Dərs vəSAİTİ Azərbaycan Respublikası Təhsil Nazirinin



Yüklə 4,51 Kb.
Pdf görüntüsü
səhifə7/100
tarix01.11.2017
ölçüsü4,51 Kb.
#7957
növüDərs
1   2   3   4   5   6   7   8   9   10   ...   100

27 
 
Tərəqqi  ( lat. proqress - irəliyə doğru hərəkət
müvəffəqiyyət) aşağıdan yuxarıya doğru, daha az təkmil 
olandan daha çox təkmil olana doğru keçidlə xarakterizə 
olunan inkişaf növü, istiqamətidir. Tərəqqi haqqında inkişaf 
etməkdə olan obyektin bütöv tam sistemi , onun ayrı-ayrı 
elementləri, strukturu və digər parametrləri barədə 
danışmaq olar. Tərəqqi anlayışı  tənəzzül anlayışı ilə 
müqayisədə nisbidir. Tərəqqi sistemin elementlərinin və 
əlaqələrinin elə differensasiyasını və inteqrasiyasını nəzərdə 
tutur ki, onlar bu sistemin tamlığını, mühitə uyğunluğunu, 
funksional səmərəliliyini, davamlılığını, etibarlılığını daha 
da yüksəldir və növbəti inkişaf mərhələsi üçün zəmin 
yaradır.  Əgər inkişaf prosesi nəticəsində  hər hansı bir 
sistemin fəaliyyətini, onun davamlılığını  və  həyatiliyini 
təmin edə biləcək faydalı funksiyalar azalırsa, başlanğıc 
strukturları dağılırsa, sistemaltıların, element və  əlaqələrin 
sayı aşağı düşürsə, bu proses tənəzzül adlanır. 
 
Sosial tərəqqi və onun meyarları 
 
Dünyadakı  dəyişikliklərin müəyyən bir istiqamətdə 
getməsi barədə  təsəvvürlər hələ  qədim dövrlərdə yaranmış 
və sırf qiymətləndirmə xarakteri daşımışdır. Kapitalizməqə-
dərki formasiyaların inkişafı prosesində siyasi hadisələrin 
çoxnövlüyü və  kəskinliyi ictimai həyatın sosial-iqtisadi 
əsaslarının həddən artıq ləng dəyişiklikləri ilə uyğun gəlirdi. 
Antik dövr tarixçilərinin  əksəriyyəti tarixi sadəcə olaraq 
ardıcıllıqla təqdim edirlər və bunun da arxasında sanki bir 
dəyişilməzlik durur; tarix qədim «qızıl  əsr»dən, yəni 
insanların qayğısız yaşadıqları dövrdən (Hesiod, Seneka) 
başlayan və kin, zorakılıq, ədalətin tapdalandığı bir dövrdə, 
yəni “dəmir əsr”də get-gedə zəifləyən, reqressiv proses kimi 
28 
 
eyni mərhələləri təkrarlayan dövri hərəkət kimi (Platon, 
Aristotel, Polibiy) təsvir olunur.
8
  
Dini təlimlərdə isə tarix real həyatdan kənarda olan və 
əvvəlcədən müəyyənləşdirilmiş  məqsədə doğru hərəkət 
kimi nəzərdən keşirilir. Trixi tərəqqi ideyası  nə dini 
esxatologiyadan (yun. eschatos  –sonuncu + ...logiya - 
dünyanın, bəşəriyyətin sonu haqqında dini təsəvvürlərin 
məcmusu), nə də onların inkarından yaranmamışdır.  
Burjuaziyanı irəli aparan və ictimai inkişafın 
sürətlənməsini real şəkildə əks etdirən sosial fəlsəfə böyük 
optimizm və inamla bəyan edirdi ki, «idrak çarlığı» 
keçmişdə deyil, gələcəkdə yerləşir. Burada hər  şeydən 
əvvəl, elmi dərketmə sahəsində  tərəqqi nəzərə çarpır: artıq 
F. Bekon və R.Dekart deyirdilər ki, qədim dövrə boylanmaq 
lazım deyil, dünyanın elmi dərki gələcəkdədir.
9
  
İctimai tərəqqi ideyası maarifçilik dövründə sosial 
münasibətlər sahəsində geniş yayılmağa başlamış və öz təs-
diqini tapmışdır.  İctimai tərəqqinin ilkin konsepsiyalarının 
yaradıcıları (Türqo, Kondorse) özlərinin yaşadıqları dövrü, 
onun insan üçün rolunu və  əhəmiyyətini özünəməxsus 
tərzdə başa düşür, bəşəriyyətin keçmişini isə müasir dövrün 
(“maarifçilik” dövrünün) prizmasından nəzərdən 
keçirirdilər. İdrak erasının hücumu kimi təfsir edilən müasir 
dövrün bəşəriyyətin keçmişi ilə üz-üzə qoyulması,  əlbəttə, 
indiki dövrlə keçmiş arasındakı uyğunsuzluğu özündə  əks 
etdirirdi. Ancaq elə ki, onların arasında idrakla biliyin 
təməli ilə bağlı tarixi əlaqənin bərpa olunmasına cəhd 
göstərilirdi, dərhal tarixdə  tərəqqi haqqında ideya ortaya 
çıxır, bu zaman biliyin inkişafı və yayılması tədricən inkişaf 
edən və  zənginləşən proses kimi nəzərdən keçirilirdi. 
Maarifçilər tarixi prosesin bu cür yenidən qurulmasının 
                     
8
 Ahmet Cevizçi. Felsefe tarihi. İstanbul, 2010, səh. 82-140.
 
9
 Yenə orada, səh. 446-460, 483-509. 


29 
 
təkzibolunmaz modeli kimi Yeni dövrdə idrakın inkişafını 
əsas götürürdülər. Onlar üçün həmçinin ayrıca bir insanın, 
fərdin  əqli təşəkkülü model rolunu oynamışdır: bu inkişaf 
bütün bəşəriyyəti  əhatə etmiş, insan zəkasının tarixi 
tərəqqisinə səbəb olmuşdur. Maarifçilər belə hesab edirdilər 
ki, “bu tərəqqi bizim fərdi qabiliyyətlərimizin inkişafında 
müşahidə olunan ümumi qanunlara tabedir”.
10
  
 Tərəqqi ilə bağlı maarifçilik nəzəriyyələri artıq 
feodal münasibətlərini sındırmışdı  və onların  əsasında 
çoxsaylı utopik sosializm sistemləri yaranırdı. Lakin 
rasional tərəqqi nəzəriyyələrinə tarixilik yad idi. Maarif-
çilərin nəzəriyyələrində cəmiyyətin tərəqqisi teoloji xarakter 
daşyırdı  və onlar burjuaziyanın keçəri ideallarını  və 
illüziyalarını tarixin son məqsədi səviyyəsinə qaldırırdılar. 
Bununla belə, artıq Viko və xüsusilə də Russo göstərirdilər 
ki, tarixi inkişaf təzadlı xarakter daşıyır. Romantik XIX əsr 
istorioqrafiyası maarifçilərin rasionalizminə qarşı (təfəkkürü 
duyğu qavrayışından ayıran və yanlış olaraq əqli yeganə 
idrak vasitəsi hesab edən cərəyan) ləng orqanik (bir-biri ilə 
bağlı olan, təbii) evolyusiya ideyasını irəli sürdü. Bu ideya 
kənardan müdaxiləni, fərdilik və tarixi dövrlərin müqayisə 
olunmazlığı ideyasını inkar edirdi. Lakin, bu tarixilik 
birtərəfli olaraq keçmişə yönəlmişdi və  əksər hallarda 
arxaik münasibətlərin müdafiəçisi rolunda çıxış edirdi.
11
 
Tərəqqinin daha mükəmməl izahını Hegel vermişdir. O həm 
keçmişə etinasızlıq göstərən maarifçiliyə, həm də romantik 
«tarixi məktəb» tarixçiliyinə qarşı  çıxış etdi. Lakin, Hegel 
tarixi tərəqqini dünya mənəviyyatının özü-özlüyündə 
inkişafı kimi dərk edərək, ictimai tərəqqinin bir mərhələdən 
başqa mərhələyə inkişafını izah edə bilməmişdi. Onun 
                     
10
Алферов  А.А.  Идея  общественного  прогресса:  содержание  и 
становление. (Философия в пространстве культуры. Серия «Восток 
- Запад - Россия». Ростов н/Д, 1999) 
11
 http://etelien.ru/Collection/14/14_00057.htm
  
30 
 
fəlsəfəsi tarixdə Allaha bəraət qazandıran teodiseyaya 
çevrilir.
12
  
Dialektik materializm bu problemə tamamilə başqa 
mövqedən yanaşmış, tərəqqinin obyektiv meyarlarını irəli 
sürmüş  və  əsaslandırmışdır. Dialektik materializmə görə, 
tərəqqi hər-hansı bir sərbəst məhfum və yaxud da tarixi 
inkişafın transsendent (təcrübə xaricində olan, dərk edilə 
bilməyən) məqsədi deyil. Tərəqqi anlayışı yalnız müəyyən 
tarixi prosesə  və yaxud da müəyyən ciddi hesablama 
sisteminə aid edildikdə  məna kəsb edir. İnsanlar tarixi 
inkişafı qiymətləndirəkən istifadə etdikləri məqsəd, cəhd və 
təzahürlərin özlərinin də tarixin gedişatı zamanı dəyişdiyin-
dən bu cür qiymətləndirmələrdə subyektivlik və qeyri-
tarixilik nəzərə çarpır.  
Tarixi inkişafın ümumi tendensiyası  təbii deter-
minasiyanın (bütün hadisələrin qanunauyğunluğu və 
səbəbiyyət  əlaqəsindən asılılığı) üstünlük təşkil etdiyi 
sistemdən  əsasını istehsal qüvvələrinin inkişafı  təşkil edən 
sosial-tarixi determinasiyanın üstünlük təşkil etdiyi sistemə 
keçiddən ibarətdir. Öz növbəsində istehsal qüvvələrinin 
daha yüksək inkişafına isə istehsal münasibətlərinin və 
ictimai təşkilatın daha mürəkkəb formalarının bərqərar 
olması, subyektiv amillərin rolunun yüksəldilməsi  şərait 
yaradır. Beləliklə, deyə bilərik ki, tarixi inkişafın başlıca 
meyarları  cəmiyyətin təbii fəlakətlərin qarşısını almaq 
bacarığından, təbii ictimai qüvvələrin  əsarətindən, sosial-
siyasi qeyri-bərabərlikdən və mənəvi qeyri-inkişafdan azad 
olmaq səviyyəsindən ibarətdir. Bu meyarlar əsasında 
ictimai-siyasi formasiyalar özlərini bəşəriyyətin qanuna-
uyğun ardıcıl inkişaf mərhələləri kimi büruzə verə bilirlər. 
Lakin bu proses çox ziddiyyətlidir, eyni zamanda müxtəlif 
tip və templərə malikdir. Sosial pessimizmin artması, XX 
                     
12
 http://bankreferatov.ru/progress 


Yüklə 4,51 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə