Dərs vəSAİTİ Azərbaycan Respublikası Təhsil Nazirinin



Yüklə 4,51 Kb.
Pdf görüntüsü
səhifə14/100
tarix01.11.2017
ölçüsü4,51 Kb.
#7957
növüDərs
1   ...   10   11   12   13   14   15   16   17   ...   100

55 
 
İkincisi ona görə ki, atom enerjisinin sürətlə inkişaf 
etdiyi bir şəraitdə atom silahının nəzarətsiz yayılaraq onun 
hansısa siyasi təcavüzkar qrupların  əllərinə düşə biləcəyi 
səbəbindən nüvə kataklizmləri təhlükəsi getdikcə 
artmaqdadır. Bu problem, eyni zamanda təbiətdən istifadə 
olunmasında, həmçinin bəşəriyyətin həm təbiətlə harmonik, 
həm də özü-özünə inkişafının yeni tarixi tipinə keçməsi 
prosesində əsas problemdir. 
Buna görə  də jurnalistika geosiyasət məsələlərinin 
işıqlandırılmasında iqtisadi, siyasi, hərbi-strateji, resurs, 
həmçinin ümumdünya və regional güc balansının saxlanıl-
masında və  dəyişməsində mühüm rol oynayan digər 
məsələləri kompleks şəkildə izləməyə  və  işıqiandırmağa 
çalışmalıdır. 
Bunun üçün ilk növbədə biz jurnalistlər özümüz üçün 
geosiyasətin nə olduğunu aydınlaşdırmalı, onun mahiyyətini 
dərk etməliyik:  Geosiyasət - xarici siyasətin siyasi 
partnyorlar  arasındakı  ərazi yaxınlığı ilə müəyyən olunan, 
həmhüdud ölkələrin və qüvvələrin maraqları arasında 
bağlılıq münasibəti yaradan növlərindən biridir. 
Soyuq müharibənin
20
 başa çatması  və ikiqütblüyün 
aradan qalxması  əvvəlki xarici siyasət oriyentirlərinin 
                                          
tətbiq eməklə  həlli yolu kimi ən labüd formalardan biri olacağı 
proqnozlaşdırılır. 
 
20
 
“Soyuq müharibə”nin başa çatması  və  Şərqlə  Qərb arasındakı 
gərginliyin azalması gizli münaqişələrin açıq münaqişələrə 
çevrilməsinə, uzun müddət boğulmuş  səylərin isə özünü tam gücü ilə 
büruzə verməsinə  şərait yaratmışdır. Həqiqətən də soyuq müharibə 
dövründə böyük dövlətlər və onların daxil olduqları bloklar arasındakı 
qarşıdurmadan və ideoloji antaqonizmdən qaynaqlanan münaqişələrin 
bir qədər zəifləməsi fonunda ölkədaxili münaqişələrin sürət götürməsi 
açıq şəkildə nəzərə çarpır.
 
 
56 
 
dağılmasına gətirib çıxarmış, eyni zamanda siyasət elmi, 
beynəlxalq münasibətlər nəzəriyyəsi və eləcə də jurnalistika 
tərəfindən istifadə olunan nəzəri proqnozlaşdırma 
potensialının zəif olmasını aşkar etmişdir.  
Vəziyyətin paradoksallığı  (yun.  paradoxos – inanıl-
mazlığı) ondan ibarətdir ki, həm sovet elmində, həm də 
sovet jurnalistikasında, eləcə  də onun tərkib hissəsi olan 
Azərbaycan jurnalistikasında geosiyasət mövzusu 1990-cı 
illərin başlanğıcına kimi faktiki olaraq yasaq edilmiş mövzu 
idi və bu termindən istifadə edilmirdi. Bu nə ilə bağlı idi? 
Sovet tərəfinin fikrinə görə, bu, K.Haushofer, A.Qrabovski, 
E. Obst, O.Maull, V.Zivert və K.Vovinkelin adları  və 
onların hazırladıqları konsepsiyanın faşist Almaniyasında 
aldığı statusla, həmçinin geosiyasətin müstəmləkəçiliyə, 
ekspansionist (lat. expansio - təsir dairəsinin genişlənməsi) 
xarici siyasətə bəraət qazandırması ilə bağlı idi. 
Lakin 1980-1990-cı illərdə  Şərqi Avropa və Sovet 
İttifaqı  məkanında baş vermiş hadisələr bu termini 
regiondakı dövlətlərin elmi dövriyyəsinə  və jurnalistikanın 
fəaliyyət dairəsinə daxil edir. 
KİV-in iştirakı  və  cəhdləri ilə artıq geosiyasət 
beynəlxalq aləmdə inqilabi dəyişikliklərə  gətirib çıxaran 
başlıca qanunauyğunluqların, 
ənənələrin, amil və 
hərəkətverici qüvvələrin dərk edilməsi üçün açar rolunu 
oynayan biliyə çevrilir. Onun fundamentini dünya 
nizamının özülü sayılan nəzarət olunan məkan konsepsiyası 
təşkil edir. 
Bütövlükdə, o cümlədən kütləvi informasiya 
vasitələrinin səhifələrində geosiyasətə populyarlıq gətirən 
digər bir aspekt ona xas olan coğrafi və  məkan 
determinizmidir.  Lakin bəzən belə  də olur ki, həm 
geosiyasət özü, həm də jurnalistika dünyada baş verən 
dəyişikliklərlə, o cümlədən dövlətlərin beynəlxalq aləmdə 


57 
 
strateji davranışlarını müəyyən edən təməl amillərinin 
çevikliyi ilə ayaqlaşa bilmir. 
Geosiyasət ideyaları  XIX  əsrin sonu – XX əsrin 
əvvəllərində dövlət ekspansiyası proseslərinin təhlili üçün 
istifadə olunmağa və dərhal da mətbuatda öz əksini tapmağa 
başlamışdır. Geosiyasətin həm inkişaf səviyyəsini, həm də 
onun öz əksini tapdığı mətbuat materiallarını tədqiq edərək 
onu aşağıdakı növlərə bölmək olar: 
 
1.
 
Ənənəvi geosiyasət
2.
 
II Dünya müharibəsindən sonrakı dövr geosiyasəti 
(elmi-texniki inqilabla əlaqədardır); 
3.
 
1960-1970-ci illərin geosiyasəti; 
4.
 
Müasir geosiyasət (başlanğıcını 1980-1990-cı 
illərdən götürür). 
 
Ənənəvi geosiyasət dövlətləri məkan fenomeni kimi 
nəzərdən keçirir, onların təsirinin artması  şərtlərini və bir-
biri ilə qarşılıqlı münasibətlərinin təbiətini öyrənir. Siyasi 
prosesdə  əsas  şərt kimi məkan üzərində  nəzarətin və  təsir 
zonasının genişləndirilməsi götürülür ki, bu da son həddə 
dövlətin hərbi, iqtisadi, demoqrafik və digər resurs 
imkanlarının artmasına gətirib çıxarır. Beləliklə, bu və ya 
digər dövlətin gücü onun malik olduğu ərazinin ölçüləri və 
xarakteri ilə  əlaqələndirilir. Bu cür yanaşmada iqlim, 
landşaft, bitki örtüyü, torpaq, geologiya, nəqliyyat 
kommunikasiyalarının xüsusiyyətləri və başlıca olaraq 
məkanın yerləşdiyi ərazi elə amillər kimi nəzərdən keçirilir 
ki, bu amillər dövlətin xarici siyasi məqsədlərini və onun 
reallaşdırılması imkanlarını müəyyən edir.  
Digər sözlə,  ənənəvi geosiyasətin  əsas parametrləri 
XIX  əsrin sonlarında mövcud olan populyar coğrafi 
determinizm geosiyasətinin çərçivəsinə tam uyğun idi və 
“geo”  prefiksi bu anlayışda dövlətin beynəlxalq aləmdə 
58 
 
davranışının coğrafi, məkan-ərazi amillərinin öyrənilməsinə 
işarə idi. 
Elmi-texniki inqilab və onun dövlət siyasətində isti-
fadəsi  yeni “məkanların” meydana gəlməsinə  və 1950-
1970-ci illərdə bu məkanlar uğrunda mübarizənin güclən-
məsinə  gətirib çıxarır. Burada söz ilk növbədə XX əsr 
okeanından” - yəni hava məkanından və kosmosdan gedir. 
Yeni məkanların (xüsusilə  də kosmosun) geosiyasi 
qarşıdurma sxeminə daxil edilməsi münaqişə meydanını 
faktiki olaraq daha da genişləndirir, mübarizə sisteminin 
ümumi keyfiyyətlərini dəyişməsə  də, konfiqurasiyasını 
dəyişir. Beynəlxalq münasibətlər əvvəlki kimi yenə də “güc 
mərkəzlərinin” – böyük dövlətlərin və/və yaxud da onların 
ətrafında cəmləşən koalisiyanın dünyanın geosiyasi planda 
əsas regionları uğrunda permanent (lat. permanens - daimi) 
mübarizəsi kimi qəbul olunur.  
Lakin,  atom silahının meydana gəlməsi, raket, 
hərbi-dəniz və  hərbi-hava qüvvələrinin bu silahla təchiz 
olunması  həm qarşıdurmaya, həm də kütləvi informasiya 
vastələrinin mövzularına təsir edir. Bu vaxta qədər dünya 
nizamının əsas seqmentləri arasında baş verən münaqişələr 
geniş auditoriyaya əsas mərkəzlər – Quru (iqtisadiyyatın və 
nəqliyyatın güclü olması) və  Dəniz  (böyük dövlətlərin 
okeanlarda zəifliyi) arasında bir-birinə uyğunlaşmayan və 
kifayət qədər güclü olan iki siyasətin davamı kimi, yəni 
planetar miqyasda güc bərabərliyi kimi təqdim olunurdu.  
Atom silahının yaranması ilə güc mərkəzləri 
arasındakı qeyri-mütənasib qarşıdurma geosiyasi oyunların 
planını bir qədər dəyişir. Artıq bu dövlətlər  əmin ola 
bilmirlər ki, coğrafi cəhətdən bir-birindən uzaqda 
yerləşmələri onların təhlükəsizliyini təmin edə bilər.  
Bu dövrdə artıq mətbuatın iştirakı ilə  müharibədən 
sonrakı geosiyasətin “ikinci” dalğası sürət götürməyə baş-
layır. “Yeni dalğanın” və mətbuatın nümayəndələri vurğunu 


Yüklə 4,51 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə