111
molibdenatla birlikdə işlənilməsi ot məhsuldarlığını hektarlan 8
sentner çoxaldır.
Səpin norması. Təmiz halda hektara 90-100 kq toxum 3-4
sm dərinliyində basdırılır. Toxumlar səpilən gün kölgədə nitragin
və ammonium-molibdenatla işlənilir.
Əkinlərə qulluq. Xaşanı çox vaxt örtüyə səpirlər. Örtük
bitkisi, yəni dənli taxıl bitkisini 15-20 sm hündürlüyündə biçirlər.
Belə hündürlükdə olan kövşənlər əmələ gələn cavan xaşa
cücərtilərini günəş şüasının yandırmasından qoruyur, qışda isə qar
toplanmasına şərait yaradır. Növbəti ilin yazında 2 iz malalama
aparılır ki, bu da kövşənlərin çıxarılması və torpağın üst qatının
yumşaldılmasına şərait yaradır. Ot üçün biçildikdən sonra tarla
mütləq ağır malalarla malalanır.
Zərərverici və xəstəliklərlə də mübarizə aparmaq zəruridir.
Unlu şeh. Yarpağı, gövdə və paxlaları zədələyir. Güclü
xəstələnmə zamanı quru ot məhsulu 50%-ə qədər azalır.
Pas xəstəliyi. Yarpaq, gövdə çiçək və paxlaları zədələnir.
Əsasən erkən inkişaf dövründə qorxuludur.
Fuzarioz. Xəstəliyə güclü tutulduqda gövdələr yarpaqsız və
gövdəsi (budaqları) qoz rəngini alır.
Mübarizə tədbirləri – Növbəli əkinin tətbiqi əkinə sağlam və
zədələnməmiş toxumlar seçmək, təzə tarlaları köhnələrdən aralı
seçməli, yeni xəstəliyə davamlı sortlardan istifadə etmək.
Xaşa toxumyeyəni – paxla və toxumları 30-50% zədələyir.
Xaşa evritomu– toxumun yumşaq yerinə yumurta qoyur.
Yumurtadan əmələ gələn sürfələr toxumun içərisini yeyirlər.
Mübarizə tədbirləri – toxumun diqqətlə təmizlənməsi və
zədəli toxumların yandırılması.
Xaşanın toxumu xaşa çiçəkyeyəni və xaşa tripsi ilə zədələnir.
Kimyəvi preparatlardan istifadə edilir.
Məhsulun yığılması – Xaşanı gönçələmə fazasında və
çiçəkləmənin başlanğıcında biçirlər. Biçin torpaq səthindən 6 sm
hündürlükdə aparılır. Növbəti biçin 8-10 sm hündürlüyündə hə-
yata keçirilir. Bu zaman qışlama qabağı plastik kütlənin toplan-
ması və qışda qarın saxlanmasına, növbəti ilin yazında xaşanın
112
daha yaxşı inkişafına səbəb olur. Digər yığım texnologiyaları yon-
cada olduğu kimidir.
Sortları. Son vaxtlar Rusiya ərazisində əkilib - becərilən
sortlarından Pesçannıy 1251, Pesçannıy uluçşennıy, Severekafkaz-
skiy dvuukosnıy və s. göstərmək olar. Azərbaycanda isə (2010)
xaşanın Yerli Naxçıvan (1942), AzNİXİ -18 (1944), AzNİXİ - 74
(1945), AzNİİKLİP - 495 (2008) sortları rayonlaşdırılmışdır.
4. 3. Üçyarpaq (üçyarpaq yonca)
Əhəmiyyəti. Üçyarpaq (Trifolium L). cinsi botaniki cəhətcə
paxlalılar (Fabaceae) fəsiləsinin ən zəngin cinslərindəndir. Hazır-
kı təsnifata görə 300-ə qədər növü müəyyən edilmişdir. Lakin
mədəni formaya 20 növü salınmışdır ki, onlardan da altı növü
becərilir. Bu növlərin üçü çoxillik, üçü isə birillikdir. Lakin prak-
tiki əhəmiyyət kəsb edən çoxlu qiymətli növlər də mövcuddur.
Çoxillik növlərdən yem məqsədi üçün daha çox becəriləni
çəmən üçyarpağı, sürünən üçyarpaq və hibrid (çəhrayı)
üçyarpağıdır. Bunlardan çəmən üçyarpağı daha çox yayılmışdır.
Quru ot və senaj hazırlamaq üçün ondan tez-tez istifadə olunur.
Yaxşı hazırlanmış üçyarpağın quru otunun hər kq-da 0,55 yem
vahidi və 70 qr. xam zülal vardır. Quru ot ehtiyatı görərkən, xüsu-
sən təbii qurutma zamanı yarpaqların bir hissəsi qırılır və itirilir,
yemlik dəyəri isə aşağı enir. Senaj hazırlayarkən yarpaqlar tam
saxlanılır və qida maddələrinin itkisi minimum həddə olur.
Vegetativ kütlənin potensial məhsuldarlığı kifayət qədər
yüksəkdir. Optimal becərmə şəraitində üçyarpaq vegetasiya müd-
dətində hər hektardan 12 ton yerüstü kütlə ( quru maddə) forma-
laşdırar. Təbii münbitlik şəraitində üçyarpaq hektardan 2-3 ton
quru ot məhsulu yığılmasını təmin edir.
4. 3. 1. Çəmən üçyarpağı (üçyarpaq yoncası)
Botaniki təsviri. Çəmən üçyarpağı (Trifolium pratense L.) iki
sorttipinə ayrılır: tezyetişən, yaxud ikiçalımlı (var. praccox) və
113
gecyetişən, yaxud birçalımlı (var. serotinum). İkiçalımlı üçyarpaq
cənub və cənubi-qərb, gecyetişən birçalımlı üçyarpaq isə şimal və
şimali-şərq ərazilərdə becərilir. Cənub tipli üçyarpaq alçaq boylu,
yüksək yarpaqlanmaq və şimal üçyarpağına nisbətən qışadavamlı-
lığının aşağı olması ilə xarakterizə olunur. Morfoloji əlamətlərinə
görə ikiçalımlı üçyarpaq birçalımlılardan onunla fərqlənir ki, on-
larda buğumaralarının sayı 5-7, birçalımlılarda isə 7-9 və daha çox
olur (şəkil 30).
Çəmən üçyarpağı (qırmızı üçyarpaq) mil və güclü inkişaf et-
miş saçaqlı kök sistemi əmələ gətirir. Kökü torpağın 2,0-2,5 m
dərinliyinə, ətrafa isə mil kökdən 50-60 sm kənara yayılır. Kökün
çox hissəsi əsasən əkin qatında (20-25 sm) yerləşir. Kök yum-
ruları (içərisində fır bakteriyaları yerləşir) əvvəlcə mil kökdə,
sonra isə yan köklərdə inkişaf edirlər. Fırların əmələ gəlməsi
birinci üçlü yarpaqla eyni vaxta təsadüf edir və çiçəkləmə fa-
zasının başlanğıcında maksimuma çatır. Tezyetişən sortlara nis-
bətən, gecyetişən sortlarda simbiotik aparat daha güclü formalaşır.
Çıxışlar alındıqdan iki ay sonra mərkəzi kökün kök boğazcığı
torpağın 3-4 sm dərinliyinə çəkilir. Kök boğazcığının torpağa belə
batması tumurcuqların heyvanlar tərəfindən yeyilməsini və qış
dövründə donmadan mühafizə edir.
Çəmən üçyarpağının gövdəsi dəyirmi, içərisi boş, sıx ağtəhər
tükcüklərlə örtülüdür. Nəmlik artıq olduqda gövdələr yatırlar.
Yarpaqları mürəkkəb, üçlüdür: aşağı yarpaqlar uzun saplaqlı,
yuxarıdakılar isə nisbətən qısadır. Yarpaq ayası yumurtavarı,
uzunsov-yumurtavarı və ellips formalıdır. Yarpaq ayasının üzə-
rində xarakterik üçbucaq şəkilli ləkə var. Tezyetişən cənub üçyar-
pağında yarpaq kütləsi yerüstü kütlənin təxminən 42-44%-nə,
gecyetişəndə isə 40%-ə qədərinə bərabərdir.
Çiçək qrupu - orta hesabla 100 çiçəkli möhkəm sıx başcıqdan
ibarətdir. Çiçəkləmə dövründə kifayət qədər tozlayıcılar və əlve-
rişli şərait olduqda çiçəklərin 50-yə qədəri mayalanır və toxum
verir. Çiçək kasacıqdan, tacdan, sütuncuqlu yumurtalıqlardan və
erkəkcikdən ibarətdir. Tacı boruşəkilli al-qırmızı rənglidir. Erkə-
Dostları ilə paylaş: |