gözlənilməsini tələb edir. Sosioekosistemin komponentlərinə
cəmiyyətin (sosial sistemin) və təbii mühitin elementlərinin
məcmusu daxildir. Sosioekosistemin fasiləsiz inikşafi üçün
sistemin mühit ilə təkcə maddə, enerji və informasiya mü
badiləsi deyil, həmin mühitin fəaliyyətini təmin edən xarici
mühit də qorunub saxlanılmalıdır. Davamlı inikşaf kon
sepsiyasının əsas ideyası sosial-iqtisadi inkişafda təbii mü
hitin qarışılıqlı əlaqəsinin səmərəli şəraitinin, mexanizml
ərinin yaradılması və onların inkişafına vahid inikşaf prosesi
kimi baxılmasıdır. Yalnız bu halda cəmiyyətin və təbii
mühitin inkişafı üçün səmərəli zəmin yarana bilər.
Sosioekosistemlərin davamlı inkişafı cəmiyyətin, yəni
insanların bir neçə nəsil dövründə mövcud ola bilən cəmiy
yətin imkanlarını müəyyən edir. Sosial baxımdan davamlı
inkişaf cəmiyyətdə əhalinin sayı, kapital və texnologiyanın
ehtiyatı hamının yüksək həyat səviyyəsini təmin etməlidir.
İqtisadi baxımdan davamlı inkişafın təmin olunduğu cə
miyyətdə təbii resurslardan və enerji mənbələrindən istifadə
aşağıdakı şərtlərə uyğun şəkildə həyata keçirilməlidir.
- bərpa olunan təbii resurlardan istifadə tempi onların
bərpa tempini üstələməməli;
- bərpa olunmayan təbii resursların istifadə tempi
onların bərpa olunan əvəzinin işlənib hazırlanması tempini
üstələməməli;
- ətraf mühitə atılan tullantıların miqdarı, ətraf
mühitin onları udması imkanını aşmamalıdır.
«Davamlı inikşaf» konsepsiyasının əsas prinsiplərin
dən biri də ədalətli bölgü prinsipidir. İstehsal olunan maddi
nemətlərin, eləcə də istehsala və istehlaka cəlb olunan təbii
resursların istehsal sahələri, ölkənin regionları və əhali
arasında ədalətli bölgü aparılmalıdır. Dünyanın yoxsul və
kasıb ölkələrində sosial-iqtisadi araşdırmalar göstərir ki, bu
ölkələrin zəif inikşaf etməsinin əsas səbəblərindən biri də
ədalətli bölgü sisteminin həyala keçirilməməsidir. Davamlı
330
inkişafa əsaslanan cəmiyyətdə hamı sosial vəziyyətindən
asılı olmayaraq maddi cəhətdən təmin olunmalıdır.
Ümumiyyətlə, davamlı inkişafın əsas göstəricilərindən
biri də cəmiyyətin hər bir üzvinin maddi-rifah səviyyəsinin
aşağı düşməməsidir.
«Davamlı inkişaf» konsepsiyasının iki modeli təklif
edilir. «Zəif» və «ciddi». «Zəif» davamlılıq inkişaf modellə
rində adambaşına istehlakın azaldılmaması əsas götürülür .
«Ciddi» davamlılıq inikşaf konsepsiyası «Zəif» da
vamlılıq modellərinin çatışmazlıqlarına cavab olaraq
yaradılmışdır.
Davamlı inkişaf konsepsiyasında həyata keçirilən təd
birləri sosial-iqtisadi və təbii qruplara ayırmaq olar. Sosial-
iqtisadi tədbirlərə iqtisadiyyatın struktur dəyişikliyi, milli
pulun kursunun dəyişməsi, dövlət büdcəsinin kəsirinin
azaldılması, maliyyə kredit siyasəti, özəlləşdirmə siyasəti,
qiymət islahatı, vergi və subsidiya proqramları və s. daxildir.
Təbii
tədbirlərə
ekoloji
vergilər,
təbiəti
mühafizə
məsələlərinin maliyyələşdirilməsi, təbiəti mühafizə standartı,
normativlərinin qəbul edilməsi və s. daxildir.
Bundan başqa davamlı inkişaf konsepsiyası aşağıdakı
məsələləri özündə birləşdirir;
-insanlar diqqət mərkəzində olmalıdır, onlar sağlam və
hərtərəfli həyat sürmək hüququna malikdirlər;
- təbii resurslardan səmərəli istifadə və ətraf mühitin
mühafizəsi inkişaf prosesinin ayrılmaz ünsürü olmalıdır;
- inkişaf və ətraf mühitin qorunması tələbatının ödən
məsi həm indiki, həm də gələcək nəsillər üçün nəzərdə tu
tulmalıdır;
- müxtəlif ölkələrdə yaşayan insanların həyat səviyyə
ləri arasındakı fərqlərin, kasıbçılıq və yoxsulluğun azaldıl
ması;
- istehsal və istehlak modellərinin davamlı inkişaf kon
sepsiyasına uyğun gəlməyənlərin ləğvi və ya azaldılması çox
331
vaxt «davamlı inkişaf» konsepsiyası - öz təbii əsaslarım
dağıtmadan sabit sosial-iqtisadi inkişafa nail olmaq kimi
başa düşülür.
Davamlı inkişaf konsepsiyası ekoloji, iqtisadi, digər
sosial problemlərin qarşılıqlı inkişaf ədaqəsini və birliyini
nəzərdə tutur. Bu konsepisya əhali artımının tənzimlən
məsinə, insanların səmərəli istehlakının formalaşmasına,
ekoloji mədəniyyət və etikanın inkişafına əsaslanır.
Davamlı inkişaf konsepsiyasının əsas sahələrində, biri
olan ekoloji siyasət ətraf təbii mühitə olan siyasi münasibəti
əks edirir. Ekoloji siyasət anlayışı 80-ci illərin sonu və 90-cı
illərin əvvəlində işlədilməyə başlanmışdır. Cəmiyyətdə
ekoloji siyasət termininin yaranması dövlətin qarşıya qoy
duğu məqsəd və məsələlərin, yəni iqtisadi, sosial və ekoloji
problemlərin vahid sistem halında həll olunmasına yönəl
dilməlidir.
Ümumiyyətlə, siyasət (yun. politike - dövlətin ida
rəetmə bacarığı) - təşəkkül tapmış ictimai qaydaları cəmiy
yətdə qorumaq məqsədilə müxtəlif sosial qruplar, siniflər və
dövlətlər arasındakı münasibətləri tənzimləyən xüsusi
fəaliyyət formasıdır. Siyasət tarixən özünün əsas məqsədini
müəyyən hakimiyyətin reallaşdırılmasından ötrü əlverişli
şəraitin yaradılmasında görmüşdür.
Cəmiyyətin iqtisadi, sosial və ekoloji maraqlan son
nəticədə siyasi hərəkətlərin əsas səbəbi kimi çıxış edir. Lakin
siyasət də, öz növbəsində, iqtisadiyyatın, sosial və ekoloji
problemlərin inkişafına əks təsir göstərə bilir.
Yeni sivilizasiya dövründə, siyasət yalnız insanların so
sial, mədəni, iqtisadi tələblərini deyil, həm də ekoloji tə
ləblərini də nəzərə almalıdır. Əgər çirkli hava ilə nəfəs al
maq, suyu içmək, qidam yemək mümkün deyilsə, onda
bütün siyasi problemlər öz gücünü itirir.
332
Dünyanın artıq bir çox dövlətləri iqtisadi, sosial,
texniki layihələrin hazırlanmasında və həyata keçirilməsində
ekoloji məsələləri nəzərə alır.
Ekoloji siyasətdə ictimai həyatın demokratikləşdiril
məsi, soz azadlığı, ekoloji informasiyanın aşkarlığı, əhalinin
və sosial qrupların ekoloji problemlərin həllinə yönəldilməsi
xüsusi əhəmiyyət kəsb edir. Demokratikləşmə, cəmiyyətin
idarə edilməsində inzibati metodlardan imtina edilməsi,
təbiətdən istifadə və ətraf təbii mühitin vəziyyətinə dair
informasiya məhdudiyyətlərin qoyulmaması təbiətin mə
nimsənilməsinin, onun ehtiyatlarından səmərəli və kompleks
istifadə üçün real zəmin yaradır.
Geniş əhali kütləsi tərəfindən ekoloji problemlərin
dərk edilməsi, ekoloji biliklərin genişlənməsi və dərinləşməsi
cəmiyyətdə ekoloji hərəkatların, partiyaların və cəmiyyət
lərin yaranmasına səbəb olmuşdur. Bu da, öz növbəsində,
dövlətlərin siyasi fəaliyyətinə bu və ya digər dərəcədə təsir
göstərir.
Müasir dövrdə ekoloji hərəkatlar təşkilatı cəhətdən
formalaşaraq surətlə siyasətləşir. Buna misal olaraq dün
yanın bir çox ölkələrində fəaliyyət göstərən «Yaşıllar» par
tiyasım göstərmək olar. Artıq onlar dövlət idarələrində,
təşkilatlarında və parlamentlərində təmsil olunurlar.
Bir çox ölkələrdə milli təhlükəsizlik konsepsiyasına
ölkənin ekoloji təhlükəsizlik problemləri də daxil edilmişdir.
Beynəlxalq siyasətdə - ekoloji amil güclü rol oyna
mağa başlamışdır. Bu, dünya ictimaiyyətinin ekoloji prob
lemlərinin həm qlobal, həm də regional təzahürlərinin həl
lində əməkdaşlığının ziddiyyətlərindən irəli gəlir.
N.F.Reymersun (1994-ci) fikrincə ekoloji siyasət dörd
mərhələdən ibarətdir:
1.
Beynəlxalq səviyyədə - qlobal ekoloji problemləri
əhatə edir. Bura beynəlxalq hüquq, xarici siyasət, sosial-
iqtisadi inkişafın ekoloji məhdudiyyətləri, dünyanın təbii
333
Dostları ilə paylaş: |