145
Bazarda təklif olunan depozitlərin əsas hissəsinin müddəti
bir ildir. Avro dollar bazarında alıcıları və satıcıları əlaqələndirən
brokerlər başlıca rol oynayırlar. Brokerlər geniş dəstlərlə ticarət
əməliyyatı aparır. Hər dəst üçün iki barış bəndində komission
haqq alırlar.
Avro dollar ilə dünyanın bir sıra iri bankları ilə telefon
əlaqələri saxlayan, ingilis broker firmaları qrupu daha aktiv
əməliyyatlar aparırlar.
Notlar və istiqrazlar. Bu öhdəliklər bank kapitalının mü-
hüm elementlərindən biri olub bir borcluya verilən təminatsız
borcların maksimal limitinin hesablanması zamanı qeydə alın-
masına icazə verilir. Bu kağızların xüsusiyyəti onların
ikincinövbəli kağızlar olmasındadır. Notları və istiqrazları əsasən
iri banklar buraxır.
Hal-hazırda ölkədə qiymətli kağızlar bazarı öz xüsusiyyəti
ilə səciyyələnir, yəni birincidərəcəli və ikincidərəcəli birja
bazarları arasındakı fərq kifayət qədər müəyyənləşib. Bazar
strukturunda birincidərəcəli qiymətli kağızlar bazarının inkişafı
üçün aşağıdakılar olmalıdır:
-
Səhmdar cəmiyyətləriin investorlar tərəfindən verilən tə-
ləblərə cavab verməsi;
-
Emitentlər və investorlar arasında vasitəçilik fəaliyyətini
həyata keçirə biləcək, o cümlədən, peşəkar məsləhətçilər kimi də
çıxış edə biləcək hərtərəfli bacarıqlı vasitəçilərin meydan
gətirilməsi;
-
Peşəkar iştirakçılar dünya praktikasında, xüsusilə ABŞ,
Kanada, İngiltərə, Yaponiyada olduğu kimi bazarda baş verən və
baş verə biləcək real maliyyə vəziyyətini təhlil etməli, bu və ya
digər problemlərin aradan qaldırılması üçün lazımi təkliflər
verilməlidir;
-
Şirkət və müəssisələrin istiqrazlarının genişmiqyaslı
reallaşdırılması. Qərb ölkələrində QKB-nın maliyyələşdirilməsi-
nin əsas hissəsi (70-95%) korporasiya və şirkətlərin istiqraz bu-
raxılışı hesabına həyata keçirilir. Belə halda, birincidərəcəli bazar
146
bu ölkələrdə istiqrazlara əsaslanır, yerləşdirmənin əsas vasitəçiləri
kimi isə investisiya bankları çıxış edir.
Birincidərəcəli bazarda istiqrazların yerləşdirilməsinin əsas
institutu kimi investisiya bankları çıxış etməlidir.
Dünya təcrübəsində investisiya banklarının iki növü möv-
cuddur:
1.
Qiymətli kağızların yerləşdirilməsi üzrə ixtisaslaşmış
(ABŞ, Kanada, İngiltərə, Yaponiya),
2.
Ortamüddətli və uzunmüddətli kreditlərin verilməsi üzrə
ixtisaslaşmış (Qərbi Avropa ölkələri və İnkişaf edən
ölkələr) investisiya bankları.
Lakin istehsal və kapitalların beynəlmilləşməsi nəticəsində
bir çox investisiya bankları qiymətli kağızlar bazarında dövlət
tənzimlənməsinin xüsusiyyətlərindən asılı olaraq həm birinci,
həm də ikinci növ əməliyyatları həyata keçirir.
Fond birjasında struktur dəyişikliklərinin həyata keçiril-
məsinə ehtiyac vardır. Yaddan çıxarmaq olmaz ki, birja –
ikincidərəcəli bazardır. Burada dünya təcrübəsində qəbul olduğu
kimi qiymətli kağızlar alınıb-satılır (eyni zamanda artıq
birincidərəcəli bazardan keçmiş qiymətli kağızlar da). Yeni bura-
xılan qiymətli kağızlar (əsasən səhmlər) fond birjasında birincidə-
rəcəli bazara müdaxilə etmədən daxil olur. Dünya təcrübəsindən
göründüyü kimi, fond birjaları əsasən köhnə buraxılışlı qiymətli
kağızların, əsasən də səhmlərin “emalı” üzrə ixtisaslaşır.
Lakin qeyd etmək lazımdır ki, birjalardan həm xüsusi, həm
də dövlət istiqrazlarının bir hissəsi də keçir. Eyni zamanda fond
birjalarında (əsasən kontinental Qərbi Avropa ölkələrində) yeni
buraxılmış səhmlər də satılır . Bu isə qiymətli kağızlar
emissiyasının böyük həcmi ilə izah olunur.
Qeyd olunmalıdır ki, fond birjaları bir neçə bazara malikdir.
Müasir iqtisadiyyatda həm iri səhmdar-korporativ sektorun, həm
də kiçik səhmdar sektorun yaranması zamanı fond birjasının
tərkibində bir neçə bazarın yaranması ehtimalı istisna
olunmamalıdır. Nəhəng şirkət və müəssisələrin səhmləri birjanın
147
əsas bazarında dövriyyəyə buraxılacaq, orta və kiçik
müəssisələrin qiymətli kağızları aşağı rəqabət qabiliyyətli oldugu
üçün iki və hətta üçüncüdərəcəli bazarlarda iştirak edəcəkdir.
Bakı Fond Birjasının belə strukturunun mövcud olmasının əsas
səbəbi qiymətli kağızlar buraxılışının aşağı həcmli olması, eyni
zamanda Qərb ölkələrinin qiymətli kağızları ilə müqayisədə
onların müxtəlif sinifləndirmə və modifikasiya imkanlarının
olmamasıdır. Hal-hazırda BFB-nın nizamnaməsinin dəyişilməsi
ətrafında müzakirələr gedir. Bu, hər şeydən əvvəl, ilin əvvəlindən
başlayan istiqraz emissiyası ilə əlaqədardır. Azərbaycanda
fəallaşan qiymətli kağızlar bazarının digər tərəfi – səmərəli
normativ-hüquqi və qanunvericilik bazasının kifayət qədər dünya
standartlarına uygun olmasıdır.
Azərbaycanda qiymətli kağızlar bazarının inkişafı, eyni
zamanda maliyyə bazarının bütövlükdə fəaliyyətindəki prob-
lemləri aradan qaldırmaq üçün makrosəviyyədə aşağıdakılar
edilməlidir:
-
Bank sisteminin sağlamlaşdırılması və strukturun yenidən
qurulması;
-
Vergi yığımını artırmaq və iqtisadiyyatda real sektorun
inkişafına təkan vermək məqsədilə vergi sisteminin təkmilləş-
dirilməsi;
-
Tədiyyə balansı kəsirinin azaldılması və aradan qal-
dırılması;
-
Manatın sabitliyinin qorunub saxlanılması;
-
Ödənişlərin yerinə yetirilməməsi probleminin həll olunması.
Fond bazarının normal fəaliyyəti və onun gələcək inkişafı
üçün qiymətli kağızlar bazarının mövcudluğu sisteminin tək-
milləşdirilməsinə istiqamətlənən bir sıra tədbirlər həyata ke-
çirilməlidir:
-
Ölkənin milli maraqlarına cavab verən qiymətli kağızlar
bazarı konsepsiyasının işlənib hazırlanması;
Dostları ilə paylaş: |