Dərs vəsaiti Azərbaycan Respublikası təhsil nazirinin 03. 05. 2012-ci IL tarixli 746



Yüklə 112 Kb.
Pdf görüntüsü
səhifə7/96
tarix03.05.2018
ölçüsü112 Kb.
#41091
növüDərs
1   2   3   4   5   6   7   8   9   10   ...   96

işıqlandırılmışdır.  Lakin,  onun  1986-cı  ildə  yazmış  olduğu 
«Ekologiya»  böyük  həcmli  və  2  kitabdan  ibarət  olması  on­
dan tələbələrin dərslik kimi istifadəsini çətinləşdirir.
D.İ.Armandın  (1966-cı  ildə),  Y.K.Fyodorovun  (1972-ci 
ildə),  Y.A.İzrailin  (1974-cü  ildə),  xarici  tədqiqatçılardan 
P.Dyuvinonun  (1968-ci  ildə),  B.Kommoncrin  (1971-ci  ildə), 
K.Uatın  (1968-ci  ildə)  monoqrafiya  və  dərsliklərində  ətraf 
mühitin,  təbii ekoloji durumun antropogen  təsirə məruz qal­
malarından  ətraflı  danışılır,  həyəcan  təbili  çalınır.  Əgər  Yer 
kürəsinin  quru  sahəsi  149  mln  kv.km-dirsə  mövcud  buzlaq 
sahələrini,  dağların  çılpaq  və  sıldırımlı  yamaclarını  da  nəzərə 
aldıqda  onun  antropogen  təsirlərə  məruz  qalmayan  sahəsi 
cəmi vur-tut 97 mln kv.km-dən çox deyildir.
1999-cu ildə  isə A.K.Brodskiy ali  təhsil müəssisələrinin 
ekologiya ixtisası alan tələbələri üçün «Ümumi ekologiyanın 
qısa kursu» adlı dərs vəsaitini nəşr etdirmişdir.
1992-ci  ildə  Rio-de-Janeyroda  Botanika  bağlarının 
Ümumdünya  Şurasında  «Bioekoloji  müxtəlifiik»ə  aid  BMT 
konvensiyasına  əsasən  «Yerin  fauna  və  florasının  genofon- 
dunun  saxlanılması  və  bitgilərin  mühafizəsi»  konfransında 
ətraf  mühitin  ekoloji  tarazlığının  pozulmasının  qarşısının 
alınması məqsədi ilə proqramm qəbul olunmuşdur.
Əlbəttə,  qlobal  problem  hesab  edilən  ekologiyanın 
tədqiqi  ilə  bütün  dövlətlər,  onların  tədqiqatçıları,  alimləri 
məşğul  olduqları  Azərbaycan  Respublikası  dövləti,  onun 
tədqiqatçıları,  alimləri  də  əllərindən  gələn  xeyirxah  işləri 
əsirgəmirlər.  Respublikada  ətraf  mühitin  mühafizəsi,  təbii 
ekoloji  durumun  bu  və  ya  digər  məsələlərinə  dair  B.Bu- 
daqov,  U.Kazımov,  T.Hüseynov,  C.Mahmudov,  M.Xəlilov, 
M.Musayev,  T.S.Məmmədov,  İ.B.Xəlilov  və  bir  çox  başqa­
ları  çoxlu  sayda  elmi  məqalələrin,  monoqrafiyaların,  dərs­
liklərin müəllifləridir.
Azərbaycan Respublikasında ekologiya və təbiətin mü­
zakirə  sahələrində  bir  neçə  qanunvericilik  aktları  qəbul
24
edilsə  də  təbiətə  olan  antropogen  təsirlərin  qarşısının 
alınmasında həmin qanunvericilik aktları hələlik lazımi təsir 
göstərə bilmir.
Müasir  mərhələdə  ekologiyanın  inkişafı,  canlı  aləmin 
sistemli  əlaqəsi  və  fəaliyyəti  qanunlarını  öyrənməyi  tələb 
edir.  Həm  də  təbiət  və  cəmiyyətin  qarşılıqlı  əlaqələrinin  sə­
mərəli  formalarının  əsaslandırılmasını  bacarmaq  çox  gə­
rəklidir.  Belə olduqda ekoloji bilikləlrin sosial rolu da artmış 
olur.  Ekologiya  sahəsində  fundamental  tədqiqatların  apa­
rılması  xalq  təsərrüfatının  aşağıdakı  problemlərinin həlli  ilə 
müəyyənləşdirilir.  Belə  ki,  ətraf  mühitin  təbii  vəziyyətini 
saxlamaq  şərti  ilə  istehsalı  intensivləşdirmək,  təbii  resurs­
lardan  istifadənin  iqtisadi  effektliyini  artırmaq  çox  gərək­
lidir.  Göstərilən  problemlər  yalnız  bütün  ölkələrin  eko­
loqlarının birgə səyi və gücü ilə yerinə yetirilə bilər. Odur ki, 
qlobal  ekologiya  sahəsində  Beynəlxalq  əməkdaşlıq  geniş 
surətdə  həyata  keçirilməkdədir.  Müasir  dövrdə  insanların 
geniş  ekstensiv  təsərrüfat  fəaliyyəti  ilə  əlaqədar  olaraq 
ekoloji  böhranın  təhlükəsizliyi,  planetar  sistemin  qeyri-bə­
rabər  ölçüdə  fəlakətli  olması  hamıya açıq-aydındır.  Bu fəla­
kətlərin  qarşısının  alınması  mümkünlüyü,  eləcə  də  ekoloji 
biliklərin  inkişafı  və  mənimsənilməsi  əsasında tapılaraq həyata 
keçirilə  bilər.  Belə  biliklərin  gücü  təbii  ehtiyatlardan  sə­
mərəli, rentabelli, düzgün yararlanmaq, populyasiyaların sa­
yını  nizamlamaq,  sənaye  istehsalı  təşkilinin  yeni  üsul,  prin­
sip  və  amillərini  tapmağa,  kənd  təsərrüfatı  problemlərinin 
yeni həllinə köməklik edər.
Müasir  dövrdə  elmi-texniki  tərəqqinin  (ETT)  sürətli 
inkişafı  ekologiyanın  insan  həyatının  hərtərəfli  öyrənilmə­
sində ölçüyəgəlməz  dərəcədə  əhəmiyyət kəsb  etməsinə səbəb 
olur.  Çünki,  ekologiya  elmi öz xüsusiyyətlərinə görə həyatın 
bütün  sahələrində  -   təbii  ehtiyatların  qorunub  saxlanıl­
masında,  insan  sağlamlığının  ətraf mühitlə  qarşılıqlı  əlaqə­
25


lərinin  daha  da  möhkəmləndirilməsində  əsas  mənbələrdən 
biri hesab edilir.
Ətraf mühitin vəziyyətinə və canlı orqanizmlərə müxtəlif 
ekoloji  faktorlar  güclü  təsir  göstərirlər.  Canlı  orqanizmlərə 
bilavasitə  və  ya  bilvasitə  təsir  edən  hər  hansı  bir  mühit 
ekoloji  faktor  adlandırılır.  Ekoloji  faktorları  üç  kateqori­
yaya  bölürlər:  1)  Cansız  təbiət  faktoru  —  abiotik  faktor; 
2)  Canlı  təbiət  faktoru  —  biotik  faktor;  3)  İnsan  fəaliyyəti 
faktoru - antropogen faktor.
Orqanizmlərin  bu  və  ya  digər  faktor  təsirinə  uyğunlaş­
ması  həmin  təsirin  (faktorun)  dövrülüyündən  asılı  olur. 
Birinci dövrü faktora yerin  fırlanması,  ilin  fəsillərinin dəyiş­
məsi,  gündəlik  işıq  dəyişməsi  və  s.  aid  edilir.  Bu  faktorlar 
hələ  həyatın  yaranması  vaxtından  əvvəl  mövcud  olmuşdur. 
Yaranan  orqanizmlər  bu  şəraitə  uyğunlaşmaq  məcburiyyə­
tində qalaraq onlara uyğunlaşmışlar.
İkinci  dövrü  faktora,  ətraf  mühitin  temperaturu, 
nəmliyi, atmosfer çöküntüləri və s.  aid edilir.
Dövrü  olmayan  faktorlara  təbii  fəlakətlər  və  texnogen 
xarakterli faktorlar aid edilir.
Yer üzərindəki abiotik faktorlar:
-  İşıq.  İrəlidə  göstərildiyi  kimi  günəşdən  gələn  şüanın 
47%-ni  görünən  spektr  təşkil  edir.  Bu  spektrdə  dalğaların 
uzunluğu  380-750 nm-ə bərabərdir. 45% günəş şüası narıncı- 
qırmızı şüalardır ki,  bunlar fotosintez  üçün  böyük  rol oyna­
yır.  Dalğasının uzunluğu 750  nm-dən çox  olmayan  infraqır- 
mızı şüalar heyvan və  bitkilər  tərəfindən  hiss  olunmamasına 
baxmayaraq  əsas istilik enerji  mənbəyi sayılır.  Günəş enerji­
sinin  7%-i  ultrabənövşəyi  şüaların  hesabına  düşür  ki,  bu 
spektrda dalğanın uzunluğu 400 nm-dən çox olur.
- İonlaşdırıcı  şüalar.  Bu  şüalar  yüksək  enerjiyə  malikdir. 
Onlar  bir  elementin  atomundan  onun  elektronunu  çıxarıb 
başqa  bir  elementə  birləşdirərək  mənfi  və  müsbət  ionlardan 
ibarət cüt yaradırlar.
26
İonlaşdırıcı  şüaların  mənbəyi  radioaktiv  maddələr  və 
kosmik  şüalardır.  Günəş  radiasiyasının  atmosferin  yuxarı 
sərhəddindəki  intensivliyi  1380  vt/m2  və  ya  1,980  kal/  (də­
qiqə.  sm2)  çatır.  Yer  üzərinə  çatan  günəş  radiasiyası  atmo­
sferin yuxarı sərhəddinə nisbətən az olur.
Şüanın  udulma  dozası  “ber”  ilə  ölçülür.  Ber-rentgenin 
bioloji ekvivalentidir.  1  ber 0,01  Coul/kq-a bərabərdir. İnsan 
il ərzində orta hesabla 0,1  ber şüaya məruz qalır.
- Atmosfer havasının nəmliyi. Ekoloji baxımdan ətraf mü­
hitdə  mövcud  olan  su  məhdudlaşdırıcı  fiziki  faktordur.  Su 
heyvanat  və  bitki  aləminin  əsas  kütləsini  təşkil  edir.  Canlı 
orqanizmlərin  50-80%-i  sudan  ibarətdir.  Bəzi  heyvanlarda 
bu  rəqəm hətta 95%-ə çatır.  Atmosfer havasında  nəmlik de­
dikdə onun su buxarı ilə doyma dərəcəsi başa düşülür.  İnsan 
həyatı  üçün  havadakı  su  buxarının  miqdarı 40-60% normal 
sayılır.  Səhralarda  bitkilər  nəmliyin  qənaətlə  işlədilməsinə 
adət edirlər.  Onların  kökləri  uzun, yarpaqları  isə xırda olur. 
Səhra  heyvanları  su  hövzəsinə  çatmaq  üçün  uzun  məsafəyə 
sürətlə  qaçmalı  olurlar.  Onlarda  olan  piy  qatı  daxili  su 
mənbəyi  rolunu  oynayır.  Adətən  100  qr  piy  oksidləşdikdə 
ondan  100 qr su ayrılır.
-  Atmosfer  çöküntüləri.  Çöküntülər  su  buxarının  kon- 
densasiyası  nəticəsində yaranır.  Bu  çöküntülər  yer  üzərində 
suyun  dövretməsində  böyük  rol  oynayırlar.  Çöküntülərin 
miqdarından  asılı  olaraq  yer  üzərini  iki  zonaya  bölürlər  - 
humid (nəm) və arid (quraqlıq) zonaları.
-  Atmosfer havası.  Canlı və cansız aləmin mövcudluğunu 
təmin  edən  oksigen  və  karbon  qazının  havadakı  miqdarı 
müvafiq olaraq  21  və 0,3 % təşkil edir.
Bu  baxımdan  yerüstü  ekosistemdə  havanın  tərkibi 
(atmosfer havası)  nisbətən  sabit qalır.  Havaya oksigen yaşıl 
bitkilərdən daxil olur.  CO
2 günəş və yer üzərində gedən şüa­
lanma proseslərindən yaranır. Atmosferin ozon qatı Yer kü­
27


Yüklə 112 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   96




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə