maye formalı tullantılar üstünlük təşkil edir. Atmosfer hövzə
sinə atılan həmin qaz formalı tullantılar bir neçə saatdan sonra
daha kəskin mənfi nəticələr verən formalara keçir. Məsələn,
kükürd oksidləri havada olan su buxarı ilə reaksiyaya girərək
sulfıd və sulfat turşularına çevrilir ki, bu da turş yağışların
düşməsinə səbəb olur. Bunun da nəticəsində torpağın məhsul
darlığı azalır, metal tərkibli qurğular, maşın və avadanlıqlar
karroziyaya uğrayır, binalar, tarixi abidələr zədələnir, əhalinin
şəxsi təsərrüfatlarına böyük maddi zərər vurulur. Karbon qazı
nın atmosferdə çoxalması isə “istixana effekti” yaradır və yerdə
havanın orta temperaturunun artmasına gətirib çıxarır. Azot
oksidləri atmosferdə xlor və digər qazlarla zəncirvarı reaksi
yaya girərək, ozon təbəqəsini parçalayır. Havada olan toz, his,
qurum, aerozollar havanın şəffaflığım azaldır və şəhərlərdə du
manlı və tutqun havaların baş verməsinin sayını çoxaldır və
yerin albedosunu artırır.
Məlumdur ki, iri sənaye müəssisələri tikilən zaman eko
loji normativlərə əməl edilməlidir, ilk növbədə ətraf mühitə
zərər vuran sənaye sahələri tikilərkən hakim küləklərin isti
qamətləri nəzərə alınmalı, müəssisələr yaşayış massivlərindən
aralı tikilməli, sənaye müəssisələri ilə yaşayış sahələri arasında
sanitar-qoruyucu meşə-zolaqlan salınmalıdır. Lakin təəssüflə
qeyd edilməlidir ki, keçmiş SSRİ dövründə Azərbaycanda
sənaye müəssisələri tikilərkən yuxarıda qeyd edilən normaların
heç biri nəzərə alınmamışdır. Nəticədə ətraf mühitə atılan bütün
zərərli tullantılar birbaşa yaşayış sahələrinə təsir
etmiş və orada
yaşayan insanların sağlamlığı təhlükə altında olmuşdur.
Respublikanın hava hövzəsini mühafizə etmək üçün, ilk
növbədə mövcud çirkləndirici sənaye sahələrini yenidən qur
maq, müasir texnoloji qurğular, təmizləyicilər tətbiq etməklə,
atmosferə atılan çirkləndirici maddələrin ümumi miqdarının
azaldılmasına və zərərsizləşdirilməsinə nail olmaq, az tullantılı
və tullantısız istehsalat sahələri yaratmaq lazımdır. Çirkləndi-
rici müəssisələrdə daha hündür tullantı boruları tikmək,
352
müəssisələrin ətrafında qaz və tozların təsirinə davam gətirən,
havadakı toz, his və müxtəlif qazları tutub saxlaya bilən ağac
və kol bitkilərindən ibarət yaşıllıq-mühafizə zolaqları yaratmaq
atmosferi mühafizə tədbirləri siyahısına daxildir.
Respublikamızın ərazisi məhdud
su ehtiyatlarına malikdir.
Bunun başlıca səbəbi, ilk növbədə əlverişsiz təbii şəraitdir.
Ümumi ərazinin yarıya qədərinin düzənlik və yaylalardan
ibarət
olması, iqlim şəraiti, burada buxarlanmanm düşən yağıntıdan
çox olmasına səbəb olmuşdur. Nəzərə almaq lazımdır ki, bərpa
olunan su ehtiyatının yalnız 30%-i respublikanın daxili su axar
larının hesabına formalaşır və ilin quraq və sululuğundan asılı
olaraq 5,4-10,3 mlrd n r arasında dəyişilir. Respublika ərazi
sindən buxarlanan suyun həcmi isə 26,66 km3 təşkil edir ki, bu
da yerli su axınından 2,5-5,0 dəfəyə qədər yüksəkdir. Azərbay
canın su balansının 70%-dən çoxu qonşu dövlətlərin ərazisində
formalaşan çay axınları ilə əlaqədar olub 20,7-29,7 km3 ara
sında dəyişilir. Su ehtiyatlarının müəyyən hissəsi isə təbii göl
lərdə cəmlənmişdir.
Respublikamızda 2010-cu ildə təbii su mənbələrindən
götürülən suyun həcmi 11,6 mlrd m3 təşkil etmişdir. Hər
kvadrat kilometr ərazidə bir nəfərə düşən su ehtiyatlarının həc
minə görə Azərbaycan MDB ölkələrindən 1,8-2,0 dəfə, Gürcüs
tandan 7,0-8,0 dəfə, Ermənistandan isə 1,5-2,2 dəfə geri qalır.
Su ehtiyatlan respublikamızın fiziki-ooğrafı əraziləri
üzrə qeyri-bərabər paylanmışdır. Su ehtiyatları ilə yaxşı təmin
olunmuş ərazilərə Böyük Qafqazın şimal-şərq və cənub his
sələri, Lənkəran zonası, zəif təmin olunmuş ərazilərə isə Kür-
Araz ovalığı, Ceyrançöl-Acınohur, Abşeron-Qobustan və Nax
çıvan MR-nın ərazisi aid edilir. Respublikamızın su ehtiyatının
5,1 km3-i yeraltı suların payına düşür. Yeraltı suların 31%-i
Qusar maili düzənliyi, 18,5%-i Mil-Qarabağ zonası, 13,3%-i
isə Qanıx-Əyriçay vadisində toplanmışdır. Digər ərazilərimizdə
isə yeraltı sulann 22%-i cəmlənmişdir.
353