Dərs vəsaiti Azərbaycan Respublikası təhsil nazirinin 03. 05. 2012-ci IL tarixli 746



Yüklə 112 Kb.
Pdf görüntüsü
səhifə34/96
tarix03.05.2018
ölçüsü112 Kb.
#41091
növüDərs
1   ...   30   31   32   33   34   35   36   37   ...   96

xaric  olur.  Təmizlənmiş  çirkab  suyun  dövri  və  təkrar  su  təc­
hizatı  sistemində  istifadə  edilməsi  ilə  əlaqədar  olaraq  demine- 
rallaşma daha böyük əhəmiyyət kəsb edir.
İon  mübadilə  üsulunda  ionitlər  vasitəsilə  çirkab  suları 
daxilindəki  ərimiş  çirkləndirici  maddələrin  anion  və  kationlan 
xaric  olunur.  Bu  üsulda  ifraz  olunan  maddələr  dağılmır  ,  bir 
yerə  yığılır.  Ona  görə  də  həmin  maddələrin  istifadəsi  asandır. 
İon mübadilə üsulu baha başa gələn üsuldur.
İçərisində  çoxlu zərərli  maddələr olduqda və  başqa üsul­
larla  həmin  maddələrin  təmizlənməsi  mümkün  olmadıqda  çir­
kab  sular yandırılır.  Yandırılma  iki  üsulla -  alovsuz  və  alovlu 
olmaqla  həyata  keçirilir.  Zəhərli  (toksik)  çirkab  sular  adətən 
alovsuz yandırılır.
Biokimyəvi  təmizləmə  üsulunun  əsasını  bəzi  mikroor- 
qanizmlər tərəfindən çirkab  suların tərkibindəki  kolloid  və  əri­
miş  üzvi  maddələri  öz  inkişafı  üçün  istifadə  etmə  qabiliyyəti 
təşkil edir.  Biokimyəvi təmizləmədən əvvəl çirkab sular birinci 
durulducuda mineral  və  əriməmiş  üzvi  maddələrdən azad  olur. 
Çirkab  suların  biokimyəvi  təmizlənməsi  həm  təbii  şəraitdə, 
həm  də  süni  şəraitdə  aparılır.Təbii  şəraitdə  çirkab  suların  tə­
mizlənməsi  suvarma  sahələri,  sızma  sahələri  və  bioloji  hovuz­
larda  aparılır.  Süni  şəraitdə  isə  çirkab  suların  təmizlənməsi 
aerotenklərdə və bioloji  süzgəclərdə yerinə yetirilir.
Çirkab  suların  biokimyəvi  təmizlənməsi  sızma  sahələrində 
aparıldıqda,  həmin ərazi  istifadədən  çıxır.  Burada yalnız  təmiz­
ləmə  aparılır  və  sızma  sahələri  üçün  sızma  qabiliyyəti  yaxşı 
olan torpaqlardan istifadə olur.  Ona görə də çirkab suların  bio­
kimyəvi  təmizlənməsi  üçün  sızma  sahələri  əvəzinə  suvarma 
sahələrindən istifadə olunur.
Suvarma sahələrində çirkab suların biokimyəvi  təmizlən­
məsi  bilavasitə  sahələrdə  aparılır,  bu  torpağın  məhsuldarlığını 
artırır.  Təcrübələr göstərir ki,  çirkab suların biokimyəvi  təmiz­
lənməsi  istifadə olunan suvarma sahələri yüksək məhsuldarlığa
134
malik olur, bunun səbəbi çirkab suların təmizlənməsinin yüksək 
olmasıdır.
Çirkab  suların  bilavasitə suvarma sahələrində biokimyə­
vi  təmizlənməsi su ehtiyatlarının kompleks istifadəsinə və mü­
hafizəsinə  əyani  misaldır.  Burada  çirkab  sular  təmizlənməklə 
bərabər  bilavasitə  kənd  təsərrüfatı  bitkilərinin  suvarılmasında 
istifadə  olunur  -  suya  qənaət  olunur.  Çirkab  sularm tərkibində 
qida  maddələri  çox  olduğundan  kənd  təsərrüfatı  istehsalının 
sürətlənməsini təmin edir və çirkab sular su hövzələrinə ötürül­
mür.  Biokimyəvi  təmizlənmədən sonra çirkab suların tərkibin­
dəki  xəstəlik törədən bakteriyalar 90-99%-ə qədər azalır, ancaq 
bununla bərabər bu  sular  su hövzələrinə  atılmadan öncə  zərər­
sizləşdirilir.  Zərərsizləşdirmə müxtəlif üsullarla həyata  keçirilə 
bilər.  Ən çox  yayılmış üsullara xlorlama,  elektroliz, ozonlama, 
ultrasəs, ultra bənövşəyi şüalarla emalı göstərmək olar.
Bunlardan  ən  çox  yayılmışı  sularm xlorlanmasıdır.  Xlor­
lama  xlor  qazı  və  ya  xlor  əhəngi  ilə  aparılır.  Əksər  hallarda 
zərərsizləşdirmə  üçün  xlor  qazından  istifadə  olunur.  Xlorlama 
xüsusi  qurğularda  həyata  keçirilir.  Əgər  qurğunun  sutkalıq 
məhsuldarlığı 
1 0 0 0  m3-ə  qədər olarsa  xlor əhəngindən  istifadə 
olunur.
İsti  sular  su  hövzələrinin  çirklənmə  mənbələrindən  biri­
dir. Bu termiki çirklənmə adlanır. İstilik və atom elektrik stansi­
yalarının  sürətli  inkişafı  təbii  suların  isti  sularla  çirklənməsini 
artırır.  Həmin  stansiyalarda  su  soyuducu  kimi  istifadə  olunur. 
Müasir dünyada istilik və atom stansiyalarında soyutma məqsə­
di  ilə çox  böyük  həcmdə  sudan  (saniyədə 
1 0 0 - 2 0 0 m3)  istifadə 
edilir.  Həmin  sular  soyuducu  kimi  istifadə  olunduqdan  sonra 
yenidən  su  hövzələrinə  qaytarılır.  Burada  suyun  temperaturu 
yüksək  olduğundan  hidrobioloji  və  hidrokimyəvi  proses  pozu­
lur,  buxarlanma  çoxalır,  suyun  minerallaşması  artır,  oksigeni 
isə  azalır,  orada  bitgi  və  heyvanat  aləminin  vəziyyəti  pisləşir. 
Bütün  bunların  qarşısım  almaq  üçün  müasir  elektrik  stansiya­
larında susoyuducu qurğulardan istifadə olunur.
135


Yuxarıda  göstərildiyi  kimi  su  hövzələrinin  çirklənmə­
sində  sənaye  çirkab  sularının rolu  çoxdur.  Buna gorə də həmin 
suların  su  hövzələrinə  ötürmədən  öncə,  təmizləyici  qurğular 
vasitəsi  ilə  təmizlənməsinin  böyük  əhəmiyyəti  vardır.  Belə  ki, 
belə  olan halda  su hövzələri çirklənmədən  mühafizə  olunur və 
təmizlənmiş sudan müəssisələrdə istifadə olunur.
Müasir  təmizləyici  qurğuların  tikintisinə,  müəssisənin 
ümumi  kapital  qoyuluşuna  xərclənən  vəsaitin  10-15%-i  bəzən 
də  30%-nə qədər vəsaiti  xərclənir.  Buna baxmayaraq alman tə­
miz  suların  müəssisədə  təkrar həm  istehsalat,  həm də  kommu­
nal  məişət  sistemində  istifadə  olunması  iqtisadi  cəhətdən 
səmərəli  və əlverişli  hesab olunur.  Bu  texnologiya ekosistemin 
ümumi  ekoloji  pozulmasının  qarşısım  almaqla  yanaşı,  təmiz 
sulara  yüksək  dərəcədə  qənaət  edilməsinə  şərait  yaradır.  Buna 
tullantısız istehsalat texnologiyası deyilir və ən qabaqcıl təkmil­
ləşmiş texnologiyalar ilə proseslər həyata keçirilir.  Hal-hazırda, 
ölkəmizdə  bir  çox  sənaye  müəssisələrində  sudan  tullantısız 
texnologiyadan  istifadəyə  keçmək  üçün  hazırlıq  işləri  görülür. 
Bakı  şəhərində  tikilməsi  nəzərdə  tutulan  neft  emalı  zavodla­
rında və  sumqayıtda  yaradılacaq  neft-kimya sənaye  məhsulları 
istehsalı müəssisələrində tətbiqi nəzərdə tutulur.
1970-ci  ildə  YUNESKO-nun təşəbbüsü  ilə təbiətin  və  tə­
bii  ehtiyatların mühafizəsi  Beynəlxalq İttifaqı yarandı  (MSOP). 
Onun  vəzifəsi  canlı  təbiətin  qorunması  üzrə  elmi  məsləhətlər, 
müasir təbiəti  mühafizə  ideyasının  yaranması və təbliğ edilmə­
sidir.
1991-ci  ilin  iyununda  Rio-de-Janeyroda  BMT-in  ətraf 
mühit  və  inkişaf üzrə  keçirilən  konfransında,  bizim  nəsil,  ola 
bilsin  gələcək  nəsil  üçün  əlamətdar  hadisə  hesab  olunur.  Bu 
konfransda  dövlət  başçıları  ilə  birlikdə  dünyanın  179  hökumət 
nümayədələrinin,  BMT-  idarələrinin,  beynəlxalq  təşkilatları  və 
bir  sıra  qeyri-hökumət  nümayəndələri  bir  yerə  toplandı.  Kon­
fransın nəticəsində Beynəlxalq sazişlər bağlandı.  Burada nəzər­
də  tutulan  prinsiplərdən  biri  də  hər  bir  ölkənin  öz  əhalisinin
136
yüksək keyfiyyətli  içməli  su ilə təmin etməsidir. Dünyanın bir 
çox  ölkələri  öz  əhalisini yüksək keyfiyyətli  su ilə təmin etmək 
üçün  külli  miqdarda  vəsait  xərcləyir.  ABŞ  kimi  böyük  bir 
dövlət  il  ərzində  ətraf  mühitin  mühafizəsi  üçün  ayrılan 
1 0 0 
mlrd,  dolların  48%-ni  əhalini  yüksək  keyfiyyətli  su  ilə  təmin 
etmək üçün xərcləyir.
Mütəxəssislər belə hesab edir ki, əgər dövlətlər tərəfindən 
ümumi  milli  məhsulun 
%-i  təbiəti  mühafizəyə  ayrılarsa 
təbiətin mühafizəsinin pisləşməsi dayanar, əgər bu məbləği 

olarsa ətraf mühitin vəziyyətinin stabilləşməsinə imkan yaranar, 
əgər  məbləğ  ümumi  milli  məhsulun  (ÜMM)  8-10%  qədər 
olarsa təbii  mühitin keyfiyyətini bərpa etmək  olar.  Hal-hazırda 
dövlətlər tərəfindən ayrılan vəsait heç ÜMM-in 1%-nə çatmır.
Dünya  ölkələrində  əhalinin  keyfiyyətli  su  ilə  təmin 
edilməsi aşağıdakı sxem üzrə həyata keçirilməlidir.
Şəkil 6.  Əhalinin içməli su ilə təchizatı
Su  hövzələrində,  suyu  çirkləndirən  maddələrin  tərkibini 
müəyyən  etmək  üçün  hövzələrin  müxtəlif  yerlərindən  sudan 
nümumələr  götürülür  və  kimyəvi  analiz  edilir.  Həmin  analiz 
nəticəsində  suyun  keyfiyyətini  təyin  edən  əsas  parametrlər 
müəyyənləşdirilir.
Suyun keyfiyyətinin əsas göstəriciləri aşağıdakılardır:
)  temperaturu;
)  orqanoleptik xassələri (iyi, dadı, rəngi, şəffaflığı);
Suyun  orqanoleptik  xassələri  balla  qiymətləndirilir.  Suda
əmələ gələn iyin şiddətliliyinə görə altı bal (0-5) müəyyən edil­
mişdir.  Sıfır balda  sudan heç bir  iy  gəlmir, beş  balda isə sudan 
elə  güclü  iy  gəlir  ki,  onu  içmək  mümkün  olmur,  bir,  iki,  üç,
137


Yüklə 112 Kb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   96




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə