Dərs vəsaiti Azərbaycan respublikası Təhsil nazirinin 27. 02. 2013 cü il tarixli 323



Yüklə 2,83 Kb.
Pdf görüntüsü
səhifə2/43
tarix24.04.2018
ölçüsü2,83 Kb.
#40070
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   43


 
Sənayenin inkişafı ilə əlaqədar olaraq ölkəmizdə əlavə yem 
mənbələri də yaranmışdır ki, bunun da əsasını fabrik-zavod tullan-
tılarından  istehsal  olunan  müxtəlif  texniki istehsalat qalıqları,   
heyva
ni və mineral yemlər (jmıx, kəpək, spirt istehsalının qalığı, 
barda, qan  unu, sümük və  ət unu, pendir suyu, ayran, balıq unu, 
xörək duzu və s.) təşkil edir. Məsələn: ən qiymətli şirəli yemlər-
dən  biri  hesab  edilən  şəkər  çuğundurunun    emalından  sonra 
zavodlarda  çoxlu  tullantılar  (30  ton  məhsuldan  24  ton  tullantı) 
alınır ki, bu tullantılardan heyvandarlıqda yem kimi və təsərrüfat-
larda üzvi gübrə kimi də istifadə olunur. Tullantının quru halda 1 
sentneri 80-85 yem vahidin
ə, yaş və turş halda isə  8-10 yem vahi-
dinə bərabərdir. 
Yemlilik  dəyərinə  görə  şəkər  çuğunduru  yem  çuğundurun-
dan 2 dəfə üstündür. Yarpaqları xüsusilə qida elementləri ilə daha 
zəngindir.  Yarpaqlarda  2-3%  zülal,  0,4%  yağ  və  müxtəlif  vita-
minlər vardır. 
Şəkər çuğundurunun 1 sentneri 26 yem vahidi, yaxud 1,2 kq 
proteinə bərabərdir. Yarpağın bir sentneri isə 20 y.v.-nə bərabər-
dir. Yem çuğunduru müvafiq olaraq 12 və 9 y.v.-ə bərabərdir.  
Heyvandarlıq məhsullarının artırılması hər şeydən əvvəl, öl-
kəmizdə yemçiliyi inkişaf etdirmək və möhkəm yem bazası yarat-
maq  yolu  ilə  təmin  edilə  bilər.  Bu  mühüm  məsələni  müvəf-
fəqiyyətlə həll etmək üçün yeni, yüksək keyfiyyətli və məhsuldar 
yem bitkiləri o cümlədən də şirəli yem bitkiləri sortları yaratmaqla 
yanaşı, ayrı-ayrı elmi-tədqiqat müəssisələri tərəfindən əldə edilmiş 
müxtəlif yem bitkisi sortları Azərbaycanın iqlim-torpaq şəraitində 
sınaqdan  keçirilməli,  onların  bioloji  və  təsərrüfat  xüsusiyyətləri 
öy
rənilməlidir.  Bundan  başqa  perspektiv  sortların  təsərrüfatlarda 
be
cərilməsinə,  onların  əkin  sahələrinin  genişləndirilməsinə  və 
yem
çiliyin inkişafına mane olan nöqsanlar aradan qaldırılmalıdır. 
Şirəli yem bitkilərinin əkin sahələrinin və istehsalının geniş-
ləndirilməsi,  məhsuldarlığının  artırılması,  ölkəmizdə  heyvandar-
lığın inkişaf etdirilməsi işində  başlıca şərtdir. 



 
Heyvandarlığın inkişaf etdirilməsi isə xalqın güzəranını dur-
ma
dan  yaxşılaşdırmağa,  yüngül  və  yeyinti  sənayesinin,  habelə 
əhalinin heyvandarlıq məhsullarına getdikcə artan tələbatını lazı-
mınca ödəməyə imkan verir. 
Məhz buna görə də respublikamızda son dövrlər qəbul olun-
muş qanun və fərmanlarda 
(2008-2015-ci ill
ərdə Azərbaycan res-
pub
likasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair 
Dövl
ət Proqramı; 2008-2015-ci illərdə Azərbaycan respublikasın-
da  yoxsulluğun azaldılması və davamlı inkişaf Dövlət Proqramı; 
Az
ərbaycan respublikası regionlarının 2004-2008 və 2009-2013 - 
cü ill
ərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı

şirəli yem bit-
kilərinin  yetişdirilməsi, onlardan  yüksək məhsul götürülməsi  və 
onlar
la  heyvanların  qidalandırılması    fermer  təsərrüfatları  qarşı-
sında ən zəruri vəzifə kimi qoyulmuşdur. 
 
2008-2015-ci  ill
ərdə  Azərbaycan  Respublikasında  əhalinin 
ərzaq məhsulları  ilə  etibarlı  təminatına  dair  Dövlət  Proqramında 
d
ənli bitkilərin  əkin sahələrini 900 min hektara, məhsuldarlığını 
3,2 ton/ha-
ya, ümumi  istehsalını 2,8 milyon  tona, ət istehsalını 
340 min  tona, süd v
ə süd məhsulları istehsalını 2,4 milyon tona, 
s
ənaye üsulu ilə illik quş əti istehsalını  80 min tona, yumurta  is-
teh
salını 1,3 milyard ədədə, kartof  istehsalının həcmini 1,12 mil-
yon tona, t
ərəvəz və bostan məhsulları  istehsalını 1,72 milyon to-
na, meyv
ə istehsalını  800 min tona, yağlı  bitkilərin əkin sahələri-
ni 1
35 min hektara, şəkər çuğundurunun əkin sahəsini 20 min hek-
tara, çay yarpağı istehsalını 3 min tona, yem bitkilərinin əkin sa-
h
ələrini 500 min hektara, yüksək keyfiyyətli balanslaşdırılmış  qa-
rışıq  yem  istehsalını  ildə  2  milyon  tona  çatdırmaq  kimi mühüm 
v
əzifələr qarşıya qoyulmuşdur. 
Ümumiyyətlə  faydalı  və  məhsuldar  yem  bitkilərinin  yetişdi-
ril
məsinə və əkin sahəsinin genişlənrilməsinə nə qədər ciddi fikir 
verilərsə, heyvandarlığın inkişafını və onun məhsuldarlığını tələb 
olunan səviyyəyə qaldırmaq daha asan olar. 
 
 



 
I FƏSİL. KÖKÜMEYVƏLİ  BİTKİLƏR 
1.1. 
ŞƏKƏR ÇUĞUNDURU 
Xalq  təsərrüfatı  əhəmiyyəti.  Şəkər  çuğundurunun  xalq 
təsərrüfatı əhəmiyyəti olduqca böyükdür və ona görə də bu bitki 
əksər  ölkələrdə  əsas  texniki  bitkilər  sırasına  daxil  edilmişdir. 
Bizim respublikamızda pambıq və tütün kimi ən mühüm texniki 
bitkilərdən  sonra,  son  2-3  ildə  bu  bitkinin  inkişaf  etdirilməsinə 
xüsusi  fikir  verilir.  Şəkər  çuğunduru  ilk  növbədə  ən  qiymətli 
ərzaq  məhsullarından  sayılan  şəkər  almaq  üçün  xammaldır. 
Dünya üzrə şəkər istehsalının 40%-i şəkər çuğun-durundan alınır. 
2008-
ci ilin məlumatına görə dünyanın 127 ölkəsində 144 milyon 
ton şəkər çuğunduru istehsal edilir. Orta, mülayim, mötədil isti və 
mülayim iqlimli rayonlarda şəkər istehsalı üçün şəkər çuğunduru 
yeganə  xammal  mənbəyidir.  12  Mart  2008-ci  ildə  Ukraynanın 
pay
taxtı Kiyev şəhərindəki  Şəkər Çuğunduru İnstititutunun qarşı-
sında şəkər çuğundurunun heykəli qoyulmuşdur. 
Şəkər çuğundurunun meyvəköklərində sort və hibriddən asılı 
olaraq,  müəyyən  əlverişli  şəraitdə  16-20  %  şəkər  toplana  bilir. 
Bundan zav
od emalından sonra 12-15% şəkər çıxarı almaq müm-
kündür. 
Şəkər  çuğundurunu  becərdikdə  və  məhsulunu  emal  etdikdə 
əlavə məhsullar (yarpaqlar, cecə və ya puçal, patka) alınır ki, on-
lar heyvandarlıq üçün çox əhəmiyyətə malikdir. 
Kökümeyvənin  ümumi  meyvəkök  kütləsinin  1/3  və  ya  1/2 
hissəsi  qədər  kütlə  yarada  bilir.  Cecəsi  və  puçalı  qiymətli  yem 
kimi  heyvandarlıq  üçün  əvəzsizdir.  Yüksək  keyfiyyətli  100  kq 
təzə  cecə,  özündə  8  yem  vahidi,  0,9  kq  həzm  olunan  protein 
birləşdirir. 100 kq qurudulmuş cecədə isə 85 yem vahidi, 3,9 kq 
həzm olunan protein vardır. Cecədən həm də spirt, qliserin, yeyin-
ti drojları, limon turşusu və s. istehsal etmək mümkündür. 
Ümumiyyətlə,  götürdükdə  hər  hektardan  25-30  ton  məhsul-
darlığı olan şəkər çuğundurunu emal etdikdə alınan əlavə məhsul-


Yüklə 2,83 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə