Dərs vəSAİTİ Azərbaycan Respublikası Təhsil Nazirinin



Yüklə 4,51 Kb.
Pdf görüntüsü
səhifə4/100
tarix01.11.2017
ölçüsü4,51 Kb.
#7957
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   100

15 
 
jurnalistikanın ayrı-ayrı sahələrini ifadə edirlər. Azərbaycan 
Respublikasının “Kütləvi informasiya vasitələri haqqında” 
Qanununun 3-cü maddəsində dövri mətbu nəşrlər anlayışı 
– çap prosesinin və ya hər hansı surətçıxaran texnikanın 
vasitəsilə hazırlanmış, birdəfəlik tirajı 100 nüsxədən çox, 
daimi adı  və cari nömrəsi olan, ildə azı on iki dəfə  çıxan 
qəzetlər və ildə azı iki dəfə çap olunan jurnal, toplu, 
bülleten və başqa dövri nəşrlər;  teleradio və kinoxronika 
proqramları anlayışı – daimi adı olan və ildə azı bir dəfə 
efirə buraxılan audio, audiovizual xəbər və materialların 
(verilişlərin) məcmusu;  kütləvi informasiya vasitələri 
anlayışı – dövri mətbu nəşrlər, teleradio proqramları, 
informasiya agentlikləri, internet, kinoxronika proqramları 
və digər yayım formaları kimi; kütləvi informasiya 
anlayışı isə,  axtarılması,  əldə olunması, hazırlanması, 
ötürülməsi, istehsalı və yayımı Azərbaycan Respublikasının 
qanunvericiliyi ilə  məhdudlaşdırılmayan, ümumi istifadə 
üçün nəzərdə tutulmuş  mətbu, audio, audiovizual xəbər və 
digər məlumatlar mənasını ifadə edirlər.  
Kurs boyu, xüsusilə  də praktik məşğələlərdə biz bu 
terminləri sinonimlər kimi istifadə edə bilərik. Yalnız 
jurnalistika sistemində gedən proseslərin, məsələn, 
mətbuatın və televiziyanın fəaliyyət metodları arasındakı 
fəqlərin hansısa məna çalarlarının xüsusi vurğulanması tələb 
olunduğu hallarda bu terminləri konkret ifadələr kimi 
işlədəcəyik.  
 “Jurnalistika  və müasir dövrün qlobal problemləri” 
kursunda istifadə olunan əsas terminlərdən biri də  “publi-
sistika” anlayışıdır. Xüsusilə də qlobal demoqrafiya, ekolo-
giya, miqrasiya, narkomaniya və s. problemləri öyrənərkən 
bu termindən daha çox istifadə edəcəyik. Bu terminin 
məzmunu ilə bağlı hələ qədim dövrlərdən bəri (Yunanıstan, 
İtaliya, İngiltərə) saysız-hesabsız diskussiya və polemikalar 
aparılsa da, hamı  tərəfindən qəbul olunan mənası  əldə 
16 
 
olunmasa da, bəzi xarakterik cizgiləri barədə  aşağıdakı 
ümumi diskursorlara gəlib çıxmaq mümkün olmuşdur: 
publisistika jurnalistikanın xüsusi sahəsidir; publisistika 
intellektual yaradıcılığın xüsusi sahəsidir; jurnalistika 
publisistikanı özündə  əks etdirir; publisistika da ədəbiyyat 
kimi yaradıcılığın məhsuludur, eyni ədəbi materialdan – 
sözdən yoğrulur; publisistika sözü birbaşa deyir, dəqiq 
ünvana ötürür, real həyat faktlarına söykənir; publisistika 
şüura, ağıla yönəldilir; publisistika daha çox ictimai 
məzmun kəsb edir.
6
  
 “Publisistika” termininin ən müasir və son anlamına 
“Словарь иностранных слов”da rast gəlirik: “Publisistika 
(latınca publicus – ictimai) ədəbiyyatın ictimai fikrə birbaşa 
təsir etmək məqsədi ilə mühüm sosial məsələlərin müza-
kirəsinə  həsr olunmuş növüdür; publisistika  bugünki mət-
buatla sıx bağlıdır; bu növdə yazılan  əsərlər (məqalələr, 
oçerklər, pamfletlər, felyetonlar və s.).”
7
  
Publisistikaya münasibətdə yuxarıdakı iki mövqeni 
müqayisə edərək yəqin etmək olur ki, publisistika insanların 
ağıllarına,  əhval-ruhiyyələrinə  və davranışlarına ciddi təsir 
vasitəsidir; təsir açıq və ictimaiyyətin gözü qarşısında 
həyata keçirilir; təsir mənbəyi məhz ictimaiyyətin diqqətini 
cəlb etmək istədiyi müzakirə obyektinə münasibətdə aydın 
şəkildə ifadə olunmuş mövqe tutur. Publisistik fəaliyyət 
üçün təkcə mətbuat istifadə olunmur. Natiqin çıxışı, sənədli 
film, təşviqat plakatı, hətta səhnələşdirilmiş tamaşalar da 
açıq ideoloji akt ola bilər. Belə hallarda publisistika 
jurnalistikadan daha “geniş” məna kəsb edir. Eyni zamanda, 
müasir dövrdə publisistikanın mövcudluğunu mətbuatın 
unikal imkanlarından kənarda təsəvvür etmək mümkün 
                     
6
 Məmmədli C.Ə. Jurnalistikanın müasir inkişaf meylləri. Bakı, “Elm” 
nəşriyyatı, 2006, səh. 262-263. 
7
 Словарь иностранных слов. - 9-е изд., испр. – М.: Русский язык, 
1982, стр. 410. 


17 
 
deyildir. Deməli, hazırda jurnalistika publisisitikaya nis-
bətən “geniş” məna kəsb edir. Ona görə də “Jurnalistika və 
müasir dövrün qlobal problemləri” kursunu öyrənərkən 
publisistika termininin jurnalistikanın sinonimi kimi istifadə 
olunmasına diqqətlə yanaşılmalı, müəyyən kontekstlərdə 
yerində işlənib-işlənməməsi düzgün qiymətləndirilməlidir.  
Bu kursda ən çox istifadə olunan termin “qlobal 
problem(lər)”  anlayışıdır. Bu termin iki sözün 
birləşməsindən  əmələ  gəlir:  “qlobal”  (fransızca  global - 
ümumi; latınca globus – şar) Yer kürəsinin bütün ərazisinə 
aid olan, bütün Yer kürəsini  əhatə edən, ümumdünya; 
“problem”  (yunanca  problema – məsələ, tapşırıq, vəzifə) 
həllini, tədqiqini tələb edən nəzəri və ya praktik məsələ 
mənasında işlədilir.  “Qlobal problem(lər)”  anlayışı  ümu-
mibəşəri xarakter daşıyan, bütövlükdə bəşəriyyətin və ayrı-
ayrılıqda Yer kürəsinin istənilən nöqtəsində yaşayan hər bir 
insanın maraqlarını əhatə edən problem(lər)i ifadə edir.  
“Jurnalistika və müasir dövrün qlobal problemləri” 
kursunda istifadə olunan digər əsas terminlərin izahlı lüğəti 
kitaba edilmiş  əlavələr bölməsində,  geosiyasət, geoiqti-
sadiyyat, planetar iqtisadi inteqrasiya, demoqrafiya, 
ekologiya, psixoekologiya, qlobal terrorizm, korrupsiya, 
miqrasiya, narkomaniya və s. qlobal problemlərlə əlaqəsi 
olan bəzi anlayışların izahı isə müvafiq olaraq qlobal 
problemlərin hər bir növü üzrə kitabda təqdim olunan 
mühazirə  mətnlərində  və “Termin və anlayışların izahlı 
lüğəti” başlıqlı Əlavədə verilir. 
    
 
 
 
 
 
18 
 
I MÖVZU 
 
Kütləvi informasiya vasitələri 
və müasir dövrün qlobal problemləri: 
ümumi nəzər 
 
Müasir dünyada adi insanlar, mütəxəssislər, alimlər, 
siyasətçilər, müxtəlif siyasi və sosial institutlar arasında və 
əlbəttə ki, kütləvi informasiya vasitələrində  “qlobal 
dünya”, “qloballaşma”, “qlobalistika”, “bəşəriyyətin 
qlobal problemləri”, “müasir dövrün aktual problemləri” 
və s. bu kimi digər anlayışlar ətrafında qızğın diskussiyalar 
gedir. Bu mövzuya hər il xeyli sayda beynəlxalq seminarlar, 
simpoziumlar, konfranslar həsr olunur. Müasir dövrün 
qlobal problemlərini araşdıran elmi mərkəzlər yaradılmışdır 
və bu mərkəzlər bəşəriyyətin təhlükəsiz gələcəyi naminə 
ciddi fəaliyyət göstərirlər. 
Əlbəttə, bütün bunlar əsassız deyil. Ekologiya, 
demoqrafiya, siyasət, geosiyasət, iqtisadiyyat, mədəniyyət 
və  mənəviyyat sahələrində qlobal problemlər kimi 
ümumplanetar böhranlar özünü büruzə verir və bu 
problemlər yeni tədqiqat yanaşmaları  və onların həlli 
yollarının axtarılıb tapılmasını  tələb edir. Müasir dövrün 
qabaqcıl mütəfəkkirləri bəşəriyyəti qoruyub saxlamaq üçün 
qlobal dünya konsepsiyasını irəli sürürlər. 
Jurnalistika da özünün cəmiyyətdəki funksiyasına 
uyğun olaraq bu proseslərdən kənarda qala bilməz və 
qalmamalıdr. Jurnalistika işin  əsil mahiyyətini, zamanın 
çağırışına adekvat cavabların tapılmasında öz rolunu və 
vəzifələrini dərk etməlidir. 
Bunun üçün jurnalistika nəzəriyyəçiləri tərəfindən 
aşağıdakı əsas istiqamətlər irəli sürülür: 
 


Yüklə 4,51 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə