Dərs vəSAİTİ Azərbaycan Respublikası Təhsil Nazirinin



Yüklə 4,51 Kb.
Pdf görüntüsü
səhifə5/100
tarix01.11.2017
ölçüsü4,51 Kb.
#7957
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   100

19 
 
 
kütləvi auditoriyanı qlobalistika ideyaları  və elmi-
tədqiqat mərkəzləri tərəfindən planetar böhranların 
inkişafını izləmək məqsədi ilə aparılmış monitorinqlərin 
nəticələri ilə tanış etmək; 
 
kütləvi auditoriyanı Yer kürəsində destruktiv 
proseslərin neytrallaşdırılması imkanlarını araşdıran elmi 
tədqiqat mərkəzlərinin fəaliyyəti ilə tanış etmək; 
 
kütləvi auditoriyanı alternativlik (futurologiyanın 
sivilizasiyanın inkişafının “təhlükəsiz parametrlərini” 
işləyib hazırlayan istiqaməti) ideyaları ilə tanış etmək; 
 
qlobalistika və alternativistika ideyalarının dərk 
olunmasına həsr edilmiş müzakirələr təşkil etmək; 
 
kütləvi auditoriyanı sivilizasiyanın təhlükəsiz 
inkişafı  tələblərinə cavab verən elmi araşdırmalarla tanış 
etmək. 
 
Getdikcə kütləvi informasiya vasitələrinin bütün növ-
lərinin, o cümlədən elektron kütləvi informasiya vasitə-
lərinin qlobal problemlərin bütün təzahürlərinin monito-
rinqində, həmçinin qlobal problemlərin idarə olunmasında 
iştirakı daha vacib xarakter daşıyır. Bu da öz növbəsində 
aşağıdakıları nəzərdə tutur: 
 
 
Ümumplanetar mahiyyət daşıyan qlobal prob-
lemlərin problem-analitik baxımdan işıqlandırılması; 
 
Jurnalistlərin özləri tərəfindən və yaxud da ciddi 
ekspertlərin cəlb olunması yolu ilə qlobal problemlərin 
mümkün həlli yollarının araşdırılması; 
 
Əsaslı tövsiyələrin ictimai rəyin özünümüəy-
yənetmə aktı kimi geniş müzakirəsinin təşkili; 
 
Hər hansı bir qərarın qəbul olunması zamanı 
hökumət institutlarının diqqətinin ictimai rəyə  cəlb 
edilməsi. 
Müxtəlif mədəniyyətlərin, etnosların, dinlərin, siyasi 
və sosial qüvvələrin və institutların nümayəndələri arasında 
20 
 
mənəvi oriyentirlərin yaxınlaşması  məqsədi ilə kütləvi in-
formasiya vasitələrində daha intensiv və konstruktiv dialoq-
ların təşkil olunmasına ciddi ehtiyac yaranır. Mütəxəs-
sislərin fikrinə görə, məhz bu dialoqlar əsasında həm bütün 
dünya üzrə  həyata keçirilən müvafiq fəaliyyətlər arasında, 
həm də hökumət və  vətəndaş  cəmiyyətinin institutları 
arasında ümumi bir razılıq və anlaşma əldə oluna bilər. 
KİV qlobal problemlərin işıqlandırılması sahə-
sində öz rolunu necə yerinə yetirə bilər? Jurnalistika 
nəzəriyyəçiləri müasir dövrün qlobal problemlərinin həl-
lində kütləvi informasiya vasitələrinin iştirakını  təmin edə 
biləcək aşağıdakı faktorları irəli sürürlər: 
 
 
Jurnalistikanın daxili qanunlarına uyğun olaraq 
jurnalistin öz fəaliyyətini həyata keçirmək imkanı - mətbuat 
azadlığı. Mətbuat azadlığının iqtisadi, siyasi və hüquqi 
əsasları; 
 
Jurnalstikanın daxili qanunlarına uyğun olaraq 
jurnalist fəaliyyətinin həyata keşirilməsi  şərtlərinin 
məcmusu - jurnalistin peşə mövqeyi. Jurnalistin peşə 
mövqeyinin cəmiyyətdəki mənəvi abı-havadan və jurnalist 
ictimaiyyətindəki (dairələrindəki) mənəvi abı-havadan 
asılılı]; urnalist yaradıcılığının peşəkarlıq-etik tənzimləyici-
ləri konkret–tarixi vəzifələrin yerinə yetirilməsində kütləvi 
informasiya vasitələrinin səmərəli iştirakını müəyyən edən 
əsas şərtdir. Müasir qlobal problemlərin mətbuatda dərindən 
dərk edilməsi və adekvat işıqlandırılması jurnalistin 
kompetentlik keyfiyyətindən olduqca asılıdır. 
 
Yuxarıda sadalanmış  vəzifələrin kütləvi informasiya 
vasitələri tərəfindən yüksək səviyyədə yerinə yetirilməsi 
üçün ilk növbədə kütləvi informasiya vasitələrinin işçiləri – 
jurnalistlər özləri qlobal problemlərlə, onların mahiyyəti, 
tarixi, yaranma səbəbləri və amilləri, həlli yolları  və s. ilə 
dərindən tanış olmalı və dərk etməlidirlər. Jurnalistlər həm-


21 
 
çinin Azərbaycan gerçəkliyinin aktual problemlərini (siyasi, 
iqtisadi, sosial, mənəvi sahələrdə baş vermiş transformasi-
yalarla  şərtlənən), eyni zamanda dəyərlər sistemindəki 
dəyişiklikləri də  nəzərdən keçirməyə  cəhd göstərməli, 
beynəlxalq və yerli tədqiqat mərkəzlərinin araşdırmaları və 
müasir sosial proseslərin monitorinqlərinin nəticələri barədə 
məlumatlı olmalıdırlar. Aşağıdakı  məsələlər daim diqqət 
mərkəzində saxlanılmalıdır:  
 
qlobal problemlərin dərk olunmasında, öyrə-
nilməsində  və  həllində (Azərbaycan gerçəkliyi nəzərə 
alınmaqla) jurnalistikanın vəzifələri və kütləvi informasiya 
vasitələrinin real praktikası; 
 
ictimai inkişaf sahəsində mövcud olan qlobal 
problemlərin (geopolitik, etnik, dini konfliktlər, iqtisadi 
kataklizmlər, ekoloji fəlakətlər və s.) aradan qaldırılmasında 
kütləvi informasiya vasitələrinin pozitiv iştirakı təcrübəsi; 
 
kütləvi informasiya vasitələrinin fəaliyyətində cə-
miyyətdə qeyri-sabitlik yaradan proseslərin dərinləşməsinə 
və mənəvi dəyərlərin parçalanmasına şərait yaradan neqativ 
ənənələr (müəyyən sosial qüvvələrin mənafeyi naminə real 
hadisələrin qeyri-obyektiv işıqlandırılması, cəmiyyət üçün 
həyati  əhəmiyyəti olan informasiyaların gizlədilməsi, 
qəsdən dezinformasiya və s.); 
 
kütləvi informasiya vasitələrində müasir dövrün 
qlobal problemlərinin adekvat işıqlandırılmasına və onların 
həllində  KİV-in  əməli iştirakına imkan yaradan amillər – 
jurnalist məsuliyyəti və kompetentliyi. 
 
Ümumiyyətlə, bütün sahələrdə mütəxəssis yeni infor-
masiyaya, o cümlədən, jurnalist də müasir dövrün qlobal 
problemləri sahəsində  ən yeni informasiyaya malik 
olmalıdır: 
 
 
müasir dövrdə dünya sivilizasiyasının qarşısında 
duran  ən aktual problemlər, onların işıqlandırılması  və 
22 
 
həllində jurnalistikanın rolu barədə  təsəvvürlərə malik 
olmalıdır; 
 
müasir dövrdə Azərbaycanın inkişafı sahəsində 
mövcud olan başlıca problemlər (dövlət quruculuğu, 
iqtisadiyyat, vətəndaş  cəmiyyətinin qurulması, sosial və 
mənəvi sahələrdə, dövlətlərarası münasibətlərdə  və s.) və 
sosial münasibətlərin müxtəlif sahələri ilə bağlı 
jurnalistikanın funksiyaları haqqında təsəvvürlərə malik 
olmalıdır; 
 
ölkənin perspektiv inkişafında, vətəndaş  cəmiy-
yətinin formalaşmasında və hüquqi dövlət quruculuğunda 
jurnalistikanın rolunu görə bilməlidir
 
jurnalistikanın və müasir futuroloji konsepsiyaların 
qarşılıqlı əlaqələrini anlamalıdır; 
 
əldə etdiyi bilikləri müvafiq mövzulara aid hazır-
ladığı publikasiyalara tətbiq etməyi bacarmalıdır. 
 
Jurnalist qlobal problemlərin məğzinə daha dərindən 
nüfuz etmək, onların həllində öz iştirakını daha səmərəli 
etmək üçün qlobal problemlərin peşəkarlıqla 
işıqlandırılması üçün irəli sürülən tələblərdən  əlavə 
jurnalistikanın, jurnalist yaradıcılığının nəzəri və metodiki 
əsasları sahəsində irəli sürülən tələblərə  də cavab verməli, 
jurnalistikanın cəmiyyətdəki rolunu, onun funksiyalarını və 
kütləvi-informasiya fəaliyyətinin xüsusiyyətlərini dərk 
etməli; 
jurnalist fəaliyyətinin hüquqi və etik əsasları barədə 
məlumatlı olmalı; kütləvi informasiya vasitələrinin 
funksional-vəzifə  və peşəkarlıq-yaradıcılıq strukturunu 
bilməli; jurnalist yaradıcılığının səciyyəvi xüsusiyyətlərini 
anlamalı, onun metodları sisteminə bələd olmalı; vacib olan 
informasiyanı  əldə etməyi və onun əsasında gerçəkliyin 
adekvat mənzərəsini yaratmağı bacarmalı; jurnalist 
yaradıcılığının bütün janrlarından virtuoz istifadə etməyi 
bacarmalıdır.  


Yüklə 4,51 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə