Dərs vəsaiti Azərbaycan respublikası Təhsil nazirinin 27. 02. 2013 cü il tarixli 323



Yüklə 2,83 Kb.
Pdf görüntüsü
səhifə6/43
tarix24.04.2018
ölçüsü2,83 Kb.
#40070
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   43

17 
 
başqa, yarpaqda 2%-ə qədər sellüloz, o qədər də azotlu maddələr 
toplanır. 
Kökümeyvə  şəkər  çuğundurunun  əsas  orqanıdır  ki,  həmin 
bitki bu meyvəyə görə becərilir. Bioloji yetişgənliyi başa çatmış 
kökümey
vədə  75-80% su, 20-25%  quru  maddə  olur.  Quru 
maddənin  isə  əsas  hissəsini  şəkər  təşkil  edir.  Yetişdirilmə 
şəraitindən, yığım müddəti və sort xüsusiyyətlərindən asılı olaraq, 
şəkər  15-20%  arasında  dəyişir.  Şəkərdən  başqa  quru  maddənin 
tərkibinə  kökümeyvənin  ümumi  kütləsinə  4-5% sellüloza, 1-2% 
zülal, 1%-
ə yaxın kül maddələri düşür 
(
cədvəl 1).
 
Şəkər  və  digər  maddələrin  kökümeyvənin  müxtəlif  hissələri 
üzrə  paylanması  qeyri-bərabərdir.  Şəkərin  ən  çox  toplandığı 
nahiyə kökün orta hissəsi -  yəni kökboğazcığının əsl kökə keçdiyi 
hissədir. Burada kökümeyvə kütləsinə nisbətən şəkər toplanışı 19-
20%-
ə çatır. Kök başcığında və quyruq hissəsində ümumi kütləyə 
nisbətdə  şəkər  toplanışı  13-15%  təşkil  edir.  Becərmə  şəraiti  və 
sortdan asılı olaraq, kök meyvənin quru maddəsinə düşən şəkər 70 
-  76%-
ə  çatır.  Şəkər  kökümeyvənin  müxtəlif  toxumları  üzrə  də 
qeyri-
bərabər  paylanır.  Ötürücü  zonasında  daha  çox  parenxim 
hüçeyrələrində nisbətən az toplanır. 
Cədvəl  1 
 
Şəkər çuğundurunda kök və yarpaqların kimyəvi tərkibi,%-lə 
 
Maddələr 
Yarpaqlarda 
Köklərdə 
Su 
78-85 
75-80 
Quru   maddə 
15-22 
20-25 
Azotsuz maddə-saxaroza 
0,5-1,5 
16-20 
Azotsuz ekstraktiv maddə 
9-15 
1,5-2,0 
Sellüloz 
1,99 
3-5 
Azotlu maddələr 
2,0 
1-2 
Kül 
1,3-2,7 
0,5-0,8 
 
Kökü
meyvənin  ümumi  kütləsinə  görə  faizlə  pektin  maddə-
lərinin  miqdarı  2-2,5%-dən  artıq  deyildir.  Şəkər  çuğundurunun 


18 
 
kökü
meyvələrində üzvi turşular, azotlu və mineral maddələr, yağ-
lar da vardır. Bunların ümumi miqdarı kökümeyvənin ümumi küt-
ləsinə görə 26%-dan artıq deyildir. 
Bioloji xüsusiyyətləri.  Boyatma və inkişaf. Bu bitki birinci 
ildə  külli  miqdarda  yarpaq  əmələ  gətirməklə,  kökümeyvəni  for-
ma
laşdırır. Bitkinin həyatının ikinci ilində kökümeyvənin  yuxarı 
hissəsindəki tumurcuqlardan yarpaq və çiçəkdaşıyan zoğlar əmələ 
gəlir. Ancaq bilmək lazımdır ki, ikillik sikl pozula da bilər. Səpin-
dən  sonra  hava  şəraitindən  asılı  olaraq  bitkilərin  bir  hissəsi  elə 
birinci il inkişafında çiçəkdaşıyan zoğlar əmələ gətirir. 
Əksinə yaz ayları  isti və sabit keçdikdə çiçəkdaşıyan zoğlu 
bit
kilərin  miqdarı,  adətən  0,5%-i  keçmir.  Bəzi  hallarda  toxum-
çuluq  məqsədilə  əkinlərdə  də  bitkinin  adi  tsiklik  inkişafından 
kənara çıxma halları çox olur. Bəzi bitkilər ikinçi il inkişafında da  
çiçəkdaşıyan zoğlar əmələ gətirmir. Qeyd etmək lazımdır ki, eyni 
tarlada  birinci ili çiç
əkdaşıyan  bitkilərlə  yanaşı,  “qəsdən”  çiçək 
əmələ  gətirməyən bitkilərin olması  da  arzu olunan hal deyildir. 
Birinci halda bu vəziyyət kökümeyvə məhsuldarlığını aşağı salır, 
ikinci halda isə toxum materialının az toplanmasına
 
səbəb olur.
 
Yuxarıda  qeyd  edildiyi  kimi  şəkər  çuğundurunun  sort  və 
hibridləri ikillik bitkilər qrupuna aid  edilir. Şəkər çuğundurunun 
birillik və ikillik sortları inkişaf xarakteri və ətraf mühit amillərinə 
münasibətinə  görə  eyni  deyildir.  İnkişafda  olan  bu  qanunauy-
ğunluq  şəkər  çuğundurunun istehsalı  üçün,  anac  çuğundur  (to-
xumluq)  bec
ərdikdə  mütləq  nəzərə  alınmalıdır.  Birillik  şəkər 
çuğundurunun  boyatma  və  inkişafının  xarakteri  toxumun  şişib  - 
çücərməsi  dövründə  nəzərdən  keçirilir.  Тoxum  yumaqları  nəmli 
şəraitə düşdükdən sonra, nəmliyi çəkməyə - toplamağa, başlayır. 
Nəmlik  nə  qədər  çox  olursa,  həmin  proses  daha  intensiv  gedir. 
Nəmliyin udulması bütün meyvəyanlığı səthi üzrə gedir. Udulmuş 
nəmliyin  bir  hissəsi  toxum  tərəfindən  sorulur.  Тoxumun  şişməsi 
və cüçərməsi üçün toxum yumağının kütləsinin 120-170%-i qədər 
su tələb olunur. Ançaq, meyvə yanlığından azad olmuş toxumlara, 
onların kütləsinin 40% -i qədər su kifayət edir.
 
 


19 
 
Şəkər  çuğundurunun  toxumlarının  su  udması  1
0
C-
dən  30-
35
0
C temperatur həddində gedə bilər. Ançaq bilmək lazımdır ki, 
temperatur artdıqca, su udulması bir o qədər intensiv xarakter alır. 
Əgər 3-4 
0
C temperaturda toxumun şişməsi və cücərməsi üçün 25 

30 gün tələb olunursa, 12-15
0
C temperaturda cəmisi 3-4 gün la-
zım gəlir. 
Cücərmə zamanı birinci boyverən rüşeym kökləri olur ki, bu 
cücərmə prosesində meyvə baş qaldıraraq, xaricə - üzə çıxır. Bu 
dövrdə  filqə  yarpaqları  iriləşir  və  hələlik  meyvənin  boşluğunda 
qalır. Bu  andan sonra filqə  yarpaqlarının altındakı hissə - dirsək 
boy 
verməyə  başlayır,  get-gedə  onun  ölçüləri  böyüyür,  filqə 
yarpaqlarını  qozanın  (fındıqcığın)  yuvalarından  xaricə  dartır  və 
böyüməkdə  davam  edir,  həmin  yarpaqları  torpaq  səthinə  çıxarır. 
Тorpaqda  lazımi  miqdar  nəmlik  olmaqla,  o  yumşaqdırsa,  tem-
peratur 6-8 
0
C-
dən  aşağı düşürsə, o zaman filqəyarpaqlaraltı dir-
səyin  böyüyüb  artdığı  vaxtdan  bir  çüt  filqə  yarpaqlarının  torpaq 
səthinə  çıxması  üçün,  adətən,  5-6  gün  keçir.  Əksinə  torpaq  kəl-
tənləri yaxşı beçərilmədikdə, torpaq kip olduqda fazalararası dövr 
uzanır. Belə halda çüçərtilər seyrək və zəif olur. Cüçərtilər torpaq 
səthinə  çıxana  kimi  kökün,  filqəyarpaqları  altı  dirsəyin  və  filqə 
yarpaqlarının  bitib-böyüməsi  toxumda  toplanmış  plastik  mad-
dələrin  hesabına  gedir.  Тoxumdakı  bu  maddələr  isə  nisbətən  az 
olduqlarından səpin zamanı toxumun dərin basdırılması sayəsində 
xeyli miqdar cücərtilər yer səthinə çıxmağa imkan tapmayıb məhv 
olurlar. 
Filqə yarpaqları yer səthinə çıxdıqdan sonra cavan bitkilər öz 
həyat fəaliyyəti hesabına özünü qida maddələri ilə təmin edirlər: 
belə ki, kök sistemi torpaqdan nəmlik və qida maddələrini udur - 
mənimsəyir,  yarpaqlar  isə  fotosintez  prosesi  hesabına  üzvü  mad  
dəni əmələ gətirir. 
Filqə  yarpaqlarının  torpaq  səthinə  çıxdığı  dövrdən  bir  cüt 
həqiqi  yarpaq  əmələ  gələnə  kimi  keçən  müddətə  inkişaf  etmiş 
çəngəlcik fazası adı verilmişdir. Bu fazanın davam etmə müddəti 
7-
10  gün  çəkir.  Ançaq  soyuq  hava  şəraitində  fazanın  keçməsi 
gecikərək,  15  günə  və  bundan  artıq  müddət  tələb  edir.  Belə  hal 


Yüklə 2,83 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə