Dərs vəsaiti Azərbaycan Respublikası Təhsil Nazirinin 18. 01. 2013-cü IL tarixli 54 saylı əmri ilə təsdiq edilmiş­dir. Bakı-2013



Yüklə 1,04 Mb.
səhifə1/13
tarix20.09.2017
ölçüsü1,04 Mb.
növüDərs
  1   2   3   4   5   6   7   8   9   ...   13

İ.M.ABBASOV, R.F.SADIQOV

M E N E C M E N T
(Dərs vəsaiti)
Dərs vəsaiti Azərbaycan Respublikası Təhsil Nazirinin 18.01.2013-cü il tarixli 54 saylı əmri ilə təsdiq edilmiş­dir.

Bakı-2013

Dərs vəsaiti Bakı Biznes Univer­site­tinin 20 illik yubileyinə bir töh­fədir.

Elmi redaktor: İqtisad elmləri namizədi, dos. Z.M.Mə­m­mə­do­­va

Redaktor: İqtisad elmləri namizədi, M. K. Məcidov

Rəyçilər: 1. i.e.n., dos. V.Ə.Kazımov

2. f.e.n., dos. K.Ş.Eyyubov

3. i.e.n., dos. Ə.İ.Əliyev

4. i.e.n., dos. O.A.Yusupova

Menecment” (dərs vəsaiti) – Bakı Biznes Universitetinin nəşri, 2013. səh. 205.


Məzmunu açıqlamaq məqsədilə on bir fəslə və onun hər biri müəy­yən paraqraflara bölünmüşdür.

Dərs vəsaitində menecmentin mahiyyəti açıqlanmış, idarəetmənin tarixi və məktəblər haqqında məlumatlar verilmiş, menecerlərin funk­si­ya­la­rından bəhs edilmişdir. Kitabda idarəetməyə elmi cəhətdən yanaşılmış, müəs­si­sə­lə­rin təşkilati quruluşu, idarəetmə üsulu və üslubu, menecmentin prinsipləri, təsərrüfat subyektlərinin təşkilati – hüquqi formaları və onların ida­rə olunması haqqında məlumatlar verilir. Menecmentə elmi yanaşma ida­rəetmə fəaliyyətinə, idarəetmə prosesinə, onun funksiya, metod və prin­sip­lərinə elmi-nəzəri baxışların məcmusu kimi başa düşülür.


© İ.M.Abbasov, R.F.Sadıqov

© Bakı Biznes Universiteti 2013
GİRİŞ
Bazar münasibətləri şəraitində mikroiqtisadi sfe­rada qarşıda duran ən mühüm vəzifələrdən biri də müəssisələr (təşkilatlar, birliklər) səviyyəsində menec­mentin nəzəri və me­todoloji problemlərini araşdırmaq və həll etməkdir. Ha­­­zırkı dövrdə kiçik və orta sahibkarlığın inkişafına döv­lət dəstəyi sayəsində respublikamızda yeni-yeni tə­sər­rüfat sa­­hə­ləri yaranmaqdadır. Lakin sahibkarlıq sa­hə­sində nəzəri bilik­lə­rə malik olmayan sahib­kar­lar və biznesmenlər təsər­rü­­fat­­­­la­rını idarə etmək bacarıq­larına malik olmurlar. Ali təh­­­sil müəs­sisələrində menec­ment, biznesin idarə edil­mə­si, mar­ke­­tinq, səna­yenin təş­kili və idarə olunması ix­ti­sas­la­­rı üzrə kadr hazırlığı bu sahədə kadr prob­lem­lə­ri­nin ara­dan qal­dı­rıl­­masın­da bö­yük əhəmiyyət kəsb edir. Bu nöq­te­yi nə­zər­dən, menec­ment dərs vəsaiti yeni yaranan və fəa­liy­yətdə olan möv­cud sahibkarlıq sahələrinin təşkili və ida­­rə edil­məsinə dair nəzəri biliklər toplusunu özündə əks et­­dirir.

“Menecment” fənni üzrə dərs vəsaiti Azərbaycan Res­­­­­pub­likası Təhsil Nazirliyinin mövcud dövlət stan­dart­­la­rına, baka­lavr hazırlığının məzmununa və sə­viy­yə­si­nə qo­yulan tələblərə uyğun tərtib edilmişdir. Menec­­ment fən­lərarası elmi biliklər sahəsi kimi başa düşü­lür. Çünki elə bir sahə yoxdur ki, orada idarə­et­məyə ehtiyac olmasın. Məsələn maliyyə iqtisadiy­yatın bir sahəsidir və onun me­necmenti də vardır. Həm­çinin isteh­sal, mar­ke­tinq, in­no­vasiya, kommersiya, infor­ma­siya və s.

Menecment xalq təsərrüfatının, onun ayrı-ayrı sahə­­lə­­rinin idarə edilməsinin əsasını təşkil edir. Menec­ment çox mə­suliyyətli bir fəaliyyətdir. Bu məqsədlə, idarə­et­mə­nin tə­si­r­li və məqsədyönlü olması üçün idarə edən şəxs­lə­rin bi­lik və bacarıqlara malik olması vacib­dir.

Dərs vəsaitində menecmentin mahiyyəti açıq­lan­mış, ida­rə­etmənin tarixi və məktəbləri haqqında məlumatlar ve­ril­­­miş, menecerlərin funksiyalarından bəhs edilmişdir. Ki­tab­­da idarəetməyə elmi cəhətdən yana­şıl­mış, müəssisə­lə­­rin təşkilati-quruluşu, idarəetmə üsulu və üslubu, me­nec­­­men­tin prinsipləri, təsərrüfat subyekt­lərinin təşkilati–hü­qu­­qi formaları və onların idarə olunması haqqında mə­lu­­mat­­lar verilir. Menecmentə elmi yanaş­ma idarəetmə fəa­liy­­­­­yə­tinə, idarəetmə prosesinə, onun funksiya, metod və prin­­­­sip­lərinə elmi-nəzəri baxış­ların məcmusu kimi başa dü­­­şülür.

Dərs vəsaitində menecmentin alt sistemləri elmi cə­hət­­dən şərh olunmuş, idarəetmə prosesinin həyata ke­çiril­­mə­si texnologiyası izah edilmiş, bu zaman tələb olu­nan idarə­etmə vasitələri və alətlərinin təsviri verilmişdir.

FƏSİL I. MENECMENTİN MAHİYYƏTİ VƏ METODOLOJİ ƏSASLARI
1.1. Menecmentin mahiyyəti
“Menecment” sözü ingilis dilindən götürülüb, mə­na­sı idarə­etmə, təşkiletmə deməkdir. Bazar müna­sibət­lərinə ke­­çid şəraitinin qarşısında duran ən mühüm vəzi­fələrdən biri də müəssisələr (təşkilatlar, birliklər) sə­viy­yəsində me­nec­­men­tin nəzəri və metodo­loji prob­lem­lə­rini araş­dır­maq və həll etməkdir.

Menecment sözünü ilk dəfə amerikan biznesmeni Q.Taun 1886-cı ildə mühəndis-mexaniklərin iclasların­dan bi­­rin­də işlətmiş, bundan sonra bu söz bir məfhum kimi lek­­­sikon­da istifadə olunmuşdur.

Menecmentin predmetini idarəetmə münasibətləri təş­­kil edir. Menecmentin obyekti bazar münasibətləri şə­ra­i­tin­də istehsal, ticarət, xidmət, nəqliyyat, tikinti və s. fə­aliy­­­yət sahələri ilə məşğul olan müəssisə və təşkilat­lar­dır. Menec­mentin subyektləri dedikdə isə, idarə edən və idarə olu­nan sistemlər başa düşülür.

Menecment fənlərarası elmi biliklər sahəsi kimi də ba­şa düşülür. Çünki elə bir sahə yoxdur ki, orada idarə­et­mə­­yə ehtiyac olmasın. Məsələn maliyyə iqtisadiyyatın bir sahə­sidir və onun menecmenti də vardır. Həmçinin is­teh­sal, mar­ketinq, innovasiya, kommersiya, informa­siya və s.

Menecment bazar münasibətləri şəraitində idarə­etmə nə­zə­riyyəsi hesab edilir. Menecment və idarəetmə an­la­yış­­­ları bir-birinə tam eyni olmayan sinonim kimi çıxış edir. İdarə­etmə insanların fəaliyyətini istiqamət­lən­dir­mək­lə və on­ların davranışlarının əsaslarını yaratmaqla məq­sədə nail olmaq bacarığıdır. İdarəetmə anlayışı insan fəa­liy­­yətinin bü­­tün sahələrinə aid edilə bilər. Bax­ma­ya­raq ki, me­nec­ment idarə­etmə mənasında işlədilir, bütün ida­rə edən şəxs­lər me­ne­cer­lər hesab edilmirlər. Məsələn hər han­­sı bir na­zir idarə edən şəxsdir, lakin menecer he­sab edilmir. Ailə baş­­çısı ai­lə­ni idarə edir, amma menecer sa­yıl­­­mır. İda­rə­et­mə­­nin for­ma­la­rına nəzər salsaq, biz bunu açıq aydın gö­rə­rik. İdarəetmənin formaları aşağı­dakı­lar­dır:

1.Canlı aləmin idarə edilməsi.

2.Cansız aləmin idarə edilməsi.

Canlı aləmin idarə edilməsi sosial idarəetmədən və bioloji aləmin idarə edilməsindən ibarətdir.

Sosial idarəetmə öz növbəsində aşağıdakı kimi təs­nif­ləşdirilir:


  1. Cəmiyyətin idarə edilməsi.

  2. Müəssisə və təşkilatlarda çalışan kollektivin ida­rə­­edil­məsi.

  3. Sosial qrupların idarə edilməsi.

  4. Özünü idarəetmə.

Menecment anlayışı yalnız bazar mühiti şəraitində fəa­liy­yət göstərən müəssisələrdə sosial-iqtisadi proses­lərin, maliyyə–təsərrüfat sahələrinin idarə olunma­sını əks etdirir. Menec­ment məfhumunun məzmununu araş­dı­rar­­kən aydın olur ki, o sərbəst peşəkar fəaliyyət növü olub, təkcə sənaye firma­larının elmi–tədqiqat, layihə–kons­­­truk­tor işləri ilə de­yil, həmçinin istehsal, texnoloji, təş­kilati, maliyyə, satış sa­hə­lərini, həm də bank, sığorta təş­kilatları, turizm agent­liyi, mehmanxana, nəqliyyat kom­paniyaları, ümumiy­yət­lə, bazara sərbəst daxil olan iq­ti­s­adi subyekt kimi bütün təsər­rüfat vahidlərini əhatə edir.

Menecment daha az maddi, əmək və maliyyə ehti­yat­­­ların­dan istifadə edərək səmərəliliyi yüksəltmək və mən­­fəəti artır­maq məqsədi ilə həyata keçirilən idarəetmə fəal­iy­­yəti ilə əlaqədar peşədir. Bu peşə idarəetmə fəaliy­yəti ilə bağlı bütün funksiyaların, metodların, prinsip­lərin, strate­gi­yaların və formaların məcmusudur. Başqa söz­lə, me­nec­ment bazar və bazar münasibətləri şərai­tin­də idarə­et­mə deməkdir ki, o;

- qarşıya qoyulan məqsədə nail olmaq üçün işçi­ləri, onların imkanlarını səfərbər etmiş olsun;

- tam təsərrüfat sərbəstliyi şəraitində keyfiyyətli məh­­­­sul istehsalını təmin etsin;

- firmanı tələb və təklifə uyğunlaşan bazara və məh­sul buraxı­lışına elə yönəltməlidir ki, nəticədə yüksək mən­­­fəət əl­də etmiş olsun;

Menecment insanları və onların potensialını məq­səd­­yön­­­lü formada səfərbər etməklə qarşıya qoyulan məq­sə­də nail olunmasından ibarətdir. Deməli, menec­ment sahib­­kar­­lıq fəaliyyəti ilə məşğul olan təsərrüfat sub­yekt­lə­rin­də iş­çi­­lərin əməyini istiqamət­ləndirməklə və onların dav­ra­nış­la­­r­ının əsas­larını yaratmaqla məqsədə nail olmaq ba­ca­rı­ğı­dır.

İdarəetmə özü bir sistemdir. Bu sistem üç səviy­yə­dən ibarətdir:


  1. Ali səviyyə.

  2. Orta səviyyə.

  3. Aşağı səviyyə.

Hər üç səviyyədə idarəetmə fəaliyyəti menec­ment­dir. Lakin təcrübədə, əsasən idarəetmənin orta səviy­yə­sin­də çalı­şan şəxslər menecerlər hesab edilirlər. Yəni müəs­si­sə­nin direk­torlarını, prezidentlərini, sədr­lə­ri­ni­ de­yil, şö­bə müdir­lərini, funksional icraçıları, hər hansı bir təş­ki­la­ti struk­tur vahid­lərində çalışan mütəxəssisləri və ya mə­sul şəxs­­­­ləri menecerlər he­sab edirlər.

İdarəetmə çox məsuliyyətli bir fəaliyyətdir. İdarə­et­mə­­­nin təsirli və məqsədəuyğun olması üçün idarə edən şəxs­­­lə­rin bilik və bacarıqlara malik olması vacibdir.

İdarəetmənin məqsədi idarəetmə obyektinin gələcək­də arzu olunan vəziyyətə gətirilməsidir. İdarə­et­mə məq­səd­­yön­lü fəaliyyət olduğundan fəaliyyət ali (baş) məq­sə­din qoyu­lu­şu ilə başlayır. Ali məqsədə nail olmaq üçün isə alt məqsəd­lər müəyyən olunur. Məsələn isteh­sal fəa­liyyəti ilə məşğul ol­maq­la gəlir əldə etmək üçün (bu ali məq­səd hesab edilir) alt məqsədlərə aşağı­dakıları aid etmək olar:


  • maliyyə vəsaitlərinə malik olmaq;

  • əsas və yardımçı sahələrdən ibarət bina və ya ob­yekt­­ləri inşa etmək və ya icarəyə götürmək;

  • avadanlıqları və texnologiyanı cəlb etmək;

  • personalı cəlb etmək;

  • fəaliyyətə başlamaq.

Menecment idarəçilik fəaliyyəti sistemi kimi idarə­et­mə prosesini, fəaliyyətin təşkilini, icraçılar arasında funk­si­yaların və məsuliyyətin bölüşdürülməsini, resurs­la­rın (ma­terial, texnika–texnologiya, kapital, informasiya, əmək re­surs­ları) səmərəli seçimini və istifadəsini, çox­variantlı qə­­rar­ların qəbul edilməsini, iş stilinin müəyyən edil­məsini və bü­tün bunlar üçün xüsusi idarəetmə struk­tu­runun möv­cud­lu­ğunu nəzərdə tutur.

Menecment–idarəetmənin sosial-iqtisadi mexaniz­mi­nin üsul, prinsip və funksiyalarını tətbiq etməklə, mate­rial, əmək və maliyyə ehtiyatlarından səmərəli istifadə etməklə qar­­şı­ya qoyulan məqsədə nail olmaq üçün həyata keçirilən pe­­şə­kar idarəetmə fəaliyyəti növü­dür. Deməli, me­nec­ment–bazar iqtisadiyyatı və rəqabət şə­rai­tində ida­rə­­­et­mə­dir.


1.2. Menecerlər və onların vəzifələri
Menecment idarəetmədirsə, menecer idarə edən şəxs­­­dir. İdarə edicilər idarəetmə səviyyələrindən fərqli ola­­r­aq idarəetmə funksiyalarının yerinə yetirilməsindəki ro­­­lunun xüsusi çəkisinə görə fərqlənirlər.

Planlaşdırma Təşkiletmə İcra Marketinq Nə­za­rət


Ali səviyyə




Orta səviyyə




Aşağı səviyyə



Cədvəldən göründüyü kimi ali səviyyəli rəhbərlərin plan­laşdırmada və nəzarətdə rolu daha yüksəkdir. Lakin ic­­ra­­çılıqda isə yük daha çox orta və aşağı səviyyənin üzə­rinə düşür.

Menecerlər üçün aşağıdakı keyfiyyətlər xarak­te­rik­dir:


  1. Fiziki keyfiyyətlər.

  2. Mənəvi keyfiyyətlər.

Fiziki keyfiyyətlər menecerin fiziki imkanları və on­la­rın tətbiqi ilə əlaqədardır. Fiziki imkanlar dedikdə, me­­ne­­cerin güclü, çevik və sağlam olması, onların fiziki dav­­­ra­­nışları başa düşülür.

Mənəvi keyfiyyət aşağıdakılardan ibarətdir:



  • xarakterik keyfiyyət;

  • intellektual keyfiyyət;

  • bacarıq keyfiyyətləri.

Xarakterik keyfiyyət menecerin xarakteri və tərbi­yə­si ilə əlaqədardır.

İntellektual keyfiyyətlərə isə menecerin təhsili, ix­ti­sası, dünya gö­­rüşü, mədəniyyət səviyyəsi, ağlı, təfəkkürü, təxəyyülü aid­­dir.

Bacarıq keyfiyyətləri isə aşağıdakılardan ibarətdir:


  • istehsalı planlaşdırmaq və proqnozlar vermək;

  • qərar qəbul etmək;

  • istehsalı təşkil etmək;

  • marketinq tədqiqatlarını aparmaq;

  • ünsiyyət qurmağı bacarmaq, danışıqlar aparmaq;

  • münaqişələri aradan qaldırmaq;

  • riskləri, böhranlı vəziyyətləri idarə etmək;

  • məhsulun satışını həyata keçirmək.

İdarəetmə keyfiyyətləri əsasən bacarıq keyfiy­yət­lə­ri­nə aiddir.

Praktikada menecerlər müəssisədə çalışan aşağıdakı vəzifəli şəxslər hesab edilirlər:



  1. Firmanın və onun ayrı-ayrı struktur vahidlərinin və ya şöbələrin, bölmələrin rəhbərləri.

  2. Ayrı-ayrı sahələrin funksional icraçıları. (Maliyyə me­neceri, satış meneceri, reklam meneceri, təchizat mene­ce­ri və s.).

  3. Nəzarətçilər və s.

Menecerlər hansı sahədə çalışmalarından asılı olma­­ya­raq beş baza vəzifələri həyata keçirirlər:

  1. Onlar məqsədləri müəyyənləşdirirlər. Məqsədlər nə­ti­cəyə yönəlir və menecerlər tərəfindən onlara nail ol­maq yolları müəyyən edilir. Bunun üçün qərarlar qəbul edi­­­lib icraçılara çatdırılır.

  2. Menecerlər informasiyalar əldə edir və idarə­et­mə­də on­lar­dan istifadə edirlər.

  3. Menecerlər qərarlar qəbul edirlər.

  4. Menecerlər təşkilatçıdırlar. Təşkiletməni idarə­et­mə fəaliy­yətindən ayrılıqda təsəvvür etmək olmaz. Təş­kil­et­mə özü də idarəçilik funksiyasıdır. Çünki təş­ki­lat­çı­lıq fəa­liyyəti de­dikdə, bütün əmək və maddi-texniki re­surs­ların səfərbər edil­məsi, onların istifadə olunması və­ziy­yətinə gətirilməsi ba­şa düşülür. Bu isə yüksək ida­rə­etmə məharəti və nəzəri-təc­rübi biliklər tələb edir.

  5. Menecer motivasiya və kommunikasiyanı təmin edir. O, bunları kadr məsələləri, əmək haqqı, müka­fat­lan­dır­­ma sahəsində qərarlar vasitəsi ilə həyata keçirir və bu za­man tabeliyində olanlar, icraçılar və həmkarları ilə daim əla­qə saxlayır.


1.3. İdarəetmənin tarixi
Hər bir elm kimi menecment də tarixi inkişaf yolu keç­­mişdir. Bu tarixi inkişaf yolunda menecment an­la­yı­şı­nı ifa­də edən məfhumlara diqqət yetirək:

  • Antik dövrdə “menecment” sözü işlənməsə də, yu­­­­nanca “adamları idarəetmə məharəti” qəribə də olsa, mü­a­­­sir mənaya zidd olan “demoqoq” sözü ilə ifadə olu­nur­­­­­du.

  • Sonra isə menecment despotiya və despotizm mə­­na­sın­da işlənmişdir.

  • Pedaqoqikada təlimləndirmə, tərbiyələndirmə, təş­kil­­et­mə məharəti mənasında işlənmişdir.

  • Alman tarixçisi İ.Şaydın dediyi kimi, “menec­ment” sözü italyanca “atların idarə edilməsini bacarmaq” ki­mi başa düşülür.

  • İngiliscə isə ağıllı hərəkət etmə, uğurları tutma mə­­na­­­sın­­da işlənmişdir. Sonralar isə bu məfhum insanların ida­rə edilməsi mənasında işlənmişdir.

İdarəetmə fərdi təsərrüfat sahələrinin idarə edilmə­sin­dən tutmuş sənaye sahələrinin idarə edilməsinədək olan uz­un bir dövrü keçmişdir. Başqa sözlə desək idarəetmənin inki­­şaf yolu aşağıdakı ardıcıllıqla getmişdir:

  • mülkiyyət sahibi həm işçi olmuşdur;

  • mülkiyyət sahibi həm də menecer olmuşdur;

  • mülkiyyət sahibi təsərrüfatı idarə etmək üçün muzd­­lu menecerlər dəvət etmişdir;

- müəssisədə ayrı-ayrı menecment formaları yaran­mış­dır (marketinq, maliyyə, istehsal, satış və s.).

İdarəetmənin tarixini dörd dövrə bölmək olar:



1.Qədim və orta əsrlər dövrü. İdarəetmənin tarixi qə­­­dim­­dir. Ibtidai icma quruluşunda tayfalar və qəbilələr rəh­­­bər­lər tərəfindən idarə olunurdu. Misir ehramlarının, Ba­­­­bilis­­tanın asma bağlarının, Çin səddinin inşaası onu gös­­­tərir ki, həmin dövrdə idarəetmə mövcud olmuşdur. Əks halda, hə­min tikinti abidələri və nümunələri inşa olu­na bilməzdi. La­kin onu da qeyd etmək lazımdır ki, qədim dövrdə ida­rə­et­mə çox primitiv qaydada həyata keçi­rilirdi.

İctimai formasiyalar bir-birini əvəz etdikcə, idarə­et­mə də müəyyən qədər təkmilləşirdi. Məsələn quldarlıq döv­rün­də, daha sonra feodalizm dövründə təsərrüfat sahə­lə­ri­nin inki­şafı idarə­etmənin nis­bətən təkmil­ləşməsinə sə­bəb olurdu. Bu nöqteyi nəzərdən, orta əsrlər dövründə ida­rə­etmə nis­bə­tən inkişaf etməyə başladı. Ticarət mü­na­si­bət­lərinin in­ki­şa­fı, torpaqların ayrı-ayrı adamların əlində cəmləşməsi, yeni tə­sərrüfat sahə­lərinin yaranması və inki­şa­fı idarəetmə əmə­yinin təkmilləşməsini tələb edirdi.



2. Sənayeləşmə dövrü. Sənayeləşmə dövrü sənaye sahə­­l­ərinin yaranması, xırda müəssisələrin iri mü­əs­si­sə­lər­də tə­mər­­küzləşməsi, kiçik əmək kollektivlərinin böyük he­yət­lərdə bir­ləşməsi ilə əlaqədar idi. Bu dövr XVIII əsrin axır­­larından XIX əsrin axırlarınadək olan dövrü əha­tə edir­­di. Sə­­na­ye­ləş­mə dövründə idarəetmə sahəsində ye­ni prin­­­sip­lər və me­tod­lara ehtiyac yaranırdı. Bu cür prin­sip və me­tod­l­ar mürəkkəb ida­rəetmə formalarını asan­laş­dırmaq məq­­­sədini güdürdü. Ya­ranan sənaye sahə­ləri ar­tıq köhnə idarəetmə tex­no­lo­gi­ya­sı ilə idarə oluna bil­mir­di.

Sənayeləşmə dövründə idarəetmə fəaliyyəti özünün inkişafının yeni mərhələsinə qədəm qoyurdu. İri zavod və fabriklərin rəhbərləri idarəetmə təcrübəsinə sahib ol­maq­la fəaliyyətə yeniliklər gətirirdilər. Belə ki, rəhbərlər ida­rə­et­mə­ni asanlaşdırmaq üçün idarəetmə strukturunu ge­niş­­lən­di­rir, aşağı rəhbərlərin nəzarət fəaliyyətindən yararlan­ma­ğa ça­lışırdılar.



3. Sistemləşmə dövrü. Bu dövr elmi idarəetmə döv­rü­nün yaranması ilə əlaqədar olmuşdur. Sistemləşmə döv­rün­də idarəetmə bir elm kim sistemləşdi və onun funk­si­ya­ları, me­todları, prinsipləri tədqiq olunmağa başladı. İdarə­et­mə­yə elmi ya­naş­ma ilk dəfə 1911-ci ildə Fredrik Tey­lor tərəfindən həyata ke­çirilmişdir. F.Teylor “İdarə­etmə­nin prin­sipləri” kitabını yaz­mış və həmin vaxtdan idarə­et­mə bir elm kimi tanınmış­dır.

4. Müasir dövr. İdarəetmənin elmi məktəblərinin müasir dövründə bu haqda ətraflı məlumat verilir.
1.4. İdarəetmənin elmi məktəbləri
İdarəetmənin bir elm kimi formalaşıb inkişaf etmə­sin­də idarəetmə məktəblərinin böyük rolu olmuşdur. İda­rə­etmə mək­təbləri bu sahədə nəzəri biliklərin formalaş­masında, el­mi məqalələrin və əsərlərin yazılmasında, elmi təklif və töv­si­yə­lərin veril­mə­sində xüsusi rol oynamışdır. Aşağı­dakı ida­rə­etmə mək­təb­lərinin yaranıb, müəyyən tari­xi dövrləri keç­məsi idarə­etmə­nin tarixində əlamətdar hadi­sə kimi qiy­mətləndirilir:

  1. Elmi idarəetmə məktəbi ( 1886–1920).

  2. Klassik idarəetmə məktəbi ( 1920 – 1950).

  3. İnsani münasibətlər məktəbi ( 1930 – 1950).

  4. Müasir idarəetmə məktəbi (1950 – indiyədək).

Elmi idarəetmə məktəbi idarəetmə elminin yara­dı­cı­sı hesab edilir. Onun nümayəndələrindən Fredrik Uilson Tey­lor, Henri Hant, Frenk Gilbert, Lillian Gilbert və baş­qa­larını gös­tərmək olar. Elmi idarəetmə məktəbi elmin əsa­s­ını qoy­maq­la idarəetməyə dair yeni nəzəriy­yələr, elmi fi­kirlər və tək­liflər irəli sürmüşlər:

  1. İdarəetmə əməyi fiziki əməkdən ayrılmalıdır.

  2. Əmək fəaliyyətində iş və vaxt normalarını tətbiq et­­mək.

  3. Təşkilatlarda işçiyə artıq iş üçün mükafat vermək.

  4. Əl əməyi yüngülləşdirilməli, bundan ötrü yeni tex­­­no­loji proseslər tətbiq olunmalıdır.

Bundan başqa elmi idarəetmə məktəbi işdə həvəs­lən­­­dir­mə sisteminin yaradılması fikrini də irəli sürmüşdür ki, bu da istehsalın inkişafına və artım tempinə təsir amili ki­mi dəyər­ləndirilmişdir. Bu cür təkliflərin və nəzə­riy­yə­nin ya­ran­ması idarəetmənin elmi-nəzəri əsasını təş­­kil edir­di.

Klassik idarəetmə məktəbinin nümayəndələri ilk dəfə ola­raq idarəetmə elmini sistemləşdirmiş, onun funk­si­­ya­la­rı­nı, prinsip və metodlarını tədqiq etmişdirlər. Onlar sü­but et­miş­lər ki, idarəetmə fəaliyyəti idarəetmənin hə­ya­ta ke­çi­ril­mə­sindən irəli gələn funksiyaların məc­mu­sun­dan iba­rət olub, müvafiq prinsiplərə əsas­la­na­raq müəyyən üsul­­­lar və me­xanizmlər əsasında hə­yata ke­çi­rilir. Anri Fa­yol “İnzibati ida­rəetmə nə­zə­riy­yə­si­”nin yaradıcısıdır. O, ida­­rəetməni me­necerin dün­ya­gö­rü­şü kimi qiymət­lən­di­rə­rək, ida­rə­et­mə­nin əsas funk­sil­ya­la­rı­nı irəli sürmüşdür. Hə­min fun­ksi­yal­ar aşağı­da­kılardır:

  • planlaşdırma;

  • təşkiletmə;

  • motivləşdirmə;

  • marketinq;

  • nəzarət;

Onlar idarəetmənin 3 üsulunu təklif edirdilər:

  • iqtisadi üsul;

  • inzibati üsul;

  • sosial-psixoloji üsul.

Klassik idarəetmə məktəbinin təklif etdiyi rəhbərlik üslubları isə aşağıdakılardır:

  • avtokrat üslub;

  • liberal üslub;

  • demokratik üslub.

Anri Fayoldan fərqli olaraq Max Veber isə “Bürok­ra­tik idarəetmə nəzəriyyəsinin” yaradıcısıdır. O, bürok­ra­tik ida­rə­etməyə qaydalar, təşkilati struktur, əmək bölgüsü, kar­ye­ra vəzifəsi kimi baxmışdır. Bununla bərabər, büro­k­ra­tik ida­rəetmənin mənfi cəhətlərini də qeyd etmişdir ki, bunlar - sərt qaydalar və ləng qərarvermədir.

İnsani münasibətlər məktəbi hər bir işçiyə fərdi qay­­­da­da yanaşmanı tələb edir. Onlar qeyd edirdilər ki, əmək pro­sesində işçilərin fərdi xüsusiyyətləri, tələbat ba­ca­­­rığı, qa­bi­liyyəti, səriştəsi, psixologiyası ayrı-ayrılıqda nə­zərə alın­­ma­lıdır.

Bu məktəb idarəetmənin və fəaliyyətin səmərə­li­li­yi­nin ar­tırılması məqsədilə, maddi və mənəvi həvəslən­dir­məni, ida­rəetmədə insan amilini, iş şəraitini, ictimai mü­nasibətləri nə­zərə almağı zəruri hesab edirdi.

İnsani münasibətlər məktəbinin nümayəndələrindən Meri Follet, Elton Mayo, Abraham Maslou və başqalarını mi­sal göstərmək olar. Meri Follet menecmenti “digərlə­rinin kö­məyi ilə işlərin yerinə yetirilməsinin təmin olun­ması” ki­mi hesab edirdi. Elton Mayo və Abraham Maslou belə he­sab edirdilər ki, əmək məhsuldarlığının artırıl­ma­sına nail ol­maq üçün təkcə maddi maraq amili şərt de­yil­dir. Bu zaman iş­çilərin arasındakı münasibətlərin düzgün qu­­­rul­ması və idarə olunması, məsələn işçilərlə məs­lə­hət­ləş­­mələr aparmaq, kol­lek­tivdə xoş ünsiyyət yaratmaq, on­la­rın ehtiyacları, prob­lem­ləri ilə maraqlanmaq vacibdir.

İnsani münasibətlər məktəbinin nümayəndələri aş­ağı­da­kı məsələləri tədqiq etmişlər:



  1. Fərdi davranış.

  2. Qrupların meydana gəlməsi.

  3. Qrup davranışı.

  4. İnsanlararası münasibət.

  5. Motivasiya.

  6. Liderlik.

Müasir idarəetmə məktəbi idarəetmə məktəbləri ara­­sın­da ən mütərəqqi səciyyə daşıyır. Bu məktəb idarə­et­mədə riyazi- iqtisadi modellər və üsulların tətbiqini nə­zər­­də tutur. Müasir idarəetmə məktəbi yeni texno­lo­gi­ya­ların ida­rə­et­mə­yə gətirilməsinə üstünlük verir. Məsə­lən yeni ra-bi­tə tex­no­lo­giyalarının köməyi ilə informasiyaların ötü­rül­mə­si, kom­pü­ter texnologiyası vasitəsiləriyazi he­sab­la­ma­ların aparılması, məlu­mat­la­rın uçota alınması, sax­la­nıl­ma­sı, işlənməsi və ötürül­məsi, tex­niki vasitələrlə ha­di­sələrin gedişatını izləmək və mü­şahi­dələr aparmaq və s. Bu hallar idarəetmə sahəsində vax­­­ta, əl əməyinə xeyli qə­na­ət olun­ma­sına, işin səmə­rəlili­yi­­nin, sürətinin və key­fiy­yəti­nin yük­səldilməsinə səbəb oldu.

İdarəetmə məktəbləri idarəetmə elminin formalaş­ması və inkişafında böyük rola malik olmuşdur. Çünki bu mək­təblər idarəetmə elminin müxtəlif tərəflərini öyrənmiş, bu sahədə tədqiqatlar aparmış və problemləri araşdır­ımış­dır. İda­­rəetmə elminin hazırki duruma gəlib çıxmasını ida­rə­etmə məktəblərinin elmi fəaliyyətinin nəticəsi kimi qiy­­mət­ləndirmək olar.




Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   13


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə