı 
cəmiyyətdə mütləq sosial xaos mövcud olardı.
Sosial  məsafə xoşagəlməz hal  da ola bilər.  Bu  o  vaxt 
baş verir ki, rolu ifa edənlər bacarıqsız olsunlar və məsafədən 
“müdafiə  mexanizmi  kimi”  istifadə  etsinlər.  Məsələn, 
hansısa  nazirin  kürəkəni  müəyyən  bir  idarəyə  rəhbər  işçi 
təyin  oluna  bilər.  Lakin  bu  sahədə  məlumatsız  adam 
olduğundan  o,  bütün  vasitələrdən  istifadə  etməyə  çalışacaq 
ki,  ətrafdakılar  onun  bacarıqsız  olduğunu  başa  düşməsinlər. 
Bunun  üçün  o,  diqqəti  yayındıran  müxtəlif  vasitələrdən 
istifadə  edərək,  məsələn,  tabeçiliyində  olan  adamların  işində 
səhvlər  tapmaqla  daha  ciddi  və  tələbkar  görünməyə  çalışa 
bilər  və  ya  öz  katibəsini  hansısa  bir  yazını  səhvlərlə 
yazdığına  görə  pərt  edə  bilər.  Bu  cür  adamlar  məsafənin 
yaradılmasında  olduqca  maraqlıdırlar.  Çünki  anlaşıqlı  və 
sadə  olmaq  onun  bir  şeyə  yaramadığını  açıb  göstərə  bilər. 
Belə  hallarda işlənən  sosial  məsafə birinin  fərsizliyini  və  ya 
müvəffəqiyyətsizliyini ört-basdır etmək üçün işə yarayır.
63


Yüklə 5,29 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə