Dərs vəSAİTİ Azərbaycan Respublikası Təhsil Nazirinin



Yüklə 4,51 Kb.
Pdf görüntüsü
səhifə9/100
tarix01.11.2017
ölçüsü4,51 Kb.
#7957
növüDərs
1   ...   5   6   7   8   9   10   11   12   ...   100

35 
 
Ekoloji problemlər  təbiətdən istifadənin yeni tipinə, 
bəşəriyyətin təbiətlə harmoniyası  və özlüyündə inkişaf 
mexanizmlərinə keçidində başlıca problem olaraq qalır. 
Ekoloji problemlərin mahiyyəti bəşəriyyətin mövcud olması 
üçün biosfer proseslərin tarazlığının pozulmasından 
ibarətdir. Məlumdur ki, Yer üzərindəki həyat sintez və 
destruksiya proseslərinin qarşılıqlı  təsirinə  əsaslanan 
orqanik maddələrin biotik dövriliyi formasında baş verir. 
Hər bir orqanizm növü biotik dövriliyin, orqanik 
maddələrin yenidən istehsalı prosesinin bir hissəsidir. Bu 
prosesdə sintez funksiyasını yaşıl bitkilər, destruksiya 
funksiyasını isə mikroorqanizmlər yerinə yetirir.  
İnsan öz tarixinin ilkin mərhələlərində biosferin və 
biotik dövriliyin təbii bir bəndi olmuşdur və onun təbiətdə 
etdiyi dəyişikliklər biosferə elə  də güclü təsir göstərə 
bilməmişdir. Bu gün isə insan ən böyük planetar qüvvəyə 
çevrilmişdir. Onu demək kifayətdir ki, hər il Yerin təkindən 
10 milyard ton faydalı qazıntı çıxarılır, 3-4 milyard ton bitki 
kütləsi istifadə olunur, atmosferə 10 milyard ton sənaye 
karbon qazı buraxılır. Okeanlara və çaylara 5 milyon ton 
neft və neft məhsulları axıdılır.  İçməli su problemi günü-
gündən kəskinləşir. Müasir sənaye  şəhərlərinin hava 
atmosferi tüstü, zəhərli buxarlanma və tozların qarışığından 
ibarətdir. Bir çox heyvan və bitki növlərinin kökü 
kəsilmişdir və bu proses bu gün də davam edir.  
Təbiətin tarazılığı o dərəcədə pozulmuşdur ki, 
“bəşəriyyətin ekoloji intiharı” barədə xoşagəlməz 
proqnozlar da meydana çıxmışdır. Hətta təbii tarazılığa hər 
cür sənaye müdaxilələrindən imtina etməyin vacibliyi, 
texniki tərəqqini dayandırılması barədə  şüarlar da 
səslənməyə başlanmışdır. Lakin ekoloji problemlərin 
bəşəriyyətin orta əsrlərə geri atılması yolu həlli də 
utopiyadır. Yalnız ona görə yox ki, insanlar texniki 
tərəqqinin nailiyyətlərindən imtina etməzlər. İş burasındadır 
36 
 
ki, biosferdəki dəyişikliklər, o cümlədən təhlükəli dəyişik-
liklər insanlardan asılı olmayaraq baş vermişdir və baş 
verəcəkdir. Ona görə  də söhbət təbiətə tam tabe olmaqdan 
deyil, təbii və sosial proseslərin elmi-texniki tərəqqinin 
humanistləşdirilməsi və bütün ictimai münasibətlər siste-
minin köklü şəkildə yenidən təşkilinə  əsaslanaraq 
harmonizasiyalaşmasından gedə bilər. Bunlarsız üçüncü 
qrupa daxil olan problemlərin həlli mümkün deyil.  
Bunlardan birincisi əhali problemidir.  Əhali prob-
lemini yalnız əhali artımı, onun yaş və cins tərkibi ilə məh-
dudlaşdırmaq düzgün deyil. Burada söhbət ilk növbədə 
əhali artımı prosesi ilə maddi nemətlər istehsalının ictimai 
üsulları arasındakı qarşılıqlı nisbətdən gedir. Dialektik-
materialist sosial fəlsəfə  əhali artımının Maltus konsepsi-
yasını, artımın izahında biologizator yanaşmasını  təkzib 
edir. Bununla belə, Maltus konsepsiyasında xoşagəlməz 
tərzdə ifadə olunsa da, cəmiyyətin inkişafı üçün istehsalın 
əhali artımına nisbətən daha sürətlə inkişaf etdirilməsi 
haqda fikirlər də vardır.  Əgər maddi nemətlər istehsalının 
artımı  əhali artımından geri qalırsa, insanların maddi 
vəziyyəti pisləşir.  Əksinə,  əhali artımı azalırsa, bu, nəticə 
etibarı ilə  əhalinin qocalmasına və maddi nemətlər 
istehsalının azalmasına gətirib çıxarır. 
XX  əsrin sonlarında Asiya, Afrika və Latın Ame-
rikasında  əhalinin sürətlə artması ilk növbədə bu ölkələrin 
müstəmləkədən azad olmaları  və yeni iqtisadi inkişaf 
mərhələlərinə  qədəm qoymaları ilə bağlıdır. Buradakı yeni 
“demoqrafik partlayış” kortəbiilikdən, qeyri-bərabərlikdən 
və  cəmiyyətin inkişafının antaqonist xarakterindən irəli 
gələn problemləri daha da kəskinləşdirmişdir. Bütün bunlar 
əhalinin qidalanmasının, sağlamlığının və  təhsilinin 
kəskin şəkildə pisləşməsinə gətirib çıxarmışdır.  
Təəssüflə demək lazımdır ki, bu gün təxmiən 500 
mln. insan (hər on nəfərdən biri) xroniki şəkildə doyunca 


37 
 
qidalanmır, yarıac həyat sürür. Acınacaqlı haldır ki, bu 
vəziyyət məhz kənd təsərrüfatının inkişafı üçün ən münbit 
şərait olan ölkələrdə baş verir. YUNESKO-nun məlumatına 
görə, bu ölkələrdəki aclığın səbəbini burada kənd 
təsərrüfatında hakim olan monokultura (pambıq, kakao, 
banan və s.) və zəif aqrotexniki səviyyə ilə əlaqələndirmək 
lazımdır. Planetin bütün qitələrində  kənd təsərrüfatı ilə 
məşğul olan əhalinin böyük əksəriyyəti torpağı  hələ  də 
kətmən və cütlə becərir. Aclıqdan  ən  şox uşaqlar  əziyyət 
çəkirlər. Ümumdünya Səhiyyə  Təşkilatının məlumatına 
görə, aclıqdan hər gün 5 yaşına çatmamış 40 min uşaq ölür, 
bu isə bir ildə 15 mln. insan deməkdir. Mütəxəssislərin 
fikrincə, onları xilas etmək mümkündür. 
Kəskin qlobal problemlərdən biri təhsil problemidir
Hazırda planetimizin 15 yaşdan yuxarı hər dördüncü sakini 
təhsilini davam etdirmək imkanında deyildir. Savadsızların 
sayı hər il 7 mln. nəfər artır. Bu problemin, elə cə də digər 
qlobal problemlərin həll olunmaması vəsait çatışmazlığı ilə 
izah olunur və bu o halda baş verir ki, yuxarıda qeyd 
etdiyimiz kimi, hərbi-sənaye kompleksləri ölçüyəgəlməz 
resursları  sərf edir. Bu xərclərin azaldılması  və onların 
bəşəriyyətin rifahı naminə istifadə olunması üçün 
bəşəriyyətə yeni dünya nizamı, yeni təfəkkür və yeni 
düşüncəli insan gərəkdir.  
Bəşəriyyətin gələcəyini proqnozlaşdırarkən üç 
mühüm cəhətin nəzərə alınması tövsiyə olunur: 
1.
 
Elmi-texniki inqilab istehsalın avtomatlaşdırılması 
və texnikanın intellektuallaşdırılması yolu ilə texnoloji 
prosesdə insanın yerini və rolunu köklü şəkildə dəyişir. 
2.
 
Elmi-texniki inqilab elə  işçini nəzərdə tutur ki, o, 
intellektual inkişaf səviyyəsinə və hərtərfliliynə görə insanın 
həyatı  və  fəaliyyəti üçün lazımi süni mühit (noosfer) 
yaratmağı bacarır. Universal, harmonik cəhətdən inkişaf 
etmiş, yaradıcı  və sosial cəhətdən məsuliyyətli insana olan 
38 
 
ehtiyac filosofların uydurması deyil. Öz qərarlarını  və 
işlərini bəşəriyyətin maraqları  və  işləri ilə müqayisə 
etməyən insansız ictimai tərəqqi mümkün deyildir. 
3.
 
İnsanlar yeni təfəkkürə nail olmalı, rasionallığın 
yeni növlərinə keçməlidirlər. Cəmiyyətin birtərəfli  şəkildə 
əşya istehsalına və yaxud mənfəət götürməyə yönəlmiş 
tərzdə rasionallaşması ümumilikdə  bəşəriyyət üçün, 
həmçinin ayrı-ayrı  fərdlər üçün irrasional təhlükəli 
nəticələrə  gətirib çıxara bilər. Bu cür rasionallıq harmonik 
inkişaf rasionallığı ilə  əvəz olunmalıdır. Yalnız insanın 
təbiətə  və başqa insana münasibətinin harmonizasiyası  və 
bunun dünya miqyasında gerçəkləşməsi bəşəriyyətin xilası 
üçün zəmin ola bilər. Deyirlər ki, gözəllik dünyanı xilas 
edəcək. Lakin özü-özlüyündə gözəllik deyil, insanın insana 
münasibətinin gözəlliyi, hər bir şəxsin yaradıcı fəaliyyətinin 
hərəkətverici qüvvəsinə çevrilmiş gözəllik dünyanı xilas edə 
bilər. 
 
Jurnalistlər  qlobalistikanın yaranması  və inkişafı 
barədə  də müəyyən biliyə yiyələnməlidirlər.  Qlobalistika 
nədir? “Qlobalistika” sözü etimologiyasına görə latın sözü 
- globus – olub, mənası  şar deməkdir. “Qlobalistika” 
termini altında müasir dövrdə planetar miqyaslı problemləri, 
yəni Yer kürəsinə xas olan problemləri  əhatə edən elm 
sahəsi başa düşülür. Bu termini əyani  şəkildə  təsəvvür 
etmək üçün Yer üzündə  həyatın hansı  sosial təbii 
proseslərlə müşayiət olunduğunu dərk etməyə çalışan hər 
hansı bir yadplanetlini təsəvvür etmək olar. 
Bütün Yer kürəsi miqyasında baş verən prosesləri 
adətən  qlobal  adlandırırlar. Çünki onların aktuallığı  məhz 
qlobal problemlərlə bağlıdır. Beləliklə,  qlobalistika Yer 
kürəsində baş verən sosial təbii prosesləri  əks etdirən 
qlobal problemlərin təhlili ilə məşğul olur. 
Qlobal problemlər və sosial təbii proseslər dedikdə nə 
nəzərdə tutulur? Qlobal problemlər və sosial təbii proseslər 


Yüklə 4,51 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə