Dərs vəSAİTİ Azərbaycan Respublikası Təhsil Nazirinin



Yüklə 4,51 Kb.
Pdf görüntüsü
səhifə3/100
tarix01.11.2017
ölçüsü4,51 Kb.
#7957
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   100

11 
 
 
qlobal problemlərin ümumbəşəri xarakter 
daşıması, onların bütövlükdə bəşəriyyətin, ayrı-ayrılıqda isə 
dünyanın harasında yaşamasından asılı olmayaraq hər bir 
insanın, xalqların və ölkələrin maraqlarını  əhatə etməsini 
dərindən anladıqlaraını; 
 
Azərbaycan reallıqlarının Yer kürəsində mövcud 
olan qlobal problemlərlə bağlılığını dərk etdiklərini; 
 
müasir dövrün çağırışlarına bəşəriyyətin adekvat 
cavab verməsində kütləvi informasiya vasitələrinin rolunu 
və yerini başa düşdüklərini;  
 
bəşəriyyətin qabaqcıl mütəfəkkirləri tərəfindən 
təxirəsalınmaz vəzifələr kimi irəli sürülən konkret-tarixi 
vəzifənin yerinə yetirilməsi sahəsində Azərbaycan KİV-inin 
iştirak təcrübəsi ilə tanış olduqlarını; 
 
müasir dövrün qlobal problemlərinin işıq-
landırılması sahəsində kütləvi informasiya vasitələrinin 
fəaliyyətlərində olan nöqsanları dərk etdiklərini; 
 
aldıqları  nəzəri bilikləri gələcək praktik 
fəaliyyətlərində (KİV-lərin konkret çıxışlarının təhlil 
edilməsi,  əldə olunan nəticələrin praktikada istifadə 
olunması, bu və ya digər kütləvi informasiya vasitəsinin 
tematik planının işlənib hazırlanması, öz materiallarının 
çapa və ya nümayişə hazırlanması  və s.) tətbiq etmək 
bacarıqlarını  
nümayiş etdirməlidirlər. 
 
Kursun məzmunu 
 
Kurs özündə müasir dövrün qlobal problemlərini 
əsasən əhatə edən on iki mövzunu birləşdirir. Bu mövzular 
müasir dövrün qlobal problemlərinin təsnifatına və  səbəb-
nəticə bağlılığına uyğun olaraq, üç şərti bölmədə tələbələrə 
təqdim olunur. Mühazirələr qlobal problemlərin praktik 
məşğələlərdə ətraflı müzakirə olunması üçün beynəlxalq və 
12 
 
milli nəzəri-empirik materiallar daxil edilməklə 
hazırlanmışdır.  
Birinci bölmə -“Siyasi və iqtisadi sahədə dövlətlərin 
qarşılıqlı fəaliyyət problemləri” – “Kütləvi informasiya va-
sitələri və müasir dövrün qlobal problemləri: ümumi nəzər” 
mövzusu da daxil olmaqla, qlobal problemlərin yaranması 
və güclənməsi prosesinin, geosiyasi problemlərin, dünya 
nüvə müharibəsi təhlükəsinin qarşısının alınması, bütün 
ölkələrin və xalqların sosial tərəqqisi üçün münbit şəraitin 
yaradılması, inkişaf etməkdə olan ölkələrin texnoloji və 
iqtisadi geriliyinin aradan qaldırılması  və yeni beynəlxalq 
dünya nizamının yaradılması  məsələlərinin təhlilinə  həsr 
olunmuşdur. 
İkinci bölmə - “Cəmiyyət və təbiət arasında qarşılıqlı 
fəaliyyət problemləri” - ətraf mühitin ifrat çirklən-
dirilməsinin qarşısının alınması, bəşəriyyətin lazımi təbii 
resurslarla (xammal, enerji, ərzaq) təmin olunması, dünya 
okeanlarından və kosmosdan dinc məqsədlər üçün istifadə 
və s. problemlərin öyrənilməsi və kütləvi informasiya 
vasitələrində işıqlandırılması məsələlərinə yönəldilmişdir.  
Üçüncü bölmə - “İnsanlar və  cəmiyyət arasında 
qarşılıqlı  əlaqə problemləri” - əhali artımı  və miqrasiya 
problemləri, insanların sağlamlığının qorunması  və möh-
kəmləndirilməsi, təhsil və  mədəni inkişaf problemləri, 
beynəlxalq təşkilatların qlobal problemlərin həllində iştirakı 
və bir sıra digər məsələlər araşdırılır.  
Bütün mühazirələrdə  zamanın çağırışına adekvat 
cavabların tapılmasında kütləvi informasiya vasitələri-
nin yeri və rolu  qırmızı  xətt kimi keçir. Mühazirələrdə 
bəşəriyyətin inkişafında böhran təzahürlərinin gücləndiyi və 
Azərbaycan gerçəkliyində geniş  dəyişikliklərin baş verdiyi 
bir şəraitdə jurnalistikanın qarşısında duran əsas vəzifələrin 
müəyyənləşdirilməsinə cəhd göstərilir. Bu vəzifələrin yerinə 
yetirilməsi üçün vacib olan əsas istiqamətlərin səciyyəvi 


13 
 
xüsusiyyətləri verilir. Mühazirələrdə qlobal problemlərin 
həlli sahəsində irəli sürülən nəzəri müddəa və baxışlar KİV-
in iştirakına aid praktik materiallarla əsaslandırılır. Müasir 
dövrün qlobal problemlərinin kütləvi informasiya 
vasitələrində obyektiv işıqlandırılmasına və onların həllində 
KİV-in əməli iştirakına imkan yaradan şərt və amillərin yeni 
mövqedən nəzərdən keçirilməsinə xüsusi diqqət yetirilir. 
Eyni zamanda, qlobal problemlərin həllinin beynəlxalq 
təşkilatların və jurnalistikanın fəaliyyət sferasında prioritet 
bir məsələ olduğu obyektiv və real statistik qaynaqlarla 
əsaslsndırılır.  
Kursun terminoloji aparatı 
 
“Jurnalistika və müasir dövrün qlobal problemləri” 
kursu jurnalistika fakültəsinin tədris planında öz əksini 
tapmış digər ixtisas fənnlərindən müəyyən fərqli cəhətlərə 
malikdir. Bu kurs tələbələrin ötən üç il müddət  ərzində 
seçdikləri ixtisas üzrə digər fənnlərdən aldıqları  nəzəri 
bilikləri bir qədər də  zənginləşdirən və onları  KİV-lərdə 
praktik işə hazırlayan kurslardan biridir. Tələbələrin tədris 
poqramına uyğun olaraq əvvəllər başqa kurslardan 
mənimsədikləri termin və anlayışlar təhsilin yekun 
mərhələsində bir qədər də cilalanır və konkretləşir. Jurnalist 
peşəsinin baza kateqoriyaları (jurnalist, jurnalist yara-
dıcılığı, jurnalist peşəkarlığı, KİV-in rolu və funksiyaları, 
KİV-ın fəaliyyətinin səmərəliliyini və  təsirliliyini təmin 
edən faktorlar, söz və özünüifadə azadlığı, kütləvi 
auditoriya, kütləvi informasiya və s.), KİV-in fəaliyyətinin 
təşkili, hüquqi və etik normaları, jurnalist işinin metodikası, 
jurnalist mədəniyyəti, materialların hazırlanmasına olan 
tələblər və s. ilə artıq tanış olmuş tələbələr bəşəriyyəti ciddi 
narahat edən qlobal problemlərin adekvat işıqlandırılması, 
yaranma səbəblərinin, həlli yollarının müəyyən edilməsi və 
ən əsası isə, ictimai nəzarətin təşkili yolu ilə onların həllinə 
14 
 
nail olmaq vərdişlərinə yiyələnirlər. Yuxarıda sadalanmış və 
s. ixtisas fənnlərin hamısının, o cümlədən, “Jurnalistika və 
müasir dövrün qlobal problemləri” kursunun da əsaslandığı 
və istifadə etdiyi termin və obyektlərdən biri jurnalistikadır. 
Jurnalistika  – bütövlükdə  cəmiyyətin  sosial siste-
minin  bir hissəsi, eyni zamanda, fəaliyyətləri (dövri mət-
buatın, radio və televiziya proqramlarının hazırlanması  və 
kütləvi auditoriyaya çatdırılması) jurnalistikanın infra-
strukturu (texniki, informasiya, təşkilati-idarə, tədris müəs-
sisələri və elmi mərkəzlər) ilə təmin olunan qəzet və jurnal, 
kitab nəşriyyatları, teleradio şirkətləri redaksiyalarının daxil 
olduğu xüsusi sosial institutdur.
2
  Jurnalistika – aktual 
sosial informasiyanın toplanılması, hazırlanması  və 
vaxtaşırı yayılması üzrə ictimai fəaliyyətdir, ... jurnalist 
fəaliyyətinin məhsuludur, ... müəyyən elmi bilik və  təhsil 
sahəsidir.
3
  Jurnalistika    qəzetlərdə, jurnallarda, radioda, 
televiziyada,  İnternetdə, bütövlükdə dövri nəşrlərdə  ədəbi-
publisistik fəaliyyətdir.
4
 Jurnalistika – kütləvi informasiya 
vasitəsidir, dördüncü hakimiyyətdir, doğru, həm də yalan 
informasiyadır, yaradıcılıqdır, publisistikadır, cəmiyyətin 
güzgüsüdür.
5
 
 “Mətbuat”  (dövri mətbu nəşrlər), “teleradio və 
kinoxronika proqramları”, “kütləvi informasiya”  və 
“kütləvi informasiya vasitələri” anlayışları da bu kursda 
tez-tez istifadə olunan terminlərdir. Bu terminlər 
məzmununa görə “jurnalistika” anlayışına yaxın olsalar da
                     
2
  Ворошилов  В.В.  Журналистика.  Учебник. 4-е  издание. –СПб.: 
Изд-во Михайлова В.А., 2002, стр. 9. 
3
 Корконосенко С.Г. Основы журналистики. Учебник. –М.: Аспект 
Пресс, 2002, стр.3. 
4
  Кессарийский  Э.П.  Журналистский  словарь. – Н.Н.:  ДЕКОМ, 
2002, стр.78. 
5
 Rüstəmov A.R. Jurnalistika. Bakı Universiteti nəşriyyatı. Bakı, 2005, 
s. 10. 


Yüklə 4,51 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə