Dərs vəsaiti Azərbaycan respublikası Təhsil nazirinin 27. 02. 2013- cü il



Yüklə 5,43 Mb.
Pdf görüntüsü
səhifə14/45
tarix01.07.2018
ölçüsü5,43 Mb.
#53008
növüDərs
1   ...   10   11   12   13   14   15   16   17   ...   45

58 
 
kalium    verilməsini  məsləhət  bilirlər.  Gübrələr  əsas  şum  altına, 
səpinlə  birlikdə  toxum  altına  hektara  50  kq  dənəvərləşdirilmiş 
superfosfat verilməsi tövsiyə edilir.  
Növbəli əkində yeri. Ayrığı örtük bitkisi kimi paxlalı bitkilə-
rin qarışığı kimi yazlıq buğda yaxud arpa altına səpilir. Örtük bit-
kisi yerli şərait nəzərə alınmaqla seçilir.  
Gübrələnməsi. Ayrıq əkinlərinə hektara 30-50 kq azot, 45-60 
kq  fosfor  və  30-45  kq  kalium    gübrələrinin  verilməsi  məsləhət 
görülür.  Göstərilən  gübrələr  əsasən  şum  altına  verilir.  Yaxşı  olar 
ki,    səpin  zamanı    toxumla  birlikdə  hektara  50  kq  dənəvərləş-
dirilmiş superfosfat verilsin.  
Torpağın  becərilməsi.  Sələf  bitkisi  yığıldıqdan  sonra  köv-
şənlikdə üzləmə aparılır, 2-3 həftədən sonra ön kotancıqlı kotanla 
20-25  sm  bəzən  30  sm  dərinliyində  şum  qaldırılır.  Yazda  kulti-
vasiya  şəklində  malalama  aparılır.  Ayrığın  yaxşı  inkişaf  etməsi 
torpağın keyfiyyətli becərilməsindən asılıdır. Torpaq alaq otundan 
təmiz, nəmlik və qida maddələri ilə yaxşı təmin olunmalıdır.  
Səpin. 100% təsərrüfat yararlığı olan ayrıq toxumunun səpin 
norması  təmiz  cərgəli  səpində  10-12  kq,  otların  qarışığında  8-10 
kq, gencərgəli səpində isə 5-7 kq götürülməlidir. 
 Qulluq  işləri.  Örtük  bitkisinin  məhsulu  yığıldıqda  küləşin 
hündürlüyü  15-20  sm  həddində  saxlanılır.  Erkən  yazda  küləşi  
tarladan çıxarmaq üçün malalama aparılır. Ot qarışığı yaxud ayrıq 
otu  quru  ot  üçün  yığıldıqdan  sonra  tarla  ağır  malalarla  iki  iz 
malalanır.  
Sortları: Ayrığın  16 dan artıq sortu var. Ən çox yayılanları-
na  misal  olaraq    Krasnokutskiy  uzkolistnıy  -305,  Krasnokutskiy 
şirokolistnıy - 4 və s. göstərmək olar. 
Məhsulun  yığılması.  Quru  ot  üçün  ayrığın  və  ot  qarışığının 
ən yaxşı yığım müddəti sünbülləmə dövründən çiçəkləmənin baş-
lanğıcına  qədərdir.  ayrığın  toxumu  yetişəndə  nisbətən  tökülür. 
Ona  görə  mum  yetişkənlik  fazasında  hissə-hissə  yığılır.  Bu  faza 
10-12 gün davam edir.  
Mum  yetişkənlik  fazasının  sonunda  toxumu  birbaşa  kom-
baynla yığmaq  zəruridir. Ayrıq toxumunun yığımı xüsusi avadan-


59 
 
lıqlarla təchiz edilmiş kombaynla aparılır. Onu da yadda saxlamaq 
lazımdır  ki,  ayrığın  hədsiz  erkən  yığılması  toxumların  cücərmə 
qabiliyyətini mum yetişkənlik fazasının sonu yaxud tam yetişkən-
lik  fazasında  yığılmasına  nisbətən  15-20%  aşağı  salır.  Bundan 
əlavə toxumluq sahəni erkən müddətdə yığdıqda toxum materialı-
nın  içərisində  əhəmiyyətli  miqdarda  ayrıq  sünbülünün  hissələri 
olur.Çoxlu miqdarda xırdalanmamış dənli sünbüllər olduqda yığıl-
mış  tığ  yoncadoğrayandan  buraxılır,  sonra  yenidən  toxumtəmiz-
ləyən  maşından  buraxılır.  Yığılmış,  təmizlənmiş  və  qurudulmuş 
toxumlar  səpinə  qədər  səpin  kondisiyasına  çatdırılaraq  saxlamaq 
üçün 2 metrə qədər hündürlüyündə yaxud kisələrə yığılaraq saxla-
nılır.  
 
2. 7. Hündürboylu qaramuq 
 
Hündürboylu  qaramuq  və  ya  Fransa  qaramuxu  (Arrehenat-
herum  elatus  J.et.  Presl.)  seyrəkkollu,  üst  mərtəbəli  taxıl  otudur. 
Qafqazda  və  Orta  Asiyada  dağlıq  rayonlarda  yem  uqodiyalarının 
əsaslı  yaxşılaşdırılmasında,  meşə-çöl  və  səhra  zonalarında, 
paxlalıların  ot  qarışığında  becərmək  üçün,  həmçinin  yamacların 
bərkidilməsi işlərində istifadə olunan  perspektivli taxıl otudur. 
Yaxşı  yem  bitkisi  hesab  olunur.  Ancaq,  tez  qabalaşır  və  acı 
dadlı  olur.  Ancaq  ot  çalımı  üçün  yararlı  hesab  edilir.  Ot  qarışı-
ğında 3-4 il becərilir. 
Hektardan 70-80 sen. quru ot, 5-6 sen. toxum verə bilir. Orta  
quru ot məhsuldarlığı 35-40 sen. toxum məhsuldarlığı isə 2-4 sen.-
dir 
Güclü  inkişaf  etmiş,  torpağın  dərin  qatlarına  gedən,  saçaqlı 
kök  sistemi  vardır.  Bitki  hündürlüyü  1,7  metrə  çatan  çoxlu  göv-
dələr əmələ gətirir. Gövdələri düz və ya  aşağı hissədən dirsək şə-
killi əyilmiş, hamar və içi boş olur. 
Yarpaqları hamar, uzun, üst tərəfi zəif tüklü, kənarları girinti-
li-çıxıntılı, 4-10 mm enində olur. Yarpağın dilçəsi uzun (2-5 mm), 
dişlidir (şəkil 14). 


60 
 
Çiçək qrupu 35 sm-ə qədər uzunluqda süpürgədir. Yaşılımtıl-
ağ rəngli, gümüşü parıltılıdır. Sünbülcüyü iki çiçəklidir, iridir (7-9 
mm).  Yuxarı  çiçəkləri  ikicinsli  aşağı  çiçəklərində  isə  yalnız  er-
kəkcik olur. Qılçıqları dirsəkşəkilli əyilmiş, 15-20 mm uzunluqda 
olur. Çarpaz tozlanan bitkidir. Meyvəsi iri, ensiz, uzun (8-10 mm), 
açıq-yaşıl rəngli dən meyvədir. Meyvənin əsası tüklü olmaqla bir 
qılçıqlı olur. 1000 ədəd dəninin kütləsi 2,3-2,8  qr-dır. 
Soyuq,  qarı  az  olan    qışlarda  hündürboylu  qaramuq  donur. 
Quraqlığa davamlılığı  yüksək deyildir.  Qrunt sularının səthə ya-
xın  olmasını  və    sahəni  su  basmasını  sevmir.  Qara  torpaqlarda 
yaxşı bitir. Örtüksüz əkinlərdə birinci ili yaxşı məhsul verir.  
Təmiz əkinlərində adi cərgəvi üsulda  hektara 3-4 milyon (15-
16  kq),  gencərgəli  əkinlərində  2-3  mil.  (18-9  kq)  toxum  səpilir. 
Quru  ot  üçün  onu  süpürgələmənin  əvvəlində,  toxum  üçün  isə 
mum yetişmə dövründə hissə-hissə yığırlar. 
Azərbaycanda  (2010)    hündürboylu    qaramuxun    Qruzinskiy  
sortu 1976 -cı ildən rayonlaşdırılmışdır. Gürcüstan ETƏİ-nin Mis-
xeti Seleksiya Stansiyasında yaradılmışdır. 
 
2. 8. Çoxçalımlı qaramuq 
 
Çoxçalımlı qaramuq (Lolium multiflorum Lam.) tarla ot əkin-
lərində, otlaq   və biçənəklərin yaxşılaşdırılmasında istifadə edilən 
seyrəkkollu,  üst  mərtəbəli  taxıl  otudur.  Qışadavamlılığının  zəif 
olması və quraqlığa az davamlı olması ilə seçilir. Ona görə də qışı 
isti, yayı yağmurlu olan regionlarda becərilir. Tarla növbəli əkin-
lərində  təkrar  səpin  üçün,  paxlalı  otların  seyrəkliyini  aradan  qal-
dırmaq  üçün,  eləcə  də  birillik  otların  qarışığında  istifadə  edilə 
bilər. O, yaxşı bitir və çox tez məhsul formalaşdırır. 
Bu  növün  daxilində  ikiillik  qaramuqdan  başqa  həyatın  bir  il 
davam  etdirən  növmüxtəliflikləri  məsələn,  vestervold  qaramuğu 
(L. multiflorum var. vestervoldicum E. Br.) da vardır (birillik taxıl 
otları  bölməsində  bu    bitki  haqqında  məlumat  verilmişdir).  Bu 
növmüxtəlifliyi çoxillik otların örtüyünə səpmək üçün əlverişli he-
sab olunur.  Yemlik dəyəri yüksəkdir. 


Yüklə 5,43 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə