Dərs vəSAİTİ Azərbaycan Respublikası Təhsil Nazirinin



Yüklə 4,51 Kb.
Pdf görüntüsü
səhifə8/100
tarix01.11.2017
ölçüsü4,51 Kb.
#7957
növüDərs
1   ...   4   5   6   7   8   9   10   11   ...   100

31 
 
əsrdə çoxsaylı fəlsəfi və sosial nəzəriyyələrin yaranması da 
elə buradan irəli gəlir ki, bu nəzəriyyələr də ya tərəqqini 
bilvasitə və ya bilavasitə inkar edir, yaxud da bu anlayışı ya 
dövri hərəkət ideyaları (Şpengler, Toynbi, Sorokin) və ya da 
“sosial dəyişikliklər” kimi “neytral” anlayışla  əvəz etməyi 
təklif edirlər. Həmçinin, “dünyanın sonu” adlı müxtəlif 
konsepsiyalar və bir sıra pessimist utopiyalar da geniş 
yayılır. Müasir dövrün qlobal problemləri – ekoloji, 
demoqrafik,  ərzaq, enerji, xammal, nüvə müharibəsi 
təhlükəsi,  əhalinin psixi və fizioloji sağlamlığının 
qorunması və s. bir çox problemlər məhz bu ruhda təsvir və 
şərh olunur. 
Ümumiyyətlə, müasir ədəbiyyatda ictimai tərəqqinin 
sosial meyarı haqqında başlıca suala yekdil cavab tapmaq 
çətindir. Çox az sayda müəlliflər ictimai tərəqqinin vahid 
sosial meyarı ilə bağlı sualın qoyuluşunun özünü yanlış 
hesab edirlər. Onların fikrinə görə, dünya ictimaiyyəti 
mürəkkəb bir mexanizmdir və müxtəlif istiqamətlər üzrə 
inkişaf etdiyinə görə vahid meyarın müəyyən edilməsi 
mümkün deyil. Əksər müəlliflər isə vahid ümumsosioloji 
meyarın müəyyən edilməsini mümkün saysalar da, bu 
meyarın formulə edilməsində ciddi fikir ayrılıqları ortaya 
çıxır.
13
  
  Sonda qeyd etməliyik ki, cəmiyyətin inkişaf prosesi 
tədqiq olunarkən ictimai tərəqqi meyarlarının tətbiqi 
kompleks xarakter daşımalıdır.  İqtisadi, sosial, siyasi və 
mənəvi sahələrdəki problemlər ayrı-ayrılıqda deyil, tamın 
                     
13
  «Понятие  общественного  прогресса  в  социальной  философии». 
http://filreferat.popal.ru/printout1389.html 
 
32 
 
tərkib hissələri, vahid ictimai sistemin öz tarixi olan 
sistemaltıları kimi nəzərdən keçirilməlidir. 
 
Müasir dövrün qlobal problemləri: 
təsnifatı və ümumi həlli yolları 
 
Müasir dövrdə hansı qlobal problemlər var və onların 
əsas həlli yolları hansılardır?  İnsan fəaliyyətinin tarixi 
inkişafı prosesində köhnəlmiş texnoloji üsullar və onlarla 
birlikdə  həmçinin insanla təbiət arasındakı sosial qarşılıqlı 
əlaqə sistemləri sıradan çıxır. Bəşər tarixinin ilkin 
dövrlərində  adaptasion (uyğunlaşma) qarşılıqlı  əlaqə 
mexanizmlər üstünlük təşkil edirdi. İnsan təbiət qüvvəlrinə 
tabe olur, təbiətdə baş verən dəyişikliklərə uyğunlaşır və 
buna uyğun olaraq öz təbiətini də  dəyişirdi. Sonralar isə 
istehsal qüvvələrinin inkişafı ilə  əlaqədar olaraq insanın 
təbiətə, başqa insanlara utilitar (fayda, mənfəət güdən) 
münasibəti üstünlük təşkil etməyə başlayır. Müasir dövrdə 
isə yeni sosial mexanizmlər yoluna keçid məsələsi qoyulur 
və bu yol koevolyusiya və ya harmoniya yolu adlandırılır. 
Bəşəriyyətin düçar olduğu qlobal şərait insanın təbiətə  və 
sosial resurslara istehlakçı münasibətinin ümumi şəkildə 
böhranlı xarakter aldığını özündə  əks etdirir və ifadə edir. 
Zəka bəşəriyyəti  «İnsan-Texnika-Təbiət» qlobal sistemində 
əlaqə  və münasibətlərin harmonizasiyasının vacibliyini 
getdikcə daha çox düşünməyə vadar edir. Bununla əlaqədar 
olaraq müasir dövrün qlobal problemlərinin, onların 
səbəblərinin, qarşılıqlı  əlaqələrinin və  həlli yollarının araş-
dırılması mühüm əhəmiyyət kəsb edir. 
Nələri qlobal problemlər adlandırırlar? Bu 
problemlər elə problemlərdir ki, onlar ümumibəşəri xarakter 
daşıyır, bütövlükdə  bəşəriyyətin və ayrı-ayrılıqda Yer 
kürəsinin istənilən nöqtəsində yaşayan hər bir insanın 
maraqlarını  əhatə edir. Məsələn, nüvə bombası  fəlakəti 
təhlükəsi, təbii mühitin deqradasiyası  və  bəşəriyyətin 


33 
 
ekoloji intiharı  təhlükəsi,  ərzaq problemi, bəşəriyyət üçün 
təhlükə yarada bilən xəstəliklərə qarşı mübarizə və s. Bütün 
bu problemlər bəşəriyyətin pərakəndəliyi, onun qeyri-
bərabər inkişafı  nəticəsində  əmələ  gəlmişdir.  Şüuri 
başlanğıc heç də  bəşəriyyətin vahid şəkildə bütöv olması 
üçün mühüm təməl rolunu oynaya bilməmişdir. Ayrı-ayrı 
ölkələrin, xalqların, insanların qarşılıqlı  şəkildə razılışdırıl-
mamış, düşünülməmiş hərəkətlərinin mənfi nəticələri qlobal 
miqyasda toplanmış, dünya iqtisadiyyatının və sosial 
inkişafın güclü obyektiv amilinə şevrilmişdir və onlar ayrı-
ayrı ölkələrin və regionların inkişafına ciddi təsir göstərir. 
Bu problemlərin həlli çox sayda dövlətlərin və beynəlxalq 
təşkilatların qüvvələrinin birləşdirilməsəini tələb edir.  
Müasir dövrün qlobal problemlərini aşağıdakı 3 
qrupda cəmləşdirmək olar: 
1.
 
İqtisadi və siyasi sahədə dövlətlərin qarşılıqlı 
fəaliyyət problemləri: 
a) dünya nüvə müharibəsi təhlükəsinin qarşısının alın-
ması, bütün ölkələrin və xalqların sosial tərəqqisi üçün 
münbit şəraitin yaradılması; 
b) inkişaf etməkdə olan ölkələrin texnoloji və iqtisadi 
geriliyinin aradan qaldırılması  və yeni beynəlxalq dünya 
nizamın yaradılması. 
2. Cəmiyyət və  təbiət arasında qarşılıqlı  fəaliyyət 
problemləri: 
a)  ətraf mühitin ifrat çirkləndirilməsinin qarşısının 
alınması; 
b) bəşəriyyətin lazımi təbii resurslarla (xammal, 
enerji, ərzaq) təmin olunması; 
c) dünya okeanlarından və kosmosdan istifadə. 
3.  İnsanlar və  cəmiyyət arasında qarşılıqlı  əlaqə 
problemləri: 
a) əhali artımı problemi; 
34 
 
b) insanların sağlamlığının qorunması və möhkəmlən-
dirilməsi; 
c) təhsil və mədəni inkişaf problemləri. 
 
Birinci qrup problemləri  intersosial,  əksər hallarda 
isə siyasi problemlər adlandırırlar. Bu təsadüfi deyil, çünki 
dövlətlərarası münasibətlər, demilitarizasiya problemi 
müasir dövrün başlıca qlobal problemləridir. Militarizm 
bəşəriyyətin bədənində “xərçəng  şişi”nə çevrilmişdir. Onu 
demək kifayətdir ki, hazırda dünya alimlərinin dörddə biri 
müharibələrə hazırlıq işinə  cəlb olunmuşdur. Hərbi-sənaye 
kompleksləri xeyli əmək, material və maliyyə resurslarının 
quruculuq işlərinə  cəlb olunmasına mane olur. Nüvə 
dövlətləri N sayda dağıdıcı materiallar toplamışlar ki, bu 
silahlar Yer kürəsini bir neşə  dəfə tamamilə  məhv etməyə 
imkan verir və nəhayət onu demək lazımdır ki, hərbi xərclər 
bütün qlobal problemlərin həlli yolunda başlıca maneəyə 
çevrilmişdir.  
Beynəlxalq iqlimin «mülayimləşdiyi», silahlanmanın 
azaldılması şəraitində nüvə təhlükəsinin qarşısının alınması 
üçün müəyyən zəmin yaradılsa belə, bəşəriyyətin demili-
tarizasiyası sahəsində əldə olunan müvəffəqiyyətlərlə arxa-
yınlaşmaq hələ çox tezdir. Ona görə ki: a) ayrı-ayrı 
dövlətlər arasındakı qarşıdurma və lokal münaqişə və kiçik 
müharibə  təhlükələri hələ  də qalmaqdadır; b) atom 
enerjisinin inkişaf etdiyi bir şəraitdə atom silahının 
nəzarətsiz yayılması və bu silahların siyasi manyakların və 
ya terrorçuların  əlinə düşmək ehtimalı istilik-nüvə ka-
taklizmləri təhlükəsini artırır.  
Bəşəriyyətin tam demilitarizasiyası probleminin həlli 
yalnız bir xalqın digər xalq tərəfindən əsarət və istismarının, 
inkişaf etməkdə olan ölkələrin iqtisadi geriliyinin aradan 
qaldırılması  və  ədalətli beynəlxalq iqtisadi nizamın 
yaradılması ilə mümkündür.  


Yüklə 4,51 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə