Dərs vəsaiti Azərbaycan Respublikası təhsil nazirinin 25 fevral 2010-cu IL tarixli 235



Yüklə 1,92 Mb.
Pdf görüntüsü
səhifə34/64
tarix31.08.2018
ölçüsü1,92 Mb.
#65783
növüDərs
1   ...   30   31   32   33   34   35   36   37   ...   64

 
 
 
 
102 
 Kassa  vəsaitlərinin  səmərəli  istifadəsinin tənzimlənməsi  və 
bank  tərəfindən  nağd  pulların  verilməsini  qaydaya  salmaq  üçün, 
nəğd  pulların  həcmi  və  vaxtı  haqqında  hər  rübdə  nəğd  pulların 
əməkhaqqı  ödənilməsi  üçün,  təqaüd,  təminatların  ödənilməsi, 
sahibkarların  (gündəlik)  gəliri  və  digər  tədbirlər  üçün  cədvəllər 
tərtib olunur  
Müəssisələrə  (sahibkarlara),  fiziki  şəxslərə  nağd  pulların 
verilməsi  bir  qayda  olaraq  onların  əmanət  hesabından  bank 
kassasına daxil olunmuş cari nağd pulları hesabına yerinə yetirilir.  
Müəssələrin  (sahibkarların)  kassalarından  nağd  pulların 
verilməsi  məxaric  kassa  orderləri  üzrə  və  ya  tam  rəsmiləşmiş 
başqa  sənədlərə  görə  yerinə  yetirilir:  ödəmə  cədvəli,  çeklər,  pul 
verilməsi  üçün  ərizələr,  hesablar  və  s.  Bu  şərtlə  ki,  bu  sənədlərə 
məxaric  kassa  orderlərinin  rekvizitləri  olan  möhür  vurulsun. 
Müəssisələrdə  bütün  mədaxil  olunan  və  ödənilən  nağd  pullar 
kassa  kitabında  yazılır.  Hər  müəssisə  (sahibkar)  ancaq  bir  kassa 
kitabı  aparır.  Bu  kitab  nömrələnməli,  iplə  bağlanmalı  və  mastika 
və  ya  surqucla  möhürlənməlidir.  Kitabdakı  vərəqlərin  sayı 
rəhbərin  və  mühasibin  imzaları  ilə  təsdiq  olunmalıdır.  Kassa 
kitabında  nəzərdə  tutulmamış  düzəlişlər  və  ya  təmizlənmə 
aparmaq  qadağandır.  Kitabda  aparılan  yazılar  ya  əl  il  və  ya 
avtomatik surətdə aparılmalıdır; kassir bu yazıları dərhal hər order 
üzrə  pulların  verilməsi  və  ya  alınması  və  ya  orderi  əvəz  edən 
başqa sənədlər üzrə qeyd etməlidir. Hər gün iş gününün sonunda 
kassir  gün  ərzində  yerinə  yetirilmiş  əməliyyatlar  üzrə  cəmi  he-
sablayır və növbəti günə kassada qalan pulları müəyyən edir.  
Banklara  bir  vəzifə  olaraq  müəssisələr,  sahibkarlar  (bank 
müştəriləri)  tərəfindən  kassa  əməliyyatlarının  aparılması 
qaydalarına əməl edilməsini  
yoxlamaq tapşırılır.  
Bank  rəhbərinin  sərəncamına  əsasən  müəssisələrin  he-
sablarının  açılmasına  görə  xususi  plan  –  cədvəllər  hər  ay  və  hər 
rüb yoxlanılmalıdır.  


 
 
 
 
103 
Nəğd  pulların  əməliyyat  həcminə  (müştəri  tərəfindən 
aparılan  əməliyyat)  xüsusi  diqqət  yetirilməlidir;  kassa  əməliyyatı 
zamanı operativ informasiya və qaydalar nəzərə alınır.  
Kassa  nizam-intizamı  müəssisələrin  kassa  əməliyyatının 
yerinə  yetirilməsi  qaydalarına  əməl  edilməsi  deməkdir.  Yox-
lamanın  nəticələri,  onlara  əməl  edilməsi  aktla  rəsmləşdirir.  Bu 
aktda aşağıdakı suallar qeyd olunur: 
1. Bankdan alınmış mədaxil nəğd pulların tamlığı (bütövlüyü) 
2. Nəğd pulların bankın, kassasına təhvil verilmə qaydası; 
3. Bankdan alınmış nəğd məbləğin məqsədyönlü istifadəsi; 
4.  Müəssisənin  kassasına  mədaxil  olunmuş  nəğd  pulların 
istifadəsinin düzgünlüyü; 
5.  Müəssisələr  arasında  aparılmış  hesablaşmaların  əsaslan-
dırıması; 
6.  Bank  tərəfindən  təyin  olunmuş  nəğd  pulların  limiti  üzrə 
müəssisənin kassasında qalıgın həcminə əməl edilməsi; 
7. Pul mədaxilinin köçürmə qaydaları;  
8.  Kassa  kitabının  aparılması  və  kassa  sənədlərinin 
rəsmiləşdirilməsi və s; 
Banklarda  mədaxil  olunmuş  nağd  pulların  tamlığı  bir  ay 
müddətİndə bankın və müəssisənin məlumatlarının müqayisəsinə 
görə  qiymətləndirilir.  Kassa  kitabına  görə  bu  məlumatlarda  fikir 
ayrılığı  (yəni  uyğunsuzluq)  olarsa,  onun  səbəbi  aydınlaşmalıdır. 
Bank  nümayəndəsi  tərəfindən  müəssisənin  kassasında  faktiki 
nəğd  pulların  olması  yoxlanılmır,  amma  onun  (nümayəndənin) 
hüququ var ki, bank rəhbərliyinə məlumat versin ki, kassada təftiş 
aparmağa zərurət var və bank rəhbəri buna icazə versin.  
Pulların  bank  kassasına  təhvil  verilmə  qaydasını  yoxlayar-
kən daxil olan pul vəsaiti haqqında və müəssisə tərəfindən daxili 
tələbatlar üçün buraxılmış nəğd pullar haqqında və onların banka 
qaytarılması  məlumatları  ilə  müqayisə  edirlər.  Əməkhaqqlarının 
ödənilməsi  üçün  verilmiş  pul  vəsaitlərinin  istifadə  edilməmiş 
hissəsinin  bankın  kassasına  vaxtında  qaytarılması  yoxlanılır. 


 
 
 
 
104 
Banka faktiki təhvil verilmiş mədaxilin tarixləri öyrənilir və bank 
tərəfindən razılaşdırılmış tarixlərlə müqayisə olunur.  
Xərclərin təyin olunmuş məbləği (qəbul olununb- xərclənib) 
aşağıdakı qaydada öyrənilir; 
a) əməkhaqqının ödənilməsi üçün; 
b) əməkhaqqının başqa növ ödənişləri; (əməkhaqqı fonduna 
daxil olmayan); 
v) pensiyaların (təqaüdlərin) və xəstəliyə görə ödənişlər; 
q) kənd təsərrüfatı məmulatlarının alınması; 
d) əhalidən təkrar xammal əşyalarının alınması; 
e) ezamiyyət və təsərrüfat xərcləri; 
Qeyd  olunduğu  kimi  müəssisələrə,  təşkilatlara  bankın 
razılığı ilə müəsissənin kassasına daxil olan nəğd puldan yerində 
xərclərin ödənilməsinə icazə verilə bilər.  
Bank nəğd pulların mədaxildən xərclənmə qaydalarına əməl 
etməsini  müəssisənin  mühasibat  və  kassa  əməliyyatlarının  uçot 
sənədlərinə  əsasən  yoxlayır  ki,  həmin  sənədlərdə  də  pulların  nə 
məqsədlə verilməsi göstərilir.  
Müəssisə  tərəfindən  nağd  pulun  həddən  artıq  məbləğdə 
verilmə  faktları  aşkar  edilərsə,  kassa  əməliyyatları  üzrə  ilkin 
hesabat  sənədlərinin  qeydlərinə  baxılır  (kassa  kitabı,  mədaxil, 
məxaric sənədləri)  
Digər  tərəfdən  bu  faktlar  təssərrufatçılıq  subyekti  və  nəğd 
pulların istifadəsi, yəni xərclənmə hesabını verən şəxslər arasında 
olarsa  (məmulat  çekləri,  hesablar,  faktura-hesablar),  onda  bank 
limitlərin  artma  tarixini  göstərilməklə,  bank  tərəfindən  təyin 
olunmuş  kassanın  (limitin)  son  qalığını  hər  gün  yoxlamaq 
məcburiyyətində qalır.  
 Bankın  yoxlaması  zamanı  müəsissənin  kassa  kitabının  və 
başqa  kassa  sənədlərinin  düzgün  aparılmasına  diqqət  yetirilir. 
Müəssisiənin kassasından nəğd pulun verilməsi və qəbulu zamanı, 
təyin  olunmuş  əməliyyat  qaydalarına  necə  riayət  olunmasını 
araşdırmaq  bank  üçün  zəruridir.  Bank  ilkin  sənədlərin  uçotunun 
necə  aparılması  mədaxil  və  məxaric  kassa  orderlərinin,  mədaxil-


Yüklə 1,92 Mb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə