Dərs vəsaiti Azərbaycan Respublikası təhsil nazirinin 03. 05. 2012-ci IL tarixli 746



Yüklə 112 Kb.
Pdf görüntüsü
səhifə96/96
tarix03.05.2018
ölçüsü112 Kb.
#41091
növüDərs
1   ...   88   89   90   91   92   93   94   95   96

Ölkənin  ekoloji  strategiyası,  ətraf  mühitin  qorunması 
sahəsində fəaliyyətin  koordinasiyasının  gücləndirilməsi  yolu 
ilə  milli,  beynəlxalq  və  regional  səviyyələrdə  təbii  ehtiyat­
ların  mühafizəsi,  elmə  əsaslanan  inkişaf  prinsiplərinin 
tətbiqi,  indiki  və  gələcək  nəsillərin  maraqlarını  təmin  edən 
ölkənin  iqtisadi  və  insan  resurslarının  istifadəsində  davam ­
lılığın təminatına yönəlmişdir.
İndiki dövrdə  ətraf mühitlə  bağlı mövcud  vəziyyət  hər 
bir  ölkəni  ekoloji  problemlərini  ümumbəşəri  kontekstə 
çıxarılmağa  məcbur  etmişdir.  Bu  gün  artıq  ətraf  mühitin 
mühafizəsi  məsələləri  aparıcı  beynəlxalq  təşkilatların  proq­
ram sənədlərində öz əksini tapır.
Azərbaycan  Respublikasında  yürüdülən  ekoloji  siya­
sətin  əsas  məqsədi  indiki  və  gələcək  nəsillərin  ehtiyaclarının 
təmin  edilməsi  naminə  mövcud  ekoloji  sistemlərin,  iqtisadi 
potensialın  qorunması  və  təbii  ehtiyatlardan  səmərəli  isti­
fadə  edilməsi  ilə  davamlı  inkişafın  təmin  edilməsindən 
ibarətdir.
İnkişafın  ekoloji  baxımdan  davamlı  olmasını  təmin 
etmək  üçün  iqtisadi  fəaliyyət  zamanı  meydana  çıxan  ciddi 
ekoloji  problemləri  aradan  qaldırmaq,  onların  ətraf mühitə 
mənfi  təsirinin  minimuma  endirilməsi  tələb  olunur.  Müasir 
dövrdə  ekoloji  durumu  və  sosial-iqtisadi  vəziyyəti  nəzərə 
alaraq  respublikamızın  ekoloji  siyasətinin  aşağıdakı  üç  əsas 
istiqamətlərini müəyyənləşdirmək olar:
-  ekoloji  təhlükəsizliyin  təmin  olunmasını  əsas  götü­
rərək,  ətraf  mühitin  çirklənməsinin  minimuma  endirilməsi 
və  mühafizəsinin  tənzimlənməsi  məqsədilə  davamlı  inkişaf 
prinsipləri üzrə mütərəqqi üsulların tətbiq edilməsi;
-  indiki  və  gələcək  nəsillərin  tələbatını  ödəmək  məq­
sədilə  təbii  sərvətlərdən  səmərəli  istifadə  etmək,  alternativ, 
qeyri-ənənəvi  metodlar vasitəsilə  tükənməyən  enerji  mənbə­
lərindən yararlanmaq və enerji effektivliyinə nail olunması;
382
-  qlobal  ekoloji  problemlər  üzrə  milli  səviyyədə  tə­
ləbatların  qiymətləndirilməsi,  həlli  yollarının  müəyyənləş­
dirilməsi,  beynəlxalq  təşkilatlarla  əlaqələrin  genişləndiril­
məsi,  eləcə  də  milli  potensial  imkanlardan  istifadə  etməklə 
həyata keçirilməsinin təmin edilməsi.
Ekoloji  siyasətin  prioritet  istiqamətlərdən  biri  də 
zəngin  təbii  və  əmək  ehtiyatları  olan  Azərbaycanda  insan 
potensialından  düzgün  istifadə edərək  əhalinin  sağlamlığını 
təmin  edən  ekoloji  mühit  yaratmaqla inkişafı  təmin  etmək­
dən  ibarətdir.  Lakin  sənaye  və  kənd  təsərrüfatının  inkişafı 
təmin  edilərkən,  ekoloji  amillərin  nəzərə  alınmaması  ilə 
əlaqədar  ölkəmizin ciddi  problemlərlə  üzləşməsi,  respublika 
ərazisinin  böyük  bir  hissəsinin  işğal  altında  qalması  və  in­
sanların  yaşayış  yerlərindən  didərgin  düşməsi  ətraf mühitin 
mühafizəsi  sahələrindəki  problemləri  daha  da  dərinləş­
dirmişdir.
Hazırda  problemlərin  həll  edilməsi  və  ölkənin  ətraf 
mühitinin  mühafizəsi sahəsində idarəetmə qabiliyyətini güc­
ləndirmək  məqsədilə  çoxsaylı  fəaliyyət  proqramları  həyata 
keçirilir.  Çay  sularının  çirklənməsinin  qarşısının  alınması, 
atmosfer  havasına  atılan  zərərli  maddələrin  azaldılması, 
Xəzər  dənizinin  ekoloji  vəziyyətinin  yaxşılaşdırılması,  ozon 
qatının,  biomüxtəlifliyin  qorunub  saxlanması  kimi  son 
dərəcə mühüm  əhəmiyyətli ekoloji  problemlərin uğurlu  həlli 
üçün  regional  və  beynəlxalq  əməkdaşlıq  olduqca  zəruridir. 
Ətraf  mühitin  keyfiyyətinin  yaxşılaşdırılması  ilə  bərabər, 
iqtisadiyyatın  müxtəlif sahələrində  çalışan  əhalinin  iş  şərai­
tinin yüksəldilməsi bütövlükdə əhalinin ümumi  sağlamlığına 
xidmət  edən  başlıca  amillərdəndir.  Lakin  ölkədə  mövcud 
olan  sənaye  sahələrinin  əsasını  təşkil  edən  bir  çox  müəssi- 
sələrdəki  iş  şəraiti  ekoloji,  sanitar-gigiyenik  baxımdan 
müvafiq  tələblərə  cavab  vermədiyindən,  orada  çalışan  in­
sanların  sağlamlığı  təhlükə  qarşısında  durur.  Belə  vəziyyət 
xüsusilə  neft-kimya,  maşınqayırma  müəssisələrində  daha
383


qabarıq  şəkildə  təzahür  edir.  Uzun  illərdən  bəri  müəs­
sisələrin  baxımsız  vəziyyətdə  olması,  köhnəlmiş  avadanlıq­
ların  müasir  texnoloji  avadanlıqlarla,  eləcə  də  qaz-toz  tu- 
tucu  fıltrasiya  sistemlərinin  yeniləri  ilə  əvəz  edilməməsi 
problemin həllini qeyri-mümkün edir.
Ətraf  mühit  sahəsində  beynəlxalq  müqavilələrə  qo- 
şulmağa da böyük diqqət yetirilir.  Belə ki, Azərbaycan Res­
publikası  bu  günə  kimi  20-dən  artıq  konvensiyaya  qoşul­
muş,  müvafiq  protokollar  imzalamışdır.  Ekoloji  vəziyyətin 
sağlamlaşdırılması  məqsədilə  ölkəyə  əvvəlki  illərdən  miras 
qalmış  mövcud  olan  su  ehtiyatlarının  çirklənməsinin  qarşı­
sının  alınması,  biomüxtəlifliyin  qorunması,  yaşıllıqların  ar­
tırılması,  neft  və  digər  tullantılarla  çirklənmiş  torpaqların 
təmizlənməsi,  bərk  sənaye  və  məişət  tullantılarının,  o  cüm­
lədən  təhlükəli  tullantıların  tələb  olunan  səviyyədə  utilizə 
olunmasının  təmin  edilməsi  istiqamətlərində  müvafiq  işlər 
görülmüşdür.
2003-cü  ildə  Azərbaycan  Respublikasının  Prezidenti 
tərəfindən  təsdiq  olunmuş  «Ekoloji  cəhətdən  dayanıqlı 
sosial-iqtisadi inkişafa dair» və «Meşələrin bərpa edilməsi və 
artırılmasına dair» milli  proqramlar,  həmçinin «Azərbaycan 
Respublikasında  hidrometeorologiyanın  inkişafına  dair 
Dövlət  Proqramına  daxil  edilmiş  tədbirlər  ardıcıl  həyata 
keçirilir.
Azərbaycan  Respublikasının  Prezidenti  tərəfindən 
imzalanmış  2007-ci  il  20  iyun  tarixli  «Xəzər  dənizinin  çirk­
lənmədən  qorunması  üzrə  bəzi  tədbirlər  haqqında»  Sərən­
camdan irəli gələn məsələlərin həlli istiqamətində beynəlxalq 
standartlara  cavab  verən  modul  tipli  lokal  təmizləyici  qur­
ğular  alınaraq  Abşeron  yarımadasının  şimal  hissəsinin  67 
km-lik  sahil  zolağında  quraşdırılıb  başa  çatdırılmış  və 
istismara buraxılmışdır.
Azərbaycan  Respublikası  Prezidentinin  2007-ci  il  20 
iyun  tarixdə  «Əhalinin  ekoloji  cəhətdən  təmiz  su  ilə  tə-
384
minatımn  yaxşılaşdırılması  ilə  əlaqədar  bəzi  tədbirlər 
haqqında»  imzaladığı sərəncama əsasən  Kür  və Araz çayla­
rının  suyundan  istifadə  edən  yaşayış  məntəqələrinin  ekoloji 
cəhətdən  təmiz su  ilə təmin edilməsi  məqsədilə qısa müddət 
ərzində  konkret  tədbirlər  görülmüşdür.  Belə  ki,  indiyədək 
illər  ərzində  120-dən  artıq  təmizləyici  qurğu  ölkəyə 
gətirilərək  Kür və Araz çaylarının kənarında yerləşən  kənd­
lərdə quraşdırılmışdır.
Respublikamızın  təbii  landşaftının  qorunması  prob­
lemi  də  diqqət  mərkəzindədir.  Son  dövrlərdə  xüsusi  mü­
hafizə  olunan  təbiət  ərazilərinin  genişləndirilməsi  istiqamə­
tində  ciddi  nəticələr  əldə  olunmuşdur.  2003-2008-ci  illər  ər­
zində  Azərbaycan  Respublikası  Prezidenti  tərəfindən  təs­
diqlənmiş  müvafiq  sərəncamların  icrası  ilə  əlaqədar  Res­
publikada xüsusi mühafizə olunan  təbiət ərazilərinin ümumi 
sahəsi  qısa  müddət  ərzində  478  000  ha-dan  876000  ha-a 
çatdırılmışdır  ki,  bu  da  ölkə  ərazisinin  təqribən  10,2  %-ni 
təşkil  edir.  Ətraf  mühitin  mühafizəsi  və  təbii  sərvətlərdən 
səmərəli  istifadə  sahəsində  təsdiq  edilmiş  fərman  və  sərən­
camların,  eləsə  də  qəbul  edilmiş  Milli  və  Dövlət  proqram­
larının  icrası  Azərbaycanda  gələcəkdə  də  bu  istiqamətdə 
yeni uğurların qazanılmasına təminat verir.
Son  zamanlar  Azərbaycan  Respublikası  Prezidentinin 
başçılığı  ilə ekoloji problemlərin müzakirəsinə həsr olunmuş 
müşavirələrin  keçirilməsi  bu  sahənin  ölkəmizdə  prioritet 
məsələlər  sırasına  qaldırılmasına  əyani  misaldır.  2010-cu  il 
fevralın  18-də  Azərbaycan  Respublikasının  Prezidenti  ya­
nında  keçirilən  ekoloji  problemlərə  həsr  olunmuş  müşa­
virədə  dövlət  başçısı  bu  gün  həllini  gözləyən  əsas  məsələ­
lərdən  biri  kimi  ekoloji  vəziyyətin  yaxşılaşdırılması  prob­
leminin  durduğunu  qeyd  etmişdir.  Ölkənin  iqtisadi  poten­
sialı  artdıqca,  maliyyə  qaynaqları  yarandıqca  ekoloji 
məsələlərin  həllinə  böyük  diqqət  yetirdiyini  bildirmiş  və 
ekoloji  vəziyyətin  sağlamlaşdırılması  istiqamətində  daha  da
385


ciddi  addımlar  atılması  üçün  çoxşaxəli  proqramın  həyata 
keçirildiyini  vurğulamışdır.  Dövlət  başçısı  hazırda  6  əsas 
istiqamətdə  -  içməli  su  probleminin  köklü  surətdə  həlli, 
şəhər  və  rayonların  kanalizasiya  sistemlərinin  ən  müasir 
səviyyədə  qurulması,  ekosistemin  tarazlığının  qorunması 
məqsədilə  yaşıllaşdırmanın  genişləndirilməsi  və 
meşə 
zolaqlarının  salınması,  atmosferin  çirklənməsinin  qarşısının 
alınması,  Abşeron  yarımadasında  torpaqların  neft  tullantı­
larında  təmizlənməsi  və  məişət  tullantılarının  utilizasiyası 
kimi  ekoloji  problemlərin  həlli  istiqamətində  konkret 
proqramların həyata keçirildiyini bildirmişdir.
Son  illər  iqtisadiyyatımızın  sürətli  inkişafının  nəticəsi 
olaraq  artan  gəlirlərin  qeyri-neft  sektoruna,  ətraf  mühitlə 
bağlı  problemlərin  həllinə  yönəldilməsi  ekoloji  layihələrin 
həyata keçirilməsi imkanlarını xeyli  genişləndirmişdir.  Buna 
görə  də  bir  çox  ölkələrin  maliyyə  böhranına  məruz  qal­
dıqları  bir  dövrdə Azərbaycanda  infrastruktur  layihələrinin 
icrası 
davam 
etdirilmiş, 
ekoloji 
problemlərin 
həlli 
istiqamətində səmərəli tədbirlər həyata keçirilmişdir.
Ekologiya  ilində  Birləşmiş  Millətlər Təşkilatının  Ətraf 
Mühit  Proqramı  (YUNEP)  tərəfindən  İtaliyanın  Genuya, 
İsveçrənin Cenevrə şəhərləri ilə yanaşı, respublikamızın  pay­
taxtı  Bakı  şəhəri  də  Dünya  Ətraf Mühit  Gününün  Avropa 
regionunda  qeyd  edilməsi  üçün  əsas  üç  şəhərdən  biri  elan 
edilmişdir.  «Ümumdünya  Ətraf  Mühit  Günü  -   2010»a 
Avropa regionu  üzrə rəhbərlik  edəcək  üç şəhərdən  biri  kimi 
Bakının  seçilməsi  heç  də  təsadüfi  deyil.  Bu,  ilk  növbədə, 
Azərbayçan  Respublikasının  Prezidentinin  rəhbərliyi  ilə 
ölkə  iqtisadiyyatının,  sosial-mədəni  həyatın  bütün  sahələ­
rində,  o  cümlədən,  ekoloji  tarazlığın  qorunması,  ətraf  mü­
hitin  sağlamlaşdırılması  ilə  bağlı  aparılan  ardıcıl  və  məq­
sədyönlü fəaliyyətin uğurlu nəticəsidir.
2010-cu  il  iyulun  5-7-də  Qəbələ  şəhərində  BMT-nin 
Ətraf  Mühit  Proqramının  və  Ekologiya  və  Təbii  Sərvətlər
Nazirliyinin  birgə təşkilatçılığı ilə Biomüxtəliflik üzrə  BMT- 
nin  Baş  Assambleyasının  növbəti  sessiyasına  hazırlıq  məq­
sədilə  Avropanın  Ətraf Mühit  Nazirləri  və  ekspertlər  səviy­
yəsində  konfrans  keçirilmiş  və  yekun  sənəd  olaraq  Qəbələ 
Bəyannaməsi qəbul olunmuşdur.
201 O-cü  il  oktyabrın  5-6-da  Qəbələdə  MDB  Dövlətlər- 
arası  Hidrome-teorologiya  şurasının  22-ci  sessiyası  keçiril­
mişdir.  Sessiyada  regionda  hidro-meteoroloji  fəaliyyətin 
əlaqələndirilməsi,  məlumat  mübadiləsinin  tənzim-lənməsi, 
müasir  hidrometeoroloji  müşahidə  və  təhlil  texnologiya­
larının  tətbiqi,  birgə  elmi-tədqiqat  işlərinin  aparılması,  nor­
mativ  və metodiki sənədlərin  işlənilməsi və s.  məsələlər  mü­
zakirə olunmuşdur.
Almaniya  federal  hökumətinin  dəstəyi  ilə  «Qafqaz  tə­
şəbbüsü» proqramı çərçivəsində  Samur-Yalama  Milli  parkı 
layihəsi  ilə  əlaqədar  keçirilmiş  tender  vasitəsilə  icraçı  şirkət 
müəyyən olunmuşdur.
Ekoloji  problemlərin  uğurlu  həllində  beynəlxalq 
əməkdaşlığın  rolu  əvəzsizdir.  Bunu  nəzərə  alaraq,  2010-cu 
ilcə  beynəlxalq  əməkdaşlıq  sahəsində  fəaliyyət  ardıcıllıqla 
davam  etdirilmişdir.  Bir  sıra  region  dövlətləri,  inkişaf etmiş 
dövlət  və  beynəlxalq  təşkilatlarla  əməkdaşlığa  dair  sazişlər 
imzalanmışdır.
Azərbaycan  Respublikasının  Prezidentinin  təşəbbüsü 
sayəsində  2010-cu  ilin  Azərbaycanda  Ekologiya  ili  elan 
olunması  ilə  əlaqədar  bir  sıra  beynəlxalq  səviyyəli  mühüm 
silsilə  tədbirlər  -   sərgilər,  konfranslar,  kütləvi  aksiyalar 
həyata  keçirilmişdir.
«Azərbaycanın  Ekoloji Fəaliyyətinin 2-ci İcmalı» sənə­
dinin  hazırlanması məqsədilə BMT-nin Avropa İqtisadi  Ko­
missiyasının  ekspertləri  yerli  mütəxəssislərlə  görüşlər  ke­
çirmiş,  tələb olunan məlumatları  əldə etmişlər.  Qeyd  olunan 
icmalın  2011-ci  ilin  birinci  rübündə  BMT-nin  Avropa 
Komissiyası  tərəfindən nəşr edilmişdir.  2010-cu ildə müxtəlif
386
387


ölkələrin ətraf mühit nazirlikləri ilə ətraf mühitin mühafizəsi 
sahəsində əməkdaşlığın qurulması istiqamətində işlər həyata 
keçirilmişdir.  Belarus  Respublikasının  Prezidentinin  Azər­
baycana rəsmi səfəri çərçivəsində iyunun 3-də həmin ölkənin 
Təbii  Sərvətlər  və  Ətraf  Mühitin  mühafizəsi  Nazirliyi  ilə 
Azərbaycan  Respublikası  Ekologiya  və  Təbii  Sərvətlər  N a­
zirliyi  arasında  əməkdaşlığa  dair  saziş  imzalanmışdır.  Bun­
dan  əlavə,  Fransa,  Litva  və  Suriya  ilə  ətraf mühitin  m üha­
fizəsi  sahəsində  əməkdaşlıq  məqsədilə  müvafiq  layihələr 
hazırlanmışdır.  QEF,  UNİDO,  YUNEP,  USAİD,  NATO, 
ATƏT,  Ümumdünya  səhiyyə  təşkilatı,  Dünya  Bankı,  Av­
ropa  Yenidənqurma  və  İnkişaf Bankı,  Asiya  İnkişaf Bankı 
kimi  təşkilatlar  ilə  ətraf  mühitin  mühafizəsi  sahəsində 
əməkdaşlıq davam etdirilir.
Ölkənin  ekoloji  strategiyasının  əsasını  təşkil  edən 
proqramların  qəbul  edilməsi,  müvafiq  fərman  və  sərən­
camların  imzalanması,  ətraf mühitin  mühafizəsi,  insanların 
sağlam  təbii  şəraitdə yaşaması və  təbii  sərvətlərdən  səmərəli 
istifadə  sahəsində  həyata  keçirilən  siyasət  Azərbaycanda 
mövcud  olan  ekoloji  problemlərin  aradan  qaldırılmasına 
xidmət edir.
388
Ədəbiyyat
1. 
Aslanov  N.Q.  “Meliorasiya  torpqşünaslığı”,  Bakı: 
“Elm”,  1999.  S.346.
2.  Avazova  M.  Respublika  torpaqlarının  müasir  ekoloji 
vəziyyəti  “Təbii  sərvətlərin  qiymətləndirilməsi  və  tə­
biətdən  istifadə”  mövzusunda  elmi  -   praktiki  kon­
fransın  tezisləri”. Bakı, 2003. S. 340-342.
3.  Azərbaycanda  ətraf  mühit:  Statistik  məcmuə.  Dövlət
Statistika Komitəsi. Bakı, 2011.  S. 80-85.
4. Azərbaycan Respublikasının Milli İqlim Proqramı.  Azər­
baycan  Respublikasının  Ekologiya və  Təbii  Sərvətlər 
Nazirliyi. Bakı, 2002.
5.  Azərbaycan  Respublikasının  Ətraf  mühitə  dair  qanun­
vericilik  toplusu. Azərbaycan Respublikası Ekologiya 
və  Təbii  Sərvətlər  Nazirliyi.  2002.  1-ci  cild  404  S. 
2-ci cild 424.
6.  Azərbaycan  Respublikasının  Ekoloji  cəhətdən  dayanıqlı
sosial-iqtisadi  inkişafı  dair  Milli  Proqramı.  Azərbay­
can  Respublikasının  Ekologiya  və  Təbii  Sərvətlər 
Nazirliyi. Bakı, 2002.
7.  Bayramov  Y.M.  Örtülü  drenlərin  ekoloji  əhəmiyyəti.
Akad.H.Əliyevin  95  illik  yubileyinə  həsr  olunmuş 
elmi-praktiki konfransın tezisləri, Bakı, 2002, S.  131.
8.  Babaxanov N.A., Paşayev N.Ə. Təbii  fəlakətlərin iqtisad
və sosial-coğrafi öyrənilməsi. Bakı, 2004,  194 s.
9.  Бродский  A.K.  -   Краткий  курс  общей  экологии.
Учебное пособие. ДЕАН. Санкт-Петербург,  1999.
10.  Экология.  Учебное  пособие.  Под.ред.  С.А.Боголю­
бова.  Москва: Знание, 1999.
11.  Əzizov  Q.Z.,  Quliyev  Ə.  Azərbaycanın  şorlaşmış  tor­
paqları,  onların  meliorasiya  və  münbitliyinin  artırıl­
ması.  Bakı,  1999.
389


12.  Göyçaylı  Ş.Y.  və  b.  Ətraf  mühitin mühafizəsi  və  təbii
sərvətlərdən  səmərəli istifadə. Bakı,  1996.
13.  Hüseynov  T.B.,  Məmmədov  R.H.,  Mehdiyeva  V.Z.,
Quliyev T.S. Təbii resurslar və davamlı inkişaf.  Bakı- 
2008.
14.  Xəlilov  Ş.B.  Azərbaycanın  ekocoğrafi  problemləri.
Dərslik.Bakı: Nafta-Press.2006.
15.  Халилов Ш.Б.  Водохранилища Азербайджана  и  их
экологические проблемы. Монография. БГУ. 2003.
16. İsmayılov Т. Azərbaycanda təbiətdən istifadə və ekoloji
problemlər. Məqalələr toplusu. Bakı,2009.
17.  Quliyev  T.S.  Təbiətdən  istifadənin  və  ətraf  mühitin
mühafizəsinin iqtisadiyyatı, Bakı, 2005.
18.  Mahmudov  C.M.  Ekologiya.  Mühazirə  toplusu.Bakı:
Nurlan, 2008.
19.  Məmmədov  T.S.  Ekologiya.  Dərs  vəsaiti.Bakı:Nurlan,
2004.
20.  Məmmədov  Q.,Xəlilov  M.  Ekologiya  və  ətraf mühitin
mühafizəsi.Bakı: Elm,2005.
21.  Məmmədov  R.,  Tofiq  Bəhərçi,  Mehdiyeva  V.  Qlobal
problemlər və təbii mühit. Dərslik. Bakı: ADİU,2007.
22. Məmmədov Q. Azərbaycanın torpaq  ehtiyatlarından sə­
mərəli  istifıadənin  sosial-iqtisadi  və  ekoloji  əsasları. 
Bakı: Elm,2007.
23.  Məmmədov  Ə.,  Xəlilova  A.  Sənaye  ekologiyası.  Bakı.
2004.
24.  Nəbiyev  N.Ə.  İqtisadiyyat,  cəmiyyət  və  ekoloji  mühit.
Bakı: Nurlan, 2000.
25.  Nəbiyev  N.Ə.  və  b.  Təbii  sərvətlər  və  ekoloji  mühit.
Bakı, 1986.
26.  Paşayev  N.Ə.,  Əyyubov  N.H.,  Eminov  Z.N.  Azərbay­
can  Respublikasının  iqtisadi,  sosial  və  siyasi  coğra­
fiyası. Bakı: “Çıraq”, 2010.
390
27.  Sadıqov  A.,  Xəlilov  İ.  Ekologiya  və  ətraf mühtin  mü­
hafizəsi.  Dərs vəsaiti.  Bakı, 2009.
28.  Tofiq  Bəhərçi.  Müasir  ekoloji  şəraitin  sosial-iqtisadi
aspektləri. Dərs vəsaiti.  Bakı: OYU.2001.
29.  Tofiq  Bəhərçi,  Mehdiyeva  V.  Müasir  dünyanın  qlobal
problemləri. Dərs vəsaiti. Bakı: OYU.2006.
30.  Zeynalova  K.Z.Təbiət  və  ekologiya.  Bakı:  Gənclik.
2008.
391


Nəşriyyatın müdiri 
Baş redaktor 
Redaktor 
Korrektor
Kompyuter operatoru 
Dizayner
K a m i Hüseynov 
ism ət Səfərov 
İsabə Hüseynova 
Səbiyyə Səmimi 
Təranə Baxşəliyeva 

Yüklə 112 Kb.


Dostları ilə paylaş:
1   ...   88   89   90   91   92   93   94   95   96




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə