Dərs vəsaiti Azərbaycan respublikası Təhsil nazirinin 27. 02. 2013 cü il tarixli 323



Yüklə 2,83 Kb.
Pdf görüntüsü
səhifə1/43
tarix24.04.2018
ölçüsü2,83 Kb.
#40070
növüDərs
  1   2   3   4   5   6   7   8   9   ...   43


 


 
 
HÜMBƏTOV  H. S.  ŞABANOV  M. C. 
VERDİYEVA  R. C. 
 
 
 
 
 
 
 
 
ŞİRƏLİ  YEM  BİTKİLƏRİ 
                           (
dərs vəsaiti
 
 
 
 
Azərbaycan respublikası Təhsil nazirinin 27. 02. 2013 - cü il 
tarixli 323 
saylı əmrinə əsasən dərs vəsaiti  kimi təsdiq edilib qrif 
verilmişdir 
 
 
 
 
 
 
 
BAKI   “NURLAN”   2013 
 
 
 



 
 
Elmi  redaktor:
 
Az ETTİ- nin Fiziologoya və biokimya laboratori-
ya
sının  müdiri, k/t elmləri doktoru  Yusifov  M.  A. 
 
 
 
Rəy  verənlər:  
 
AMEA Genetik Ehtiyyatlar İnstitunun Texniki yem və dərman 
bitkiləri
 
laboratoriya
sının  müdiri, k/t elmləri doktoru   Əsədli  Ş. İ. 
 
GDPU-
nin Botanika kafedrasının müdiri, biologiya elmləri dok-
toru, 
əməkdar elm xadimi, professor  Novruzov V. S.  
Az
ETHİ-nin direktoru, k/t  üzrə elmlər doktoru  Balakişiyev M. Q.
 
 
ADAU - nun  
Meyvə - tərəvəzçilik və üzümçülük  kafedrasının 
professoru,  k/t. e. d., 
əməkdar müəllim  Əliyev  Ş.  A.   
 
 
 
Hümbətov  H. S.,  Şabanov M. C., Verdiyeva R. C.  Şirəli yem 
bitki
ləri. 
 
Bakı: “Nurlan nəşriyyat-poliqrafiya müəssisəsi 2013, 152 s. 
şəkilli 
 
 
 
Vəsaitdə  əsas  şirəli  yem  bitkilərinin  botaniki-morfoloji,   bioloji 
xüsusiy
yətləri,  becərilmə  texnologiyası,  təsərrüfat  əhəmiyyəti,    inkişaf 
tarixi, 
şirəli yemlərin  istehsal formaları, mövcud şirəli yem bitkilərinin 
istehsalın   başqa   sahələri ilə əlaqəsi, məhsuldarlığı, biokimyəvi tərkibi, 
seleksiyası, toxumçuluğu, yem tədarükü, şirəli yem bitkilərinin inkişaf 
perspektivləri  bir  sözlə,    şirəli  yem  istehsalının  bütün  sahələri  üzrə 
olmasa da bir sıra prinsipial məsələlərə dair ətraflı məlumat verilmişdir.  
D
ərs vəsaiti  əsasən ali və  orta ixtisas məktəblərinin tələbələri və 
magis
trantları  üçün  nəzərdə  tutulmuşdur.  Lakin,  ondan  aqronomlar, 
fermerl
ər,  yem  istehsalı  sahəsində  çalışanlar  və  şirəli yem məhsulları 
istehsalı ilə maraqlanan hər bir oxucu faydalana bilər.     
 
2013
098
12
3701000000


N
qrifli nəşr  ©
 
Hümbətov,  Şabanov

Verdiyeva  2013
 



 
GİRİŞ 
Mövcud təbii-tarixi dəlillər, müasir bioloji və geoloji tədqiqat 
işlərinin nəticəsi Azərbaycanda heyvandarlığın və əkinçiliyin çox 
qədimdən təşəkkül tapdığını göstərir. 
Azərbaycanda  hələ  mis-tunc  dövründə  əkinçilik  və  heyvan-
dar
lıqla məşğul olmuşlar. V-VI əsrdə istehsal münasibətlərinin in-
ki
şafı ilə əlaqədar olaraq əkinçilik və heyvandarlıq daha da inkişaf 
etmişdir. 
Tarixçilərin  və  səyyahların  göstərdiklərinə  görə  VI-X  əsrlər 
arasında bu ölkənin kənd təsərrüfatında  bağçılıq və pambıqçılıq 
böyük yer tutmuşdur. Bununla əlaqədar olaraq suvarılan torpaq və 
dənli  bitkilərin  əkin  sahələri  xeyli  genişlənmişdir.  Taxılçılığın 
inkişafı  öz  növbəsində  heyvandarlığa  və  yemçiliyə  müsbət  təsir 
göstərmişdir. Bu dövrdə
 
kənd təsərrüfatında heyvandarlıq mühüm 
rol oynamağa başlamışdır ki, bu da yem bitkilərinin əkin sahəsi-
nin genişləndirilməsinə müəyyən təsir göstərmişdir. 
Xüsusi mülkiyyət sahibi olan əkinçilər və maldarlar öz mal-
qarasının ehtiyacını ödəmək məqsədi ilə də olsa, təbii yem mənbə-
lərindən,  dənli  bitkilərin  küləşindən  (samanından),  bəzi  növlərin 
dənindən,  unundan,  çörəyindən  istifadə  etməklə  yanaşı,  müxtəlif 
yem bitkisi sortlarının əkin sahəsinin daha dagenişləndirilməsinə 
və  onların  əkin  sahələrindən  bol  yem  tədarük  etmək  məsələsinə 
ciddi fikir vermişlər. Beləliklə, həmin dövrdə yem istehsalı əvvəl-
ki dövrlərə nisbətən müqayisəolunmaz   dərəcədə artmışdırki,  bu 
da Azərbaycanda müasir yemçiliyin inkişafı üçün zəmin yaratmış-
dır. 
Qədim  dövrlərdə  təbii  yem  ehtiyatından  istifadə  edərək  ilin 
müəyyən vaxtlarında tövlə şəraitində saxlanan mal-qaranı yemlə-
mək  üçün  ot  toplamaq  işi,  maldarlıqla  məşğul  olan  insanlardan 
ötrü böyük vərdişə çevrilmiş, heyvanları hazır yemlə təmin etmək 
üçün təbii biçənəklərdən ot toplamaq vacib bir peşə olmuşdur. 
Maldarlığın  ilk  inkişafı  dövründə,  yəni  sadə  yem  istehsalı 
zamanı,  təbii  şəraitdəki  yem  ehtiyatı  mal-qaranın  tələbini  ödədi-
yinə  görə  yem bitkilərinin becərilməsi ilə maraqlanmağa ehtiyac 



 
olmamışdır. Sonralar kənd təsərrüfatının, o cümlədən heyvandar-
lığın  inkişafı  ilə  əlaqədar  olaraq,  adi  ot  tədarükündən  başlanan 
sadə yem istehsalı işi, istehsalın və elmin mühüm sahələrindən bi-
ri
nə çevrilmişdir. 
Ölkəmizdə mədəni yemçiliyin əsil mənada inkişafına isə son 
dövrlərdə  başlanmışdır.  Müstəqillik  dövründə  yemçilik,  elmin 
müx
təlif sahələri ilə düzgün  əlaqələndirilmiş və  kənd təsərrüfatı 
elminin mühüm bir sahəsi kimi geniş inkişaf tapmışdır. 
Yemçiliyin  qarşısında  duran  vəzifələrdən  biri  kompleks 
elmi-
texniki və təşkilati tədbirləri həyata keçirməklə, təbii və süni 
yem mənbələrini yaxşılaşdırmaq yolu ilə onların məhsuldarlığını  
artırmaqdan  və  yüksək  məhsul  götürməkdən  ibarətdir.  Bu  vəzi-
fələr  daimi  inkişafda  olan  heyvandarlığın  yem  istehsalına  olan 
gündəlik tələbatından doğur. Bu cəhətdən heyvandarlığın inkişaf 
etdirilməsində  və  yem  bazasının  möhkəmləndirilməsində  şirəli 
ye
m bitkilərinin  böyük
 
rolu vardır. Belə ki, bu bitkilərin ətli-şirə-
li hissələri, yaşıl kütləsi, quru otu, samanı və silosu yüksək yem 
keyfiyyətinə  malikdir.  Şirəli  yem  bitkiləri  zülallarla,  proteinlə, 
ya
ğla, müxtəlif vitaminlərlə və mineral maddələrlə zəngindir. 
Şirəli  yem  bitkilərinin,  təkcə  kökümeyvələri  deyil,  yerüstü 
küt
lələri  (bəlimləri),  həmçinin  quru  otları  da  yüksək  qidalılıq 
dəyərinə malikdir. 
Az
ərbaycanda kökümeyvəli və köküyumrulu şirəli yemlərdən 
başqa yem məqsədi ilə bəzi bostan bitkiləri də (yem qarpızı, yem 
qabağı, göy qabaq, qovun) becərilir və onlar da şirəli yem bitkiləri 
qrupuna aid edilir. Bu bostan bitkil
əri yemçilik təsərrüfatını inki-
şaf etdirməkdə xeyli rol oynayır. Şirəli yem bitkilərinin əsas nü-
may
əndələri: şəkər və yem çuğunduru,  yerkökü, şalğam, yem tur-
pu (turneps), yemlik kartof, yerarmudu (topinambur),  yem k
ələmi 
v
ə  başqalarıdır.  Bu bitkilərin  geniş  sahələrdə  becərilməsi  işinə 
40-
cı  illərdən  sonra  başlanılmısdır.  Azərbaycanın  bir  sıra  rayon-
larında bu bitkilərin becərilməsi sahəsində müəyyən təcrübə əldə 
edilmişdir. Şəmkir, Tovuz, Qazax, Naxçıvan MR və başqa rayon-
ların qabaqcıl fermer təsərrüfatlarında şirəli yem bitkilərinin əkin 
sahəsindən yüksək məhsul götürülür.  


Yüklə 2,83 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə