Yuxarıda göstərildiyi kimi su hövzələrinin çirklənmə
sində sənaye çirkab sularının rolu çoxdur. Buna gorə də həmin
suların su hövzələrinə ötürmədən öncə, təmizləyici qurğular
vasitəsi ilə təmizlənməsinin böyük əhəmiyyəti vardır. Belə ki,
belə olan halda su hövzələri çirklənmədən mühafizə olunur və
təmizlənmiş sudan müəssisələrdə istifadə olunur.
Müasir təmizləyici qurğuların tikintisinə, müəssisənin
ümumi kapital qoyuluşuna xərclənən vəsaitin 10-15%-i bəzən
də 30%-nə qədər vəsaiti xərclənir. Buna baxmayaraq alman tə
miz suların müəssisədə təkrar həm istehsalat, həm də kommu
nal məişət sistemində istifadə olunması iqtisadi cəhətdən
səmərəli və əlverişli hesab olunur. Bu texnologiya ekosistemin
ümumi ekoloji pozulmasının qarşısım almaqla yanaşı, təmiz
sulara yüksək dərəcədə qənaət edilməsinə şərait yaradır. Buna
tullantısız istehsalat texnologiyası deyilir və ən qabaqcıl təkmil
ləşmiş texnologiyalar ilə proseslər həyata keçirilir. Hal-hazırda,
ölkəmizdə bir çox sənaye müəssisələrində sudan tullantısız
texnologiyadan istifadəyə keçmək üçün hazırlıq işləri görülür.
Bakı şəhərində tikilməsi nəzərdə tutulan neft emalı zavodla
rında və sumqayıtda yaradılacaq neft-kimya sənaye məhsulları
istehsalı müəssisələrində tətbiqi nəzərdə tutulur.
1970-ci ildə YUNESKO-nun təşəbbüsü ilə təbiətin və tə
bii ehtiyatların mühafizəsi Beynəlxalq İttifaqı yarandı (MSOP).
Onun vəzifəsi canlı təbiətin qorunması üzrə elmi məsləhətlər,
müasir təbiəti mühafizə ideyasının yaranması və təbliğ edilmə
sidir.
1991-ci ilin iyununda Rio-de-Janeyroda BMT-in ətraf
mühit və inkişaf üzrə keçirilən konfransında, bizim nəsil, ola
bilsin gələcək nəsil üçün əlamətdar hadisə hesab olunur. Bu
konfransda dövlət başçıları ilə birlikdə dünyanın 179 hökumət
nümayədələrinin, BMT- idarələrinin, beynəlxalq təşkilatları və
bir sıra qeyri-hökumət nümayəndələri bir yerə toplandı. Kon
fransın nəticəsində Beynəlxalq sazişlər bağlandı. Burada nəzər
də tutulan prinsiplərdən biri də hər bir ölkənin öz əhalisinin
136
yüksək keyfiyyətli içməli su ilə təmin etməsidir. Dünyanın bir
çox ölkələri öz əhalisini yüksək keyfiyyətli su ilə təmin etmək
üçün külli miqdarda vəsait xərcləyir. ABŞ kimi böyük bir
dövlət il ərzində ətraf mühitin mühafizəsi üçün ayrılan
1 0 0
mlrd, dolların 48%-ni əhalini yüksək keyfiyyətli su ilə təmin
etmək üçün xərcləyir.
Mütəxəssislər belə hesab edir ki, əgər dövlətlər
tərəfindən
ümumi milli məhsulun
2 %-i təbiəti mühafizəyə ayrılarsa
təbiətin mühafizəsinin pisləşməsi dayanar, əgər bu məbləği
6 %
olarsa ətraf mühitin vəziyyətinin stabilləşməsinə imkan yaranar,
əgər məbləğ ümumi milli məhsulun (ÜMM) 8-10% qədər
olarsa təbii mühitin keyfiyyətini bərpa etmək olar. Hal-hazırda
dövlətlər tərəfindən ayrılan vəsait heç ÜMM-in 1%-nə çatmır.
Dünya ölkələrində əhalinin keyfiyyətli su ilə təmin
edilməsi aşağıdakı sxem üzrə həyata keçirilməlidir.
Şəkil 6. Əhalinin içməli su ilə təchizatı
Su hövzələrində, suyu çirkləndirən maddələrin tərkibini
müəyyən etmək üçün hövzələrin müxtəlif yerlərindən sudan
nümumələr götürülür və kimyəvi analiz edilir. Həmin analiz
nəticəsində suyun keyfiyyətini təyin edən əsas parametrlər
müəyyənləşdirilir.
Suyun keyfiyyətinin əsas göstəriciləri aşağıdakılardır:
1 ) temperaturu;
2 ) orqanoleptik xassələri (iyi, dadı, rəngi, şəffaflığı);
Suyun orqanoleptik xassələri balla qiymətləndirilir. Suda
əmələ gələn iyin şiddətliliyinə görə altı bal (0-5) müəyyən edil
mişdir. Sıfır balda sudan heç bir iy gəlmir, beş balda isə sudan
elə güclü iy gəlir ki, onu içmək mümkün olmur, bir, iki, üç,
137