sində smoq hadisəsi baş verir. Smoqun əsasən 2 növü daha
tez-tez müşahidə olunur: adi smoq, fotokimyəvi smoq.
Adi smoqun yaranmasının əsas səbəbi yer səthindən
200-300 m hündürlükdə temperatur inversiyasınm mövcud
olmasıdır. (Temperatur inversiyası temperaturun yuxarıdan
aşağıya soyumasıdır)
İnversiya nəticəsində yer səthindən qızmış hava yuxarı
qalxa bilmədiyindən zəhərli qaz qarışıqlarından ibarət
xüsusi kütlə almır. Havanın nəmliyi çox olduqda isə smoq
duman şəklində yer səthinin üzərini örtür. Bu zaman smoq
canlı orqanizmlər, xüsusən insanlar üçün daha təhlükəlidir.
1952-ci ildə adi smoq hadisəsi Londonda baş vermişdir. Bu
zaman havada kükürd qazının miqdarı 10 dəfədən çox
artmışdır, nəticədə 2000-ə yaxın insan ölmüş, minlərlə insan
isə müxtəlif dərəcədə zəhərlənmişdir. Vadilərdə yerləşən sə
naye şəhərlərində temperatur inversiyası daha fəlakətli nəti
cələrə gətirib çıxara bilər. Məsələn, ABŞ-da hər tərəfdən tə
pəliklərlə əhatə olunmuş vadidə yerləşən Los-Anceles şəhəri
buna bariz misaldır. Bu şəhərdə ilin 200 günü smoq hadisəsi
müxtəlif konsentrasiyalarda müşahidə olunur. Adi smoq
qatı qeyri-şəffaf tüstü şəklində özünü göstərir. Tərkibində
müxtəlif qarışıqlar və su birləşmələri olur:
SO
2 + NO
3 + СО* + СпШп+х + • • •
Fotokimyəvi smoq isə avtomobilin tullantısı olan
işlənmiş qazların tərkibindəki N
2O (azot 2 oksidin) və СО
(dəm qazının) -nın günəş şüalarının təsiri ilə fotokimyəvi
reaksiyaya daxil olaraq çox aktiv zəhərləyici peroksia-
setilnitrat (PAN) və O
3 (ozon) qazının əmələ gəlməsidir.
N 20 +
CO —
P AN + 0 3
Bu smoq adi smoqdan şəffaflığı ilə fərqlənir. Ona görə
də bəzən adi hallarda fotokimyəvi smoqu müşahidə etmək
mümkün olmur. Burada
hv - günəş şüalarının enerjisidir.
84
Qaz qarışıqları ardıcıl reaksiyaya daxil olaraq daha zə
hərli birləşmələr əmələ gətirir. Reaksiyalar aşağıdakı şəkildə
gedir.
NO
2 + hv —►
N 0 + O
O + O
2 —►
O
3
O
3 + NO + hv —►
N O
2 + O
2
Bu reaksiyanın ən təhlükəli komponentləri O
3, NO,
NO
2 - dir.
Fotokimyəvi smoqun çox təhlükəli növlərindən biri
fosgen adlanır. Qaz qarışıqlarının tərkibində СО və CI
2 bir
ləşmələri olduqda günəş şüalarının təsirindən СОСЬ
(fosgen) almır, yəni
co + ci
—
»
СОСЬ (fosgen)
Fosgen canlı aləm üçün daha təhlükəli fəsadlar ya
radır. Smoq aşağıdakı əlamətlərə malikdir:
Fotokimyəvi duman pis qoxuya malik olub, insanların
gözləri, burnu və boğaz qişalarını xəstələndirir, boğulma,
ağciyər və bronxial astma xəstəliyini kəskinləşdirir.
Fotokimyəvi
duman bitkiləri zədələyir, əvvəlcə yarpaq
lar gümüşü və ya miss rəngini alır, sonra isə solur.
Fotokimyəvi dumanlar metalları korroziyaya uğradır,
rezin və sintetik rənglərin çatlamasına səbəb olur, paltarı
korlayır.
Səhər saatlarında havada çoxlu miqdarda işlənmiş
qazlar toplanır, günortaya yaxın adi smoq əmələ gəlir. Gü
nün ikinci yarsında istiliyin artması nəticəsində inversiya
zəifləyir, «Smoq» yuxarıya doğru qalxır. Hazırda dünyanın
bir sıra şəhərlərində - Nyu-York, Çikaqo, Boston, Tokio,
Milan və başqalarında fotokimyəvi duman əmələ gəlir. Bu
əsasən şəhərlərdə avtomobillərin həddən çox olması ilə bağ
lıdır.
Fotokimyəvi dumanın əmələ gəlməsinin qarşısını al
maq üçün atmosferin avtomobil nəqliyyatı tərəfindən çirk
lənməsinin qarşısını almaqdır.
85