Dərs vəsaiti Azərbaycan respublikası Təhsil nazirinin 27. 02. 2013 cü il tarixli 323



Yüklə 2,83 Kb.
Pdf görüntüsü
səhifə7/43
tarix24.04.2018
ölçüsü2,83 Kb.
#40070
növüDərs
1   2   3   4   5   6   7   8   9   10   ...   43

20 
 
arzuedilməzdir. Belə ki, bu hal nəticəsində bitki zəifləməklə, xəs-
təliklərə qarşı həssas olur, ziyanvericilərdən daha çox zərər çəkir. 
Bundan  başqa,  uzun  müddət  aşağı  temperatur  təsirinə  məruz 
qalmış bitkilər (çuğundurun birinçi il əkinində belə) çiçək zoğları 
verir. 
Filqə  yarpaqları  çox  iri  deyildir:  eni  1  sm-dən  artıq  deyil, 
uzunu isə 3 sm-ə çatır. Filqə yarpaqlarının həyat fəaliyyətinin 20-
25 gün davam  etməsinə baxmayaraq, bitkinin həyatında mühüm 
rol  oynayır.  Onların  fəaliyyəti  ilə  toplanmış  elastik  maddələrin 
hesa
bına birinci həqiqi yarpaqlar əmələ gəlir. 
İnkişaf  fazaları:  Şəkər  çuğunduru  vegetasiya  müddətində 
aşağıdakı inkişaf fazalarını keçirir:1) cücərmə, 2) çatal, 3) I cüt əsl 
yarpaq, 4) II-
III  cüt  əsl  yarpaq,  5)  7  yarpaq,  6)  cərgəaralarının 
qapanması,  7)  cərgəaralarının  açılması,  8)  texniki  yetişkənliyin 
başlanması. 
Şəkər çuğunduru bitkisi birinci il inkişafında üç mühüm dövr 
keçirir: 
a)  yarpaq 
kütləsinin artması dövrü. Bu dövr 1,5-2 aya qədər 
(kökün  qabıq  bağlama  fazasına  qədər)  davam  edir  və  yarpaq 
kütləsinin kökə nisbəti 1 : 3 bərabər olur
b) 
meyvəkökün sürətlə böyüməsi dövrü. Bu dövrdə kökün 
artması gündə 10 qrama çatır. Bu dövr 40-50 gün davam edir və 
köklərin yarpaq kütləsinə olan nisbəti 2 : 1 bərabər olur; 
c)   
meyvəkökdə şəkərin sürətlə toplanması dövrü. Bu dövr 
vegetasiyanın  sonunda  20-30  gün  davam  edir.  Bu  dövrdə 
meyvəkökün  böyüməsi  zəifləyir,  lakin  hər  gündə  kökdə  şəkərin 
miqdarı 0,07-0,10%-ə qədər artır. 
Kökün boyatması. Yuxarıda qeyd edildiyi kimi birinci ola-
raq,  rüşeym  kökü  boyatmağa  başlayır.  Bu  kök  uzanıb  geniş-
lənərək,  torpağın  dərinliklərinə  işləyir.  Əsl  kökün  boy  verməsi, 
kök sisteminin intensiv inkişafı kökün üçüncü quruluşundan sonra 
baş verir. Bu dövr ikinci, üçünçü, qoşa yarpaqların əmələ gəldiyi 
vaxta  təsadüf  edir.  Yeni-yeni  dairələrin  əmələ  gəlməsi  ilə  bütün 
kökün -  
meyvənin uzununa doğru yoğunlaşması başlayır. Bu növ-


21 
 
də  bitkinin  mineral  qida,  nəmlik  ilə  yaxşı  təmin  edilməsi,  digər 
xarici  amillərin  də  çuğundur  üçün  əlverişli  olması  yarpaq 
aparatının  formalaşmasının  intensivləşməsinə  səbəb  olur.  Bu 
şəraitdə  əsl  kök  də  sürətlə  böyüyür  və  bu  qaydada  kök  sistemi 
əmələ  gəlmə  prosesi  gedir.  Artıq  üçüncü  cüt  əsas  yarpaq  əmələ 
gəlmə  fazasında  şəkər  çuğundurunun  kök  sistemi  70  sm  və 
bundan çox dərinliyə gedir. Bu dövrdə köklərin üfiqi istiqamətdə 
inkişaf  diametri  15  sm-ə  çatır.  Vegetasiyanın  ortalarına  yaxın 
köklər  1,5-2  m  dərinliyə  işləmiş  olur.  Vegetasiya  dövrünün  axı-
rında  köklərin  qət  etdiyi  dərinlik  2,5-3  m,  əsas  kökdən  ətrafa 
yayılma radiusu isə 100-120 sm-ə çatır. 
Vegetasiya  dövründə  xüsusi  kökün  və  ümumiyyətlə,  kökü-
meyvənin boyatma intensivliyi, kök sisteminin boyatması və yar-
paq  səthinin  genişlənməsi  ilə  müqayisədə  müxtəlif  xarakterə 
malik
dir.  Belə  ki,  şəkər  çuğundurunun  yarpaq  səthinin  forma-
laşması  və  kök  sisteminin  boyatması,  vegetasiyanın  birinci  yarı-
sında  daha  intensiv  getdiyi  halda,  kökümeyvənin  kütləsinin 
artması əsasən vegetasiya dövrünün ikinci yarısında baş verir. 
Şəkər çuğunduru güclü yarpaq səthi və kök sistemi yaratdığı 
şəraitdə  kökümeyvənin  kütləsinin  sürətlə  artmasına  səbəb  olur. 
Belə  bitkilər  külli  miqdarda  plastik  maddə  sintez  etmək 
qabiliyyətinə malik olur ki, bunun sayəsində də yarpaq və kökü-
meyvənin intensiv boyverməsinə zəmin   yaranmış olur. 
Ayrı-ayrı  tədqiqatçıların  məlumailarına  görə  İyul  ayının 
birinci  ongünlüyündə  kökümeyvənin  orta  sutkalıq  artımı  3,5, 
ikinci ongünlüyündə 4,7, üçüncü ongünlükdə isə 5,4 qram təşkil 
edir.  Bu  rəqəmlər  Avqust  ayında  ongünlüklər  üzrə  müvafiq 
olaraq, 5,6; 5,2; 4,8 qramma bərabər olmuşdur. Çuğundurçuluqla 
məşğul olan Şimal rayonlarında kökümeyvənin sutka ərzində orta 
hesabla ən çox artması-çoxalması Avqust ayının birinçi və ikinçi 
ongünlüklərinə  təsadüf  edir.  Şimali  Qafqazda  isə  İuyulun  ikinçi 
yarısı - Avqustun birinci öngünlüyünə düşür. 
Vegetasiyanın  sonuna  doğru  getdikçə  temperatur  aşağı 
düşdüyünə  görə  kökümeyvənin  orta  sutkalıq  çəki  artımı  hər  bir 
torpaq-iql
im bölgəsində azalmağa başlayır. 


22 
 
Sentyabr ayında əksər rayonlarda orta sutkalıq çəki artımı 2-3 
qram təşkil edir ki, bununla kökümeyvə bir ay ərzində öz kütləsini 
çəmisi  60-100  qram  artıra  bilir.  Yəni  normal  bitki  sıxlığı 
şəraitində kökümeyvənin sentyabr ayında çəki artımı hər hektarda   
təxminən 5-7 ton olur. 
Orta  sutkalıq  temperaturun  7-8 
0
C-
yə  qədər  və  bundan  çox 
aşağı  düşməsi,  yeni  yarpaqların  əmələ  gəlməsini  dayandırır, 
fotosintezin  intensivliyi  aşağı  düşür,  yarpaqların  kütləvi  surətdə 
quruması  baş  verir.  Kökümeyvənin  çəki  artımı  kəsgin  surətdə 
aşağı  düşür,  onun  bioloji  yetişgənliyi  baş  verir.  Bu  dövrdə 
yığılmış  kökümeyvələr  yüksək  texnoloji  keyfiyyətlərə  malik 
olmaqla yaxşı saxlanılır. Ancaq, bilmək lazımdır ki, yığımın ağır 
əmək  tələb  edən  əməliyyat  olmasını  nəzərə  alaraq,  yığım  kökü-
meyvənin  bioloji  yetişmə  fazasından  bir  qədər  əvvəl  başlanma-
lıdır. 
İstehsalat  şəraitində  şəkər  çuğundurunun  kütləvi  yığımına 
məhsulun texniki yetişkənlik fazasında başlayırlar. Тexniki yetiş-
mə fazası isə aşağıdakı göstəricilərə görə təyin edilir, cərgələrdə 
yarpaqların nəmdən şişməyə başlamasının dayanması, kökümey-
vənin boyvermə tempinin azalması və burada şəkərin də toplan-
ma
sının aşağı düşməsi dövrü. 
Kökümeyvədə  şəkərin  toplanması.  Quru  maddə  və  kökü-
mey
vədə şəkərin toplanması yarpaq aparatının fəaliyyətilə müəy-
yənləşdirilir.  Beləki,  kökün  boyatmasının  əvvəlində  yarpaqlarda 
gedən fotosintez prosesi hesabına, üzvi maddələr, o cümlədən də 
şəkər  böyüməkdə  olan  kökümeyvəyə  daxil  olmağa  başlayır. 
Ancaq,  qeyd  edilməlidir  ki,  bu  ilk  dövrdə  toplanan  plastik 
maddələr əsasən yarpaq aparatının formalaşmasına və kökümey-
vənin  boy  verməsinə  sərf  olunur.  Kökümeyvənin  kütləsi  20-30 
qrama  çatanda,  ondakı  şəkər  5-6%-dən  artıq  olmur,  kütlənin 
artaraq 50-
70 qrama çatması ilə   şəkərlik 8-9%-ə çatır. 
Assimilyasiya  səthinin  artması  ilə  birlikdə  assimiliyatların 
toplanması və bunların kökümeyvəyə axımı da çoxalır. Şəkər çu-
ğundurunun  vegetasiya  dövrünün  birinci  yarısında  toplanmış 
maddələr əsasən kökümeyvənin və kök sisteminin boy artmasına 


Yüklə 2,83 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə