Dərs vəsaiti Azərbaycan Respublikası Təhsil Nazirinin 18. 01. 2013-cü IL tarixli 54 saylı əmri ilə təsdiq edilmiş­dir. Bakı-2013



Yüklə 1,04 Mb.
səhifə11/13
tarix20.09.2017
ölçüsü1,04 Mb.
#619
növüDərs
1   ...   5   6   7   8   9   10   11   12   13

9.3. Streslərin idarə edilməsi
Fəaliyyətin səmərəliliyi motivləşmənin optimallıq sə­viy­yəsindən çox asılıdır. Çünki insan məqsədinə nail ol­maq üçün çalışır və ya mübarizə aparır. Bəzən elə psi­xoloji hal­lar baş verə bilir ki, fəaliyyətin icrasına mane olur. Bu cür hallara hə­­yəcan, tələskənlik, emosiya, qorxu, təşviş, stress və s. aid etmək olar.

Stress ingilis sözü olub, gərginlik deməkdir. Stress insan­da çətin və mürəkkəb amillərin yaratdığı psixi gər­gin­likdir. Stress insanın gözlənilməz gərgin şəraitlə rast­­la­şarkən keçirdiyi psixoloji haldır. Məsələn müəs­sisədə yox­lama aparılarkən müfəttiş tərəfindən ciddi qanun po­zun­tusunun aşkar edildiyi təqdirdə, yaxud da hesabın­da külli miq­dar­da pulu olan təşkilatın hesablaşma hesa­bı yerləşən ban­kın müflis olması ilə əlaqədar məlu­matın daxil olduğu təq­dirdə təşkilat rəhbəri həmin halı keçirir.

Stress halında insanın davranış və psixoloji vəziyyəti pozulur. Lakin bəzən də, yüngül stress halı müvəqqəti ola­raq, insanın gücünü və fəallığını artırır. Bu zaman insanın gücü və ya fəallığı artsa da, stres vəziyyəti onun düşüncə tərzinə, düşünülmüş qərarlar qəbul etməsinə mənfi təsir gös­tərir, baş vermiş hadisədən düzgün nəticə çıxarmağa im­kan vermir. Yəni insan özü­nün fiziki və əqli im­kan­la­rı­nı birləşdirə bilmir. Belə olan halda çox vaxt nəticə yenə də ürək açan olmur.

Psixologiyada stresə mənfi hal kimi baxılır. Stress insanın həyat və iş qabiliyyətini məhdudlaşdıran gərgin­likdir. Stress halında insan hadisələrə düzgün reak­siya verməyə bilir.

Streslər iki cürdür: informativ və emosional stres­­lər.

1. İnformativ streslər rəhbərin və ya işçinin daha çox informasiyalarla və tapşırıqlarla yükləndiyi təqdirdə baş verir. Bu hal idarəetmədə qəbul edilməzdir. Çünki artıq yüklənmə insanda fikir çaşqınlığı yaradır, nitqində qüsur yaradır və onu əqli cəhətdən yorur. İdarəetmədə artıq yüklənmə tez bir zamanda funksiyaların bölüş­dü­rül­mə­si ilə əvəz edilməlidir.

İnsan psixoloji cəhətdən hazır olmadığı bir hadisə ilə qarşı-qarşıya gəldiyi zaman psixoloji gərginlik yaşayır və emosional stress keçirir. Emosiya insanın münasi­bət­lə­ri­nin (razılıq, narazılıq, gülmək, ağlamaq və s.) ifadə olun­ma­sı prosesidir.

İstənilən streslər insanda fiziki, emosional sarsıntı və zədələr yaradır. Məsələn streslər ürək­bulan­ma, diz­lə­rin və əl­lərin əsməsi, iştahın küsməsi və s. ilə nəticələnir. Stres­lər nəticəsində, həmçinin təngənəfəslik, müvəqqəti tə­­nəffüs dayanması, qan təzyiqinin artması, dərinin ağar­ması və ya qızarması, tərləmə və s. halları baş verir.

Stressin hər iki halında insanın motivləşməsi prose­sində dəyişiklik baş verir. Onun nitqində, hərəkətlərində və dav­ranışında pozğunluq yaranır.

Emosional stressin fəsadı kimi frustrasiya vəziy­yə­ti­ni qeyd etmək olar. (Frustrasiya-əhval poz­ğun­luğu de­mək­­dir.) Bu bir proses olaraq insanda stressli vəziyyətin baş verməsi ilə əlaqədar olub, onda ruh düşkünlüyü və süst­lük yaradır. Yəni insanın nəyəsə ehtiyacı yaranırsa, la­kin ona nail ola bilmirsə, arzu və istək­lərinə yetişə bil­mir­sə, onun emo­sio­nal vəziyyəti dözüm vəziyyətindən üs­tün olur və onda özü­nə inamsızlıq yaranır. Bu cür hallar ək­sər vaxt­lar­da insan­la­rın sağlamlığında ağır fəsadlar tö­rə­­dir.

Stress vəziyyətində insanlar çox vaxt çaşqınlıq içində qalır, hafizələri dolaşır, özlərini itirirlər. Bəzən isə əksinə insanlar stresli vəziyyətdə ani olaraq qərarlar qəbul edir və operativ surətdə məsələnin həllini öz xeyir­lərinə dəyişə bilərlər.
9.4. İdarəetmə psixologiyası
Psixologiya yunan sözü olub “psyüxe” və “loqos” söz­lərindəndir, mənası insan ruhu haqqında elm de­məkdir. Psixologiya psixi hadisələri öyrənir. Bu ha­di­sələr duyğu, qav­rayış, hafizə, təfəkkür, təxəyyül, iradə, hisslərlə əlaqə­dar­­dır. Psixologiya davranışı, insan fəaliy­yətinin idarə olun­­masını öyrənən elmdir. Psixologiya xarici təsirləri araş­dırır, psixikanın mexanizmlərini təd­qiq edir və cavab fəaliyyətini proqramlaşdırır və tənzim­ləyir. Psixika beynin xas­səsidir. Xarici təsirləri qavrayır, dav­ra­nış planlarını qu­rur, davranış planına uyğun olaraq əzə­lə­ləri fəaliyyətə gə­ti­rir. Psixika, yəni psixi hadisələr idrak pros­esindən və psi­xi halətlərdən ibarətdir. İdrak prosesinə duyğu, qav­rayış, hafizə, təxəyyül və təfəkkür proseslərini aid etmək olar.

Psixika (psixi hadisələr)





İdrak prosesi (duyğu. qav­ra­yış, hafizə, təfəkkür, təxəy­yül)




Psixi halətlər (inam,

əh­val-ruhiyyə, aktivlik)




Şüur qərar qəbul etmənin aparatıdır. Şüurun for­ma­ları vardır:



  1. Fərdi şüur.

  2. Kollektiv şüur.

  3. Ictimai şüur.

Fərdi şüur özünü dərk etmək, özünü qiymət­lən­dir­mək, özünü tərbiyə, özünə nəzarəti əhatə edir. Mənlik şüuru özünüidarəetmənin aparatıdır.

Kollektiv şüur kollektivin özünü dərk etməsidir. Kol­­lek­tiv şüur kollektivin özünü vahid bir tam kimi, sosi­al qrup kimi dəyərləndirilməsini tələb edir. Kollektiv şüur kol­­lektiv münasibətləri tənzimləyir.

İctimai şüur isə cəmiyyətin özünü dərk etməsi, icti­mai münasibətlərin formalaşmasının və tən­zim­lən­mə­sinin əsa­sıdır.

Qabiliyyət biliyin bacarığa çevrilməsində rol oyna­yan vasitəsidir. İnsan qabiliyyətlərin köməyi ilə bilik və ba­­carıqlara yiyələnir. Bu zaman onların qabiliyyətləri in­ki­şaf edir və nəticədə fəaliyyət qabiliyyəti formalaşır. Yəni təbii qabiliyyət fəaliyyət qabiliyyətinə keçir.

Qabiliyyətlərə yerimək, qaçmaq, oturmaq, da­­nışmaq, eşitmək, görmək, düşünmək, hiss etmək və s. aid etmək olar. Bunlar ümumi qabiliyyətlər olub ha­mıya məxsusdur.

Xüsusi qabiliyyətlər isə müəyyən fəaliyyət növünün mü­­vəffəqiyyətli icrası üçün səciyyəvidir. Xüsu­si qabiliy­yət­­lərə ifaçılıq, rəsm çəkmək, bəstələmək, uzaq­görənlik, təş­kilatçılıq və başqalarını misal göstər­mək olar. Bacarıq isə insanın əldə etdiyi biliklər əsasında formalaşır.

İstedad insana hər hansı mürəkkəb əmək fəaliy­yətini müstəqil olaraq müvəffəqiyyətlə və sürətlə icra etməyə imkan verən qabiliyyətin formasıdır. Buna görə də, mü­rək­kəb, gərgin və yüksək ustalıq tələb edən işlərə yük­sək istedadı olan insanlar cəlb olunurlar. Əgər qabiliy­yət in­sanı sadəcə mütəxəssisə çevirirsə, istedad onu mahir mü­tə­xəssisə çevirir. (Mahir sözünün mənası usta de­mək­dir.) Bu cür mütəxəs­sislər öz üzərinə düşən çətin və mürəkkəb vəzifələrin öh­dəsin­dən layiqincə gəlməyə qadir olurlar.

İdarəetmə sahəsində bacarıq dedikdə, qərar qəbul et­mək bacarığı, fəaliyyəti planlaşdırmaq, təşkil etmək ba­ca­rığı, tədqiqatçılıq bacarığı, qarşıya qoyulmuş məq­sədə nail olmaq bacarığı, müəssisənin daxili imkan­ların­dan sə­mə­rəli istifadə etmək bacarığı, təşkilatda sosial-psixoloji mü­­hiti formalaşdırmaq bacarığı, təsərrüfatçılıq bacarığı və s. başa düşülür.

Vicdan etik kateqoriya olub, insanın ayrı-ayrı adam­lar, cəmiyyət, xalq qarşısında məsuliyyətini dərk etməsi və öz hərəkətlərini əxlaqi baxımdan qiymət­lən­diril­mə­si­dir. Vicdan insanda anadangəlmə deyil, ətraf mühi­tin tə­si­ri ilə formalaşır. Vicdanın təzahür formaları aşağı­dakı­lar­dır:


  1. Abır, həya, ədəb-ərkan.

  2. Xəcalət, peşmançılıq.

  3. İnsaf, mürvət.

  4. Namus, qeyrət, ismət.

  5. Şərəf, ləyaqət, fəxr.

  6. Halallıq, düzgünlük, ədalətlilik.

  7. Humanistlik, əl tutmaq.

Vicdanın formalaşmasında tərbiyənin bütün forma­ları rol oynayır. Tərbiyə insanlar arasında ünsiy­yətin, nor­mal münasibətlərin, əmək vərdişlərinin, ailə-məişət məsə­lə­lərinin tənzimlənməsində əsas rol oynayır. İnsan doğul­du­ğu gündən ömrünün bütün dövrlərində tərbi­yə­lə­nir. Bu məqsədlə tərbiyənin 3 növünü fərq­ləndirirlər:

    • ilkin tərbiyə;

    • özünü tərbiyə;

    • yenidən tərbiyə.

İlkin tərbiyə ailə və cəmiyyət üçün faydalı olub, mil­li və ümumbəşəri keyfiyyətlərin məqsədyönlü forma­laş­dı­rıl­ma­sını özündə əks etdirir. İlkin tərbiyə insan doğu­l­duğu an­dan başlayaraq ona təlqin edilir. İlkin tər­biyə ilə insana əx­laqi keyfiyyətlər aşılanır. İlkin tərbi­yədə tərbi­yəçi qis­min­də ata, ana, bacı, qardaş, qohumlar, müəl­limlər iş­ti­rak edirlər. İlkin tərbiyə insanda isteh­salata və idarə­etmə pro­se­sinə gələnədək formalaşmalı və onun daxili mo­tiv­lə­rin­dən biri kimi çıxış etməlidir.

Özünütərbiyə heç bir tərbiyəçinin iştirakı olmadan, in­­­sanın özü tərəfindən əxlaqi keyfiyyətlərin müstəqil ola­raq məq­sədyönlü mənimsənilməsidir. Özünütərbiyə özünü­ida­rəet­mə­nin funksiyasıdır. Özünütərbiyədə mühitin rolu bö­­yük­dür. Çünki tərbiyələnən şəxs mühitdən xeyli əxlaqi nü­­mu­nələri və mənəvi normaları müşahidə edir və mə­nim­sə­­yir.

Yenidəntərbiyə əxlaqi keyfiyyətlərin, mənəvi nor­ma­­­ların, milli dəyərlərin lazımi səviyyədə mənim­sənil­mə­di­yi və ya təkrar mənimsənilməsinə ehtiyac oldu­ğu hal­­da in­­sana aşılanır. Bu zaman həmin fərdin təkrar tər­bi­yə olun­­masına ehtiyac duyulur.

Tərbiyənin tərkib hissələri aşağıdakılardan ibarət­dir: əx­laq tərbiyəsi, ideya-siyasi tərbiyə, iqtisadi tərbiyə, əmək tərbiyəsi, estetik tərbiyə, fiziki tərbiyə və s.



Əxlaq tərbiyəsi insanın əxlaqi keyfiyyətlərinin, əx­laq normalarının təcəssümüdür. Əxlaqın müsbət təza­hür­lə­rinə aşağıdakılar aiddir:

  1. Həyalılıq–ədəb-ərkan qaydalarına riayət etmək.

  2. Səmimilik–xoş münasibət bəsləmək, mehriban dav­­­­ranmaq.

  3. Təvazökarlıq–özünü öyməmək.

  4. Təmkinlik–sakit tərzdə danışmaq, boşboğazlıq et­mə­­­­mək.

  5. Dinc oturmaq–artıq hərəkətlərə yol verməmək, sa­kitliyə riayət etmək.

  6. Səbirlilik–hər bir işin, hərəkətin məqamını göz­lə­mək.

  7. Səliqəlilik–geyimdə, sənədləşmə işində, iş ota­ğın­da səliqə-sahmana, təmizliyə, nizam-intizama riayət et­mək.

  8. Ədalətlilik – obyektivlik, düzgünlük.

  9. Xeyirxahlıq–yardım etmək, xeyir vermək, kömək et­­­­mək.

Əxlaq tərbiyəsi ilkin tərbiyənin təzahürü olduğu üçün bu tərbiyə növü ailənin, məktəblərin və digər bu ki­mi mü­hitin təsirindən formalaşır. Müəssisə rəhbəri iş­çi­ni işə gö­türərkən əxlaq tərbiyəsinin bəzi elementlərini mü­şa­hi­də edə bilər. Məsələn işə qəbul məqsədi ilə mü­sa­bi­qə­lərin təşkili, işçiyə sınaq müd­də­ti­nin verilməsi qısa müd­dət ərzində onun ədəb–ərkan qaydalarına əməl etmə­si­nə, səli­qə­sinə, qabiliyyətinə və insani keyfiy­yət­lərinə qiy­mət ver­mək imkanı əldə edə bilir. Rəhbərlər bu cür key­fiyyətlərə malik olmayan insanlarla işləməyə üs­tün­lük vermirlər.

İqtisadi tərbiyə qənaətçilik tərbiyəsi, sahibkarlıq tər­biyəsi, vergi ödəmək tərbiyəsi, halallıq tərbiyəsi və sairdən ibarətdir. İqtisadi tərbiyə insanlarda vətənə, xalqa, vətəndaşlara məhəbbət hissinin olmasını aşılayır. Çünki bu hisslər rəhbərlərdə, işçidə, kollektivdə, istehsalçılarda müştərilərə, alıcılara qarşı etik-iqtisadi münasibətləri for­ma­laşdırır, istehlakçıların və alıcıların mənafeyinə ləya­qət­lə və vicdanla xidmət etməyə, onların tələbatına uyğun məh­sul istehsalına sövq edir. İqtisadi tərbiyə in­san­ları mad­di, əmək və maliyyə resurslarından səmərəli is­tifadə et­mək ruhunda tərbiyə edir.

İqtisadi tərbiyə insanları iqtisadi qanunlara əməl et­mə­yə, dövlətin direktiv sənədlərinə, qanunvericilik akt­la­rı­na hörmətlə yanaşmağa dəvət edir, rəhbərdə, sahib­kar­da, biz­­nesmenlərdə vergi mədəniyyətinin forma­laş­dı­rıl­ma­sı­na, cəmiyyətin iqtisadi və sosial maraqlarına uyğun fəaliyyət göstərmələrinə səbəb olur.



Əmək tərbiyəsi müəssisədə istehsalın təkmil­ləş­diril­məsini, əl əməyinin yüngülləşdirilməsini, əmək şəraiti­nin yaxşılaşdırılmasını nəzərdə tutur. Bunun üçün əmək fəa­liy­yətinin aktivləşdirilməsi, kollektivdə əməyə məhəb­bət hissinin aşılanması, əməyə vicdanlı müna­si­bətin for­ma­laşdırılması müəssisə rəhbərliyinin daim diqqət mər­kə­zin­də olmalıdır.

Nizami Gəncəvi demişdir:


Nə xəzinə yığanam, nə də tirmə geyənəm,

Öz halal zəhmətimin çörəyini yeyənəm.
Kərpickəsən kişinin dastanında Nizami əməyə mü­na­sibətini belə tərənnüm etmişdir.
Onunçün öyrətdim ki, əlimi bu sənətə,

Bir gün sənə əl açıb düşməyim xəcalətə.
Fiziki tərbiyə insanların sağlamlığı üçün olduqca va­cibdir. Bundan ötrü müəssisə və təşkilatların maddi-tex­niki bazasının tərkibində sağlamlıq mərkəzləri, sta­dion­lar, idman zalları, tibb məntəqələri fəaliyyət gös­tə­rir. Hətta bə­zi təşkilatlar bu sahəyə daha da böyük diqqət ye­tir­məklə, öz­lərinin idman cəmiyyətlərini yarat­maq­la bu sahədə da­ha səylə çalışır və fəaliyyət gös­tə­rirl­ər. Məsələn Azər­bay­can Dövlət Neft Şirkətinin bazasında “Neftçi” İdman Cə­miy­yətini, Dəmir Yol İdarə­sinin bazasında “Loko­mo­tiv” İd­man Cəmiyyətini, Rabitə Nazir­liyinin bazasında “Ra­bi­təçi” İdman Cəmiyyətini mi­sal göstərə bilərik.

Estetik tərbiyə insanların dincəlməyi, mədəni isti­ra­hə­ti üçün vacib amillərdən biridir. Estetik tərbiyə insanın fi­ziki və əqli enerjisinin bərpa olunması üçün olduqca əhə­miy­yətlidir. Kollektivin estetik tərbiyəsinə onların asudə vaxt­larının səmərəli təşkili məqsədilə mədə­ni - kütləvi təd­birlərin, konsertlərin, teatr proqram­la­rının təşkili, kol­lek­tivin tərkibində özfəaliyyət dərnək­lərinin (mahnı və rəqs dərnəklərinin) yaradılması və on­la­rın potensialından istifadə olunması aiddir. Bunun üçün bəzi müəssisə və təşkilatlarda kollektivin tərkibində bədii-özfəaliyyət dər­nəkləri fəaliyyət göstərir, həmin dərnəklərdə kollektivin üzvlərinin çıxışları təşkil olunur, işçilərin mədəni-kütləvi tədbirlərdə (kinoteatr, konsert­lərə) iştirakı təmin olunur.

FƏSİL X. İSTEHSAL VƏ İNNOVASİYA MENECMENTİ
10.1.İstehsal menecmenti
İstehsal xammaldan hazır məhsul alınması prose­si­dir. İstehsal prosesində işçi qüvvəsi əmək alətləri vasitə­si­lə xammal və avadanlıqlara təsir etməklə maddi nemət­lər yaradırlar. Başqa sözlə desək, istehsal prosesi işçilərin köməyi ilə texnoloji əməliyyatların icra ardıcıllığıdır.

Məhsul istehsalı və satışının artım templəri gəlirlərin art­ması, maliyyə imkanlarının genişlən­dirilməsi, fəaliy­yətin səmərəliliyinin yüksəldilməsi üçün zəmin yaradır. Ba­zar münasibətləri şəraitində istehsal müəssisələrinin baş­lıca məqsədi bazarın tələblərinə uyğun əmtəəlik məh­sul istehsal etməkdir. Təsərrüfat sistem­lərinin idarə edil­məsi, hər şeydən əvvəl, məhsul istehsalı və satışına dair bir çox variantlarda idarəetmə qərarlarının işlənib hazır­lanmasını tələb edir. Məhsul istehsalı ilə bağlı həyata ke­çi­riləcək fəaliyyət istehsal planlarında öz əksini tapır.

İstehsalın təşkili zamanı bir sıra prinsipləri nəzərə al­maq lazımdır:


  1. İstehsalın səmərəliyi.

  2. İstehsalın fasiləsizliyi.

  3. İstehsal texnologiyalarının ardıcıllığı.

  4. İstehsalın ahəngdarlığı(müntəzəmliliyi).

  5. İstehsalın resurs təminatı.

  6. Əmək bölgüsü.

  7. Əməyin təhlükəsizliyi.

  8. İş vaxtından səmərəli istifadə olunması.

İstehsalın səmərəliyinin artırılması aşağıdakı vəzi­fə­lərin yerinə yetirilməsini tələb edir:

  1. Rəqabətə dayanaqlığı təmin etmək üçün istehsalın təkmilləşdirilməsi.

  2. Yeni texnologiyaların tətbiqi.

  3. İstehsalın mexanikləşdirilməsi və avtomat­laş­dırıl­ması.

  4. Yeni növ məhsulların istehsalını həyata keçir­mək.

  5. Məhsulun keyfiyyətini yüksəltmək.

  6. Əmək məhsuldarlığını artırmaq.

  7. Materiallardan yanacaq və elektrik enerjisindən istifadənin yaxşılaşdırılması.

Əmək məhsuldarlığı 3 parametr üzrə hesablanır.

  1. Əmtəəlik məhsulun 1 manatına çəkilən əmək sə­rfi.

  2. Vaxt vahidi ərzində məhsul buraxılışı.

  3. Vaxt vahidi ərzində yerinə yetirilən iş.

İstehsal prosesini və əməliyyat sistemlərini həyata keçirmək üçün menecerin qarşısında aşağıdakı vəzi­fə­lə­rin həyata keçirilməsi vacibdir:

  1. İstehsal prosesinin layihələndirilməsi.

  2. Əmtəələrin layihələndirilməsi.

  3. İstehsal prosesinin təşkili.

  4. İstehsal prosesinin həyata keçirilməsi.

  5. İstehsala nəzarətin həyata keçirilməsi.

İstehsal prosesinin layihələndirilməsi geniş təkrar isteh­sal prosesinin həyata keçirilməsi üçün ən vacib mə­sə­lə­lərdən və şərtlərdən biridir. İstehsal prosesinin layi­hə­lən­dirilməsi istehsal texnologiyasının müəyyən olunması, elmi-texniki tərəqqinin nailiyyətlərinin, müasir texni­kanın istehsala tətbiq edilməsi, istehsalın səmərəli şəkil­də qu­rul­ması və s. ilə əlaqədar fəaliyyətin qabaq­cadan plan­laş­dı­rıl­masıdır.

Əmtəələrin layihələndirilməsi əmtəələrlə bağlı olub, isteh­salın layihələndirilməsi ilə üzvi surətdə əlaqədardır. Əm­təələrin layihələndirilməsinin aşağıdakı xüsusiyyətləri nəzərə alınır:

1. Əmtəələrin dəyəri.

2. Əmtəələrin keyfiyyəti.

3. Müasir və mütərəqqi əmtəələrin istehsalı.

4. Əmtəələrlə bağlı servislərin və xidmətlərin geniş­ləndirilməsi və s.

Bundan sonra isə istehsal prosesinin ünsürlərinin (ma­­şın və avadanlıqlar, xammal və materiallar, işçi qüv­vəsi və əmək ehtiyatları) cəld edilməsi və onların yerləş­di­rilməsi ilə əlaqədar istehsala hazırlıq dövrü sayı­lan təşkiletmə mərhələsi başlayır. Bu mərhələ haqqında biz menecmentin təşkiletmə funksiyasında söhbət açmışıq.

İstehsal prosesində işçi qüvvəsi əmək alətləri vasi­tə­silə xammal və materiallara təsir etməklə maddi nemətlər yaradırlar.

Məhsul istehsalının təşkili məqsədilə rəhbərlər aşağı­dakı funksiyaları yerinə yetirməlidirlər:

1. Əsas vəsaitlərin cəlb edilməsi və yerləşdirilməsi.

2. Müəssisənin istehsal gücünün artırılması ilə əlaqədar texniki-təşkilati işlərin yerinə yetirilməsi.

2.Təşkiletmə mərhələsində istehsalın çevikliyinin nə­zərə alınması .

3.Dövriyyə vəsaitlərinin cəlb edilməsi.

4. Maliyyə kapitalının cəlb edilməsi və maliyyə im­kan­larının genişləndirilməsi.

5.İşçi qüvvəsinin cəlb edilməsi və onların yerləş­di­ril­məsi.

6.Təhlükəsizlik və ekoloji tələblərin təmin olun­ması və s.

İstehsal prosesi başa çatdıqdan sonra məhsulun sa­tı­şı­nın həyata keçirilməsi tələb olunur. Çünki satışdan əldə olunan vəsaitləri yenidən istehsala qoymaq lazım gə­lir. Bu da təkrar istehsalın təmin olunması üçün əsas şərt­dir.

Bu şərtlərin lazımı səviyyədə olması istehsal prose­sinin yüksək formada təşkil edilib həyata keçirilməsi üçün imkan yaradır.

İstehsal fəaliyyəti həcminə, dövrünə və ardıcıl­lı­ğı­na görə 3 qrupa bölünür.

1) Fərdi istehsal.

2) Kütləvi istehsal.

3) Seriyalı istehsal.

Fərdi istehsal əsasən sifarişlər əsasında həyata ke­çi­ri­lir. Bu zaman sifarişçinin tələbləri nəzərə alınır. Məh­­sul sifariş olunarkən onun görünüşü, rəngi, ölçüləri, ma­­terial tərkibi ilə əlaqədar müştərinin istəkləri qabaqcadan nəzərə alınır.

Kütləvi istehsal məhsulun bazar üçün kütləvi surətdə istehsalı ilə əlaqədardır. Kütləvi məhsul istehsalı mar­ke­tinq araşdırmaları əsasında müəyyən olunmuş bazar tələ­ba­tına uyğun həyata keçirilir.

Seriyalı istehsal müxtəlif zaman kəsiyində məh­su­lun ayrı-ayrı çeşidlərinin fasiləli və ya dövrü istehsalı kimi başa düşülür. Seriyalı istehsal bazarda alıcıların hə­min çe­şid­lərə olan tələbatının dövrlər üzrə dəyişməsi ilə əlaqədar həyata keçirilir. Məsələn ayaqqabı istehsalçıları bazara hər fəslə uyğun ayaq­­qabı kolleksiyaları təqdim edirlər. Bu zaman istehsal mövsümü xarakter daşıyır.

İstehsal zaman və məkan baxımından həyata keçi­ri­lir.

Zaman baxımından istehsalın həyata keçirilməsi dedikdə, müəyyən vaxt vahidi ərzində məhsul istehsalının həcmi, məh­sulun istehsal tsikli, istehsal planlarının yerinə ye­ti­ril­mə­sinin ardıcıllığı və müddətləri başa düşülür.

İstehsalın məkan baxımından həyata keçirilməsi de­dik­də isə, istehsal obyektlərinin hansı ərazidə yerləş­di­ril­məsi başa düşülür. İstehsal obyektlərinin yerləş­diril­məsi aşağıdakı amillərin nəzərə alınmasını tələb edir:

1) İstehsal obyektlərinin xammal mənbələrinə ya­xın­lığı. Istehsal obyektlərini təşkil edərkən onun xam­mal mənbələrinə yaxınlığı nəzərə alınmalıdır. Çünki xam­malın daşınması və təchiz olunması nə qədər ucuz başa gələrsə, bu istehsal olunacaq məhsulun maya dəyə­rinin aşağı düşməsinə səbəb olar.

2) Istehsal obyektlərinin satış bazarlarına yaxınlığı. Obyektin yerləşdirilməsi zamanı məhsul satışı sahəsində səmərəliliyin və perspektivlərin nəzərə alınması vacib məsələlərdən biridir. Bu nöqteyi-nəzərdən obyektlərin sa­tış bazarlarının, əhalinin çox olduğu yerlərdə yer­ləş­di­ril­məsi məqsədəuyğun hesab edilir.

­3) İstehsal obyektlərinin nəqliyyat yollarına yaxın­lı­ğı. Bu istehsal olunmuş malların satış obyekt­lə­rinə az bir müddətdə və çevik formada da­şın­ma­sı üçün əlverişlidir.

4) İstehsal obyektlərinin kommunikasiya xətlərinin ya­xın­lığında yerləşdirilməsi. Bu amilin nəzərə alınması müəs­­sisə rəhbərini kommunikasiya xətlərinin (elektrik, qaz, te­l­efon, su, kanalizasiya, istilik xətlərinin və s.) ob­yek­­tə gə­ti­rilməsi ilə əlaqədar xərclərdən azad edir, möv­cud kom­mu­ni­kasiya xidmətlərindən istifadəni tezləşdirir və yaxşı­laş­dırır .

5) Bir çox obyektlər isə əhalinin rahatlığı və təhlükə­siz­­liyi, sanitariya və ekoloji təhlükəsizlik nöqteyi-nə­zər­dən şəhərdən və yaşayış məntəqələrindən kənarda yer­ləşdirilir.

İstehsal fəaliyyəti müəssisənin istehsal planların­da öz əksini tapır. İstehsal planlarının tərtib edilməsi və onun həyata keçirilməsi istehsal menecmentinin alt sistem­lərindən biridir. İstehsal planları müəssisənin firma­daxili planlarının tərkib hissəsidir. İstehsal planları istehsalın təşkilindən tutmuş istehsal prosesi başa çatanadək bütün mərhələləri özündə əks etdirir. İstehsal planları istehsal olunacaq məhsulun həcmini, çeşidini, keyfiyyətini, tər­ki­bi­ni, maya dəyərini müəyyən edir.

İstehsal planları müəssisənin marketinq planları ilə üzvi surətdə bağlıdır. Çünki bazar üçün istehsal edilən məh­sulun həcmi marketinq tədqiqatları və araşdırmaları əsa­sında müəyyən edilir. Marketoloqların sözləri ilə de­sək, biz istehsal edə biləcəyimizi deyil, sata bilə­cə­yi­mi­zi is­tehsal etməliyik. Marketinq tədqiqatları bazarı öy­rə­nir, məh­sula, onun kəmiyyətinə, keyfiyyətinə olan tələbatı müəy­­yən edir. Bu məqsədlə istehsal planları marketinq plan­­­lardan bəhrələnir.

İstehsal planları bir sıra planların tərtib edilməsi üçün mənbə rolu oynayır. Məsələn maddi-texniki təc­hi­zat plan­­ları müəyyən dövrlər üzrə istehsalın əsas vəsaitlər (dəz­gahlar, avadanlıqlar, maşınlar və digər texniki va­si­tə­lər­lə) və dövriyyə vəsaitləri ilə təchiz olun­ma­sını özündə əks etdirir. İstehsal planlarında nəzərdə tutulan istehsal pro­sesinin layihəsi və əmtəə layihələri maddi-texniki plan­lar üçün mənbə hesab olunur.

İstehsal planlarını tərtib etmədən müəssisə özünün nə satışdan əldə edəcəyi gəliri, nə də mənfəətini plan­laş­dı­ra bilməz. Çünki satışın həcmi istehsalın həc­min­dən ası­lı­dır. Mənfəət isə məhsul satışından əldə olu­nan gəlirin və istehsal məsrəflərinin fərqindən iba­rət­dir. Deməli, istehsal planları satış və mənfəət plan­la­rı ilə birbaşa əlaqədar olub, həmin planların tərtib edil­mə­sin­də istifadə olunur.
10.2. Keyfiyyətin idarə edilməsi
Müasir dövrdə rəqabət ölkə hüdudlarından çıxaraq beynəl­xalq səviyyədə hökm sürür. Ölkələr arasında müəs­sisə və təşkilatların bir-biri ilə rəqabət aparması ölkə­mizdə fəaliyyət göstərən müəssisələr üçün də səciy­yəvi xarakter daşıyır. Rəqabət birinci növbədə müəssisə və təşkilatlarda istehsalın və texnologiyanın təkmil­ləş­diril­məsini, yeni və mütərəqqi məhsulların istehsalını, key­fiyyətin yük­səl­dil­mə­sini və s. tələb edir. Keyfiyyət bu amillər içərisində apa­rıcı rola malik amillərdən biri he­sab olunur. Çünki sa­da­l­adığımız digər amillər də keyfiy­yətə təsir göstərir.

Keyfiyyət məhsulun xassələrinin və xara­k­te­rist­ika­la­rı­nın məcmusu olub, tələbatı ödəmək qabiliy­yə­tini əks et­di­rir. Keyfiyyət məhsulun yararlılıq dərəcəsi ilə xarak­terizə olunur.

Keyfiyyət amili müəssisədə bir neçə həlqələrdə özü­nü göstərir. Müəssisələrdə mövcud olan keyfiyyət gös­tə­ri­ci­ləri aşağıdakılardan ibarətdir:


  1. Texnologiyanın keyfiyyəti.

  2. İşçilərin şəxsi və peşə keyfiyyəti.

  3. İdarəetmənin keyfiyyəti.

  4. Xammalın keyfiyyəti.

5. İstehsal prosesinin keyfiyyəti.

6. Hazır məhsulun keyfiyyəti.

7. Servis keyfiyyəti.

Bütün bu keyfiyyətlərin məcmusu təşkilat üçün ümu­mi keyfiyyət amili formasında təzahür edir. Ümumi key­fiyyət amilinin dəyərləndirilməsi müəssisənin fəaliy­yə­tinin son nəticələri ilə müəyyən olunur. Son nəticə isə hazır məhsul və onun satışından gəlir əldə olunmasıdır.

Məhsulun keyfiyyətli olması, həmçinin müəssisə və təşkilatların iqtisadi maraqları ilə əlaqədardır. Çünki key­fiy­yətsiz məhsul bazarda çətin realizə olunur ki, bu da satışın aşağı düşməsinə səbəb olur. Keyfiyyətli məh­sul istehsal etməyin tələbləri aşağıdakılardan ibarətdir:

1. İlk növbədə yuxarıda sadalanan bütün keyfiyyət göstəricilərinin nəzərə alınması tələb edilir.

2. Qənaət prinsipinə normalar çərçivədə əməl edil­mə­lidir.

3. ETT-nin nailiyyətlərindən, yeni texnika və tex­no­logiyalardan istifadə olunmasına üstünlük veril­məlidir.

4.Həvəsləndirmə sistemlərinin tətbiq olunması zə­ru­ridir.

Müəssisə və təşkilatlar artan rəqabətə davam gətir­mək üçün bazara müxtəlif çeşidlərdə keyfiyyətli və ucuz mal çıxarmaq haqqında fikirləşirlər. Çünki bazarda ucuz və keyfiyyətli məhsulu reallaşdırmaq asandır. Ucuz və key­­­fiy­yət anlayışları isə bir-birinə tərs mütənasib olan məfhumlardır.

Məhsulun ucuz başa gəlməsi üçün qənaət prin­si­pinə əməl etmək lazımdır. Qənaəti isə kortəbii surətdə həyata keçirmək olmaz. Çünki kortəbii qənaət məhsulun qiy­mə­tini ucuzlaşdırır, lakin keyfiyyətinə mənfi təsir göstərir. Bu da müəssisə üçün ağır nəticələrə gətirib çıxara bilir. Bu­na görə də, istehsal prosesində məhsulun key­fiy­yətinə mən­fi təsir etməməklə qənaətin həyata ke­çirilməsi məq­sə­dəuyğun hesab olunur. Bunun üçün müəssisə rəhbərləri mütəxəssislərin, texnoloqların, mühəndislərin, tədqiqat­çı­la­rın, marketoloqların, iqtisad­çı­ların təklif və tövsi­yə­lərindən istifadə etməli, yeni səmərəli ideyaların tətbiqinə üstünlük verməlidirlər.

Keyfiyyətli məhsul istehsal etmək üçün müəssisə və təşkilatlarda plan və proqramların rolu böyükdür. Key­fiy­yət göstəriciləri müəssisənin maddi-texniki təc­hi­zat, təş­kilati, istehsal, marketinq, satış planlarında öz əksini tapır.

Keyfiyyətin yaxşılaşdırılması müəssisənin ümumi stra­tegiyasına daxildir. Çünki müəssisədə hansı adda, han­sı keyfiyyətdə məhsul istehsal olunacağı onun strateji məq­­səd­lərində nəzərdə tutulur, layihələşdirmə və plan­laşdırma işləri bu istiqamətdə aparılır. Bu zaman biznes-plan­­ların da rolunu qeyd etmək lazımdır. Çünki key­fiy­yə­tin ar­tırılması əlavə xərc və məsrəflər tələb edir. Bunun üçün keyfiyyətə nail olunması ilə əlaqədar əlavə çəkilmiş məs­rəflərin nə qədər gəlir gətirəcəyi, layihənin real­laş­dı­rıl­masından əldə olunacaq mənfəətin həcmi, iqtisadi sə­mə­rəlilik göstəticiləri planlaşdırılır.

Keyfiyyətin idarə edilməsinin zəruri element­lərin­dən bi­ri də sertifikatlaşdırmadır. Sertifikatlaşdırma məh­sul is­teh­salında böyük əhəmiyyət kəsb edir. Sertifikat­laşdırma key­fiyyətin və elmi-texniki tərəqqinin daşı­yı­cı­sı­­dır. Serti­fi­kat müəssisədə istehsal olunan məhsulun bütün tələblərə ca­vab verdiyini təsdiq edən sənəddir. Bu o deməkdir ki, ser­tifikata malik olan müəssisə məhsulun istehsalı üçün bü­tün prosesləri qaydalara uyğun həyata keçirir. Həmçinin məh­sulun keyfiyyətli istehsal olunması üçün standartlara uy­ğun yüksək və əlverişli şəraitin olma­sını təsdiq edir. Bu­na görə də alıcılar sertifikatı olan istehsalçıların mal­la­rı­na daha çox üstünlük verirlər. Çün­ki sertifikat malın key­fiyyətli, tələbata uyğun olma­sına zəmanət verən sə­nəddir.


Yüklə 1,04 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə