Dərs vəsaiti Azərbaycan Respublikası Təhsil Nazi­ rinin 06 dekabr 2010-cu il tarixli 1574



Yüklə 5,29 Mb.
Pdf görüntüsü
səhifə44/49
tarix08.09.2018
ölçüsü5,29 Mb.
#67282
növüDərs
1   ...   41   42   43   44   45   46   47   48   49

cəmiyyətlərin  insanların  qeyri-sabit  arzu  və  istəklərinin 
qarşısının  alınmasına  səy  göstərmələri  fikrini  Dürkheym 
“sosial  məcburetmə”  və  “kollektiv  vicdan”,  Freyd  isə 
“supereqo”  terminləri  ilə  ifadə  edirdilər.  Belə  paraleli 
aparmaq  Parsonsa  qaydaların  xirici  görünüşünü  əsas  tutan 
sosioloji  yanaşma ilə  bu  qaydaların  daxili  tərəfini  əsas  tutan 
psixoloji  yanaşma  arasında  dəqiq  fərqləndirmə  aparmaq 
imkanı  verdi.  Daha  sonra  bu  ona  sosiologiyanın  və 
psixologiyanın  tədqiqat  predmetlərinin  kəsişmə  yollanndan 
birini  müəyyənləşdirməyə,  öz  sələflərindən  xeyli  qabağa 
getməyə  imkan  verdi.  İnsan  haqqında  müfəssəl  nəzəriyyə 
yaratmaqla  Parsons  özündən  əvvəlki  alimlərin  əsərlərindəki 
bir sıra ideyalardan bəhrələnmişdir.
Onun  əsərlərinin  əksəriyyəti  üçün  səciyyəvi  olan  iki 
mövzu  -   rasionallaşma  və  sosial  həyatın  gözlənilmədən  üzə 
çaxan  təbiəti  -   müvafiq  olaraq  Veber  və  Dürkheymin 
əsərlərindən  götürülmüşdür.  Lakin  Parsons  onlara  öz  xüsusi 
izahım  vermişdir.  Beləliklə,  keçmiş  və  müasir  cəmiyyətlərin 
özləri  arasındakı  fərqləri  izah  etməyə  çalışaraq,  Parsons 
Veberin rasionallaşdırma nəzəriyyəsini daha da dəqiqləşdirir. 
O,  həmçinin  özünün  cəmiyyətlərin  təkamül  yolu  ilə  inkişafı 
haqqında  fikirlərində  Veberin  nəzəriyyəsindən  bələdçi  prin­
sip  kimi  istifadə  etmiş,  təkamül  probleminə  sosial  həyatın 
tədrici  və  davamedici  rasionallaşması  kimi  yanaşmışdır. 
Parsonsun  bu  ideyaya  sıx  bağlılığı  aşağıdakı  şəkildə  ifadə 
olunur:  “[sosial]  hərəkətin  istənilən  konkret  sistemində 
dəyişilməsi  prosesi  ...  sistemdə  aktorları  bir-birinə  bağla­
maqla ... yalnız rasional normalar istiqamətində gedə bilər”.1
1 Parsons,  The  Stmcture o f Social Action,  II, 7 5 1.
176
İkinci  mövzu  -  sosial  həyatın  təbiəti  Parsonsun 
diqqətini elə birincisi  qədər cəlb etmişdir.  İnsan həyatının bir 
sıra  m üxtəlif  qatları  arasında  əlaqələri  tədqiq  etmək  bu 
mövzunun  əsas  qayesini  təşkil  edir.  Onun  sosial  elmə  çox 
m ühüm  töhfəsi  sosial  sistem haqqında xüsusi  nəzəriyyəsidir. 
K lassik  mexanika  və  eləcə  də  biologiyadakı  sistem 
haqqındakı  ideyalardan bəhrələnərək Parsons  sosial  reallığın 
ilk   növbədə  sistem  kimi  başa  düşülməsinin  vacibliyini 
göstərir.  Bu  konsepsiyada  israrlı  olması  əgər  bir  tərəfdən 
sosial həyatın insani və şəxsi tərəflərini daha az vurğulamağa 
gətirib çıxarırsa (bunun üçün Parsons  amansız tənqid atəşinə 
tutulmuşdur),  digər  tərəfdən  bu,  həyatın  sirlərini  anlamaq 
üçün  geniş  imkanlar  yaradır.  Parsonsun  intellektual  reputa­
siyası  onun  nəzəriyyəsinin  nə  dərəcədə  tətbiq  edilə  bilməsi 
və  gələcək  nəsillərin  buna  dair  mühakimələrindən  birbaşa 
asılıdır.
Parsons həmçinin  insanın təbiəti  və  onun  cəmiyyətdə 
əlaqələri  haqqında  xüsusi  fikir  irəli  sürür  ki,  bu  da  onun 
nəzəriyyəsi  haqqında  bizdə  geniş  təsəvvür  yaradır.  Parsons 
da  Ziqmund  Freyd  kimi  insanın  təbiətinə  dair  çox  tutqun 
baxışlara  malik  idi  və  insanların  öz  bəsit  və  təbii  niyyət­
lərində  sərbəst  qalacaqları  halda  bir-birini  məhv  etmələrinə 
tam  inanırdı.  Parsons  üçün  insan  J.J.Russonun  nəcib  qəddar 
insanı  deyil,  Tomas  Hobbsun  pis,  rəzil  və  əsəbi  heyvanıdır. 
Birgə 
yaşamaq 
üçün 
insanlar 
xarici 
təsirə 
məruz 
qalmalıdırlar.  Parsons  üçün  mənəvi  əhəmiyyət kəsb  edən  bu 
məcburiyyət  birmənalı  şəkildə  sosial  xarakterə  malikdir. 
Bura  yaxşılıq,  ədalət  və  gözəllik kimi  anlayışlar  daxildir  ki, 
bunlara  da  insan  qarşılıqlı  razılıq  və  müxtəlif sanksiyaların 
hesabına gəlib çıxır.  Parsons Hobbsun hamının hamıya qarşı
177


potensial  müharibə  vəziyyətində  olması  problemini  mənəvi 
məcburiyyəti  güclə  əvəz  etməsi  ilə  həll  edir.  İnsana  bu  cür 
baxış nümayiş etdirərək problemi həll etməsi  onun  insanların 
azğın  təbiətə  malik  olması  və  buna  görə  onlar  üzərində 
nəzarətin  lazım  olması  fikrindən  xeyli  az  maraq  doğurur. 
İnsanın  təbiəti  haqqında  bu  xüsusi  fəlsəfi  ilkin  şərait  insan 
fəaliyyətini  tədqiq  edənlər  üçün  açıq  qalan  yeganə  alter­
nativdir.  Bəziləri, məsələn, Abraham Maslou və Jan Pejo heç 
də təkid etmirdilər ki, insanlar irsən rəzil və bəsit varlıqlardır, 
əksinə,  onlar  göstərirdilər  ki,  insanlar  geniş  inkişaf poten­
sialına  malikdir.  Hətta  sosial  fəaliyyətin  Karl  Marks  kimi 
tədqiqatçıları  belə  insan  haqqında  bu  cür  cansıxıcı  perspek­
tivi  qəbul  etmirdilər.  Marks  qeyd  edirdi  ki,  sosial  institutlar, 
xüsusən  də  kapitalist  cəmiyyətinin  sosial  institutları  insanın 
alicənab  və mehriban təbiətini zəhərləmiş  və onu özgələşdir- 
mişlər.  Parsons  və  Veberin  müasir cəmiyyətin  əsas  rasional- 
laşma  meyllərinə  dair  eyni  mövqedən  çıxış  etmələrinə 
baxmayaraq,  Veber  daim bu prosesin  şəxsi  dəyərlər tərəfini, 
Parsons  isə  insanın  azadlığının  artmasını  xüsusi  qeyd  edir­
dilər.  Qısaca desək, Parsons  ilk növbədə inanırdı ki,  istənilən 
sosial  qayda  insanın  dəyərini  azaltmağa,  məhdudlaşdırmağa 
deyil,  onu  mədəniləşdirməyə,  azad  etməyə  xidmət  edir. 
Məsələn,  K.Rayt  Milisin  Amerika  cəmiyyətinin  siyasi 
təhlilinə  dair  yazdığı  essesində  Parsons  “pozitiv  sosial 
təşkilin”  əhəmiyyətini  qeyd  edərək  belə  bir  fikri  müdafiə 
edirdi:  “hakimiyyət  sui  istifadəyə  və  çoxlu  miqdarda  nəza­
rətə  məruz  qalsa  da,  yüksək  dərəcədə  təşkil  olunmuş 
cəmiyyətin əhəmiyyətli və arzu olunan tərkib hissəsidir”.1
1 Talcott Parsons.  Politics  and Social Structure (N ew  York:  The Free 
Press,  1969), p.202.
178
Parsons sosial qayda haqqında 
Sosial sistem
Parsonsun  nəzəri  analizinin  əsas  mövzusunu  təşkil 
edən  sosial  sistem  anlayışı  o  qədər  genişdir  ki,  o,  faktiki 
olaraq  dostlardan  ibarət  kiçik  bir  qrupdan  tutmuş  bütöv  bir 
cəmiyyətə kimi istənilən sosial fəaliyyət çərçivəsinə aid edilə 
bilər.  Ona  dəqiqlik  gətirən  bir  sıra  meyarlar vardır.  Sadə  və 
daha  əsaslı  şəkildə  Parsons  sosial  sistemi  sosial  rolların 
mövcud  olduğu  və  bu  rolları  ifa  edənlər  arasında  qarşılıqlı 
hərəkətin  baş  verdiyi 
çərçivə  kimi 
müəyyənləşdirir. 
Normativ  davranış  qaydaları  qarşılıqlı  əlaqəni,  xüsusən  hər 
bir  rolla  assosiasiya  olunan  sosial  cəhətdən  tanınmış  və 
bölüşdürülən  hüquq  və  öhdəlikləri  istiqamətləndirir.  Öz 
növbəsində,  sosial  sistemin  daha  geniş  çərçivəsi  hüquq  və 
öhdəlikləri,  icazə  verilmiş  və  icazə  verilməmiş  fəaliyyət 
formalarım  müəyyənləşdirir. 
Məsələn, 
Parsonsa  görə, 
Amerika  cəmiyyətini  sosial  sistem  kimi  xarakterizə  etmək 
ona  görə  mümkündür  ki,  burada  sosial  rollar,  məsələn, 
vətəndaş,  həyat  yoldaşı,  fəhlə  və  s.  mövcuddur və  qarşılıqlı 
əlaqə müvafiq rolların ifaçıları -  vətəndaş və məmurlar, ər və 
arvad,  fəhlə  və  işlə təmin  edən  arasında baş  verir.  Həmçinin 
vətəndaşların  hüquq  və  rol  öhdəliklərini  müəyyənləşdirən 
normativ  qaydalar  mövcuddur  (məsələn,  onların  dövlət 
qarşısında  hüquq  və  öhdəlikləri  kimi).  Bundan  başqa, 
normativ  qaydalar  öz  tərif  və  etibarlılığını  geniş  mədəni 
ənənələrdən  -   vətəndaşlığa  dair  İnsan  hüquqları  haqqında 
Bəyannamədə  və  Konstitusiyada  ifadə  olunmuş  ənənələrdən 
almışlar.
Daha sonra, Parsons təkid edirdi ki,  sosial  sistemin də 
istənilən  mexaniki,  yaxud  bioloji  sistem  kimi  sərhədləri  və
179


Yüklə 5,29 Mb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə