Dərs vəsaiti Azərbaycan respublikası Təhsil nazirinin 27. 02. 2013 cü il tarixli 323



Yüklə 2,83 Kb.
Pdf görüntüsü
səhifə14/43
tarix24.04.2018
ölçüsü2,83 Kb.
#40070
növüDərs
1   ...   10   11   12   13   14   15   16   17   ...   43

41 
 
çılıqla məşğul olan təsərrüfatlarda 60-90 sm-lik cərgəaralarına və 
qarğıdalı-tərəvəz  təsərrüfatlarında  70  sm-lik  cərgələri  becərməyə 
imkan  verən  kompleks  maşınlar  olur.  Ona  görə  də  əgər  təsər-
rüfatda çuğundurun becərilməsinə aid xüsusi, kompleks çuğundur 
maşınları  olmazsa,  onda  bu  bitkinin  becərilməsində  pambıq, 
qarğıdalı və ya tərəvəz texnikasından (CCT-8А, CCH-12, CK-18, 
CKP-12, CCT-12A, CCT-12
Б) istifadə etməyə imkan verən səpin 
üsulu seçilməlidir 
400-
500  sentner  kökümeyvə  məhsulu  almaq  üçün  yığım-
qabağı hektarda 95-100 min bitki olmalıdır. Cərgəarası 60 sm olan 
suvarma  zonalarında  bitkiarası  məsafə  10-15 sm götürülür. Hal-
hazırda punktir səpin üsulu daha geniş tətbiq olunan əlverişli üsul 
sayılır.  Bu  üsulda  toxumlar  arasında  məsafə  qoyulur,  normal 
cücərtilər alındığından seyrəltməyə ehtiyac qalmır. Hər metrə 20 
toxum səpilir.  
Adi  texnologiya  ilə  becərdikdə  cərgəarası  60  sm  olduqda 
səpin norması hektara 10-12 kq, (bir metrə 35-38 kələfcə) 45 sm 
olduqda isə 30 kq götürülür.  
Müasir  texnologiyaya  əsasən  çuğundur  sıx  yuva  üsulu  ilə 
səpilir. Səpən maşınlardan cərgələrarası 45 sm olan, 2 СТСН-6А, 
ССТ -12А,WIC-12 və ССТ-12 Б və s. göstərmək olar. Suvarılan 
rayonlarda isə səpin SSТ-8A toxumsəpəni ilə 60 sm-lik cərgələrlə 
səpilir. 
Sənaye  texnologiyasında  hektara  səpin  norması  6-8 kq, (bir 
metrə 12-14 meyvə), alaqlardan təmiz, münbit, habelə xəstəlik və 
zərərvericilərdən  təmiz  sahələrdə  1  metr  cərgəyə  9-10  kələfcə, 
(4,5- 
6,0 kq) səpmək olar.  
Səpin norması aşağıdakı düsturla təyin olunur: 
                                                       
100
×
×
=
T
S
B
N
 
Burada: 
N – 
hektara səpiləcək toxum, kq-la; B – hektarda tələb olunan 


42 
 
bitki, mln. ədədlə; 
S -
1000 ədəd toxumun kütləsi, qr- la;  T – səpiləcək toxumun 
yararlılıq dərəcəsi, %-lə.  
Tutaq ki, B = 0,1 milyon, S = 15 qr., T = 95%-dir.  
Onda    
kq
x
x
N
58
,
1
100
95
15
1
,
0
=
=
.    Deməli  bir  hektarda 
100  min  bitki  olması  üçün  1,58  kq  toxum  səpilməlidir  (təmiz 
tox
um). Təsərrüfarlarda isə torpağa ən azı 25-30 kq toxum səpilir 
və sonra onu çoxlu zəhmət çəkərək seyrəldirlər. 
Çoxtoxumlu  diploid  şəkər  çuğundurunun  1000  ədəd  meyvə-
sinin kütləsi 25 qr-dan, birtoxumlu diploid şəkər çuğundurununku 
15 qr.-  dan, çoxtoxumlu po
liploid  şəkər  çuğundurunun  isə  1000 
ədəd meyvəsinin kütləsi 30 qr-dan aşağı olmur. 
Torpaq  səpinə  yaxşı  hazırlandıqda  və  səpin  üçün  yüksək 
keyfiyyətli toxum işlətdikdə hər metr cərgəyə 10-15 toxum səpib 
6-
7 cücərti saxlamaq məsləhətdir. Səpin zamanı aqreqat saatda 4-5 
km sürətlə hərəkət etməlidir.  
Şəkər çuğunduru toxumunun optimal səpin dərinliyi 3-4 sm-
dir. Bəzən yüngül qranulometrik tərkibli, səpin dövründə üst qatı 
quruyan torpaqlarda dərinliyi 5 sm-ə qədər artırmaq olar. Тorpaq 
lazımı  dərəcədə  nəmli  olduqda  ССТ-125  markalı  kipvarı  toxum 
kanalı olan toxumsəpənlə səpin dərinliyini 2,5-3 sm-də götürmək 
mümkündür. 
Şəkər  çuğunduru  cücərtilərinin  seyrəldilməsində  -  formaya 
salınmasında  əl  əməyini  tam  aradan  qaldırmaq  və  ya  kəskin 
surətdə  azaltmaq  səpin  normasından  çox  asılıdır.  Səpin  norma-
sının  artırılıb-  azaldılmasıi  aşağıdakı  amillərlə  bağlıdır:  bölgənin 
torpaq-
iqlim  şəraiti,  əkinçilik  mədəniyyətinin  ümumi  səviyyəsi, 
toxumun  və  torpağın  səpinqabağı  hazırlanma  keyfiyyəti, 
ziyanverici  və  xəstəliklərin  yayılma  dərəcəsi,  tarlanın  alaqlanma 
səviyyəsi, səpin üçün lazımı texniki vasitələrin olması və s. Şəkər 
çuğundurunun səpin normasının təyinatı, ümumiyyətlə bu bitkinin 


43 
 
istehsal texnologiyasını müəyyənəşdirən əsas amildir. Cücərtilərin 
seyrəldilməsi  -  formaya salınması  əllə  aparıldığı  hallarda  səpin 
norması  32-34  kq/ha  müəyyənləşdirilmişdir.  Bəzi  yerlərdə  hətta 
45-48 kq/ha-
ya  çatdırılır.  Birtoxumlu  sortların  yaradılması  ilə 
norma 15-
20  kq/ha  qədər  azaldılmışdır.  2  СТСН-6  А  markalı 
dəqiq üsulla toxumsəpən alətlərin meydana gəlməsi və tətbiqi ilə 
çuğundurun  cərgəvi  səpinindən  punktir,  yəni  sıxyuva  üsulu  ilə 
səpininə  keçməyə  əlverişli  şərait  yaranmışdır.  Bu  halda  səpin 
normasını  toxumun  kütləsinə  görə  yox,  daha  dəqiq  üsulla,  yəni 
cərgənin 1 m uzununa səpiləçək toxumların miqdarı və ya onların   
bir-
birindən  neçə  santimetr  aralı səpilməsinə görə  müəyyənləş-
dir
məyə başlamışlar. 
Birtoxumlu sortlar üçün 1 m
2
 uzununa 25-
35 toxum olmasını 
təmin  edən  səpin  norması  daha  üstündür.  Belə  ki,  bu  halda 
buketləşmə  və  cərgədə  seyrəltmə  üsulu  ilə  şəkər  çuğunduru 
cücərtilərinin formalaşdırılmasına sərf  edilən əl  əməyini 20-50% 
azaltmaq    mümkündür. 
Тoxumun  yüksək  tarla  cücərməsi  50-60% olan birtoxumlu 
sortların  meyvələrinin  (toxumlarının)  səpində  istifadəsi  hesabına 
səpin normasını 1 metrə 18-22 ədəd toxuma kimi endirmək müm-
kündür.  Bu  halda  çuğundur  cücərtilərinin  mexaniki  formalaş-
dırılması - seyrəldilməsi üçün də əlverişli şərait yaranır. 
Şəkər  çuğunduru  cücərtilərinin  seyrəldilməsi  əməliyyatının 
tam mexanik
ləşdirilməsi üçün aşağıdakı variantlar tövsiyə edilir: 
1)
 
alaqlardan təmiz tarlalarda, alaqları tam ləğv etmək üçün 
herbisidlər  sistemi  tətbiq  edildiyi  şəraitdə,  ziyanverici  və  xəstə-
liklərlə mübarizədə lazımi mühafizə tədbirləri həyata keçirildiyi, 
cərgənin hər metrinə 9-dan 14-ə qədər toxum səpilməsi şəraitində 
bircücərtili  toxumların  85%-dən  aşağı  olmayan  cücərmə 
qabiliyyəti olması şərtilə. Bu halda hər metrdə 6-7 şəkər çuğun-
duru  cücərtisi  əmələ  gəlməsinə  tam  şərait  yaranır  ki,  bu  da  hər 
hektarda son bitki sıxlığına müvafiqdir; 
2)
 
tarla  alaqlarla  ciddi  zibillənirsə,  səpin  norması  artıq  gö-
türü
lüb, sonra mexaniki seyrəltmə (çox alaqlı yerlərdə buketləmə, 
nisbətən az alaqlı sahələrdə isə cərgənin uzununa seyrəltmə yerinə 


Yüklə 2,83 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə