uranm alınması texnologiyasını yaratmış və ildə 1000 ton uran
əldə etməyi planlaşdırırlar.
Hazırda dünyada 1000-dən artıq təmizləyici qurğudan
istifadə edərək 3 mln.m3-ə qədər dəniz suyu şirinləşdirilir və
istifadə olunur. Bu rəqəmin 2025-ci ilə qədər 500 mln.kub.m-ə
çatdırılması nəzərdə tutulur. Okeanların və dənizlərin sərvəti
olan balıq ovu bir çox ölkələrdə adambaşına maksimum Yapo
niyada 69 kq, Cənubi Koreyada 51-kq, Filipində - 34 kq balıq
olmaqla istifadə edilir.
Sahil zolaqlarda əsas çirkləndirici sahələr limanlardır. Bu
raya çirkab sular gəmilərdən düşür, şəhər ərazisindən - yaşayış
və sənaye sahələrindən axır, çay gətirmələri ilə daxil olur.
Sahil zonasından dənizə çirkab suların axıdılması ciddi
problemlər yaradır. Əsas çirkləndiricilər patogen mikro-
orqanizmlər, üzvi maddələr, biogen elementlərin birləşmələri,
sintetik üzvi maddələr, ağır metallar, neft məhsulları, çayların
çirkli asılı gətirmələri hesab olunur. Çirklənmələrin əsas
nəticələri-yoluxucu xəstəliklər, sahil sularının evtrofikasiyası,
oksigen çatışmamazlığı, müxtəlif kimyəvi maddələrin insana və
təbiətə toksiki təsiridir.
Çay suları vasitəsi ilə okeana daxil olan patogen mikroor-
qanizmlər sahil zonası şəraitində asanlıqla adaptasiya olunaraq
orada yaşayırlar.
Sənaye tullantıları və təmizləyici qurğularının çökün
tülərinin dənizə atılması da xüsusi problem sayılır. Bu maddələr
olduqca zəhərli ola bilər, belə maddələrin dənizə atılması
olduqca təhlükəlidir.
Okeanın ən zərərli kimyəvi çirkləndiriciləri neft və neft
məhsulları hesab olunur. Hər il dəniz və okeanlara 6-10 mln.
ton arasında neft daxil olur. Sular ən çox tankerlər və sualtı
qazma işləri zamanı neftin sızması nəticəsində çirklənir. Dünya
okeanlarının
antropogen
çirklənməsinin
yarsına qədəri
gəmiçiliyin hesabına baş verir.
114
Dəniz və okeanların neftlə çirklənməsi balıqçılıq, turizm
və digər fəaliyyət sahələrinə böyük iqtisadi ziyan verir. Yalnız
1 ton neft dənizin 12 km2 sahəsini örtür. Suyun səthində neft
pərdəsi bütün fıziki-kimyəvi prosesləri dəyişir, suyun səthinin
temperaturu yüksəlir, qaz mübadiləsi pisləşir, balıqlar köçür və
məhv olur. Suyun dibinə çökən neft uzun müddət bütün canlı
lara ziyan verir. Neftlə çirklənmə dənizlərin bioloji tarazlığına
böyük zərbə vurur.
Neftin həll olan komponentləri çox zəhərlidir. Onlar əksər
hallarda balıqların, dəniz quşlarının ölümünə səbəb olur, dəniz
heyvanlarının ətinin dadına mənfi təsir göstərir.
Dəniz sahilləri - 200m-lə + 200 m. arasında sahil zonası
olub, antropogen təzyiqlərə ən çox məruz qalan, təzyiqlər dur
madan artan şəraitdə qum, okean və atmosferin qarşılıqlı əla
qədə olan Yer səthinin bir hissəsidir. Bu zonada dünya əhali
sinin 60%-ə qədəri yaşayır və bu sahə yer səthinin 18%-ni təş
kil edir. Sahil zonası çayların gətirmə axınlarının çirkləndirici
maddələrlə birlikdə 75-90%-ni qəbul edir, udur. Burada dünya
dakı müasir ovulan yumşaq çöküntülərin 90%-i akkumulyasiya
olunur. Bu məlumatlar sahil zonasının mühüm ümumi dünya
əhəmiyyətli olduğunu göstərir.
İqlimin dəyişməsi ilə əlaqədar okeanın səviyyəsinin
dəyişməsi baş verir. BMT-nin məlumatına görə 2050-ci ilə qə
dər dünya okeanının səviyyəsinin qalxması gözlənilir. XX əsr
də suyun səviyyəsinin qalxması dünyanın qumlu sahillərinin
70%-ni dağılma vəziyyətinə gətirmişdir. Sahilyanı ekosistemlər
bioloji müxtəlifliyi baxımından dünyada ən zəngin ekosis
temlərdən olub, bu sahillərin dağılmaq, məhv olmaq təhlükəsi
qarşısında qoymuşdur.
Daxili dənizlərin rejimi Dünya okeanı ilə su mübadiləsi
nin yavaş getməsi ilə fərqlənir. Daxili dənizlərin xüsusiyyətləri
bu su tutarların, hövzələrin geniş ərazilərində gedən pro
seslərdən çox asılıdır. Daxili dənizlərə çoxlu çay sularının
axması, onların morfoloji xüsusiyyətləri ilə əlaqədar Dünya
115
okeanı ilə zəif su mübadiləsinin yaranması daxili dənizlərin
sularının okean sularına nisbətən 2-3 dəfə duzluluğunun aşağı
olmasına səbəb olur. Daxili dənizlər çay sularının çirkləndiri-
cilərinin gətirilməsi ilə dənizlərin ekoloji vəziyyətinə ciddi təsir
göztərir. Daxili dənizlər bütün akvatoriyada, xüsusi ilə sa
hilyanı zonada getdikcə artan antropogen çirklənməyə məruz
qalır.
Okeanın mühafizəsi və səmərəli istifadəsi məsələləri
həllinin əsası qarşısında 3 təxirə salınmaz məsələ durur:
1) okeanın bütövlüyü təsərrüfat fəaliyyətinin effektiv
qlobal rejiminin tənzimlənməsini tələb edir.
2) bir çox regional dənizlərin resurslarını ayrı-ayrı döv
lətlərin istismar etməsi, resurslardan istifadə etmənin regional
nizamlanmasının müəyyən öhdəçiliklərini tələb edir.
3) okean üçün quru mənbələrdən ciddi təhlükənin olması
effektiv milli fəaliyyət tələb edir.
Çay və göllərin ekoloji vəziyyəti də mühüm əhəmiyyət
kəsb edir.
Göllərdə suyun keyfiyyəti ora tökülən çayların çirklənmə
dərəcəsindən, onların yatağının səhiyyə-gigiyena vəziyyətindən
və başqa amillərdən asılıdır. Alimlərin tədqiqatları göstərir ki,
çayların intensiv çirklənməsi fonunda yaradılan su anbarlarında
antropogen evtrofikasiya nəticəsində suyun keyfiyyəti kəskin
pisləşir. Əvvəllər kiçik su hövzələri antropogen evtrofikasiyaya
məruz qalırdısa, indiki dövrdə, xüsusilə kaskadla tənzimlənən
su anbarlarında - göllərdə suyun çirklənməsi baş verir.
Azərbaycanda su anbarlarının çirklənməsi çayların güclü
çirklənməsi ilə əlaqədardır. Mingəçevir və Şəmkir su anbar
larının çirklənməsi , əsasən suda həll olan maddələrin, biogen
elementlərin artması ilə əlaqədardır.
Azərbaycandakı göllərin sayı 250-dir. Bu göllər 3 qrupa
bölünür:
116
Hazırda göllərdəki suyun keyfiyyəti onların nəinki rekrea
siya (çimmək, su turizmi və s.), hətta texniki ehtiyaclarım ödə
mək üçün də yararlı deyildir. Göllərin çirklənməsinin qarşısım
almaq, regionda ekoloji vəziyyəti yaxşılaşdırmaq üçün aşağı
dakı işlərin görülməsi lazım və vacibdir:
1) sənaye və məişət çirkab sularının axıdılmasımn qarşı
sını almaq məqsədilə, bütün sənaye kommunal müəssisələrdə
təmizləyici qurğular sistemi yaradılmalıdır;
2) yarımadada suvarma şəbəkələrini tam rekonstruksiya
etməklə, kənd təsərrüfatı bitkilərinin suvarılmasım daha mü
tərəqqi üsullarla apan İması;
3) kəskin çirklənmiş və yenidən əmələ gəlmiş göllərin
qurudulmasını həyata keçirmək;
4) drenaj sistemi yaratmaq yolu ilə qrunt sularının sə
viyyəsini aşağı salmaq və su quyulanndan istifadə etmək;
2003-cü ildə Kür çayında hidroloji məntəqələrdən götü
rülmüş su nümunələrində misin miqdarı toksikoloji normadan
10 dəfədən artıq olmuşdur (misin toksikoloji miqdarı -sular
üçün 1,0 mq/I-r). Misin daha çox miqdan Yenikənd (18 m q/1),
Mingəçevir (18 mq/ 1), Yevlax (14 mq/ 1), Zərdab (20 mq/1),
Salyan (14 m q/1) və Mayak (23 m q/1) məntəqələrində qeydə
alınmışdır. Bismut, titan və manqan kimi qeyri-üzvi kimyəvi
elementlərin miqdan da Kür sulannda həmişə normadan yük
səkdir, alüminium, dəmir və silisium Kür sularında daim mü
şahidə edilsə də miqdarı buraxıla bilən həddən aşağı olur.
Kür çayı, Salyan, Neftçala şəhərlərindəki yod-brom zavo
dunun, Bankə qəsəbəsindəki balıq kombinatının və həmin şə
hərin kommunal təsərrüfat!annın çirkab suları ilə çirkləndirilir.
Bu ərazilərdə Kürün sularında bixromat oksidləri, fenollar, neft
məhsulları və heksoxloran pestisidinin miqdarı digər məntə
qələrlə müqayisədə 1,5-2,0 dəfə çoxdur. Bankə və Mayak qə
səbələri yaxınlığında Kürdə benzol turşularının miqdarı uyğun
olaraq 2,4 və 2,0 mq/1, yəni ümumi sanitar normalardan 4-5
dəfə artıqdır.
117
Dostları ilə paylaş: |