- ictimai fəaliyyət zonası;
- istehsalat zonası;
- mühəndis və nəqliyyat infrastrukturu;
- istirahət zonaları;
- xüsusi təyinat zonaları;
- xüsusi rejim zonaları və hərbi obyektlər.
Hər bir zona altzonalara bölünə bilər. Lakin bu zaman
Respublika qanunvericiliyində ətraf mühitin mühafizəsi, tarixi
abidələr və digər sahələrə qoyulmuş məhdudiyyətlər nəzərə
alınmalıdır.
Yaşayış
zonalarında müxtəlif mərtəbəli evlərlə yanaşı
sanitar qoruyucu zona tələb olunmayan sosial, mədəni-məişət,
kommunal təsərrüfat obyektlərinin yerləşdirilməsinə icazə
verilir. Adətən bu obyektlər ətraf mühitə zərərli təsir (səs-küy,
titrəyiş, maqnit sahəsi, radiasiya təsiri və s.) göstərməyən
obyektlər hesab edilir.
İctimai
fəaliyyət zonası tibbi, ticarət, mədəni, ictimai-
iaşə, təhsil, elmi-tədqiqat, avtomobil dayanacaqları, maliyyə iş
mərkəzləri və s. sahələrinə məxsus zonalardır.
İstehsalat
zonaları sənaye, kommunal, mühəndis və nəq
liyyat infrastrukturlarından və sanitar qoruyucu zonalardan iba
rətdir.
İstirahət
zonaları əhalinin istirahətini təmin edən parklar,
bağlar, şəhər meşələri, çimərliklər və digər obyektlərdən iba
rətdir. Təii qoruq sahələrindən istirahət zonasi kimi istifadə
etmək olar.
Xüsusi
təyinat zonalarına qəbristanlıqlar, məişət tullantı
ları obyektləri aid edilir. Bu zonaların sahəsi şəhərsalma norma
tivləri əsasında müəyyən edilir.
Şəhər əhatəsində göstərilən zonaların yerləşdirilməsi, şə-
hərtikintİ və şəhərsalma normativləri əsasında respublika icra
orqanı və yerli idarəetmə orqanları tərəfindən müəyyən edilir.
İri şəhərlərdə nəqliyyat vasitələrinin hədsiz çox olması
çirklənmə dərəcəsinin artmasına səbəb olur. Avtomobil nəqliy
184
yatı tərəfindən atmosferə atilan çirkləndiricilərin miqdari
ümumi çirkləndiricilərin 40-50%-ni, şəhərlərdə 60-80% təşkil
edir. Şəhərlərdə avtomobillərin sayının kəskin artmasi ətraf mü
hitin daha çox çirklənməsinə səbəb olacaqdır. Avtomobillərin
hərəkətinin sıx olduğu sahələrdə, xüsusilə mərkəzi küçələrdə
tullantıların əsas tərkib hissəsi olan azot oksidi, bezn(a) piren,
karbon oksidi və s. ətraf mühitə daha çox atılır.
Şəhərlərin atmosferində smoq hadisəsinin müxtəlif tull
antıların fəaliyyəti nəticəsində yarandığı məlumdur. İlk vaxtlar
smoq-toz hissələri ilə duman damcılarının qarışığı kimi başa
düşülürdü. Sonralar bu anlayış daha geniş məna kəsb etdi.
Hazırda smoqun üç tipini ayırırlar: 1) London və ya rütubətli
smoq; 2) buzlu və ya alyaska smoqu; 3) Los-Anceles və ya fo-
tokimyəvi smoq.
1. London smoqu - toz hissəcikləri ilə (əsasən his, tüstü)
toz və kimyəvi inqredientlərin (ilk növbədə kükürd
anhidridi və
karbon oksidi) qarışığı nəticəsində yaranır. Bu proses, adətən
havanın temperaturu 0°C olduqda və küləksiz havada baş verir.
Havanın aşağı hissəsində (qatında) zərərli maddələrin konsen-
trasiyası insanların sağlamlığı üçün təhlükəli həddə çata bilir.
2. Alyaska və ya buz smoqu - havanın mənfi və sabit
temperaturu ilə günəş radiasiyasinin zəif təsiri nəticəsində əmə
lə gəlir. Bu smoq qazabənzər (əsasən SO
2) və bərk maddələrlə
buz kristallarının qarşılıqlı təsiri nəticəsində yaranır. Bu smo
qun təsiri london smoqunun təsirinə oxşardır.
3. Los-Anceles və ya fotokimyəvi smoq - fotokimyəvi
reaksiyanın təsiri ilə havanın təkrar çirklənməsi nəticəsində ya
ranır. Belə proseslər, adətən subtropiklərdə, az-az hallarda mü
layim qurşaqda yaranır. Prosesin getməsi üçün əsas kimyəvi
komponent azot 2-oksididir (NO
2). Ultrabənövşəyi günəş şüa
larının təsiri nəticəsində azot 2-oksidi azot oksidə (N0) çevrilir
və s. ayrılan oksigen atomu havanin oksigeni ilə birləşərək
ozona (O
3) çevrilir.
185