Dərs vəsaiti Azərbaycan respublikası Təhsil nazirinin 27. 02. 2013- cü il



Yüklə 5,43 Mb.
Pdf görüntüsü
səhifə6/45
tarix01.07.2018
ölçüsü5,43 Mb.
#53008
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   45

17 
 
Qaramuq  üçün  ən  yaxşı  sələflər  gübrə  verilmiş  payızlıq  və 
yazlıq  taxıllar,  eləcə  də  başdan-başa  becərilən  bitkilərdir.  Onu 
xam  və  dincə  qoyulmuş  torpaqlarda  müvəffəqiyyətlə  becərmək 
mümkündür. Başdan-başa becərilən bitkilərdən sonra yalnız payız 
şumu aparılır, dənli taxıl bitkilərinin əkinindən sonra isə kövşənlik 
üzlənir  və  payız  şumu  qaldırılır.  Erkən  yazda  nəmlik  itkisinin 
qarşısını  almaq  üçün  şum  malalanır  və  kultivasiya  çəkilir.  Alaq-
larla  mübarizə  məqsədilə  malalama  ilə  ikinci  kultivasiya  tətbiq 
olunur. Qaramuq üzvi və mineral gübrə verilməsinə yaxşı reaksiya 
göstərir.  Azot  gübrəsinin  verilməsi  gübrə  verilməyən  əkinlərə 
nisbətən yaşıl kütlə məhsulunu 1,5-2 dəfə artırır. Fosfor və kalium 
gübrəsi  əsas  şum  altına,  azot  isə  yemləmə  şəklində  (biçindən 
sonra) verilir. 
Qaramuq  həm  təmiz  halda,  həm  də  birillik  paxlalı  bitkilərlə 
qarışıq  becərilir.  Onu  faraş  yazlıq  bitkilərlə  eyni  vaxtda  səpirlər. 
Qaramuğu  faraş  səpdikdə  qış-yaz  fəsillərində  ehtiyat  nəmlikdən 
yaxşı istifadə edir və quraqlıqdan az əziyyət çəkir. 
Səpin  başdan-başa  cərgəvi  üsulla  aparılır.  Quru  ot  və  yaşıl 
yem  məqsədilə  becərdikdə  hektara  səpin  norması  25-30  kq, 
çoxillik  otlarla  örtük  bitkisi  kimi  əlavə  səpildikdə  10-15  kq-dır. 
Toxumun basdırılma dərinliyi 1,5-2 sm-ə bərabərdir.  
Birillik qaramuq birillik paxlalı otlarla qarışıq əkinlərdə yaxşı 
nəticə  verir.  Bu  zaman  təmiz  əkinlərə  nisbətən  quru  ot  məhsulu 
hektardan 15-20 sentner artır, protein  yığımı isə 1 sentnerə qədər 
yüksəlir.  
Əkinlərə  qulluq,  alaqlara  qarşı  mübarizə  və  biçindən  sonra 
azot gübrəsi ilə yemləmə aparılmasıdır. 
Yaşıl  kütlənin  ən  yaxşı  yığım  müddəti  sünbülləmə  fazası  və 
çiçəkləmənin əvvəlidir. Biçin torpaq səthindən 6-8 sm yüksəkdən 
aparılır. Ot yaşıl halda heyvandarlıqda yem kimi, silos məqsədilə 
və  quru  ot  üçün  istifadə  olunur.  O  hektardan  5-6  sentnerə  qədər 
toxum  məhsulu  verir.  Toxum  məqsədi  ilə  onun  təmiz  səpinlə-
rindən  istifadə  olunur.  Əsas  gövdədəki  toxumlar  tam  yetişmə 
fazasına çatdıqda yığım aparılır. 
 


18 
 
1. 4. Çumiza 
Çumiza (Setaria italica ssp. İtalica) birillik yem bitkisi olub,  
poaceae  (qırtıckimilər) fəsiləsinə daxildir. Quraqlığa davamlı, is-
ti sevən, yaşıl kütləsi, quru otu və dən məһsulu istifadə edildiyinə 
və yüksək məһsul verdiyinə görə xüsusi əһəmiyyət kəsb edir. Də-
ninin tərkibində 14% protein olduğu üçün qüvvətli yem kimi mal-
qaraya  verilir.  Yaş  kütləsini  və  quru  otunu  һeyvanlar  iştaһa  ilə 
yeyir. 
Ədəbiyyat  məlumatlarına  görə respublikamızın  bəzi  rayon-
larında (Şəmkir, Tovuz, Qazax və s.)   çumizanın  һər һektarından 
283-375  sentner    yaşıl  kütlə      isteһsal  olunmuşdur.  Quru  otunun 
tərkibində 15-17 % protein vardır. 
Dənli  bitkilər  arasında  çumiza  istiyə  ən  çox  davamlı  bitki 
һesab  olunur.  Toxumları  torpaqda  temperatur  10 
0
C-yə  çatdıqda 
cücərir.  Torpaqda  temperatur  15-20 
0
C  olduqda  səpinə  başlamaq 
çox əlverişlidir. Aran bölgələrdə  aprel, dağlıq bölgələrdə isə may 
ayında  əkilməsi  məsləһətdir.  Hektara  12-20  kq  toxum  səpilir. 
Cərgəvi  əkində  daһa  yüksək  məһsul  verir.  Çumizanı  birillik 
paxlalı otlarla qarışıq səpdikdə onun yem keyfiyyəti daһa da artır. 
Bitkilər  süpürgə  bağlamazdan  qabaq  çalınmalıdır.  Bu  vaxt  yaşıl 
yem üçün ən əlverişli vaxt һesab olunur. 
Çumizanın kök sistemi saçaqlıdır. Kökü  torpağın dərinliyinə 
bir  metrdən  artıq  gedir.  Əsas  köklərdən  başqa  əlavə  köklər  də 
əmələ gətirir ki, bunlar bitkini yerə yatmaqdan qoruyur.  Gövdəsi 
düzdür.  50  sm-dən  2  metrə  qədər  olur.  Yarpaqları  enli,  lanset 
şəkilli, kənarları girintili-çıxıntılı olur. Yarpaq ayasının uzunluğu   
25-65 sm, eni 2-4 sm olur. Yarpaqlar vegetasiya dövrünün   axırı-
na qədər bitkinin üstündə öz yaşıllığını saxlayır. Çiçək qrupu 20-
30 sm uzunluqda sünbuləbənzər süpürgədir (şəkil 5). 
Çumiza əkinlərinə edilən başlıça qulluq alaq otlarını məһv et-
mək  və  vaxtında  suvarmaqdan  ibarətdir.  Çumizanı  bataqlıq  və 
şorakət torpaqlardan başqa bütün torpaqlarda becərmək mümkün-
dür.  
 


19 
 
1. 5. Afrika darısı 
 
İstifadəsi. Afrika darısı (Pennisetum spicatum)  (zənci darısı, 
yarma, mirvari darısı və s .) Afrikanın arid zonaları və Şərqi Asi-
yanın  başlıca  ərzaq  bitkilərindən  biridir.  Dəni  yüksək  qidalılıq 
dəyərinə malikdir və yaxşı saxlanır. Tərkibində 67-76% karbohid-
ratlar,  9-16%  protein,  4-6  %  yağ,  2-7  %  kül  vardır.  Zülalının  və 
yağının keyfiyyətinə görə darı bir çox dənli bitkilərdən üstündür. 
Dənindən  ev  pivəsi  yarma  və  un    hazırlanır.    Yarması  şirin    və 
pəhriz yeməklərin hazırlanmasında istifadə edilir. Unundan sıyıq, 
peçenye,  çörək  və  s.  hazırlanır  və  buğda  ununa  (10  %)  qatılır. 
Dəni ilə quşları və cavan heyvanları yedizdirirlər və müalicəvi süd 
hazırlayırlar.  Vegetativ  kütləsi  yaşıl  yem,  quru  ot  və  silos  kimi 
istifadə edilir. Darıdan silos hazırlamaq asandır, çünki uzun müd-
dət  yaşıl  halda  qalır.  Bu  da  siloslama  müddətini  silosun  keyfiy-
yətini  aşağı  salmadan  20-25  gün  uzatmağa  imkan  verir.  Qərbi 
Afrikanın bəzi ölkələrində darı siderat   bitkisi (yaşıl gübrə)  kimi 
istifadə edilir.  
Yayılması. Afrika darısı əkinlərinin yarıdan çoxu Asiya ölkə-
lərində (Hindistan, Pakistan, Çin, Koreya, Ön Asiya ölkələri) yer-
ləşir. Afrika darısı əkinlərinə və istehsalına görə Hindistan birinci 
yerdə durur. Burada 11-13 milyon hektar darı əkilir ki, bu da dün-
yadakı darı əkinlərinin 30% -ni təşkil edir). Amerikada, Avropada 
və Avstraliyada darı çox da böyük olmayan ərazilərdə heyvanları 
yemləmək üçün istifadə edilir. Rusiyaya birinci dəfə 1898-ci ildə 
gətirilmiş, ancaq çox geniş yayılmamışdır. Ədəbiyyat məlumatla-
rına  görə  suvarıldıqda  və  yaxşı  becərildikdə  һektardan  400-500, 
bəzi һallarda isə 1000 sentner yaşıl kütlə isteһsal olunur, ildə 2 də-
fə çalım verir. Dən məһsulu da qüvvətli yem kimi istifadə olunur. 
Orta  dən  məhsuldarlığı  0,6-0,7  ton/ha-dır.  Hindistanda  hibridləri 
1,5-2,5  ton/ha,  suvarma  şəraitində  isə  hektardan  3-4  tona  qədər 
dən məhsulu verir.  
Botaniki təsviri: Afrika darısı qırtıckimilər (poaceae) fəsilə-
sinə, pennisetum cinsinə daxildir. Bu cinsin 100-dən artıq birillik 
və çoxillik ot tipli növləri vardır. Əsas mədəni növü  Pennisetum 


Yüklə 5,43 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə